İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında



Yüklə 321,11 Kb.
səhifə3/4
tarix14.02.2018
ölçüsü321,11 Kb.
#26914
1   2   3   4

Qüvvəyə minmə

1. Bu Protokol Avropa Şurasının üzvü olan beş dövlətin 7-ci maddənin müddəalarına müvafiq olaraq, Protokol üzrə öhdəlikləri öz üzərlərinə götürməyə razılıqlarını bildirdikləri tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

2. Protokol üzrə öhdəlikləri sonradan öz üzərinə götürməyə razılığını bildirmiş hər hansı üzv dövlət üçün bu Protokol onun öz təsdiqnaməsini yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədlərini saxlanılmağa verdiyi tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

Maddə 9


Depozitarinin funksiyaları

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzv dövlətlərini aşağıdakılar barədə xəbərdar edir:

a) hər hansı imzalanma;

b) təsdiqnamənin yaxud qəbul və ya bəyənmə haqqında sənədin saxlanılmağa verilməsi;

c) 5-ci və 8-ci maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi;

d) bu Protokola dair digər hərəkət, bildiriş və ya xəbərdarlıq.

Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

1983-cü il aprelin 28-də Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

 

İnsan hüquqlarının və əsas azadlıqların

müdafiəsi haqqında Konvensiyaya dair

7 saylı PROTOKOL

Strasburq, 22 noyabr 1984-cü il

 

Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər,



1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra "Konvensiya" adlanacaq) tətbiqi vasitəsi ilə bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda gələcək addımlar atmaq əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Əcnəbilərin çıxarılmasına dair prosedur təminatları

1.   1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdır:

a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək;

b) öz işinə yenidən baxılmasını tələb etmək və;

c) bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və ya belə orqanın təyin etdiyi şəxs yaxud şəxslər qarşısında təmsil olunmaq.

2.   2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda və ya milli təhlükəsizlik mülahizələri ilə şərtləndirildikdə, əcnəbi bu maddənin 1-ci bəndinin a, b və c yarımbəndlərində sadalanan hüquqlarına əməl edilməmişdən əvvəl çıxarıla bilər.

Maddə 2

Cinayət işlərinə dair hökmlərdən ikinci instansiyaya şikayət vermə hüququ

1. Cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya təyin olunmuş cəzaya yuxarı məhkəmə instansiyasında yenidən baxılması hüququ vardır. Bu hüququn həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar qanunla tənzimlənir.

2. Qanunla xırda xətalar hesab olunan hüquqpozmalarla bağlı və ya müvafiq şəxs artıq birinci instansiyada yuxarı məhkəmə tərəfindən məhkum edilibsə və ya onun bəraəti məsələsinə yenidən baxılma nəticəsində təqsirli hesab edilib və məhkum edilibsə, bu hüquqdan istisnaya yol verilir.

Maddə 3


Məhkəmə səhvinə görə kompensasiya

Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövlətin qanununa və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

Maddə 4

İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ

1. Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyasıçərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

2. Bundan əvvəlki bəndin müddəaları, əgər yeni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur.

3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq olaraq, bu maddənin müddəalarından kənara çıxmağa yol verilmir.

Maddə 5

Ər-arvadın hüquq bərabərliyi

Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

Maddə 6

Ərazilərə tətbiq

1. Hər hansı dövlət imzalama zamanı və ya özünün təsdiqnaməsini yaxud qəbul və ya bəyənmə haqqında sənədini saxlanılmağa verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri və bu Protokolun müddəalarının şamil ediləcəyi belə ərazi və ya ərazilərlə bağlı öhdəliklərinin çərçivəsini göstərə bilər.

2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolu bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş katibin belə bəyanatı aldığı tarixdən iki ay keçdikdən sonra gələn ayrı birinci günü qüvvəyə minir.

3. Əvvəlki iki bənd əsasında verilmiş və orada göstərilən hər hansı əraziyə aid olan istənilən bəyanat Avropa Şurasının Baş katibinə ünvanlanmış bildiriş vasitəsi ilə geri götürülə yaxud dəyişdirilə bilər. Geri götürülmə və ya dəyişiklik Baş katib tərəfindən belə bildirişin alındığı tarixdən iki ay keçdikdən sonra gələn ayrı birinci günü qüvvəyə minir.

4. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.

5. Bu Protokolun hər hansı dövlətin onu ratifikasiya etməsi, qəbul etməsi və ya bəyənməsi əsasında tətbiq olunduğu həmin dövlətin ərazisi və bu maddənin müddəalarına müvafiq olaraq, həmin dövlətin bəyanatı əsasında bu Protokolun tətbiq olunduğu hər bir ərazi 1 -ci maddədə dövlətin ərazisinə istinad məqsədi ilə, ayrı-ayrı ərazilər hesab edilə bilər.

6. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun 1, 2, 3, 4 və 5-ci maddələri ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.

Maddə 7


Konvensiyaya bağlılıq

İştirakçı dövlətlər bu Protokolun 1-6-cı maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.

Maddə 8

İmzalanma və ratifikasiya

Bu Protokol Avropa Şurasının üzvü olub, Konvensiyanı imzalamış dövlətlərin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzvüolan dövlət Konvensiyanı əvvəlcədən və ya eyni zamanda ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə, qəbul edə və ya bəyənə bilməz. Təsdiqnamələr, qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.

Maddə 9

Qüvvəyə minmə

1. Bu Protokol Avropa Şurasının üzvü olan yeddi dövlətin 8-ci maddənin müddəalarına müvafiq olaraq, Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən iki ay keçdikdən sonra gələn ayrı birinci günü qüvvəyə minir.

2. Protokolun, onun üçün məcburiliyinə sonradan öz razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin təsdiqnaməsinin yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədlərinin saxlanılmağa verildiyi tarixdən iki ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Maddə 10


Depozitarinin funksiyaları

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan hər bir dövləti:

a) hər bir imzalanma;

b) hər bir təsdiqnamənin yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədin saxlanılmağa verilməsi;

c) 6-cı və 9-cu maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi;

d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və ya bəyanat barədə xəbərdar edir.

Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

1984-cü il noyabrın 22-də Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatı

 

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).*



"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 5-ci və 6-cı maddələrinə dair

Azərbaycan Respublikasının qeyd-şərti

 

Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 5-ci və 6-cı maddələrinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin maddələrin müddəaları Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48, 49, 50, 56-60-cı maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı məhkəmədənkənar intizam cəzalarının tətbiqinə mane olmur.



Qeyd-şərtə əlavə:

Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli,

885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası

Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ("Azərbaycan Respublikası

Ali Sovetinin məlumatı", 1995-ci il, № 5-6, maddə 93)

"48. Əsgərlərə və matroslara:

...d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.

49. Müddətli xidmət çavuşlarına:

...ğ) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.

50. Müddətindən artıq xidmət çavuşlarına:

...q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.

56. Bölük (4-cü dərəcəli gəmi) komandirinin:

...q) əsgərləri, matrosları və çavuşları 3 sutkayadək həbs etmək hüququ vardır.

57. Tabor (3-cü dərəcəli gəmi) komandirinin:

...q) əsgərləri, matrosları və çavuşları 5 sutkayadək həbs etmək hüququ vardır.

58. Alay (briqada) komandirinin:

...q) əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır.

59. Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin alay (briqada) komandirlərinə verilmiş hüquqlardan əlavə:

a) əsgərləri, matrosları və çavuşları 10 sutkayadək həbs etmək hüququ vardır.

60. Korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər".

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair

Azərbaycan Respublikasının qeyd-şərti

Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin bəndin müddəaları "Kütləvi informasiya vasitələri haqqında" 1999-cu il 7 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun təfsir və tətbiq olunacaqdır.

 

Qeyd-şərtə əlavə:

"Kütləvi informasiya vasitələri haqqında"

Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 2, maddə 82)

"maddə 14:

...Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və ya vətəndaşlarına məxsus olduqda və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür)".

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokoluna dair Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"



Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası Protokolun 2-ci maddəsinin ikinci cümləsini belə təfsir edir ki, bu müddəa dini təhsilin maliyyələşdirilməsi ilə bağlı dövlətin üzərinə hər hansı öhdəlik qoymur.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 4 saylı Protokoluna dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 6 saylı Protokoluna dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 7 saylı Protokoluna dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

*Bax: "Azərbaycan Respublikasının qanunvericilik toplusu", 2002-ci il, № 1, səh. 40.



 

 

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi



haqqında" Konvensiyanın 14 saylı Protokolunun

 təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 2004-cü il mayın 13-də Strasburq şəhərində imzalanmış 14 saylı Protokolu təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 aprel 2006-cı il



                 № 87-IIIQ

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyaya dair bu Konvensiyanın nəzarət sisteminə

düzəlişlər edilməsini nəzərdə tutan

 

14 saylı P R O T O K O L

 

P R E A M B U L A

1950-ci il noyabrın 4-də Romada imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya (bundan sonra - Konvensiya) dair bu Protokolu imzalayan Avropa Şurasının üzv Dövlətləri,

2000-ci il noyabrın 3-4-də Romada İnsan Hüquqları üzrə Avropa Nazirlər Konfransında qəbul edilmiş 1 saylı Qətnaməni və Bəyannaməni nəzərə alaraq;         

2001-ci il noyabrın 8-də, 2002-ci il noyabrın 7-də və 2003-cü il mayın 15-də Nazirlər Komitəsinin müvafiq olaraq 109-cu, 111-ci və 112-ci sessiyalarında qəbul olunmuş Bəyannamələri nəzərə alaraq;

2004-cü il aprelin 28-də Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 251 saylı Rəyi nəzərə alaraq;

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa Şurasının Nazirlər Komitəsinin iş yükünün artmaqda davam etməsi ilə əlaqədar nəzarət sisteminin uzun müddətə səmərəliliyini saxlamaq və daha da artırmaq məqsədilə Konvensiyanın müəyyən müddəalarında təcili dəyişiklik etmək ehtiyacını diqqətə alaraq;

xüsusilə, Məhkəmənin Avropada insan hüquqlarının qorunmasında mühüm rol oynamaqda davam etməsini təmin etməyə ehtiyacın olduğunu diqqətə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

M a d d ə   1

Konvensiyanın 22-ci maddəsinin 2-ci bəndi çıxarılsın.

M addə    2

Konvensiyanın 23-cü maddəsi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

 

"Maddə   23.  Səlahiyyət müddəti və vəzifədən azad edilmə



1.     Hakimlər doqquz il müddətinə seçilirlər. Onlar yenidən seçilə bilməzlər.

2.     Hakimlərin səlahiyyət müddəti onlar 70 yaşına çatanda bitir.

3.     Hakimlər əvəz olunanadək vəzifələrini yerinə yetirirlər. Bununla belə,
onlar artıq başladıqları məhkəmə proseslərini sonadək davam etdirirlər.

4.     Heç bir hakim digər hakimlərin üçdə iki səs çoxluğu ilə həmin hakimin tələb olunan şərtləri icra etməyi dayandırdığını iddia etməyincə vəzifəsindən azad edilə bilməz.".

Maddə   3

Konvensiyanın 24-cü maddəsi çıxarılsın.

M addə   4

Konvensiyanın 25-ci maddəsi 24-cü maddə hesab olunsun və onun mətni dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

"Maddə   24.   Dəftərxana və məruzəçilər

1.      Məhkəmənin, fəaliyyəti və təşkili Məhkəmə Reqlamentinə əsasən müəyyənləşdirilən dəftərxanası vardır.

2.      İclas tək hakimdən ibarət tərkibdə olduqda Məhkəmə sədrinin sərəncamında fəaliyyət göstərən məruzəçilər Məhkəməyə kömək edirlər. Onlar Məhkəmə dəftərxanasının tərkib hissəsini təşkil edirlər.".

Maddə   5

Konvensiyanın 26-cı maddəsi 25-ci maddə ("Plenar Məhkəmə") hesab olunsun və onun mətninə aşağıdakı dəyişikliklər edilsin:

1. d bəndinin sonundakı vergül nöqtəli vergüllə əvəz olunsun və "və" sözü çıxarılsın.

2.      e bəndinin sonundakı nöqtə nöqtəli vergüllə əvəz olunsun.

3.  Aşağıdakı məzmunda yeni f bəndi əlavə olunsun:


"f. 26-cı maddənin 2-ci bəndinə əsasən hər hansı sorğu verir.".

Maddə   6

Konvensiyanın 27-ci maddəsi 26-cı maddə hesab olunsun və onun mətni dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

"M a d d ə   26. Tək hakimli tərkib, komitələr, Palatalar və Böyük Palata

1.     Məhkəmə ona təqdim edilmiş işlərə tək hakimli tərkibdə, üç hakimli
komitələrdə, yeddi hakimli Palatalarda və on yeddi hakimli Böyük Palatada
baxır. Məhkəmənin Palataları müəyyən edilmiş müddət üçün komitələr təsis
edir.

2.     Plenar Məhkəmənin sorğusu ilə Nazirlər Komitəsi yekdil qərarla və


müəyyən edilmiş müddət üçün Palatalardakı hakimlərin sayını beş nəfərə endirə bilər.

3.     Tək hakimli tərkibdə hakim özünün seçildiyi Razılığa gələn Yüksək Tərəfə qarşı olan heç bir ərizəyə baxmamalıdır.

4.     Orada Palatanın və Böyük Palatanın ex offıcio üzvü kimi, maraqlı olan
Razılığa gələn Yüksək Tərəfə münasibətdə seçilmiş hakim hakimlik edir.
Əgər belə bir hakim yoxdursa və ya həmin hakim iştirak edə bilmirsə, onda
həmin Tərəfin əvvəlcədən təqdim etdiyi siyahıdan Məhkəmə Sədrinin seçildiyi şəxs hakim rolunda çıxış edir.

5.     Böyük Palata həmçinin Məhkəmə Sədri, Sədrin Müavinləri, Palataların


Sədrləri və Məhkəmənin Reqlamentinə əsasən seçilmiş digər hakimlər daxildir. Məhkəmə işi 43-cü maddəyə əsasən Böyük Palataya göndərildikdə, Palatanın Sədri və maraqlı olan Ali Razılığa gələn Tərəfə münasibətdə iştirak
edən hakim istisna olmaqla, məhkəmə qərarını çıxaran Palatanın hakimlərindən heç biri Böyük Palatada iştirak etməməlidir.".

M add ə   7

Yeni 26-cı maddədən sonra Konvensiyaya aşağıdakı məzmunda yeni 27-ci maddə əlavə edilsin:

"Maddə   27. Tək hakimlərin səlahiyyəti

1. Tək hakim 34-cü maddəyə əsasən verilmiş ərizəni qəbul edilə bilməyən elan edə və ya icraatda olan işlərin siyahısından çıxara bilər və bu cür qərar əlavə öyrənilmədən qəbul edilə bilər.

2.      Bu qərar qətidir.

3.      Əgər tək hakim ərizəni qəbul edilə bilməyən elan etmirsə və ya siyahıdan çıxarmırsa, o zaman həmin hakim əlavə öyrənilmə üçün onu komitəyə və ya Palataya göndərir.".

Maddə   8

Konvensiyanın 28-ci maddəsi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

"Maddə   28. Komitələrin səlahiyyəti

1.            34-cü maddəyə müvafiq olaraq təqdim olunan ərizəyə münasibətdə komitə yekdil səslə,

a.  əlavə öyrənmədən onu qəbul edilə bilməyən elan edə və ya məhkəmə işlərinin siyahısından çıxara bilər; və ya

b. onu qəbul edilə bilən elan edə bilər və eyni zamanda işin mahiyyətinə
uyğun qərar çıxara bilər, bu şərtlə ki, işin Konvensiyanın və ya ona dair Protokolların təfsiri və ya tətbiqi ilə bağlı olan əsas məsələsi artıq Məhkəmənin
qəti müəyyən edilmiş presedent hüququnun predmeti olsun.

2.     1-ci bənddə qeyd olunan qərardadlar və qərarlar qətidir.

3.     Əgər maraqlı olan Razılığa gələn Yüksək Tərəfə münasibətdə seçilmiş
hakim komitənin üzvü deyilsə, o zaman komitə bütün aidiyyəti faktorları, o
cümlədən 1 .b. bəndinə əsasən prosessual normaların tətbiqinə dair həmin Tərəfin iradının olub-olmamasını nəzərə alaraq məhkəmə işinin istənilən mərhələsində komitənin üzvlərindən hər hansı birinin yerinə həmin hakimi dəvət edə bilər.".

Maddə   9

29-cu maddəyə aşağıdakı dəyişikliklər edilsin:

1.            1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Əgər 27-ci və ya 28-ci maddəyə əsasən hər hansı bir qərardad qəbul olunmayıbsa və ya 28-ci maddəyə əsasən heç bir qərar çıxarılmayıbsa, o zaman Palata 34-cü maddəyə uyğun olaraq təqdim edilmiş fərdi şikayətlərin qəbul edilə bilmə meyarına və mahiyyətinə görə qərar çıxarır. Qəbul edilə bilməyə dair qərardad ayrıca çıxarıla bilər."

2.            2-ci bəndin sonuna aşağıdakı məzmunda yeni cümlə əlavə olunsun:


"Qəbul edilə bilməyə dair qərar, əgər müstəsna hallarda Məhkəmə başqa cür qərar verməyibsə, ayrıca çıxarılır."

3.            3-cü bənd çıxarılsın.

Maddə   10

31-ci maddəyə aşağıdakı dəyişikliklər edilsin:

1.      a bəndinin sonundakı "və" sözü çıxarılsın.

2.      b bəndi c bəndi hesab olunsun və aşağıdakı məzmunda yeni b bəndi


əlavə olunsun:

"b. Nazirlər Komitəsi tərəfindən 46-cı maddənin 4-cü bəndinə əsasən Məhkəməyə göndərilmiş məsələləri həll edir; və".

Maddə   11

Konvensiyanın 32-ci maddəsinə aşağıdakı dəyişiklik edilsin:

1-ci bəndin sonunda 34 rəqəmindən sonra vergül və 46 rəqəmi əlavə edilsin.

Maddə   12

Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

 "3. Məhkəmə 34-cü maddəyə əsasən təqdim edilmiş istənilən fərdi şikayəti qəbuledilməz elan edir, əgər o hesab edirsə ki:

a.            şikayət Konvensiyanın və ya ona dair Protokolların müddəalarına uyğun
deyil, açıq-aşkar əsassızdır və ya fərdi müraciət hüququndan sui-istifadədir;
və ya

b. Konvensiya və ona dair Protokollarda göstərilmiş insan hüquqlarına hörmətin şikayətə mahiyyəti üzrə baxılmasını tələb etdiyi hallar istisna olmaqla


ərizəçi böyük zərərə məruz qalmayıbsa; lakin yerli məhkəmə tərəfindən lazımınca araşdırılmayan heç bir iş bu əsasla rədd edilə bilməz.

Maddə   13

Konvensiyanın 36-cı maddəsinin sonuna aşağıdakı məzmunda yeni 3-cü bənd əlavə olunsun:

"3. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Palata və Böyük Palatada olan bütün məhkəmə işlərinə dair yazılı şəkildə şərhlər verə və dinləmələrdə iştirak edə bilər.".

Maddə   14

Konvensiyanın 38-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

 

"Maddə   38. Məhkəmə işinin araşdırılması



Məhkəmə, məhkəmə işini maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə araşdırır və ehtiyac olarsa, işin hallarını təhqiq edir və bu təhqiqatın səmərəli olması üçün maraqlı olan Razılığa gələn Yüksək Tərəflər bütün zəruri imkanları yaratmalıdırlar.".

 

Maddə   15



Konvensiyanın 39-cu maddəsi aşağıdakı redaksiyada verilsin:

 

"Maddə   39. Dostcasına həlletmə



1.      Məhkəmə prosesinin istənilən mərhələsində Məhkəmə Konvensiya və
ona dair Protokollarda müəyyən edilən insan hüquqlarına hörmət əsasında
məsələnin dostcasına həllini təmin etmək məqsədilə maraqlı tərəflərə öz xidmətlərini təqdim edə bilər.

2.      1-ci bənddə nəzərdə tutulan prosedur məxfi olmalıdır.

3.  Əgər dostcasına həlletmə mümkündürsə, Məhkəmə faktların və əldə
olunmuş razılığın qısaca əks olunduğu qərardadla işi öz siyahısından çıxarır.

        4. Bu qərardad dostcasına həlletmənin qərardadda müəyyən edilmiş şərtlərinin yerinə yetirilməsinə nəzarət edəcək Nazirlər Komitəsinə göndərilir.".

Maddə   16

Konvensiyanın 46-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə   46. Qərarların məcburi qüvvəsi və icrası

1.      Razılığa gələn Yüksək Tərəflər tərəf olduqları istənilən məhkəmə prosesində Məhkəmənin verdiyi qəti qərarı yerinə yetirmək öhdəliyi götürürlər.

2.      Məhkəmənin qəti qərarı icrasına nəzarət edilmək üçün Nazirlər Komitəsinə göndərilir.

3.      Əgər Nazirlər Komitəsi hesab edərsə ki, qəti qərarın yerinə yetirilməsinə nəzarətə qərarın şərhi ilə bağlı ortaya çıxan problemlər maneə yaradır,


o zaman o, şərhlə bağlı ortaya çıxan məsələni həll etmək üçün işi Məhkəməyə göndərə bilər. Qərarın göndərilməsi üçün Komitədə iştirak etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu tələb olunur.

4.      Əgər Nazirlər Komitəsi hesab edərsə ki, Razılığa gələn Yüksək Tərəf


özünün tərəf olduğu məhkəmə prosesinin qəti qərarını yerinə yetirməkdən
boyun qaçırır, o zaman o, həmin Tərəfə rəsmi xəbərdarlıq göndərdikdən sonra və Komitədə iştirak etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərarla, 1-ci bəndə əsasən həmin Tərəfin üzərinə götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsi məsələsini aydınlaşdırmaq üçün işi Məhkəməyə göndərə bilər.

5.      Əgər Məhkəmə 1-ci bəndin pozulduğunu aşkar edərsə, onda müəyyən


ölçülərin götürülməsi üçün işi Nazirlər Komitəsinə göndərir. Əgər Məhkəmə
1-ci bəndin pozulmadığını aşkar edərsə, onda o, iş üzrə təhqiqatın başa çatdırılması üçün onu Nazirlər Komitəsinə göndərir. ".

Maddə   17

Konvensiyanın 59-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1.            Aşağıdakı məzmunda yeni 2-ci bənd əlavə olunsun:


         "2. Avropa İttifaqı bu Konvensiyaya qoşula bilər. ".

2. 2-ci, 3-cü və 4-cü bəndlər müvafiq olaraq 3-cü, 4-cü və 5-ci bəndlər


hesab olunsun.

 


Yüklə 321,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə