İnsan hüquqlari üZRƏ MÜVƏKKİLİNİN (ombudsmanin) aparati



Yüklə 67,23 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü67,23 Kb.
#27751


 


                                   İşgəncəyə - yox! 

ÖN SÖZ 

 

 



Salam əziz oxucumuz! 

Artıq 18 oktyabr 1991-ci ildən sən müstəqil Azərbaycan dövlətində 

yaşayırsan. 

12 noyabr 1995-ci ildə müstəqil dövlətimizin ilk milli Konstitusiyası qəbul 

olunmuşdur ki, onun 158 maddəsindən 48-i mənim, sənin, hər bir azərbaycan 

vətəndaşının insan hüquq və azadlıqlarını təsbit edir. 

Azərbaycan Respublikasının Konstitusiyasına  əsasən, hər kəs doğulduğu 

andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquq və azadlıqlara malikdir. Bu 

hüquq və azadlıqların təmin edilməsi dövlətin ali məqsədidir. 

Konstitusiyamız hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə 

öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnu təsbit   edir.   Dövlət   

hər   kəsin   hüquqlarının   və   azadlıqlarının müdafiəsinə təminat verir. 

Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik 

aktlarında təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması 

səlahiyyətli dövlət qurumlarının vəzifəsidir.  İnsan hüquq və azadlıqlarının 

qorunması  məqsədilə ölkəmizdə müxtəlif hüquq müdafiə  mexanizmləri 

mövcuddur. Ölkəmizdə yeni, məhkəmədənkənar hüquq müdafiə  mexanizmi 

olan  Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili 



(Ombudsman) təsisatı yaradılmışdır. 

28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları 

üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmiş, 

2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının ilk Ombudsmanı seçilmiş, 

2002-ci il oktyabrın 28-dən etibarən Ombudsman Aparatında  ərizəçilərin 

qəbuluna və şikayətlərin araşdırılmasına başlanılmışdır. 



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi 

Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə  təsbit olunmuş  və Azərbaycan 

Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli  şəxsləri 

tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis 

edilmişdir. 

 

1



                                   İşgəncəyə - yox! 

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) haqqında Konstitusiya Qanununun tələblərinə  əsasən

cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma 

yerlərində saxlanılan  şəxslər tərəfindən ünvanlanmış  şikayətlər senzuradan 

keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir. 

Konstitusiya Qanununa əsasən, insan hüquqlarının pozulmasına dair 

şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı Müvəkkilin maneəsiz və 

əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə 

orqanlarına, hərbi hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq 

təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq, cəzaçəkmə 

müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində 

saxlanılan  şəxslərlə görüşmək və  təkbətək söhbət etmək, onların həmin 

yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq 

hüquqları vardır. 

Qanunda təsbit olunmuş  səlahiyyətlərin daha effektiv və operativ həyata 

keçirilməsi məqsədilə 2004-cü ilin iyun ayından etibarən Azərbaycan 

Respublikasının İnsän Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ATƏT-

in Bakı Ofisi ilə  əməkdaşlıqla "Təcridxanalarda, müvəqqəti saxlanılma 

yerlərində  işgəncə hallarının qarşısının alınması, insan hüquqlarının 

pozulması hallarının araşdırılması və şikayətlərin sürətli cavablandırılmasında 

Azərbaycan Respublikasının 

İnsan Hüquqları üzrə Müvəkkilinə 

(Ombudsmana) yardım" Layihəsi çərçivəsində Ombudsmanın Aparatının 

əməkdaşlarından ibarət "Çevik araşdırma qrupu" yaradılmışdır. 

Diqqətinizə  təqdim oiunan bu yaddaş kitabçasında işgəncənin anlayışı, 

subyekti, işgəncəni cinayət  əməli kimi qadağan edən beynəlxalq və daxili 

qanunvericilik aktları, həmçinin işgəncə faktını araşdırmaq və aradan 

qaldırmaq səlahiyyətinə malik olan Ombudsmanın yanında "Çevik araşdırma 

qrupu" barədə məlumat öz əksini tapmışdır. 



E. Süleymanova 

Azərbaycan Respublikasının 

İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) 

 

2




                                   İşgəncəyə - yox! 

İşgəncəyə - yox! 

Çevik araşdırma qrupu ilə əməkdaşlığa hazırsınızmı? 

 

İşgəncəni cinayət  əməli kimi qadağan edən beynəlxalq müqavilə  və 



daxili qanunvericilik aktları haqqında məlumatınız varmı? 

 

İşgəncəni cinayət  əməli kimi qadağan edən beynəlxalq müqavilələr 



sırasında BMT-nin Baş  Məclisi tərəfindən 10 dekabr 1984-cü ildə  qəbul 

edilmiş  "İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan 

rəftar və cəza növləri əleyhinə" Konvensiyanı və Avropa Şurası tərəfindən 26 

noyabr 1987-ci ildə qəbul edilmiş "İşgəncənin və qeyri-insani və ya ləyaqəti 

alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Konvensiyanı 

qeyd etmək olar. 

Azərbaycan Respublikası 1996-cı ildən BMT-nin "İşgəncələr və digər 

qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə" 

Konvensiyasının, 2001 -ci ildən isə "İşgəncənin və qeyri-insani və ya ləyaqəti 

alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa 

Konvensiyasının iştirakçısıdır. 

BMT Konvensiyasının 1-ci maddəsində "işgəncə" termini dövlətin vəzifəli 

şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların 

təhriki və ya onların xəbərdar olması, yaxud göz yumması ilə  hər hansı bir 

şəxsə ondan və ya başqa  şəxsdən məlumat almaq, yaxud onun ətirafına nail 

olmaq, onu və ya başqa  şəxsi törətdiyi, yaxud törədilməsində  şübhələnilən 

hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və 

ya məcbur etmək, yaxud hər hansı xarakterli ayrıseçkiliyə əsaslanan istənilən 

səbəbə görə qəsdən tətbiq edilən güclü fiziki, yaxud mənəvi ağrı və ya əzab 

yetirən hərəkətlər kimi qeyd edilmişdir. Bu anlayışa qanuni sanksiyalar 

nəticəsində törəyən, həmin sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud 

onların təsadüfən doğurduğu ağrı və əzablar daxil edilmir. 

Əməlin işgəncə kimi tövsif edilməsi üçün rəftar müəyyən qəddarlıq 

səviyyəsinə çatmalıdır. 

Qeyri-insani  rəftar  anlayışı   altında  konkret   şəraitdə   bəraət 

  

 



3


                                   İşgəncəyə - yox! 

qazandırılmayan qəsdən güclü fıziki və ya mənəvi əzab yetirilməsi kimi rəftar 

başa düşülür. 

İşgəncə anlayışı çox vaxt cəzalandırmağa və ya müəyyən məqsədə nail 

olmağa, məsələn, məlumat və ya etirafın alınmasına yönəlmiş qeyri-insani 

rəftarı  təsvir etmək üçün istifadə olunur. Bir qayda olaraq, işgəncə qeyri-

insani rəftarın daha ağır formasıdır. 

Konvensiyaya   əsasən   işgəncənin   subyekti,   yəni   işgəncəni törədənlər 

aşağıdakı şəxslər ola bilər: 

Dövlət   adından   çıxış   edən   və   dövləti   təmsil   etmək səlahiyyətinə 

malik vəzifəli şəxslər; 

Vəzifəli    şəxs    olmayan,    lakin    müəyyən        nəzarət funksiyasını 

yerinə yetirən rəsmi  şəxslər; Yuxarıda adlan qeyd olunan şəxslərin təhriki, 

qabaqcadan xəbərdar  olması  və  ya  göz  yumması  ilə  işgəncələrə  yol verən 

şəxslər; 

 

Dövlət məmurları bütün səviyyədə işgəncənin qarşısını ala bilmədiklərinə 



və ya bunun üçün heç bir tədbir görmədiklərinə görə  məsuliyyət daşıyırlar. 

Eyni zamanda qeyd etmək zəruridir ki, yüksək vəzifəli  şəxsin, yaxud dövlət 

hakimiyyəti orqanının  əmri işgəncə verilməsinə  bəraət qazandıra bilməz və 

hər hansı  şəxs  əmr  əsasında fəaliyyət göstərsə belə öz əməllərinə görə 

məsuliyyət daşımalıdır. 

Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin II 

bəndinə  əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib 

hissəsidir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə  əsasən, 

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ 

hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla 

qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq 

müqavilələr tətbiq edilir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə  əsasən 

şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin 

ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə 

bilməz. Heç kəs insan ləyaqətini alçaldan 

  

 



4


                                   İşgəncəyə - yox! 

rəftara və ya cəzaya məruz qala bilməz. 

İşgəncə ilə müşayət olunan qeyri-hüquqi hərəkətlər Azərbaycan 

Respublikasının cinayət qanunvericiliyinə  əsasən məsuliyyətə  səbəb olur. 

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü maddəsində 

tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fıziki ağrılar və 

ya psixi iztirablar vermə  işgəncə cinayəti kimi ifadə edilmişdir. Həmçinin 

işgəncə vermə cinayət kimi həmin məcəllənin 133-cü maddəsində  təsbit 

olunmuşdur. 

Azərbaycan Respublikasının cinayət-prosessual və  cəzaların icrası 

qanunvericiliyində də işgəncələrə qarşı mübarizə məsələləri ilə bağlı bir neçə 

müddəalar nəzərdə tutulmuşdur. Məsələn Cinayət-Prosessual Məcəlləsinin 15-

ci maddəsində  işgəncələrin yolverilməzliyi özünün dəqiq ifadəsini, həmin 

Məcəllənin 153-cü maddəsində isə tutulmuş  şəxsin hüquqlarının təmin 

edilməsi özünün hüquqi təsbitini tapmışdır. 

 

"Çevik araşdırma qrupu" barədə nə bilirsiniz? 

 

Qrupun  əsas məqsəd və amalı müvəqqəti saxlanılma yerlərində insan 



hüquqlarının pozulması hallarının araşdırılması  və "qanunun aliliyi" 

prinsipinin daxili işlər orqanlarının işçiləri arasında təbliğ edilməsindən, 

hüquq-mühafizə orqanlarında ümumiyyətlə zorakılığın qarşısının alınması, 

həmçinin polisin öz vəzifə borcunu nə  dərəcədə  məhsuliyyətlə  və 

qanunauyğun şəkildə yerinə yetirdiyini müəyyən etməkdən ibarətdir. 

Hər bir müvəqqəti saxlanılma yerlərində saxlanılan  şəxslərlə qanuna 

müvafiq qaydada, humanizm prinsiplərinə uyğun davranılmalıdır. Hər hansı 

işgəncə  və digər qəddar rəftar son nəticədə bütövlükdə dövlətin nüfuzuna 

ziyan gətirir. 

 

"Çevik araşdırma qrnpu"nun fəaliyyət dairəsi 



kimləri əhatə edir? 

 

Qrupun fəaliyyət dairəsi polis idarə, şöbə və bölmələrini və ümumiyyətlə 



hüquq mühafızə orqanlarının tabeçiliyində olan müvəqqəti saxlanılma 

yerlərini əhatə edir. 

  

"Çevik araşdırma qrupunun" vəzifələri hansılardır? 

 

Qrupun vəzifəsi müvəqqəti saxlanılma yerlərində işgəncə və digər hüquq 



pozuntusu barədə daxil olmuş  şikayətlər  əsasında cəld hərəkət etməklə 

məlumatda qeyd olunmuş faktların hadisə yerində operativ şəkildə 

 

5



                                   İşgəncəyə - yox! 

yoxlanılmasından, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılmasında 

və  gələcəkdə  təkrar olunmamasının təmin edilməsində  əlaqədar dövlət 

qurumları ilə əməkdaşlıq etməkdən ibarətdir. Qrup həmçinin öz təşəbbüsü ilə 

müvəqqəti saxlanılma yerlərinə mütamadi olaraq baş çəkir, monitorinq həyata 

keçirir. 

 

"Çevik araşdırma qrupu"nun başçəkməsinin  

məqsədi nədən ibarətdir? 

 

Başçəkmələrin məqsədi tutulmuş  şəxsləri işgəncə  və digər qəddar 



rəftardan müdafiə etməkdən, tutulmuş  şəxslərlə davranışın işgəncə  və digər 

qəddar rəftarın qarşısını almaqdan, həmçinin, tututulan şəxsin qohumlarına 

məlumatın verilməsini, vəkilə  və  həkimə olan ehtiyacın təmin edilməsini 

yoxlamaqdan ibarətdir. 

 

Başçəmələr hansı formada həyata keçirilir? 

 

Başçəkmə bir qayda olaraq qrupun ən azı iki və daha çox üzvü tərəfindən 



həyata keçirilə bilər. 

Müstəsna hallarda, məsələn, təxirəsalınmaz başçəkmələr zamanı "Çevik 

araşdırma qrupu" yalnız bir üzvü tərəfindən təmsil oluna bilər. 

Polis  əməkdaşı onun qarşısında "Çevık araşdırma qrupu"nun üzvünün 

olduğunu nədən bilməlidir? 

Təhlükəsizlik baxımından növbətçi polis nəfəri müvəqqəti saxlanılma 

yerlərinə başçəkən  şəxslərin sənədlərini yoxlamağa haqqlıdır, hətta bunu 

etməyə borcludur. 

Bu tələbə cavab vermək məqsədi ilə "Çevik araşdırma qrupu"nun 

üzvlərində onların kimliyini təsdiq edən xidməti sənəd 

  

 

6




                                   İşgəncəyə - yox! 

olmalı  və müvəqqəti saxlanılma yerlərinə daxil olarkən, həmin sənəd 

səlahiyyətli şəxsə təqdim etməlidir. 

 

Növbətçi polis əməkdaşının "Çevik araşdırma qrupu"nun üzvlərinin 



baxış keçirmək məqsədilə təcridxanaya, yaxud polis bölməsinə dərhal 

keçmələrinə maneə törətməsinə  

ixtiyarı varmı? 

 

"Çevik araşdırma qrupu"nun üzvlərinin gəlmələri haqda növbətçi polis 



əməkdaşının  əvvəlcədən xəbərdarlıq edilib-edilməməsindən asılı olmayaraq, 

şəxsiyyeti təsdiq edən sənədlər dərhal yoxlanılmalı, həmin  şəxslər 

təcridxanaya və digər müvəqqəti saxlanılma yerlərinə buraxımalıdırlar. 

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) haqqında Konstitusiya Qanununun 12.2.1-ci maddəsinə əsasən, 

insan hüquqlarının pozulmasına dair şikayətdə  əks etdirilmiş halların 

araşdırılması zamanı Müvəkkilin maneəsiz və  əvvəlcədən xəbərdarlıq 

etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, 

cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma 

yerlərinə daxil olmaq, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, 

müvəqqəti saxlanılma yerlərində saxlanılan  şəxslərlə görüşmək və  təkbətək 

söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən 

sənədlərlə tanış olmaq hüquqları vardır. 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin 12.06.2002-ci il tarixli 

224 nömrəli  əmrinə  əsasən Daxili İşlər Nazirliyinin 66.11.2001-ci il 428 

nömrəli  əmri ilə  təsdiq edilmiş "Polis orqanlarının müvəqqəti saxlama 

təcridxanalarında saxlanılan  şəxslərin mühafizəsi və müşayiəti qaydalarına 

dair" Təlimata aşağıdakı məzmunda yeni bənd əlavə edilmişdir: 

- 1.8. 

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili 



(Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya 

Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə 

Müvəkkili şikayətin araşdırılması ilə əlaqədar: 

- MST-də saxlanılan  şəxslərin saxlanılmasının qanuniliyini yoxlaya 

bilər; 

 

7




                                   İşgəncəyə - yox! 

- MST-yə maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən daxil ola bilər

- MST-nin 

rəisi Müvəkkilin təxirə salınmadan qəbul olunmasını, eləcə 

də saxlanılan  şəxslərlə görüşməsini və  təkbətək söhbət etməsini, habelə 

onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmasını 

dərhal təmin etməlidir. 

 

"Çevik araşdırma qrupu" başçəkmə zamanı 



adətən nə edir? 

 

Qrupun   üzvləri      baxış      keçirən   zaman   aşağıdakıları      etməyə 



haqlıdırlar: 

- müvəqqəti saxlanılma yerlərində və təcridxanalarda saxlanılan şəxslərin 

saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq; 

- saxlanılan şəxslərlə təkbətək görüşmək; 

- növbətçi polis nəfəri ilə söhbət etmək; 

- saxlanılan şəxslərin öz hüquqları barədə məlumatlandırılmasını müəyyən 

etmək və ya bunu təmin etmək; 

- onların saxlanılma  şəraitinin müvafiq normalara uyğunluğunu 

araşdırmaq; 

- vəkillə  və ailə üzvləri ilə  əlaqə saxlaması üçün imkanın yaradılmasını 

öyrənmək; 

- tibbi yardım göstərilməsi hallanm araşdırmaq; 

- saxlanılan şəxslərə hər hansı bir təzyiq olub-olmamasını yoxlamaq; 

- xüsusi sorğu vərəqələrini doldurmaq; 

- zəruri hallarda müvafiq aktlar, arayışlar və ya digər sənədlər tərtib etmək, 

foto, video çəkiliş aparmaq, izahatlar almaq və saxlanılan  şəxslərin 

qanunvericiliklə müəyyən edilmiş bütün digər hüquqlarının təmin edilməsini 

ətraflı yoxlamaq. 

Bir qayda olaraq tutulmuş  şəxslərin polisdə  qısa müddət saxlanılmasına 

baxmayaraq, həmin şəxslərin saxlanılma şəraiti aşağıdakı əsas tələblərə cavab 

verməlidir: 

- kamera Avropa standartlarına uyğun ölçüdə olmalıdır; 

 

 

8




                                   İşgəncəyə - yox! 

- kamera normal işıqlanma və ventilyasiyaya malik olmalıdır; 

- kamerada istirahət üçün avadanlıq (çarpayı, döşək, örtük və s.) olmalıdır; 

- gigiyena tələblərinə riayət olunmaqla zəruri hallarda təbii ehtiyacları 

ödəmək üçün şərait olmalıdır; 

- hər gün bir dəfə isti yemək daxil olmaqla gündəlik yeməyin verilməsi 

təmin olunmalıdır. 

Qrupun üzvləri baxış keçirdikləri zaman hər bir bina, otaq, kabinet və 

kameraya daxil ola bilər və onların hərəkətinə məhdudiyyət qoyulmamalıdır. 

Qrupun üzvləri baxış keçirdikləri zaman müvəqqəti saxlanılma yerlərində 

saxlanılan bütün şəxslərin siyahısını tələb edə bilər. 

Qrupun üzvləri tutulan şəxslərin səhhəti ilə bağlı  sənədləri yoxlamaq 

səlabiyyətinə malikdir. 

Baxış zamanı yetkinlik yaşına çatmayan və  əqli qüsurlu şəxslərə xüsusi 

diqqət yetirilir. 

 

Hüquq mihafizə orqanları başçəkmələrin uğurlu  



keçirilməsi üçün hansı vəzifələri həyata keçirməlidir? 

 

Bu orqanlar başçekmələrin uğurlu keçirilməsi üçün aşağıdakı  vəzifələri 



həyata keçirməlidir: 

- Qrupun 

üzvlərinin müvəqqəti saxlanılan  şəxslərin saxlandığı  hər 

hansı bir yerə  məhdudiyyətsiz daxil olması  və bu cür yerlərin daxilində 

məhdudiyyətsiz hərəkət etməsini təmin etmək; 

- tutulmuş şəxslərin saxlandığı yerlər və bu qəbilədən zəruri olan digər 

məsələlər barəsində qrupun üzvlərini tam məlumatlandırmaq (bu cür 

informasiyaların əldə edilməsi üçün tətbiq olunan hüquq normalarına və peşə 

etikasına riayət etməklə). 

 

İqtisadi vəziyyət və inkişaf səviyyəsi işgəncənin və digər  



qəddar rəftarın tətbiqinə bəraət qazandıra bilərmi? 

 

İşgəncənin tətbiqinin qadağan olunmasının mütləq xarakteri həmçinin onu 



da nəzərdə tutur ki,  iqtisadi vəziyyət və inkişaf 

  

 



9


                                   İşgəncəyə - yox! 

səviyyəsi   işgəncənin  və   yolverilməz  rəftarın  tətbiqinə   bəraət qazandıra 

bilməz. 

Hər hansı bir dövlətin inkişaf səviyyəsindən asılı olmayaraq həbsdə 

saxlama  şəraitinə aid müəyynləşdirilmiş minimal normalara riayət 

olunmalıdır. Bu minimal tələblərə  həmişə, hətta iqtisadi vəziyyət və büdcə 

onların yerinə yetirilməsinə çətinlik yaratdıqda belə riayət olunmalıdır. 

 

"Çevik araşdırma qrupu"nun başçəkmələri 



nə ilə nəticələnir? 

 

Baxışlar zamanı müəyyən olunmuş qanun pozuntuları, işgəncə  və 



zorakılıq halları hesabata daxil edilir və bu barədə, səlahiyyətli orqanlara, o 

cümlədən ictimaiyyətə məlumat verilir və müvafiq tədbirlər görülür. 

Qrupun aşkar etdiyi halların daha geniş araşdırılması Müvəkkilin tapşırığı 

ilə onun səlahiyyətləri daxilində "Çevik araşdırma qrupu" tərəfindən həyata 

keçirilir. 

Ciddi pozuntular baş verdiyi halda, audio və video materiallardan istifadə 

oluna bilər və bu məlumatlar vəkilə təqdim olunur. 

Araşdırma nəticəsində  əldə edilmiş  məlumatlar yalnız Müvəkkilin 

göstərişi əsasında açıqlanır. 

  

 



10


                                   İşgəncəyə - yox! 

Azərbaycan Respublİkasının 

İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) 

 

2   370 9896     İşgəncələr haqda məlumatı təcili                                      



 

                        OMBUDSMANA  ÖTÜR! 

050 396 6886  

Ombudsmanın 24 saat ərzində xidmət göstərən çevik araşdırma qrupu 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ  

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ  

(OMBUDSMAN) 

 

Ünvan:   AZ   1000,   Bakı   şəhəri,  Ü.Hacıbəyov  küçəsi  40, 

Hökumət evi, II qapı 

Əlavə məlumat üçün telefonlar: (99412) 498 23 65, 493 74 22 

Faks: (99412) 498 23 65, 498 85 74 

E-mail: ombudsman @ ombudsman. gov.az 

Web-site: www. Ombudsman. gov. az 

 

 



ATƏT-in dəstəyilə çap olunmuşdur         

 

11



Yüklə 67,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə