“İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir!”



Yüklə 64,13 Kb.
tarix08.09.2018
ölçüsü64,13 Kb.
#66992

gerb


3

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən reallaşdırılan İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir! layihəsi çərçivəsində


T Ə L İ M K U R S U
25-27 iyun 2016-cı il, Lənkəran
Elan Forması
Təşkilat haqqında:
MAGİYA ictimai birliyi 31 mart 2005-ci il tarixində Lənkəran şəhərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşən yerli ziyalı gənclərin təşəbbüsü ilə yaradılmış qeyri-siyasi, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır (www.epsaya.az).

İctimai birliyin məqsədi və fəaliyyət predmeti gənclər və gənclər vasitəsi ilə ictimaiyyət arasında sosial, iqtisadi, hüquqi, ekoloji və sair istiqamətlərdə maarifləndirmə və məlumatlandırma işinin aparılmasından ibarətdir.

Birliyin vəzifələri onun məqsədini reallaşdırmaq üçün yeniyetmə və gənclər, o cümlədən geniş ictimaiyyət arasında müvafiq maarifpərvər tədbirlər sistemini (müxtəlif təlimlər və seminarlar, debatlar və klublar, dəyirmi masalar və görüşlər, dərnəklər və kurslar, konfranslar və sərgilər, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər) həyata keçirməklə cəmiyyətdə elmi-kütləvi biliklərin artmasına köməklik etməkdir.
Layihənin təsviri:
İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir! layihəsinin respublikanın cənub bölgəsində yerləşən Lənkəran şəhərində həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda ən aktual məsələlərdən biri də ölkədə yeniyetmə və gənclərin insan alveri və qanunsuz miqrasiya haqqında geniş məlumatlara malik olmamasıdır. Bu baxımdan yeniyetmə və gənclərin insan alveri və qanunsuz miqrasiya barədə geniş maarifləndirilməsinə və məlumatlandırılmasına böyük ehtiyac duyulur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 7000 (yeddi min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində ölkə üzrə seçilən 16-29 yaş arası 25 nəfər gənc üçün Lənkəranda yerləşən AB Qala otelində 25-27 iyun 2016-cı il tarixlərində 3 günlük (həftə sonu) pulsuz təlim kursları təşkil ediləcəkdir.



Təlim kurslarında tam iştirak edən gənclərə Sertifikatlar veriləcəkdir!
Layihənin məqsədi:
İnsan alverinə qarşı effektiv mübarizə gənclərin maariflənməsindən keçir!” layihəsinin əsas məqsədi insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində regionlardakı gənclərin, xüsusilə, gənc qızların, eləcə də potensial qurbanların (məsələn, erkən nikahın iştirakçıları və s.) və digər risk qruplarının (yeniyetmələr, uşaqlar və s.) geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir.
Layihənin vəzifələri:


  1. Sərhədyanı region olan cənub bölgəsində ən aktual məsələlərdən biri hesab olunan insan alveri ilə mübarizə və təhlükəsiz miqrasiya sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyasına başlamaq məqsədilə ölkə miqyasında 3 günlük təlim kurslarının keçirilməsi;

  2. Müvafiq ərizə əsasında ölkə üzrə regionlardan seçilmiş 25 nəfər gənc üçün insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində aidiyyəti mövzuda geniş bilik və təcrübəsi olan ekspertlər – hüquqşünaslar vasitəsilə interaktiv diskussiyaların təşkili;

  3. Təlimatlandırılmış gənclərin insan alveri və qanunsuz miqrasiya mövzusunda zəruri texniki vasitələrlə (aidiyyəti təqdimatlar və bukletlər) təmin edilməsi və onların vasitəsilə ictimaiyyətin geniş şəkildə maarifləndirilməsi və məlumatlandırılması kampaniyalarının həyata keçirilməsinə davamlı dəstəyin verilməsi;

  4. İştirakçıların asudə vaxtlarını səmərəli keçirməsindən ötrü onların Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Lənkəran Gənclər Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi və Həzi Aslanovun ev muzeyinə ekskursiyalarının təşkil edilməsi;

  5. Həyata keçirilən layihənin nəticə və uğurları barədə iyul ayında Lənkəran şəhərində ictimai birliyin ofisində mətbuat konfransının təşkil olunması.


Təlim kursunun metodikası:
Təlim kursunun əsas prinsiplərdən biri də iştirakçıların mövcud bilik və təcrübəsinə istinad etməklə qarşılıqlı öyrənmə və informasiya mübadiləsinə əsaslanma olacaqdır. Bununla yanaşı qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi təlimin əsas metodlarından olacaqdır. Qeyri-formal təhsil metodlarının tətbiqi zamanı diskussiyalar əsas götürüləcəkdir. İştirakçılar sərbəst şəkildə qarşılıqlı öyrənmə və təlim prosesinə cəlb olunacaqlar.
Təlim kursunun mündəricatı:
25-27 iyun 2016-cı il tarixlərini əhatə edən layihə çərçivəsində təşkil ediləcək təlim kursunun mövzuları aşağıdakılardan ibarətdir:

  • İnsan alveri haqqında məlumat: insan qaçaqmalçılığı – qlobal və yerli insan alveri tendensiyalarının hüquqi aspektdə və rəsmi məlumatlar əsasında təhlili;

  • İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları – mənşə, tranzit və təyinat ölkəsi, readmissiya və repatriasiya məsələləri;

  • Kimlər insan alverinin qurbanları sayılır: potensial insan alveri qurbanları kimlərdir – risk qrupları;

  • İnsan alveri qurbanlarının ehtiyacları və problemləri;

  • İnsan alveri qurbanları ilə davranış/ünsiyyət qaydaları: qurbanlarla müsahibələr – əsas məsələlər;

  • İnsan alveri qurbanlarının reabilitasiyası – əsas prinsiplər, insan alveri qurbanlarına qarşı stereotiplərin aradan qaldırılması, qurbanların inteqrasiya və reinteqrasiya məsələləri;

  • İnsan alveri qurbanlarının müdafiəsi istiqamətində beynəlxalq və milli qanunvericilik, proqramlar və qurbanların sığınacaqlarda yerləşdirilməsi mexanizmləri;

  • İnsan alveri ilə mübarizə yolları: Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlıq;

  • Azərbaycan Respublikasında insan alveri qurbanlarına göstərilən xidmətlər;

  • İnsan alveri və məcburi əmək anlayışları, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər;

  • Miqrant kimdir: qanuni və qeyri-qanuni miqrant, əməkçi miqrant və potensial qurbanlar – vətəndaşlığı olmayan şəxslər;

  • Miqrasiya nədir: emiqrasiya və immiqrasiya prosesləri – viza və deportasiya anlayışları;

  • Miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi;

  • Əcnəbilərin ölkəyə giriş və qeydiyyat qaydaları, miqrasiya qanunvericiliyinin pozulması hallarında nəzərdə tutulan prosedurlar və cərimələr.


İştirakçıların seçim meyarları:


  • Azərbaycan dilində sərbəst danışan 16-29 yaş arasında olan gənclər;

  • XI sinifdə oxuyan orta ümumtəhsil məktəblərinin şagirdləri;

  • Orta ixtisas təhsil müəssisələrinin tələbələri;

  • Ali təhsil müəssisələrinin tələbələri;

  • KİV-də çalışan gənc əməkdaşlar;

  • Dövlət strukturlarında çalışan gənc işçilər;

  • Gənclər təşkilatlarının nümayəndələri və könüllüləri.

  • Coğrafi və gender balans.


Ərizə forması, prosedur və iştirakçıların seçilməsi:
Bütün müraciətçilər müvafiq ərizə formasından istifadə edərək təlimdə iştirak etmək üçün müraciət edə bilərlər. Təşkilatçılar gender və coğrafi balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd edilən profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Təlim kursunda iştirak etmək hüququnu qazanan gənclərin siyahısı təşkilat komissiyası tərəfindən müəyyənləşdirildikdən sonra bütün ərizəçilərə 15 iyun 2016-cı il tarixində ümumi nəticələr barədə E-mail vasitəsilə müvafiq məlumatlar veriləcəkdir!

Zərurət yarandığı təqdirdə “Gözləmə siyahısı”na adları düşmüş gənclərlə 23 iyun 2016-cı il tarixinədək telefon vasitəsilə əlaqə saxlanılacaqdır.

Təlim kursunda iştirak etmək hüququnu qazanan gənclər təlimin gündəliyini 3 gün ərzində alacaqlar. Qeyd edək ki, adları iştirakçı siyahısına düşən gənclər təlim kursunda tam müddətdə iştirak etmək üçün hər cür səy göstərməlidirlər. Bundan ötrü təşkilati dəstəyə ehtiyac yaranarsa ictimai birlik zəruri köməkliyi göstərə bilər (məsələn, dəstək məktubu).

Üzürlü səbəbə görə təlimdə iştirak edə bilməyən gənclər isə təlimin başlanmasından ən azı 3 gün əvvəl MAGİYA ictimai birliyinə bu barədə mütləq məlumat verməlidirlər.


Təlimdə iştirak etmək ücün müraciətin son tarixi:
Təlimdə iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (Sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 05 iyun 2016-cı il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

magiyango@gmail.com
Təlim kursunun yemək və qalmaq xərcləri:

3 günlük təlim kursu zamanı bütün iştirakçıların çay-kofe və yemək xərcləri layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən təmin olunacaqdır. Lənkərana olan səfər xərcləri (yol pulu) istisna olmaqla, bütün iştirakçıların oteldə qalmaq xərcləri (3 gecə) ictimai birlik tərəfindən ödəniləcəkdir. İştirakçıların hamısının oteldə qalmaları və bütün təlim sessiyalarında tam iştirak etmələri zəruridir!!!


Təlim kursunun keçirilmə tarixi və yeri:
Təlim kursu 25-27 iyun 2016-cı il tarixlərini (həftə sonu) əhatə edəcək və Lənkəran şəhərində yerləşən AB Qala otelində (www.abqala.az) keçiriləcəkdir.
Əlaqə vasitələri:


MAGİYA ictimai birliyinin “Layihələr və Tədbirlər Şöbəsi”

İlkin Muradov, (0 50) 381 62 43, www.epsaya.az



Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 42 00

Yüklə 64,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə