Inocte 2017 II. International New Tendencies Congress in Ottoman Researches



Yüklə 4,02 Kb.
Pdf görüntüsü
səhifə19/38
tarix09.03.2018
ölçüsü4,02 Kb.
#31026
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
57 
GÖÇEBELİĞİN ASKERΠVE SOSYAL YAPILANMASI BAĞLAMINDA ORDO (ORDA 
/ ORDUĞ / ORDU) TERİMİ VE BUNUN ANADOLU'DAKİ İZLERİ 
İlhan ŞAHİN
*
 
ÖZET 
Bundan  yaklaşık  elli  bin  yıl  önce  Avrasya  coğrafyasında  doğan  ve  insanlık  tarihinin 
yarısından fazlasını teşkil eden göçebelik, şüphesiz kendine has kültür ve uygarlık değerlerine 
sahiptir.  Bu  durum  insanlık  tarihinin  gerçek  anlamda  ortaya  konulabilmesi  için,  göçebelik 
tarihinin ve onun kültür ve uygarlık değerlerinin iyi bilinmesi ve bu değerlerle ilgili nokta konular 
üzerinde  derinlemesine  araştırmalar  yapılması  gerçeğini  ortaya  çıkarmaktadır.  Bu  bakımdan 
bildirimizde,  göçebeliğin  önemli  bir  askerî  ve  sosyal  yapılanması  olarak  karşımıza  çıkan  ordo 
(orda, orduğ, ordu) teriminin tarihî kökleri üzerinde durmak ve bu bağlamda söz konusu terimin 
Kırgız  ve  Moğol  göçebeliği  üzerindeki  yerini  ele  almak  ve  bunun  Osmanlı  dönemi 
göçebeliğindeki izleri hakkında mukayeseli olarak bilgi vermek istiyoruz. Bildirimizin kaynağını 
hem yazılı eserler ve Osmanlı arşiv malzemesi hem de sözlü tarihe dayalı tespitler ve gözlemler 
teşkil etmektedir.  
*
Prof.  Dr.,  İstanbul  Aydın  Üniversitesi,  Fen-Edebiyat  Fakültesi,  Tarih  Bölümü,  İstanbul,  email:
ilsahin40@gmail.com, TÜRKİYE


Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
58 
AZƏRBAYCANDA QADIN SIYASƏTI:MIFLƏR VƏ REALLIQLAR 
İradə ƏLİYEVA
*
 Dilguşə SÜLEYMANOVA
**
 
ÖZET 
Onlar yüz illər boyu inkişafdan uzaq, köhnə adət-ənənələrin hökm sürdüyü bir qaranlıq 
mühitin çevrəsində yaşamış, yalnız ana və evdar qadın olmaq vəzifəsini icra etdikləri  bu mövcud 
çevrədən  20  yüzillikdə  xilas  olaraq  ictimai-siyasi  həyata  qoşula  bilmişlər.  Əgər  bəşəriyyətin 
mövcudluğundan içində olduğumuz 21-ci yüzilliyə qədər keçdiyi yola bir tarixi baxış keçirsək, 
qadın statusunun minilliklər boyu məruz qaldığı dəyişiklikləri müşahidə etmiş olarıq. Bir az da 
incələsək, ailə adlanan bir qurum 2 tərəfdən-qadın və kişidən ibarətdir. Dövlət də bir ailə olaraq 
qadın və kişilərin toplumudur desək, yanılmarıq.  Qadın, ilk növbədə ana, tərbiyəçidir. Amma 
tarixin  yetişdirdiyi    bir  çox  güclü  qadınlar  böyük  işlər  görərək  öz  varlıqlarını,  bilik  və 
bacarıqalrının  yetərliliyini,    qabiliyyətlərinin  kişilərlə  bir  səviyyəyə  çatdığını  öz  əməllləri  ilə 
sübuta yetiriblər. Azərbaycan tarixinin  Manna, Atropatena dövlətlərində, Səlcuqlar, Səfəvilər 
dövrlərində, Xalq Cumhuriyyəti dövründə, son olaraq müstəqillik dövrlərində qadınlara etimad 
göstərilmiş, ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək, seçilmək hüququ verilmişdir. 
Xalqımızın  tarix  kitabını  səhifələyib  qadınların  inkişafimizdakı  rolunu  araşdırsaq,  hələ  Orta 
əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanın arvadı 
Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, 
Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə 
və başqalarının görkəmli siyasi və dövlət  xadimləri kimi tanındıqlarının və   ölkənin tarixində 
böyük iz qoyduqlarının şahidi olarıq. Tarixin müxtəlif dövrlərində qadınlar xüsusi mövqeyə malik 
olub.Əgər  müxtəlif  zamanları,  dövrləri  adlayıb  Osmanlı  dövrünə  nəzər  salsaq,  Osmanlı 
sultanlarının  xanımlarının  oynadıqları  tarixi  rola  heyrətlənmək  olar.  Osmanlı  sultanları 
izdivaclarında  da  dövlətin  maraqlarını,  öz  ölkələrinin  inkişafını  və  torpaqlarının 
genişləndirilməsini nəzərdə tuturdular. Bu mövqeni təsdiqə təkcə I Murad Bursaya dönüb oğlu 
I Bəyazidi Süleyman Şahın qızı ilə evləndirməsi kifayətdir. Çünki buizdivac nəticəsində Kütahya, 
Tavşanlı, Simav və Əmət torpaqları gəlinin çehizi olaraq Osmanlılara verildi. Bu da  qadınların 
siyasətə xidmətinin bir nümunəsidi. Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın 
arvadı Qətibə xanım, Özbək xanın arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah 
İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın 
anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri 
ölkənin  tarixində  böyük  iz  qoymuşdur.  Bu  gün  dəAzərbaycan  qadınları  müstəqillik  uğrumda  
gedən mübarizələrin ön sıralarındadırlar. 
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya 
hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif 
olması,  iqtisadiyyatda  qadının  rolunu  məhdud  olmasına  səbəb  olur  və  cinsi  diskriminasiyaya 
görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Azərbaycanın birinci xanımı 
Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin edilib. 
 Anahtar Kelimeler: qadın siyasəti, zərif güclülər,izdivac maraqları 
                                                 
*
 Doç. Dr.,Azərbaycan Dövlət Pedaqoji Universiteti email: 
dilgushe_suleymanova@mail.ru
, AZERBAYCAN 
**
 Azərbaycan Dövlət Pedaqoji Universiteti, email: 
dilgushe_suleymanova@mail.ru
, AZERBAYCAN 


Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
59 
SOVET RUSIYASININ OSMANLI IMPERIYASI ILƏ ZAQAFQAZIYA VƏ 
AZƏRBAYCAN UĞRUNDA DIPLOMATIK MÜBARIZƏSI  (OKTYABR 1917- MAY 
1918) 
İsaməddin MUSAYEV
*
 
ÖZET 
Məqalədə  oktyabr  çevrilişindən  sonara  sovet  diplomatiyasının  dağılmış  imperiyanı 
yenidən  bərpa  etmək,  Qafqaz  və  Azərbaycanı  tutmağa  yönəldilən  diplomatik  fəaliyyəti 
araşdırılır. 
Anahtar Kelimeler: Tpabzon konfransı,Batum konfransı.
 
 
  
 
                                                 
*
 Azərbaycan Dövlət Pedaqoji Universiteti, email: isameddinm@mail.ru, AZERBAYCAN 


Yüklə 4,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə