Inocte 2017 II. International New Tendencies Congress in Ottoman Researches



Yüklə 4,02 Kb.

səhifə7/38
tarix09.03.2018
ölçüsü4,02 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   38

Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
23 
OSMANLI ŞAHNAMƏÇISI FƏTULLAH ARIFI ÇƏLƏBININ ÖMRÜNÜN SON ÜÇ ILI 
Bilal DƏDƏYEV
*
 
ÖZET 
Azərbaycan  Səfəvilər  dövlətində  də  şahnaməçi  kimi  fəaliyyət  göstərmiş  Fətullah  Arifi 
Çələbi, 1514-cü ildə  Çaldıran  döyüşündən sonra Sultan Səlim tərəfindən  Təbrizdən İstanbula 
aparılmış, Osmanlı dövlətində şahnaməçi kimi işə başlasa da, babası İbrahim Gülşəni ilə bağlı 
bəzi siyasi məsələlərə görə, bu fəaliyyətini davam etdirə bilməmişdir. Sonralar Qanuni Sultan 
Süleymanın  təqdirini  qazanan  Fətullah  Arifi,  atası  Əcəm  Dərviş  Məhəmməd  Çələbi  ilə  birgə 
1540-cı illərdə Osmanlı dövlətinin xarici əlaqələrində divan katibliyi vəzifəsini yerinə yetirmişdir. 
Arifinin atası Şah Təhmasibə qarşı üsyan qaldırmış Şirvan bəylərbəyi Əlqas Mirzənin yanına elçi 
kimi göndərilmiş, o, özü isə 1547-ci ildə Osmanlı dövlətinə sığınan Əlqas Mirzənin "nişancısı" 
olmuşdur.  1551-ci  ildə  ona  Osmanlı  dövlətinin  ilk  rəsmi  şahnaməçisi  vəzifəsi  həvalə 
olunmuşdur. Tam səkkiz il bu məsuliyyətli vəzifəni həyata keçirən Arifi Çələbi, ərsəyə gətirdiyi 
əsərləri ilə Osmanlı şahnaməçilik sənətinin inkişafında çox böyük rol oynamışdır.  
Onun  həyat  və  yaradıcılığı  haqqında  kifayət  qədər  məlumat  olsa  da,  həyatının  bəzi 
məqamları, xüsusilə də ömrünün son üç ili tədqiqatçılar üçün qaranlıq olaraq qalmaqda idi. Belə 
ki, Arifi Çələbinin Qahirədə nə iş gördüyü və məzarının dəqiq yeri bilinmirdi.  Əldə edilən yeni 
mənbələr, xüsusilə də  İbrahim Gülşəninin 1534-cü ildəki ölümündən sonra Qahirədəki Təkkəsi 
üçün yazılmış 1541-ci il tarixli  təkkə kulliyyəsinin (dərgahının) vəqfiyyə sənədi sayəsində onun 
Misirdə keçirtdiyi ömrünün son üçillik fəaliyyətini öyrənmək və məzarının yerini dəqiqləşdirmək 
mümkün  olmuşdur.  O,  bu  müddət  ərzində  babası  İbrahim  Gülşəni  təkkəsinin  vəqf  işlərilə 
məşğul olmuş və orada ona ayrılmış evində ailəsilə birlikdə yaşamışdır. Hicri 969 (1561-1562)-
cu  ildə  vəfat  edən  Fətullah  Arifi  Çələbi  dərgahın  içində  Gülşəni  məqbərəsinin  sol  və  sağ 
kənarlaında ibadət üçün tikilmiş 24 hücrənin altındaki zirzəmilərdən birində dəfn olunmuşdur. 
Anahtar Kelimeler: Fətullah Arifi Çələbi, şahnaməçi, İbrahim Gülşəni təkkəsi. 
*
Doç. Dr., Bakı Mühəndislik Universiteti, email: 
bdedeyev@beu.edu.az
, AZERBAYCAN


Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
24 
GENERAL CHARACTERISTICS OF THE OTTOMAN PHILOSOPHICAL THOUGHT 
 Bilal KUŞPINAR
*
 
ABSTRACT 
There had been a commonly-held opinion by the late-nineteenth and early-twentieth-
century  Orientalists  that  the  Ottomans  had  no  involvement  in  rational  and  philosophical 
sciences,  other  than  logic,  and  that  therefore  they  made  no  contribution  to  the  world  of 
knowledge in these fields. This view, which  was based on pure speculation and without any 
scientific justification, has continued to be literally echoed in the writings of the majority of the 
Western scholars of the Ottoman history. Moreover, the same problematic and controversial 
position appears to have been adopted even by some of the Muslim and Turkish historians until 
the last quarter of the twentieth century. This eventually led to a dubious assumption or a hasty 
false  conclusion  that  such  a  long-lived  Ottoman  State,  from  the  thirteenth  to  the  twentieth 
century  of  its  glorious  existence,  had  somehow  remained  closed  or  immune  to  all  sorts  of 
thinking activities and rational developments, which can also be regarded as  philosophical if 
philosophy  is  defined  as  a  thinking  or  rational  activity.  Thanks  to  the  recently  flourishing 
remarkable researches and studies carried out by certain industrious Turkish intelligentsia, this 
above-mentioned speculative view has proven utterly wrong and completely ungrounded. As 
these newly emerging studies clearly demonstrate, the Ottomans, who had already inherited 
all the philosophical, theological and mystical legacy of the classical Islamic civilization via their 
immediate  predecessors,  i.e.  the  Seljuks,  have  continued  to  develop  their  own  intellectual 
edifice with their own original independent works, commentaries and critiques. Fortunately, 
the intellectual heritage -philosophical, theological, mystical- of the Ottomans is now gradually 
coming to fore in the academic studies of the Turkish scholars.  In this paper, therefore, based 
on our close examination into some of these works, we shall make an attempt to determine 
the character, the scope and the extent of the Ottoman philosophical thought. 
Keywords: Ottoman history, Philosophical though 
 
 
                                                 
*
 Prof. Dr.,Department of Philosophy, Necmettin Erbakan University, email: bkuspinar@konya.edu.tr, 
TURKEY 
 


Inocte 2017 
International New Tendencies Congress in Ottoman Researches 
September 12-14, 2017 Baku 
25 
TÜRKOLOGİYANIN HAZİRKI VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İNKİŞAF YOLLARI 
Buludxan  XƏLİLOV
*
 
ÖZET 
Məqalədə  türkologiyanın  hazırkı  vəziyyəti  araşdırılır.  Türk  dillərinin  tədqiqiq  ilə  bağlı 
görülmüş  işlərin  hazırkı  vəziyyəti  analiz  olunur.  Eyni  zamanda  türkologiyanın  gələcək  inkişaf 
yollarının  ən  vacib  istiqamətləri  diqqətdə  saxlanılır.  Xüsusilə,  türk  millətlərinin  vahid  latın 
qrafikalı əlifbadan istifadə etmələrinin vacibliyi, qədim türk yazılı mənbələrinin yenidən çapı, 
ortaq dəyərlərin qorunub saxlanılması və s. məsələlər türkologiyanın gələcək inkişaf yolları kimi 
diqqət  mərkəzinə  gətirilir.  Bundan  başqa,  ayrı-ayrı  türkoloji  mərkəzlərin  əlaqələrinin 
koordinasiyasıməsələsinin  vacibliyi  türkologiyanın  gələcək  inkişaf  yollarından  biri  sayılır.  Bir 
sözlə, türkologiyanın ortaq problemlərinin koordinasiya  edilərək  araşdırılmasının əhəmiyyətli 
rol oynadığı bugünkü reallığın tələbi kimi izah edilir. 
Anahtar  Kelimeler:  Türk  dilləri,  latın  qrafikalı  əlifba,  türkoloji  mərkəzlərin  əlaqələri, 
ortaq problemlər, qədim türk yazılı mənbələri 
*
Prof. Dr., Azərbaycan Dövlət Pedaqoji Universiteti, email: buludxan.xelilov@mail.ru,, AZERBAYCAN




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə