İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

16 
 
    Beləliklə,ekologiyanın  vəzifələrini  istehsalat  və  ya  layihə-konstruktor  nöqteyi-
nəzərindən aşağıdakı kimi ifadə etmək olar: 
1.Texnoloji,mühəndis  və  layihə-konstruktor  işlərinin  ətraf  mühitə  və  insanların 
sağlamlığına minimum zərərli olmasını optimallaşdırmaq. 
2.Mövcud  və  layihələndirilən  müəssisələrin(texnoloji  proseslərin)ətraf    mühitə,       
insanlara  və  digər  canlılara  göstərə  biləcəyi  mənfi  təsirləri  proqnozlaşdırmaq  və 
ekoloji cəhətdən qiymətləndirmək. 
3.Ətraf mühitə,insanlara təhlükə yaradan,təbii və antropogen sistemlərə mənfi təsir 
göstərən texnoloji proseslərin vaxtında müəyyənləşdirilməsi və təkmilləşdirilməsi. 
    Deməli,haqlı  olaraq,ekologiya  ətraf  mühitin  mühafizəsi  üçün  elmi  baza,əsas 
hesab olunur. 
    Ekologiyanın  tətbiq  obyekti  təbii  sistemlərin  fəaliyyətinin  fiziki,kimyəvi  və 
bioloji parametrləridir. 
 
 
                       MÖVZU 2:Biosfer və onun təkamülü haqqında elmi təlim 
                                                     Yerin mənşəyi 
    B.e.ə.III əsrdə Yerin kürə formasında oiduğu sübut edildikdən sonra,alimlər belə 
bir fərziyyə itəli sürdülər ki,əvvəllər planet maye halında olub.1749-cu ildə J.Büf-
fon qeyd edirdi ki,Günəşə kometa düşmüş və nəticədə ondan nəhəng damlaları vu-
rub qoparmışdır.Bu damcılar Günəşdən müxtəlif məsafələrə üçaraq soyumuş və 
planetlərə çevrilmişdir.XIX əsrdə Kant-Laplas hipotezi meydana çıxdı.Bu hipotezə 
görə,bizim planet sistemi sıx nüvə ətrafında fırlanan qızmış  qaz-toz dumanından 
əmələ gəlmişdirLakin,XIX əsrin sonunda kimya elminin inkişafı ilə subut olundu 
ki,ərimiş,közərmiş planet yüngül kimyəvi elementləri (hidrogen,azot,oksigen və s.) 
tutub saxlaya bilməzdi.                                                                                                     
Müasir kosmogen təsəvvürlərə görə,Yer 4,7mlrd. il öncə səpələnmiş qaz-toz 
maddəsindən yaranmışdır.Nüvə,mantiya,yer qabığı,hidrosfer və atmosfer qravita-
siya sahəsinin təsiri altında ikinci qızmadan(isinmədən) sonra formalaşmışdır.An-
caq, bu hipotezin də ciddi nöqsanları mövcuddur.Belə ki,planetin qızması nəticə-
sində yüngül kimyəvi elementlər aşıq kosmosa uçardı və Yerdə atmosfer,hidrosfer 
və biosfer olmazdı. 
    Təəssüf ki,milyardlarla illər öncə Yerin necə olduğunu bilmək mümkün deyil. 
Planetin dərinlikləri kifayət qədər tədqiq olunmadığı üçün Yerin yaranması mexa-
nizminin elmi əsaslandırılmış izahı hələlik yoxdur. 
Yerin forması və ölçüləri 
    Yerin kürəşəkilli formada olması mülahizələri ilk dəfə antik dövr mütəfəkkürləri 
tərəfindən söylənmişdir.Onlar bir sıra müşahidələrə və ideal forma kimi kürə haq-
qında təsəvvürlərə əsaslanırdılar.Yunan alimi Eratosfen (b.e.ə. 273-192-ci ilər) Yer 


17 
 
planetinin kürəşəkilli olmasını müəyyənləşdirməklə bərabər,eyni zamanda sadə va-
sitələrlə  onun  çevrəsinin  uzunluğunu  və  radiusunu  (Eratosfenə  görə  yer  kürəsinin 
çevrəsinin  uzunluğu  252min  attik  etapa,yəni,39690km-ə  bərabərdir)  təyin 
etmişdir.Alim  təsdiq  edirdi  ki,Piriney  yarimadasından  üzü  qərbə  doğru 
üzsək,Hindistana  çata  bilərik.XV  əsrin  ortalarında  X.Kolumb  Hindistana  gedən 
qərb yolunu axtarışa çıxarkən,məhz bu ideyanı rəhbər tutmuşdu. 
    XVII  əsrin sonu,XVIII  əsrin başlanğıcında  İsaak  Nyuton nəzəri olaraq  əsaslan-
dırdı ki,ağırlıq qüvvəsinin təsiri altında Yer qütblərdə yastılanmış olmalıdır və el-
lipsoid formasındadır. 
    Sonralar,geodeziya  və  astronomiya  elminin  inkişafı  ,bu  sahədə  aparılmış  elmi-
tədqiqatlar Yerin həqiqi forma və ölçülərini təyin etməyə imkan verdi. 
    Məlumdur ki,Yer planeti iki qüvvənin-onun hissəciklərinin qarşılıqlı cazibə qüv-
vəsi və öz oxu ətrafında fırlanma hərəkəti zamanı meydana çıxan mərkəzdənqaçma 
qüvvəsi- təsiri altında formalaşmışdır.Ağırlıq qüvvəsi isə bu iki qüvvənin tarazlaş-
dırıcısı rolunu oynayır.Planetin formasındakı sıxılmanın dərəcəsi isə fırlanmanın 
bucaq sürətindən asılıdır.Məlumdur ki,cisim nə qədər sürətlə fırlanarsa,o qütblərdə 
bir o qədər də çox yastılanar.Planetin mərkəzindən ekvatora qədər olan məsafə ek-
vatorial radius adlanır və 6378,2km-ə bərabərdir.Mərkəzdən qütbə qədər olan mə-
safə isə polyar(qütb) radius adlanır və 6356,8km-ə bərabərdir.Ekvatorial və polyar 
(qütb) radiuslarının fərqi təxminən 21km-ə bərabərdir.Deməli,bizim planet həqiqə-
tən də ideal kürəyə oxşamır,qütblərdə yastılanmış ellipsoiddir. 
Süni peyklərin köməyi ilə aparılmış dəqiq ölçmələr də göstərdi ki,Yer yalnız qütb-
lərdə deyil,həm də ekvatorda da yastılaşır.Ekvator üzrə ən kiçik və ən böyük ra-
diuslar 210m fərqlənir.Deməli,Yerin forması üçoxlu ellipsoiddir.Son hesablama-
lara görə,bu ellipsoid ekvatora nəzərən qeyri-simmetrik olmaqla,cənub qütbü şimal 
qütbünə nisbətən ekvatora bir qədər yaxındır. 
    Yerin həqiqi həndəsi formasını geoid adlandırırlar.                              
 


18 
 
 
     
                             Biosfer və onun tərkib hissələri 
   İnsan  və  ətraf    təbii  mühitin  qarşılıqlı  münasibətlərini,intensiv  inkişaf  etməkdə 
olan sənaye sahələrinin təbiətə təsirlərini öyrənmək üçün biosfer haqqında elmi tə-
lim işlənib hazırlanmışdır. 
    Yer  məkanında  həyatın  təbiət  proseslərinə  təsiri  V.V.Dokuçayevin  əsərlərində 
XIX əsrin sonu,XX əsrin əvvəllərində elmi şəkildə əsaslandırılmışdır.Lakin,biosfer 
Yerin fiziki və orbital səciyyəsi 
Cədvəl....... 
 
GÖSTƏRİCİNİN ADI 
ÖLÇÜ VAHİDİ 
QİYMƏTİ 
Ekvatorial radius 
km 
6378,14 
Polyar radius 
km 
6356,78 
Orta radius 
km 
6371,3 
Ekvatorun uzunluğu 
km 
40075 
Həcmi 
km

1,0832x10
12 
Çəkisi 
kq 
5,9737x10
24 
Səthinin sahəsi 
km

510065700 
Ekvator zonasında qravitasiya 
m/san.
2
 
9,766 və ya 1q 
İkinci kosmik sürət 
m/san 
11180 
Fırlanmanın siderik dövrü 
saat 
23,934 
Orbitə ekvatorial maillik 
dərəcə(
0

23,45 
Səthinin orta temperaturu 

287 
Səthində atmosfer təzyiqi 
kPa 
101,325 
Günəşdən orta məsafəsi 
km 
149597890 
Siderik orbital dövr 
qış günü 
365,24 
Orta orbital sürəti 
km/san 
29,785,9 
Orbitin eksentristeti 

0,01671022 
Orbitin ekliptika müstəvisinə maillik 
dərəcə (
0

0,00005 
Orbitin uzunluğu 
km 
924375700 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə