İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

19 
 
anlayışı  ilk  dəfə  XX  əsrin  20-ci  illərində  V.İ.Vernadskinin  (1863-  1945)             
əsərlərində işlədilmişdir.Əvvəllər təbiətdə baş verən proseslərə sırf fiziki-kimyəvi 
təzahürlər  kimi  baxılırdı.  İlk  dəfə    V.İ.Vernadski  canlı  orqanizmlərin  geoloji  rolu 
haqqında təlimi yaradaraq,göstərmişdir ki,canlı varlıqların fəaliyyəti Yer qabığının  
dəyişməsinin başlıca amilidir.Ona görə də,V.İ.Vernadski biosfer haqqında elmi tə-
limin və ümumiyyətlə müasir ekologiyanın banisi hesab olunur. 
    Vernadskiyə görə,biosfer canlı materiya və onun yayıldığı mühitin məcmusaun-
dan ibarət olan Yer örtüyüdür.V.İ.Vernadski planetimizin nə vaxtsa həyat mövcud 
olmuş sahələrini də biosferə aid etmişdir. 
    Biosfer  Yerin  xarici  örtüyü,həyatın  yayılma  sferasıdır.Biosfer  planetimizin  bü-
tün canlılarını və onların məskunlaşdığı cansız təbiət elementlərini özündə birləş-
dirir.Biosfer  həyatımızın  mühiti,bizi  əhatə  edən  təbiətdir.Biosfer  bütün 
canlı,biogen  (daş  kömür,neft,torf  və  s.),cansız  (yaranmasında  canlılar  iştirak 
etməyən)  və  bio-cansız  (canlıların  iştirakı  ilə  yaranan)  maddələr  daxildir.Biosfer 
Günəş enerjisinin keçdiyi açıq termodinamik sistemdir. 
     Biosfer 3,5-4,5 mlrd.il öncə meydana gəlmişdir.Onun aşağı sərhəddi qurunun2-
3km,okeanların  dibindən  1-2km  dərinlikdə,yuxarı  sərhəddi  isə  yer  səthindən  20-
25km yüksəklikdəki ozon qatıdır. 
  Biosferin tərkib hissələri atmosfer,hidrosfer və litosferdən ibarətdir(Şək.2.1). 
 
                                          Bisferdə həyatın yayılması 
    Yer səthində yalnız geniş yayılmış buzlaqlarda və fəaliyyətdə olan vulkan kra-
terlərində həyat yoxdur.V.İ.Vernadski biosferin hər yerində  həyatın olmasını gös-
tərirdi.Buna planetimizin tarixi də sübutdur.Həyat əvvəlcə lokal şəkildə sututarlar-
da meydana gəlmiş və get-gedə bütün materikləri əhatə etmişdir.Tədricən o bütün 
biosferi tutmuş və bu proses hələ də başa çatmamışdır. 
    Biosfer milyardlarla illər davam edən bir təkamül yolu keçmişdir.Bu təkamülün 
ilk mərhələsi cansız materiyadan həyatın özünün yaranması olmuşdur.Metan, 
amonyak,hidrogen və su buxarından yüksək temperatur,Günəşin ultrabənövşəyi 
şüaları,yüksək vülkanik fəaliyyət nəticəsində sadə üzvi birləşmələrin əmələ gəlmə-
si həyatın yaranmasına səbəb olmuşdur.BU birləşmələr zülal,nuklien 
turşyları,enerji daşıyıcısı olan adinazintrifosft (ATF) kimi maddələrin təşkil olun-
duğu şəkər,amin turşuları və azotlu əsasların molekullarından ibarət idi.Bu təkamü-
lün mühüm mərhələlərindən biri isə üzvi molekulların sintez və parçalanma pro-
seslərinə məruz qalmasıdır.Bir molekulun parçalanma məhsulu digər molekul üçün 
material rolunu oynamışdır.Başqa sözlə,üzvi maddənin ilkin dövrani meydana gəl-
mişdir. 


20 
 
    İbtidai Yer şəraitində qeyri-üzvi maddədən “üzvi”maddənin sintezi prosesini 
təsdiqləmək üçün ilk təcrübələri S.Miller həyata keçirmişdir.O,çox sadə bir 
cihazdan istifadə etmişdi (Şəkil 2.2). 
 
   
   
Bu cihaz,daxilində elektrik boşalması yaradılan kolbadan,suyu qızdırmaq üçün 
kolbadan ibarətdir.Cihazın daxili su, metan,amonyak və hidrogen qazlarının qarışı
 -                                
 
ğı  ilə doldurulur.Cihazın  daxilinə sərbəst  oksigen  buraxılmır.Cihazın  yxarı  hissə-
sindəki  kolbanın  içində  fasiləsiz  olaraq  güclü  elektrik  boşalması  yaradılır.Aşağı 
hissədəki  kolbanın  içərisindəki  su  qaynayana  qədər  qızdırılaraq  suyun  və  buxarın  
dövr etməsi yaradılır.Qövs boşalmasının təsirindən oksigen olmayan mühitdə hid-
rogen,metan,amonyak və sudan üzvi birləşmə yaranır. 
    Millerin ilk təcrübəsində enrji mənbəyi kimi ultrabənövşəyi şüalanmadan deyl, 
qövs  boşmaından  istifadə  olunmuşdu.Lakin,elektrik  qövsü  ultrabənövşəyi  süa-
lanmadan az enerji verdiyi üçün,sonrakı təcrübələrdə enerji mənbəyi kimi iltrabə-
növşəyi şüalardan istifadə olundu.Bu zaman,metan,amonyak və hidrogendən üzvi 
birləşmələr olan aldehidlər və amin turşuları sintez olundu. 
    Millerin orijinal təcrübələri bütün dünya alimlərinin dərin marağına səbəb oldu 
və onlar başlanğıc təcrübələri bu və ya digər formada yenidən aparmağa başladılar. 
    1960-cı ildə Uilson başlanğıc məhlula (hidrogen,amonyak,metan və su) kükürd 
də əlavə edərək daha iri polimer molekulları  əldə etdi.Kolbada ölçüləri 1sm-ə qə-
dər  olan  qəribə  lay  aşkarlandı(Şək.2.2-yə  bax).Bu,qaz-maye  fazalarının  ayrılma 
sərhəddində toplanmış səthi aktiv maddə qatı idi.Alimlər hesab edirlər ki,müxtəlif 
fazalar arasında sintez olunmuş molekul layları həyatın yaranmasının erkən mərhə-
lələrində çox vacib rol oynamışdır. 
      Üzvi  molekulların  suda  bərabər  paylanmaması  yarımmaye  (kolloid) 
laxtalanma-ların  və  ya  koaservatların  (lat.”koaservatus”-yığılmış)  yaranmasına 
səbəb  olmuşdur.Bu  laxtalanmalar  ətraf  məhlulla  müəyyən  sərhəddə  malik 
olmuşlar.Bu  laxta  damcılar  dağılma,yenidən  yaranma    xassəsinə  malik  olmuş  və 
müəyyən ölçüyə çatdıqdan sonra bölünmüşlər.Bu zaman labüd keyfiyyət sıçrayışı 
baş vermişdir. Koa- 
servat  damcılar  ətraf  məhluldan özləri üçün  seçmə  maddələri udmuş,lazım  olma-
yan  maddələri  isə  kənarlaşdırmışdır.Ətraf  məhluldan  maddələrin  seçmə 
adsorbsiyası  ilə  eyni  zamanda  koaservat  dmcıların  strukturu  ilə  ətraf  mühitin 
strukturu arasındakı fərqlər də artmışdır.  
    Özünütörətmənin    meydana  gəlməsi  ilə  koaservatlar  sadə  canlı  orqanizmlərə 
çevrilmişdir.Litosferdə  3mlrd.il  bundan  əvvəl  yaranmış  ilkin  həyat  qalıqları 
tapılmışdır.  
    Həyatın sonrakı mürəkkəbləşməsi çoxhüceyrəlilərin inkişafı ilə bağlıdır.Artıq,bu 
zaman üzvi maddələr dövranı bioloji dövranla əvəz olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə