İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

31 
 
canlı orqanizmlərin özləridir ki,onların da hər birində külli miqdarda parazitlər və 
simbiotlar məskunlaşa bilir. 
    Bəs mühit özü nədir? 
    Orqanizmlərin bilavasitə və ya bilvasitə (dolayısı ilə) qarşılıqlı münasibətdə 
olduğu təbiət cisim və təzahürlərinə mühit deyilir. 
    Orqanizmləri əhatə edən mühit zaman və məkan daxilində dinamik olan bir çox 
element,təzahür və şəraitlərin məcmusu ilə səciyyələndirilir ki,bunlara da amil ki-
mi baxılır. 
    Canlı orqanizmlərin fərdi inkişafının heç olmazsa birfazasında ona birbaşa 
və ya dolayısı ilə təsir göstərə bilən hər-hansı mühit şəraitinə ekoloji amil de-
yilir
    Ekoloji amillər müxtəlif təbiətə və təsir xüsusiyyətlərinə malikdirlər.Ona görə 
də,ekoloji amillərin təsnifatının da müxtəlif variantları mövcuddur. Məsələn,müəy- 
yən orqanizmlərin sayından asılı olan və asılı olmayan ekoloji amillər.Aydındır 
ki,makroiqlim amili (hər-hansı ərazinin iqlimi) bu ərazidə məskunlaşmışcanlıların 
(bitki,heyvan və hətta insanların) sayından asılı deyil.Eyni zamanda müəyyən bir 
epidemiyanın baş verməsi və yayılması həmin ərazidə məskunlaşmış canlıların sıx-
lığından çox asılıdır.Çünki,əksər hallarda epidemiyalar fərdlərin həddindən çox ol-
duğu yerlərdə baş qaldırır. 
    Canlı orqanizmlər də öz növbəsində ekoloji amillərə özünəməxsus uyğynlaşma 
reaksiyası ilə cavab verirlər və bu uyğunlaşmanın da ekoloji amillərin təsirinin dai-
milik dərəcəsindən asılı olmasını nəzərə alaraq A.S.Monçadski orijinal təsnifat ver-
mişdir.O,birinci dövri,ikinci dövri və dövri olmayan amilləri ayırır. 
    Birinci dövri amillərə Yerin fırlanması ilə bağlı olan təzahürlər (ilin fəsillərinin 
dəyişməsi,gecə və gündüzün növbələşməsi və s.) aid edilir.Bu amillər Yerdə canlı-
lar meydana gələnə qədər də təsir göstərmişlər və əmələ gələn canlılar bunlara uy-
ğunlaşmalıdırlar. 
    İkinci dövri amillər birinci dövri amillərin nəticəsi,  törəməsidir (məsələn: 
nəmlik,    temperatur,yağıntılar və s.). 
    Dövri olmayan amillərə düzgün dövriliyə malik olmayan amillərdir (torpaq-
süxur amilləri,təbii fəlakətlər və s.).                                                                              
    Ekoloji amilləri əsasən iki qrupa bölürlər: 
1.abiotik-cansız təbiət amilləri;                                                       
2.botik-canlı təbiət (antropogen amillər də daxil olmaqla). 
    İstənilən canlı orqanizmin normal həyat tərzi üçün ona lazım bütün amillər top-
lusunun optimal rejimi və miqdqrı zəruridir. 
 
                                              Abiotik amillər 


32 
 
    Abiotik amillər canlı orqanizmə birbaşa və ya dolayısı ilə təsir göstərən cansız 
təbiət təzahürləri olmaqla iqlim,torpaq-süxur və su mühiti amillərinə bölünürlər. 
    Verilmiş ərazidə coğrafi şəraitlə müəyyən olunan atmosfer təzahürlərinin 
çoxillik rejiminə iqlim deyilir. 
    Yerin iqlimi olduqca müxtəlif olmaqla,bir sıra amillərə (Günəşin şüalanma 
enerjisi,işıqlanma,atmosfer havasının nəmliyi,yağıntılar,atmosferin qaz 
tərkibi,yer səthinin temperaturu,külək və atmosfer təzyiqi) səciyyələndirilir. 
1.Günəşin şüalanma enerjisi.Bütün canlı orqnizmlərə həyat fəaliyyəti prosesləri-
ni yerinə yetirmək üçün kənardan daxil olan enerji lazımdır.Bunun da əsas mənbə-
yi günəş şüalanmasıdır.Günəşdən daxil olan şüalanma enerjisi Yerin ümumi enerji 
balansının 99,9%-ni təşkil etməklə,fəzada elektromaqnit dalğaları şəklində yayıl-
mışdır.Bu şüaların 48%-i spektrin görünən hissəsinin (dalğa uzunluğu0,4...0,76 
mkm),45%-i infraqırmızı şüaların (dalğa uzunluğu 0,76mkm-dən 10
-3
m-ə qədər) 
və 7%-ə qədəri ultrabənövşəyi şüaların (dalğa uzunluğu 0,4mkm-dən az) payına 
düşür.Günəşin Yerə yönəlmiş enerjisinin19%-i atmosferdən keçərkən udulur,  
34%-i kosmik fəzaya əks olunur,47%-i yer  səthinə birbaşa və ya səpələnmiş şəkil-
də çatır. 
    Həyat üçün infraqırmızı şüalar,fotosintez prosesi üçün isə çəhrayı-qırmızı və ul-
trabənövşəyi şüalar daha böyük əhəmiyyətə malikdir.Atmosferdən keçərək Yer sət-
hinə çatan Günəş enerjisinin miqdarı nisbətən sabit olmaqla 21
x
10
23
kC qiymətlən-
dirilir ki,bu da “Günəş sabiti” adlanır. 
    Məlumdur ki,Yerin oxu ekliptika müstəvisinə maili olduğu üçün onun ayrı-ayrı 
sahələri müxtəlif miqdarda günəş enerjisi alır.Ona görə də,Günəş sabiti vahid za-
manda səthə düşən enerji ilə ifadə olunur və orta hesabla 0,14C/sm
2
x
san. bərabər-
dir. 
    Yer səthinə düşən günəş enerjisinin miqdarı günün uzunluğu,şüaların düşmə 
bucağı,atmosferin şəffaflığı və s. parametrlərdən asılıdır.Məsələn,arktik zonada 
60,6
x
10
3
C/sm
2

il,mülayim zonalarda 3446
x
10
3
C/sm
2

il enerji qəbul edilir. 
    Günəş enerjisinin bir hissəsi Yer səthi tərəfindən udulduğu halda,bir hissəsi səth 
tərəfindən əks olunaraq qaytarılır.Məsələn,təmiz qar 80...95%,çirklənmiş qar 
40...50%, qara torpaqlar 5%,açıq rəngli torpaqlar 35...45% günəş enerjisini əks 
etdi-rir. 
 
2.Yer səthinin işıqlanması şüalanma enerjisi ilə bağlı olub, işıq selinin sürəklili-
yindən (müddətindən) və intensivliyindən asılıdır.Yerin fırlanması nəticəsində gü-
nün işıqlı və qaranlıq vaxtları dövri olaraq növbələşir(Şəkil...). 
     İşıqlanma bütün canlılar üçün həyati əhəmiyyətə malikdir və orqanizmlər 
fizioloji olaraq gecə və gündüzə uyğunlaşmışdır.Bütün canlıların gecə və gündüzlə 
bağlı gündəlik fəallıq ritmi mövcuddur. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə