İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   2   3   4   5   6   7   8   9   ...   58

12 
 
 
 
                     Ekologiyanın predmeti və vəzifələri 
    
Heç  bir  elmi-texniki  və  ictimai  tərəqqi  insanın  həyat  fəliyyətini  təbiət 
qanunlarının  əksinə  təmin  edə  bilməz.Hətta,kosmsu  fəth  etməsinə,  aylarla  suyun 
altında  yaşamağa  qadir  olmasina  baxmayaraq  insan  müəyyən  mühit 
amillərindən(temperatur,rütubət,havanın  qaz  tərkibi,suyun  keyfiyyəti,qidanın 
tərkibi və s.)asılı olan bioloji varlıq(növ) kimi qalmaqda davam edir.İstənilən canlı 
orqanizmin  mühitin  keyfiyyətinə  olan  təlabatı  min  illərlə  davam  edən  təkamül 
nəticəsində  formalaşmışdır.Aydındır  ki,bu  keyfiyyətin  orqanizmin  təlabatından 
kənara  çıxması  maddələr  mübadiləsinin  pozulmasına  səbəb  ola  bilər  ki,bu  da 
nomal həyat tərzi ilə bir araya sığmaya bilər.Mühitin keyfiyyətinin yüksək olması 
nə deməkdir? 
1.Ekoloji sistemin dayanıqlı mövcudluq imkanının olması. 
2.Verilmiş yerdə tarixən və ya müvəqqəti məskunlaşmış populyasiya(ilk növbədə 
insan)üçün arzuolunmaz mənfi nəticələrin olmaması. 
    Müasir  anlayışda  “ekologiya”orqanizmlər  və  ya  orqanizmlər  qrupu  ilə  onları 
əhatə  edən  mühit  arasında  münasibətlərdən  bəhs  edən  elmdir.Başqa    sözlə, 
”ekologiya  canlı  orqanizmlərin  mövcudluq  şərtlərini  və  orqanizmlərlə  onların 
məskunlaşdığı mühitin qarşılıqlı təsirlərini öyrənən elmdir”. 
    Orqanizmlərlə  mühit  arasındakı  əlaqələrin  məcmusu  və  ya  sturukturu 
ekologiyanın predmetini təşkil edir. 
    Təbiətin necə qurulmasını,hansı qanunlar əsasında mövcudluğunu,insan təsirinə 
hansı reaksiyanı verməsini,ekoloji sistemləri məhv etməyən yüklənmənin həddini 
və  s.bilmədən  təbiəti  qorumaq  və  ondan  insanın  maraqları  naminə  istifadə  etmək 
mümkün  deyil.Bütün  bunlar  isə  ekologiyanın  obyektini  təşkil  edir.Ekologiyada 
əsas  tədqiqat obyekti  ekosistemlərdir(canlı orqanizmlərlə  məskunlaşma  mühitinin 
yaratdigı vahid təbiət kompleksləri). 
    Ekologiya  insan  fəaliyyəti  nəticəsində  baş  verən  dəyişikliklər  də  nəzərə 
alınmaqla  canlı  orqanizmlərin  məskunlaşdıqları  mühitdə  həyat  fəaliyyətinin 
qanunauyğunluqlarını  tədqiq  edir.Bütün  bunlardan  başqa,ayrı-ayrı  orqanizm 
növlərinin(orqanizm  səviyyəsi),onların  populyasiyalarının,yəni  eyni  növdən  olan 
fərdlər  toplusunun(populyasiya-növ  səviyyəsi)  və  bütövlükdə  biosferin(biosfer 
səviyyəsi) öyrənilməsi də ekologiyanın tədiqat sferasına daxildir. 
    Bioloji  elm  kimi  ekologiyanın  əsas,ənənəvi  hissəsi  bioloji  varlıq  kimi  insan  da 
daxil  olmaqla  bütün  canlı  orqanizmlərin  mühitlə  qarşılıqlı  əlaqələrini  öyrənən 
ümumi ekologiyadır. 
    Həyatın təşkil səviyyəsinə görə ümumi ekologiyanın tərkibində aşağıdakı  
bölmələri ayırmaq olar: 


13 
 
-ayrılıqda  götürülmüş  orqanizmin(növün,fərdin)ətraf  mühitlə  fərdi  əlaqələrini 
tədqiq edən autekologiyaya; 
-əsas  vəzifəsi  ayrı-ayrı  növlərin  populyasiyalarının  struktur  və  dinamikasını 
öyrənməkdən ibarət olan populyasiya ekologiyası(demoekologiya); 
 -populyasiyaların,birliklərin  və  ekosistemlərin  ətraf  mühitlə  qarşılıqlı  əlaqələrini 
tədqiq edən sinekologiyay(biosenologiya). 
    Əgər,ayrılıqa  bir  orqanizm,onun  mühitlə  fərdi  əlaqəsi  ,davranışı  tədqiq 
olunursa,deməli  o  sistemin  digər  komponentlərindın  təcrid  olunur  və  sistemdən 
kənarda(aut-kənar)baxılır  ki,  bununla  da  autekologiya  məşğul    olur.  Yəni,    
autekologiya fərdin mühitlə qarşılıqlı əlaqələrini öyrənir. 
    Göründüyü kimi,bu cür tədqiqatlar kifayət deyildir. 
 
 
 
 
 
 
 
 
    Əgər,ayrılıqa  bir  orqanizm,onun  mühitlə  fərdi  əlaqəsi  ,davranışı  tədqiq 
olunursa,deməli  o  sistemin  digər  komponentlərindın  təcrid  olunur  və  sistemdən 
kənarda(aut-kənar)baxılır  ki,  bununla  da  autekologiya  məşğul    olur.  Yəni,    
autekologiya fərdin mühitlə qarşılıqlı əlaqələrini öyrənir. 
    Göründüyü kimi,bu cür tədqiqatlar kifayət deyildir. 
    Hər-hansı  bioloji  növün  bu  və  ya  digər  sistemin  komponentləri  ilə  qarşılıqlı 
əlaqələrini  kompleks  şəkildə  tədqiq  etmədən  onun  bioloji  xüsusiyyətlərini  başa 
düşmək,dəyişən  mühitdə  onun  davranışını  və  miqdarını        proqnozlaşdırmaq,                          
bunlardan  insanların  maraqları  üçün  istifadə  etmək  mümkün  deyil.Məsələn,                       
meşələrin salınması və ya bərpa olunmasında əvvəlcədən əkiləcək ağac növlərinin 
yeni  meşədə  meydana  gələcək  digər  bitki  və  heyvan  növləri  ilə  qarşılıqlı 
münasibətlərini  bilmədən  heç  nəyə  nail  olmaq  olmaz.Ona  görə  də,bu  bitki  və 
heyvanların  xüsusiyyətlərini  bilmək  vacibdir.Müəyyən  birlik  təşkil  edən 
orqanizmlər qrupunun belə kompleks tədqiqi sinekologiyanın obyektini təşkil edir.  
    Zaman  amili  nöqteyi-nəzərindən    tarixi  və  təkamüli  ekologiyaları  da 
fərqləndirmək olar. 
    Bundan  başqa,ekologiya  konkret  tədqiqat  obyektinə  və  tədqiqat  mühitinə  görə 
də 
təsnifata 
bölünür.Məsələn,insan 
ekologiyası,heyvan 
ekologiyası,bitki 
ekologiyası    və  mikroorqanizmlər  ekologiyası.Öz    növbəsində  bu  qrupların  hər 
BİTKİ EKOLOGİYASI 
HEYVAN EKOLOGİYASI 
İNSAN EKOLOGİYASI 
MİKROORQANİZM  EKOLOGİYASI 
NƏZƏRİ EKOLOGİYA 
TƏTBİQİ EKOLOGİYA 
ÜMUMİ EKOLOGİYA 
EKOLOGİYA 
POPULYASİYA EKOLOGİYASI 
SİNEKOLOGİYA 
AUTEKOLOGİYA 
                MÜNİT  (ATMOSFER, HİDROSFER, LİTOSFER, KOSMOS ) 
Şək.1.    Ekologiya elminin təsnifatının sxemi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə