İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   2   3   4   5   6   7   8   9   ...   58

10 
 
 
                             Təbiət və insan cəmiyyəti 
     
 Xalq  təsərrüfatının  bütün  sahələrinin  intensiv  inkişafı  dövründə  ətraf  mühitin 
mühafizəsi mühüm əhəmiyyət kəsb edirb.Maddi nemətlər istehsalı prosesində təbii 
mühitin  müxtəlif  zərərli  və  zəhərli  maddələrlə  çirklənməsi  baş  verir.Bu  isə  öz 
növbəsində 
insanların 
sağlamlığının 
qorunması 
tədbirlərinin 
həyata 
keçirilməsini,tələb olunan sanitar-gigiyena şəraitinin yaradılmasını və ətraf mühitin 
qorunmasını tələb edir.  
    Elm  və  texnikanın  inkişafı  ilə  XX  əsrdə  cəmiyyətin  təlabatı  ilə 
təbiətin  imkanları  arasında  təzadlar  daha  güclü  xarakter  almışdır.
Elm  və 
texnikanın sürətli inkişafı,sənaye istehsalatının güclənməsi,avtomobil nəqliyyatının 
sayının  artması,əhlinin  şəhərlərdə  cəmləşməsi  və  kənd  təsərrüfatının 
kimyalaşdırılması təbii sərvətlərin istismarını artırmaqla təbii mühitə mənfi təsirlər 
1982  Mikroelektronika və cəmiyyət 
Fridrixs,A.Şaff 
1984  Üçüncü dünya özünü təmin etmək iqtidarındadır 
R,Lenuar 
1985  Ayaqyalinlarin inqilabı 
B.Şnayder və b. 
1986  Okeanların gələcəyi 
E.Mann-Borgeze 
1987  Artımın hüdudlarından kənarda 
E.Pestel 
1989  Düşkünlüyün həddi 
O.Carini,V.Siel 
1989  Aclığa qalib gələn Afrika 
A.Lemma,P.Malaska 
1990  Birinci qlobal inqilab 
A.Kinq,B.Şnayder 
1991  Birinci qlobal inqilab 
A.Kinq,B.Şnayder 
1994  İdarəetmə qabiliyyəti 
E.Dror 
1995  Qovğa və bədnamlıq:yoxsulluq və inkişafdan 
qalma 
B.Şnayder 
1995  Təbiəti nəzərəalmaq:həyata imkan yaradan milli 
gəlir 
V.Van Diren 
1997  Dördüncü amil:Sərvətləri ikiqat 
artırmaq,resurslsra  ikiqat qənaət 
E.Vayzeker,E.Lovins, 
L.Lovins 
1997  Sosial birliyin həddi:ziddiyyətlər və plyuralist 
cəmiyyətdə anlaşma 
P.Berger 
1998  Biz necə işləməliyik 
O.Carini,P.Lidtke 
1998  Qlobal resurs kimi dənizlərin idarə edilməsi 
E.Mann-Borgeze 
1999  Şəbəkədə:hipotetik cəmiyyət 
J.-L.Sebrian 
2000  Bəşəriyyət qalib gəlir 
R.Mon 
2001  İnformasiya cəmiyyəti və demoqrafik inqilab 
S.Kapitsa 
2002  Düşünməyə məcburetmə məharəti 
F.Fester 
2003  Təhsil və işləməyin ikiqat spiralı 
O.Carini,M.Malitsa 
2004  Artımın həddi-30 il sonra 
D.Medouz 
2005  Özəlləşdirmənin həddi 
E.Vaytszeker 


11 
 
göstərir.
Nəticədə  elmi-texniki  tərəqqi  dövründə  insanın  təbiətə  təsiri  qlobal 
miqyas  alır.İnsan  fəaliyyətinin  ətraf  mühitə  mənfi  təsirlərini  təsəvvürümüzdə 
canlandırmaq üçün bəzi misallara müraciət edək.Məsələn,sututarların çirkab suları 
ilə  çirklənməsi  suyun  sənayenin  müxtəlif  sahələrində  istifadəsinin  artması  ilə  sıx 
bağlıdır.Texnoloji proseslərdə istifadə olunmuş su müxtəlif zərərli maddələrlə(neft 
məhsulları,turşular,fenollar,sintetik yuyucu maddələr,yağlar,üzvi birləşmələr və s.) 
çirklənərək, sonradan sututarlara daxil olur.Orta gücə (növbədə 50t süd) malik süd 
emalı zavodunun çirkləndirdiyi suyun miqdarı əhalisi 15min nəfər olan qəsəbənin 
çirkləndirdiyi suya ekvivalentdir. 
    Atmosferin 
müxtəlif 
zərərli 
maddələrlə 
çirklənməsi 
böyük 
miqyas 
almışdır.Atmosfer  çirklənməsinin  əsas  növü  qazşəkilli  və  tozvari  yanma 
məhsullarıdır.Müxtəlif  növ  yanacaqların  yanması  nəticəsində  atmosferə  bir  ildə 
150mln.t    kükürd  anhidridi,200mln.t    karbon  oksidləri,50mln.t      karbohidratlar, 
53mln.t    azot  oksidləri  və  s.  daxil  olur.Ümumiyyətlə,Yer  atmosferinə  bir  ildə 
2,5mlrd.t-a yaxın müxtəlif maddələr buraxılır.  
    Ətraf  mühitə  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  amillərdən  biri  də 
urbanizasiyadır(əhalinin  şəhərlərdə  cəmlənməsi).Hazırda  ölkəmizin  əhalisinin 
40%-ə  qədəri  şəhərlərdə  yaşayır  və  bu  göstərici  daim  artmaqdadır.Elmi-texniki 
tərəqqi  və  urbanizasiya  prosesi  insanların  ədəni-məişət  səviyyəsini,rahatlığını  və 
rifahını  yüksəldir.Lakin,urbanizasiya  prosesinin  neqativ  cəhətləri  də  ortaya 
çıxır.Sənaye müəssisələri və nəqliyyatın sıxlığının artması şəhərlərdə ətraf mühitin 
və  insan  sağlamlığının  qorunmasını  çətinləşdirir.Bütövlükdə,dünya  şəhərləri  ildə 
3mlrd.t    bərk  sənaye  və  məişət  tullantılarını,500km
3
-dan  çox  çirkab  suyunu  və 
1mlrd.t-a qədər müxtəlif aerozolları ətraf mühitə buraxır.                   
    Beləliklə,təbii mühitin çirklənməsi insanların sağlamlığına mənfi təsir göstərir 
və iqtisadi itkilərə səbəb olur. 
    Göstərilən misallar cəmiyyətin təbiətə təsirinin kəskin xarakter almasını bir daha 
sübut.Yəni,ətraf  mühitə  antropogen  təsirlər  biosferdə  baş  verən  proseslərdə  bütün 
canlılar üçün arzuolunmaz qlobal dəyişikliklərə gətirib çıxarır. 
    Cəmiyyətlə təbiət arasındakı qarşılıqlı təsirlərin əsasən üç formasını qeyd etmək 
olar:ekoloji,iqtisadi və ideoloji. 
    Ekoloji  qarşılıqlı  təsir  forması  insanın  təbii  mühitə  olan  təlabatı  ilə  müəyyən 
olunur.Yəni,mühit  insanın  bioloji  həyat  rejimini(hidroloji  rejim,planetin  bioloji 
məhsuldarlığı,maddələr və enerji mübadiləsi və s.) təmin etməlidir. 
    İqtisadi qarşılıqlı təsir forması ictimai inkişafın təmin olunması üçün cəmiyyətin 
təbii sərvətlərə olan təlabatı kimi  inkişafın sosial qanunları ilə müyyən olunur. 
    Qarşılıqlı münasibətlərin ideoloji forması xalq təsərrüfatının inkişafı prosesində 
təbətdən  kompleks  istifadə    olunması  zamanı  ətraf  mühitin  keyfiyyətinin  planlı 
şəkildə idarə olunmasında təzahür edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə