İNŞaatda iSTİfadə olunan boya nöVLƏRİ



Yüklə 42,87 Kb.
Pdf görüntüsü
tarix11.01.2018
ölçüsü42,87 Kb.
#20348


İNŞAATDA İSTİFADƏ OLUNAN BOYA NÖVLƏRİ 

Evlərdə  istifadə  olunan  boyalar  quruluşuna  görə  iki  qrupa  bölünür.  Bunlar  sintetik  boyalar  və 

emulsiyalardır (su bazlı boyalar). İstifadə məqsədinə görə isə ilk astarlar, məcunlar (pastalar), ara və ya 

son qat astarlar, son qat boyalar olmaqla dörd qrupa ayrılırlar. 

1.

 

İlk astarlar: boyama sistemləri və səthin növünə görə fərqli özəlliklər göstərir.  



Ümumi özəllikləri istifadə məqsədləri bunlardır:  

 



Səthi möhkəmlətmək 

 



Səthə yaxşı yapışmanı təmin etmək 

 



Üzərinə tətbiq ediləcək digər qat boya məhsullarına təməl yaradaraq boya sisteminin möhkəm və 

uzunömürlülüyünü təmin etmək 

 

Səthin əmicilik gücünü azaldaraq xərclərin azalmasını təmin etmək 



 

Son qat boyanı bazik/alkali təsirlərdən qorumaq 



 

Səthi qoruma altına almaq (koroziyaya qarşı astarlar) olduqca önemli bir qrupudur. 



 

2.

 



Məcunlar:  məcunlar  çatlaq,  boşluq  və  qırışların  düzəldilməsi  məqsədi  ilə  şpatel  ilə  çəkilən  bir 

məhsul qrupu olub, istifadə ediləcəyi yerə görə çox fərqli özəlliklər göstərmələrinə baxmayaraq, 

bir tək məsqəd üçün istifadə edilir: səthi düzləşdirmək. 

Məcunların istifadəsində diqqət ediləcək xüsusiyyətlər bunlardır: 

 

Məcular  boya  yardımçı  vasitələri  içərisində  ən  zəif  məhsul  olduğundan  gərəktiyindən  artıq 



istifadə olunmamalıdır. 

 



İncə məcunlar: incə qatlar halında bir neçə qat işlənilərək istifadə edilməlidirlər. 

 



Qalın dolğuya ehtiyac olan səthlərdə hazır dolğu məcun tipləri istifadə olunmalıdır. 

 



Seçiləcək  məcun  tipinin  boyanacaq  səthin  yerləşdiyi  mühitə  uyğun  növdən  olmasına  xüsusi 

diqqət yetirilməlidir. 

 

3.

 



Ara  astar  və  ya  son  qat  astarlar:  ilk  astarlar  və  məcun  qatlarının  üzərinə  son  qat  boyadan  önçə 

istifadə  olunur.  Ara  qat  və  ya  son  qat  astarlar  sadəcə  sintetik  boyama  sistemlərində  dörd 

məqsədlə istifadə edilirlər.  

 



 Üzərinə tətbiq ediləcək son qat boyaya dolğun və düzgün bir səth hazırlama məqsədi ilə istifadə 

edilir. 


 

Bütün boya qalınlığını artıraraq sistemin dayanıqlılığını yüksəltmək. 



 

Qatları arasında yaxşı yapışmanı təmin etmək 



 

Məcun  qatlarının  emiciliyinin  qarşısını  alaraq,  son  qatın  istənilən  parlaqlıqda  qalmasını  təmin 



edirlər.  Astar    tətbiq  edildikdən  10-16  saat  sonra  sumbatalanaraq  üzərinə  son  qat  sintetik  boya 

tətbiq edilir. Ara və ya son qat astarlar İlk Astarlar yerinə istifadə edilməməlidirlər. 

4.

 

Son  qat  boya  və  laklar:  İç  və  çöl  mühiti  şərtlərinə  görə  boyama  sisteminin  son  qatı  mexanik, 



kimyəvi  və  atmosfer  təsirlərinə  qarşı  boyama  sistemini  ən  yaxşı  şəkildə  və  dekorativ  cəhətdən 

gözəl görünməsini təmin edərək qoruyur. 

Son qat  boyalar  ən az iki  qat  uygulanmalıdır.Tavsiye edilən qat  kalınlıklarında və  sarfıyatlarda 

ancaq koruyuculukları mümkün olar. 

Son  qat  boyalar  və  laklar  səth  şərtlərinə  və  mühitə  görə  seçildiklərində  həqiqi  özəlliklərini 

göstərməkdədirlər. 

 

YAXŞI BİR BOYA HANSI XÜSUSİYYƏTLƏRİ DAŞIMALIDIR? 

Boyanın istifadə sahələrinə və məqsədlərinə görə çox dəyişik xüsusiyyətlərə sahib olması tələb olunur. 

1-Ümumiyyətlə Tələb Olunan Xüsusiyyətlər; 

1.1-Örtücülük: Boyanın səthi bağlaması, səthi göstərməməsidir. Boyanın iki qatda səthi bağlaması 

gözlənilir. 

1.2-Asan tətbiq oluna bilən olması: Boya fırça ilə tətbiq edildikdə rahat bir tətbiq nəticəsində yaxşı bir 

səth yaratması gözlənilir. 

1.3-Fiziki təsirlərə Dözümlülük: Sürtünmə, cızılma, silinməyə dayanıqlılıq 




1.4 Kimyəvi təsirlərə Dözümlülük: Sabun, yuyucu, kola, yağ, içki və s. bu kimi maddələrə davamlı 

olması lazımdır. 

1.5 Atmosfer və Xüsusi Şərtlərə Dözümlülük: Yağış, günəş və digər atmosfer şərtlərinə dayanıqlı olması 

lazımdır. 

1.6-Dekorativlik: Bütün bu xüsusiyyətləri daxil olmaqla bərabər dekorativ bir görünüşün əldə olunması 

gözlənilir. 

2.Boya növünə görə tələb olunan Xüsusiyyətlər; 

2.1-Daxili Plastik (PVA əsaslı) boyalardan Gözlənilən Xüsusiyyətlər; Bu tip boyalardan örtücülük, 

ağlıq, silinəbilinməsi və dekorativlik gözlənilir. 

2.2-Xarici Plastik (Akrilik əsaslı) boyalardan Gözlənilən Xüsusiyyətlər; Örtücülük, xarici atmosferik 

şərtlərə dayanıqlılıq, solmamak, dekoratiflik 

2.3-Sintetik (Alkid və Yağlı) boyalardan Gözlənilən Xüsusiyyətlər; 

Örtücülük, fırça ilə rahat tətbiq olunması, parlaqlıq qalıcılığı, saralmama, solmama, silinərkən sabun və 

yuyuculardan təsirlənməmək, çöl cəbhədə atmosfer şərtlərinə dayanıqlılıq və dekorativlikdir. 

Yuxarıdakı xüsusiyyətlərə diqqət yetirilsə, dekorativlik çox əhəmiyyətli bir xüsusiyyət olmasına 

baxmayaraq digər xüsusiyyətlər boyanın uzun ömürlü olması ilə əlaqədar olduğundan çox böyük 

əhəmiyyət daşıyır.Bununla bərabər uyğun olmayan səth hazırlığı, boyanın səhv tətbiq olunması və 

istifadə edilməsi, uyğun olmayan hava şərtləri tətbiq ediləcək boyadan yaxşı nəticə alınmasına ən az  

50% mənfi təsir göstərir. 

Bundan savayı,  istifadə ediləcək boyaların TSE standartlarına uyğun olması tələb olunur. Su əsaslı 

boyaların TS 5808'ə, sintetik boya və lakların TS 39'a, çöl cəbhə hazır mayelərinin və boyalarının TS 

7847-ə uyğun olması tələb olunur. 

 

ƏHƏNG YOXSA BOYA? 

Hansı Boyalar daha sağlamdır?

 

Əhəng əsrlərdir və hələ də ağardıcı olaraq istifadə edilən bir divar boyasıdır. Sağlamlığa zərəri yoxdur. 



Birbaşa su ilə həll edilib istifadə edildikdə quruduqdan sonra toz halına gəlir və sürtülməklə çıxır. 

Əhəng ağardıcı içinə yapışdırıcı tutqal olaraq Sümük tutqalı və ya İsrail tutqalı adıyla satılan (PVA) ağ 

yapışqan qarışdırılaraq tozlaşmasının qarşısı alına bilər. Uzun ömürlü olmayan kənd tipi deyə 

biləcəyimiz bir ağardıcıdır. Ümumiyyətlə yaşayış binalarının tavanlarında əhəng ağardıcıya yalnız 

günəbaxan yağı (1 vedrə əhəng ağardıcıya 1 çay stəkanı qatılır) qatılıb asan sürtülməsi təmin edilib 

istifadə edilməkdədir. Tavandakı rütubəti və istini çəkməsi məqsədi ilə sitifadə edilir. Ancaq hər il 

edilən yenidən boyama nəticəsində qat qalınlığı artaraq səthdən təbəqə halında qopmalar yaşanır. 

Hazırda əhəng kimi aktiv olaraq rütubəti və istiliyi özünə çəkən, bundan başqa qabarmayan Tavan 

boyaları istehsal olunur. 

• Ən sağlam boyalar su ilə həll edilən boyalardır. Daha əvvəl açıqladığımız kimi, sintetik yağlı boyalar 

quruduqdan sonra insan sağlamlığına zərər vermir.

 

 



BOYAMA IŞLƏRINDƏ ISTIFADƏ EDILƏCƏK KÖMƏKÇİ NƏQLIYYAT VASİTƏLƏRİ 

HANSILARDIR? 

 

HANSI XÜSUSIYYƏTLƏRƏ SAHIB OLMALIDIR? 



SEÇİMİ, İSTİFADƏSİ, TƏMIZLIYI NECƏ OLMALIDIR? 

Boyama işinin yaxşı nəticə verməsi, seçiləcək boyanın keyfiyyəti qədər istifadə ediləcək alətlərin də 

keyfiyyəti və baxımlılığına bağlıdır. Fırça, Rulo, şpatel, sumbata kağızı kimi alətlərimizi tanıdaq. 

1-Fırça: Yaxşı bir fırça həqiqi donuz tükündən düzəldilir. Bir boya fırçası boya və laka hakim olmalı 

fırçanın tükləri boyanı çəkib sürtəcək qədər sərt, eyni zamanda da yumşaq bir sürtünmə təmin edəcək 

qədər elastik olmalıdır. 

Diqqət edilınəsi lazım olan xüsuslar: 

• Yeni fırçanın tozunun təmizlənməsi, qopmuş və zəif yapışmış tüklərin təmizlənməsi üçün, fırça qəti 

şəkildə yuyulmamalıdır, barmaqlar ilə bükülərək və silkələnərək tozu və qopmuş tükləri alınmalıdır. 

• yeni fırça əvvəl astar boya tətbiqində istifadə edilərək uclarının açılması və yumşalması təmin 




edilməli, sonra isə son qat boya da istifadə edilməlidir. 

• Fırça boyaya tüklərinin yarısına qədər batırılmalıdır, artıq boyanın damlamasını üçün fırçanı qutunun 

ağız qisminə sürtülərək  alınmalıdır. 

• Boyama işinə qısa ara veriləcəksə, fırça boyanın içinə dik olaraq deyil, qutunun üstünə qoyulmalıdır. 

• Boya işi bitdikdə və ya uzun sürən aralarda fırça istifadə edilən boyaya uyğun incəltici ilə 

təmizlənməlidir. 

• Sintetik boyada istifadə edilmiş fırça tiner ilə, plastik boyada istifadə edilən fırça isə su ilə 

təmizlənməlidir. 

• Su ilə təmizlədiyimiz fırça tükləri aşağı şəkildə asılmalı, təkrar istifadə edilmədən öncə fırça bir 

müddət suda saxlanılaraq tükləri isladılmalıdır. 

• Tiner ilə təmizlənən fırça bərabər miqdarda tiner-kətan yağı qarışığı içində qorunmalı, təkrar istifadə 

edərkən, ovuc içində fırladılaraq incəlticidən yaxşıca arındırmalı, təkrar tinerlə təmizlənməməlidir. 

• Fırça boyanı qarışdırmaq üçün istifadə edilməməlidir. 

• Fırça toz almaq üçün istifadə edilməməli, bu məqsədlə ucuz bir fırça seçilməlidir. 

Hansı fırçalar haralarda istifadə edilir? 

Divar səthlərin boyanmasında əhəng fırçası istifadə edildiyi kimi ümumiyyətlə rizlo da istifadə 

edilməkdədir. 

 

Yaxşı nəticə əldə etmək üçün: 



- I / 2, I, 11/2 düymlük fırçalar: Qapı, pəncərə çərçivələrinin boyanmasında 

- 2, 21/2, 3 düymlük fırçalar: geniş qapı səthlərinin boyanmasında 

- 4,5 düymlük fırçalar: divar səthlərinin və parketlərin boyanmasında 

 

2 - Rulo: Rulo istifadəsi tavan və ya geniş divar səthlərinin boyanmasında sürətlə işləməyi və işin qısa 



zamanda bitirilməsini təmin edir. Bugün Avropada müxtəlif vasitələrdən istehsal edilən rulolar fırçanın 

yerini ala biləcək rulo növlərini ehtiva etməkdədir. 

Rulonun istifadəsi üçün rulo qabları da satılmaqdadır və rulo tablolarının rulodakı boyanın artığının 

alınması üçün xüsusi kanallar da var. 

Rulo tətbiqində istifadə olunacaq rulo tipləri aşağıda açıqlanmaqdadır: 

Boya işində istifadə edilən rulonu, işin növünə görə seçmək lazımdır: 

 

Plastik boyaların tətbiqi: 



Süngər Rulo, xəzli Rulo-Post Rulo 

Sintetik boyaların tətbiqi Tiftik Rulo-Velür Rulo 

Hər iki sistemdə və çöl cəbhədə - Qoyun yunu Postaki Rulo istifadə edilməkdədir. 

 

• Boya rulosu və tablosu istifadə edildikdən sonra yaxşı bir şəkildə təmizlənməlidir, əks halda ehtiyac 



olduğunda istifadə edilməsi mümkün olmaz. 

• Plastik boya rulosu istifadə edildikdən sonra bol su ilə yuyularaq yaxşıca təmizlənməli, silindr qismi 

aşağı gələcək şəkildə asılaraq qurudulmalıdır. 

• Yağlı və Sintetik boyada istifadə edilən rulo təmizlənərkən əvvəl qəzet kağızı ilə üzərindəki boya 

mümkün olduğu qədər alınır. Sonra tiner içində yuyulur və qəzet üzərində yuvarladılaraq qurudulur. Son 

olaraq ilıq sabunlu su ilə yuyulur, durulanır və asılaraq qurudulur. 

• Rulo təkrar istifadə edilərkən, tiner və ya su ilə nemlendirilib isladılır və boya içinə batırılaraq 

doyurulur, boya artığı sıyırılıb istifadə edilir. 

3-şpatel: Köhnə boyaların kazınmasında istifadə edildiyi kimi geniş ağızlı olanları məcun tətbiqində də 

istifadə edilə bilər. Məcun tətbiq edilərkən şpatel səthə 45 dərəcədən aşağı bir bucaq ilə basdırılaraq 

çəkilsə düz bir səth əldə edilər. Məcun manevrində istifadə edilən geniş polad şpatellər; uyğun incəltici 

ilə silinərək paslanmaması üçün nəm miqdarı az, yaş olmayan yerlərdə və ya uzun zaman saxlanacaq isə 

yağlanıp saxlanılmalıdır. 

 

4 sumbata kağızı: Ümumiyyətlə inşaat qrupları üçün xüsusi sumbatalar mövcuddur. Bunlar dəmir və 




ağac sumbatası olaraq adlandırılır. 0, 1, 2, 3, 4 şəklində nömrələnmişdirlər. 0-dan 4-ə qədər gəldikcə 

qalınlaşır. 3 və 4 nömrələr daha çox səth hazırlığında 2 nömrə məcun sumbatasında, 1 nömrə son qat 

boyanın sumbatasında istifadə edilməkdədir. 

 

5 Su Sumbatası: Avto boya və mebel cila işləri kimi həssas işlərdə istifadə edilən qalın dişlidən incəyə 



doğru nömrələri böyüyən 80, 100, 180, 200, 240, 300, 360, 400, 500, 800, 1000, 1200 nömrəyə qədər 

olur. Görülən işdən asılı olaraq 360 no'dan sonrası sonqat sumbatası olaraq yaş və quru olaraq istifadə 

edilir. 

 

BOYAMA İŞLƏRİ HANSI HAVA ŞƏRAİTİNDƏ GÖRÜLƏ BİLƏR? 

 

Boyama əməliyyatının 20-25ºC və normal hava rütubətliyi 40-60% olan hava şəraitində quru səthlərə 



plastik və ya sintetik (yağlı) boyanın tətbiq edilməsi idealdır. Boya istehsalçı firmalar, boya tətbiq 

tövsiyələrində quruma və qatlar arası gözləmə müddətləri haqqında məlumatları qablaşdırma etiketi və 

broşuralarında ifadə etməkdədirlər. 

Sintetik Boyalar: + 15ºC altındakı istilikdə və çox nəmli mühitdə boyama əməliyyatı edilməsi tövsiyə 

edilmir. + 15º C hava istiliyində boyanın quruma müddəti normaldan bir qədər artır. + 5ºC də isə ən az 

üç dörd misli gecikmə olduğuna görə problemlər də başlaya bilər. 0ºC altında isə quruma müddəti 8-10 

günü keçər hətta ikinci qat boyanı qəbul etməz səthdə sallanma, qırışıqlıq kimi problemlər çıxır. 

Emulsiya suyu ilə həll edilən Plastik Boyalarının  (PVA, Akrilik Boya və Hazır suvaqlar) tətbiqi + 50ºC 

altında olan hava istiliyində qəti şəkildə tövsiyə edilmir. + 50ºC hava istiliyində quru səthlərə tətbiq 

oluna bilər. Bunun səbəbi bu cür boyaların bağlayıcısının kimyəvi quruluşu + 50ºC hava istiliyi altında 

qat çəkmə xüsusiyyətini itirərək qurumalarıdır. Bütün Akrilik və PVA əsaslı su ilə incəldilən boyalar 

üçün bu kritik nöqtə etibarlıdır. Əks halda tətbiq olunan boya qat yaratmadığından yağan yağışdan 

təsirlənər, tətbiqdən 2 ay sonra da yağış yağsa, səthdən yuyularaq çıxar həddindən artıq eroziyaya məruz 

qalar. 


Çöl cəbhə akrilik boya və hazır suvaqlarına yağış təsiri: + 200ºC + 300ºC normal hava şərtlərində 6-8 

saat içində yağışdan təsirlənə bilər. 

+ 10º +0º C normal hava şəraitində 24 saat içində yağışdan təsirlənə bilər. 

+ 5ºC normal hava şəraitində 36 saat içində yağışdan təsirlənə bilər. 

 

  İstilikdən savayı həddindən artıq nəmli (65% - dan artıq) mühitdə isə təsir etmə müddəti daha da 



uzanar. Yağış təhlükəsi üçün qoruyucu tədbir alınmalı, səthə neylon örtük çəkilərək səthin islanması 

önlənməlidir. 



 

Yüklə 42,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə