İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   2   3   4   5   6   7   8   9   ...   58


 
    Əgər,Medouzun  modelinə  diqqət  yetirsək  görərik  ki,təəccüblü  olsa  da  dinamik 
tarazlıq sadə və aydın bir anlayışdır. 
    Medouzun  modelinə  görə,bizim  dünyanı  beş  dəyişənin-əhali,məhsul  istehsalı,           
bərpa  olunmayan  təbii  resursların  istehlakı,sənayeləşmə  və  ətraf  mühitin 
çirklənməsinin  daxil  olduğu  riyazi  sistem  kimi  təsvir  etmək    olar.Məsələn,                
aydınlaşdırmaq  olar ki,əhalinin sayının  artımı  sənayeləşməyə  gətirib çıxarırmı  və 
ya  əksinə,sənayeləşmə  əhalinin  sayının  artmasına  səbəb  olurmu?  Medouzun 
modelində minlərlə belə sualları tədqiq etmək olar. 
     Medouzun  fikrinə  görə,məhz  bu  beş  dəyişənin  balansı  elə  dinamik  tarazlıq 
deməkdir.Medouz yazırdı ki,arzu olunan balans isə yalnız beşinci dəyişənin,yəni 
ətraf mühitin çirklənməsinin nəzərə alınması zamanı mümkündür. 
      Medouz əhali artımının və təbii resursların  məlum ehtiyatlarının tükənməsinin 
müşahidə  olunan  tendensiyalarının  ekstropolyasiyasına  əsasən  bir  neçə  model 
qurmuşdu.  
    Mövcud  ənənələrin  sadə  ekstropolyasiyası  şəklində  qurulmuş  standart  model 
(Şəkil 1.1)bəşəriyyətin  inkişafını proqnozlaşdırmağa “imkan” verir. 
Bu  modelə  əsasən  XXI  əsrin  20-ci  illərində  bəşəriyyəti  əhalinin  əhəmiyyətli 
hissəsinin aclıqdan ölməsinə səbəb olacaq böhranlar sistemi gözləyir. 
 
    Qlobal  planlaşdırmanı  və  “şüurlu”idarəetməni  nəzərə  alan  model(Şəkil1.2)  isə 
aşağıdakı mənzərəni əks etdirir 
  
Professor Medouzun işləri ilə tanış olarkən hiss olunur ki,müəllif özü bu modeli 
son  həqiqət  kimi  təqdim  etmir.O,hesab  edir  ki,  “model  mükəmməl 
deyil,sadələşdirilib və tam deyil”.Medouz yalnız həqiqəti dərk etmək üçün bir alət 
təklif edir.Bu alətdən istifadə edib-etməmək isə hər bir kəsin öz hüququdur. 
Qədim Troyanı mühasirədə saxlayan axeylilərə taxta at “tələni”fikirləşmək üçün 
 
                           Şək.1.1.   Əhalinin artımı,təbii sərvətlərin azalması və ətraf                      
                                                
mühitin çirklənməsinin dəyişmə tendensiyası
                                                                                                                                                     
                                                                                                                                                                        
                                                                                 
 
 
                                
1-əhali;
 2-qida ehtiyatları;
    3-sənaye istehsala-
                                              
 
 
                               
tının
 
həcmi;
 
4.  xammal ehtiyatları;
5-çirklənmə 



 
 
 
                             Şək.1.2. Əhalinin artımı,təbii sərvətlərin azalması və ətraf 
                                            mühitin çirklənməsinin dəyişmə tendensiyası 
 
                         
1-əhali;
 2-qida ehtiyatları;
    3-sənaye istehsala-
                                              
 
 
                               
tının
 
həcmi;
 
4.  xammal ehtiyatları;
5-çirklənmə 
on il vaxt lazım gəldi.Medouz isə öz modeli ilə Roma klubuna daxil olmaq üçün 
iki ildən də az vaxt sərf  etdi.                                                 
    D.Medouzun  “Artımın  həddi”  layihəsi  Forresterin  tədqiqatlarını  tamamladı. 
Forrester-Medouz modelinə Roma klubunun birinci hesabatı statusu verildi 
      1974-cü  ildə  Roma  klubunun  üçüncü  məruzəsi  işıq  üzü  gördü.Bu  məruzəyə 
RK-nun üzvləri M.Messaroviç və E.Pestel rəhbərlik edirdi.”İnsanlıq iki yol  
ayrıcında” adlanan bu məruzə “üzivi artım”konsepsiyasının əsasını qoydu.Bu 
konsepsiyaya  görə,dünyanın  hər  bir  regionu  canlı  orqanizmin  heceyrəsi  kimi  öz 
xüsusi  funksiyasını  yerinə  yetirməlidir.”Üzvi  artım”konsepsiyası  RK  tərəfindən 
yekdilliklə  qəbul  olundu  və  bu  günə  qədər  də  onların  müdafiə  etdikləri  əsas 
ideyalardan biri olaraq qalmaqdadır. 
Medouz-Forrester  və  Messaroviç-Pestel  modelləri  ”sənayecə  zəif  inkişaf  etmiş 
ölkələrin  hesabına  resurs  istehlakının  məhdudlaşdırılması”  ideyasının  əsasını 
qoydu.Bu alimlər tərəfindən təklif olunan  metodika Dünyada baş verən prosesləri 
proqnozlaşdırmaq  və  bu  proseslərə  fəal  surətdə  təsir  göstərmək  üçün  ABD 
hökuməti  tərəfindən  istənildi.          RK  üzvlərinin  növbəti  məruzəsi  Y.Tinbergen 
tərəfindən  hazırlanmış  və  dünya  sisteminə  həsr  olunmuş    “Beynəlxalq    qaydalara             
(nizama)  yenidən  baxılması”  (1976)  oldu.  Bu  məruzə  əvvəlkilərdən  əhəmiyyətli 
dərəcədə 
fərqlənirdi.Tinbergen 
öz 
məruzəsində 
dünya  iqtisadiyyatının 
sturukturunun yenidən qurulması layihəsini təqdim edirdi.O,dünya sisteminin daha 



 






 
dayanıqlı  inkişafını  təmin  etmək  üçün  davranış  və  fəaliyyət,siyasətin  əsas 
istiqamətləri,yeni  institutların  yaradılması  və  ya  mövcud  institutların  yenidən        
təşkili 
prinsiplərinə 
dair 
konkret 
tövsiyələr 
irəli 
sürülürdü.                                                                             
Sonrakı  illərdə  biri-birinin  ardınca  RK-nun  bir  neçə  məruzəsi  də  işlənib 
hazırlandı.Bu məruzələrdən aşağıdakıları qeyd etmək olar (Cədvəl 1.1): 
    RK-nun  məruzələri  içərisində  klubun  prezidenti  A.Peççeinin  “İnsani 
keyfiyyətlər”(1980) adlı məruzəsi əhəmiyyətli rol oynayır.Peççei  “planetin xarici 
hüdudları”,insanın özünün “daxili hüdudları”,xalqların mədəni irsi,dünya birliyinin 
formalaşması,ətraf mühitin mühafizəsi və istehsalat sisteminin yenidən qurulması 
məsələləri ilə bağlı olan  altı  “başlanğıc” məqsədi  təklif  edir.İnsan onu  əhatə  edən 
təbiətin imkanları daxilində  fəaliyyət göstərməli,onu son həddə gətirməməlidir.Bu 
məruzənin  əsas  ideyası  insanın  mükəmməlləşməsi  və  onun  yeni  potensial 
imkanlarının aşkarlanmasından ibarətdir. 
    Roma  klubu  “Qlobal  problematika”  adlandırılan  problemlər  üzrə  tədqiqat 
işlərinin  başlanğıcını  qoydu.Klub  tərəfindən  qarşıya  qoyulmuş  suallara  cavab 
tapmaq  üçün  bir  sıra  görkəmli  alimlər  tərəfindən  ümumilikdə  “İnsanlığın 
çətinlikləri”  adlandırılan    ”Roma  klubuna  məruzələr”  seriyası  işlənib 
hazırlandı.Dünyanın  inkişaf    perspektivləri  kompüter  modelləri  vasitəsi  ilə 
proqnozlaşdırıldı  və  alınan  nəticələr  dərc  olunaraq  bütün  dünyada  müzakirə 
olundu. 
    Roma  klubu  hazırda  da,ekoloji  vəziyyəti  getdikcə  pisləşən  və  fundamental 
(xüsusilə  də  geosiyasi)dəyişikliklərə  məruz  qalan  dünyanın  müasir  vəziyyətinin 
tədqiqini davam etdirir. 
 
          
ROMA  KLUBUNUN  HİMAYƏSİ  İLƏ  İŞLƏNMİŞ  ANALİTİK MATERİALLAR                
Cədvəl 1.1
 
İL 
HESABATIN ADI 
MÜƏLLİF 
1970  Dünyanın dinamikası 
C.Forrester 
1972  Artımın həddi 
D.Medouz və b. 
1974  Bəşəriyyət iki yol ayrıcında 
M.Messaroviç, E.Pestel 
1975  Beynəlxalq nizama yenidən baxılması 
Y.Tinbergen 
1977  Bəşəriyyət üçün məqsədlər 
E.Laslo 
1977  Dörd amil.Məsrəf-yarı,qaytarma-ikiqat 
E.Vaytzekker,E.Lovins,   
1978  İsrafçılıq əsrinin hüdudlarından kənarda 
D.Harbor və b. 
1979  Təhsilin hüdudu yoxdur 
C.Botkin,M.Elmancera 
1979  Enerji:geriyə saymaq 
T.Montbril 
1980  Əminamanlıq və firavanlıq  haqqında dialoq 
O.Carini 
1980  Üçüncü dünya:dünyanın dörddə üçü 
M.Qrenye 
1980  Gələcəyə aparan  yollar 
B.Qavrilişin,1980 
1980  İnsani keyfiyyətlər  
A.Peççei 
1981  Şimal və Cənub əməkdaşlığının imperativləri 
J.Sen-Jur 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə