İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında



Yüklə 321,11 Kb.
səhifə4/4
tarix14.02.2018
ölçüsü321,11 Kb.
#26914
1   2   3   4

Yekun və keçid müddəalar

Maddə   18

1.            Bu Protokol Avropa Şurasının Konvensiyanı imzalamış üzv Dövlətləri


tərəfindən imzalanmaq üçün açıqdır və Protokolun onlar üçün məcburiliyinə
aşağıdakılar dəlalət edə bilər:

a.              ratifikasiya, qəbul və ya təsdiq  barədə qeyd-şərtsiz imzalama; və ya

b. ratifikasiya, qəbul və ya təsdiqlə müşayiət olunan ratifikasiya, qəbul və ya təsdiq barədə qeyd-şərtlə imzalama.

2.            Ratifikasiya, qəbul və ya təsdiqə dair sənədlər Avropa Şurasının Baş


katibinə saxlanca verilir.

Maddə   19

Bu Protokol, Konvensiyaya qoşulan bütün Tərəflərin 18-ci maddənin müddəalarına müvafiq olaraq Protokolun məcburiliyinə razılıqlarını ifadə etdikləri tarixdən etibarən üç ay sonra gələn ayın birinci günündən qüvvəyə minir.

Maddə   20

1. Bu Protokolun qüvvəyə mindiyi tarixdən etibarən onun müddəaları
Məhkəmədə baxılmaqda olan bütün şikayətlərə və eyni zamanda Nazirlər
Komitəsinin icrasına nəzarət etdiyi bütün qərarlara tətbiq edilir.

2.       Bu Protokolun 12-ci maddəsi ilə Konvensiyanın 35-ci maddəsinin 3.b


bəndinə əlavə edilən yeni qəbul edilə bilmə meyarı bu Protokol qüvvəyə
minməzdən əvvəl qəbul edilə bilən elan edilmiş şikayətlərə tətbiq edilmir.
Bu Protokolun qüvvəyə minməsindən sonrakı iki il ərzində yeni qəbul edilə
bilmə meyarı yalnız Məhkəmənin Palataları və Böyük Palatası tərəfindən tətbiq edilə bilər.

Maddə   21

Bu Protokolun qüvvəyə mindiyi tarixdə birinci səlahiyyət müddətində olan hakimlərin səlahiyyət müddəti ipso jure ümumilikdə doqquz ilə çatanadək artırılır. İpso jure səlahiyyət müddəti iki il artırılan digər hakimlər səlahiyyətini bu müddətin sonunda başa vururlar.

Maddə   22

Avropa Şurasının Baş katibi Avropa Şurasına üzv Dövlətləri aşağıdakılar barədə məlumatlandırır:

a.              hər hansı imzalanma;

b.  ratifikasiya, qəbul və ya təsdiq haqqında hər hansı sənədin saxlanca verilməsi;

c.   19-cu maddəyə müvafıq olaraq bu Protokolun qüvvəyə minmə tarixi; və

d. bu Protokolla bağlı istənilən digər akt, bildiriş və ya məlumatlandırma.
Bunun təsdiqi olaraq, müvafiq qaydada müvəkkil edilmiş aşağıda imza edənlər

bu Protokolu imzaladılar.

Hər ikisi autentik olmaqla ingilis və fransız dillərində, bir əsl nüsxədə 2004-cü il mayın 13-də Strasburqda imzalanmışdır. Sənədin əsli Avropa Şurasının arxivinə saxlanca verilir. Avropa Şurasının Baş katibi təsdiq edilmiş nüsxələri Avropa Şurasının bütün üzv Dövlətlərinə göndərəcəkdir.

 

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada dəyişikliklər edən 15 nömrəli Protokolun təsdiq edilməsi barədə



 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:



“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada dəyişikliklər edən, 2013-cü il iyunun 24-də Strasburq şəhərində imzalanmış 15 nömrəli Protokol təsdiq edilsin.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 may 2014-cü il



№ 947-IVQ

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokol

 

PREAMBULA

 

Avropa Şurasının üzvü olan dövlətlər və 1950-ci il noyabrın 4-də Romada imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın (bundan sonra "Konvensiya") digər Razılığa gələn Yüksək Tərəfləri bu Protokolu imzalayaraq,



2012-ci il aprelin 19 və 20-də Braytonda keçirilmiş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair yüksək səviyyəli konfransda qəbul edilmiş bəyannaməni, habelə 2010-cu il fevralın 18 və 19-da İnterlakendə və 2011-ci il aprelin 26 və 27-də İzmirdə keçirilmiş konfranslarda qəbul edilmiş bəyannamələri nəzərə alaraq,

Avropa Şurasımn Parlament Assambleyasının 2013-cü il aprelin 26-da qəbul etdiyi 283 (2013) sayh Rəyini nəzərə alaraq,

İnsan Hüquqlan üzrə Avropa Məhkəməsinin (bundan sonra "Məhkəmə") Avropada insan hüquqlarının müdafiəsində mühüm rol oynamağı davam etdirə bilməsini təmin etmək zəruriliyini nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1


 

Konvensiyanın preambulasının sonuna aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Subsidiarlıq prinsipinə əsasən Razılığa gələn Yüksək Tərəflərin Konvensiyada və onun Protokollarında müəyyən edilmiş hüquq və azadlıqların təmin edilməsində əsas məsuliyyət daşıdıqlarını və bu sahədə onların bu Konvensiya ilə təsis olunmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzarət yurisdiksiyası altında mülahizə sərbəstliyinə malik olduqlarını təsdiq edərək,".

 

Maddə 2



 

1. Konvensiyanın 21-ci maddəsinə aşağıdakı məzmunda yeni 2-ci hissə əlavə edilsin:

"Namizədlərin yaşı 22-ci maddəyə müvafiq olaraq Parlament Assambleyası tərəfindən üç namizədin siyahısı sorğu edildiyi gün 65-dən az olmalıdır.".

2. Konvensiyanın 21-ci maddəsinin 2-ci və 3-cü hissələri müvafiq olaraq həmin maddənin 3-cü və 4-cü hissələri hesab edilsin.

3. Konvensiyanın 23-cü maddəsinin 2-ci hissəsi çıxarılsın. 23-cü maddənin 3-cü və 4-cü hissələri müvafiq olaraq həmin maddənin 2-ci və 3-cü hissələri hesab edilsin.

 

Maddə 3



 

Konvensiyanın 30-cu maddəsində "tərəflərdən heç biri buna etiraz etmədikdə" sözləri çıxarılsın.

 

Maddə 4


 

Konvensiyamn 35-ci maddəsinin 1-ci hissəsində "altı ay keçənədək" sözləri "dörd ay keçənədək" sözləri ilə əvəz edilsin.

Maddə 5

 

Konvensiyanm 35-ci maddəsinin 3-cü hissəsinin "b" bəndindən "lakin yerli məhkəmə tərəfindən lazımınca araşdırılmayan heç bir iş bu əsasda rədd edilə bilməz" sözləri çıxarıisın.



 

YEKUN VƏ KEÇİD MÜDDƏALAR

Maddə 6

 

1. Bu Protokol Konvensiyanın Razılığa gələn Yüksək Tərəflərinin imzalaması üçün açıqdır, Razılığa gələn Yüksək Tərəflər isə məcburiliyə öz razılıqlarını aşağıdakı qaydada bildirə bilərlər:



a. ratifıkasiya, qəbuletmə və ya təsdiqetmə qeyd-şərti etmədən imzalama;
və ya

b. ratifikasiya, qəbuletmə və ya təsdiqetmə ilə nəticələnən ratifıkasiya, qəbuletmə və ya təsdiqetmə şərti ilə imzalama.

2. Ratifikasiya, qəbuletmə və ya təsdiqetmə sənədləri Avropa Şurasımn Baş katibinə saxlanca verilir.

 

Maddə 7



 

Bu Protokol Konvensiyanın bütün Razılığa gələn Yüksək Tərəflərinin Protokolun məcburiliyinə öz razılıqlarını 6-cı maddənin müddəalarına müvafiq olaraq bildirdikləri tarixdən sonra üç aylıq müddət bitdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 8


 

1. Bu Protokolun 2-ci maddəsində nəzərdə tutulan dəyişikliklər yalnız bu Protokolun qüvvəyə minməsindən sonra Konvensiyanın 22-ci maddəsinə müvafiq olaraq Razılığa gələn Yüksək Tərəflərin Parlament Assambleyasma təqdim etdikləri siyahıda olan namizədlərə tətbiq olunur.

2. Bu Protokolun 3-cü maddəsində nəzərdə tutulan dəyişikliklər bu Protokolun qüvvəyə minməsinədək icraatda olan və Məhkəmə Palatasının Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etməsi ilə bağlı təklifə tərəflərdən birinin etiraz etdiyi işlərə tətbiq olunmur.

3. Bu Protokolun 4-cü maddəsi bu Protokolun qüvvəyə mindiyi gündən altı ay keçdikdən sonra qüvvəyə minir. Bu Protokolun 4-cü maddəsi Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsinin mənasına uyğun yekun qərar bu Protokolun 4-cü maddəsi qüvvəyə minənədək qəbul edildiyi ərizələrə münasibətdə tətbiq olunmur.

4. 7-ci maddənin müddəalarına müvafiq olaraq, bu Protokolun bütün digər müddəaları onun qüvvəyə mindiyi gündən tətbiq olunur.

 

Maddə 9



 

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan dövlətləri və Konvensiyanın digər Razılığa gələn Yüksək Tərəflərini aşağıdakılar barədə məlumatlandırır:

a. hər hansı bir imzalanma;

b. hər hansı bir ratifikasiya, qəbuletmə və ya təsdiqetmə sənədinin saxlanılmağa təqdim edilməsi;

c. 7-ci maddəyə müvafiq olaraq bu Protokolun qüvvəyə minmə tarixi; və

d. bu Protokol ilə bağlı hər hansı bir akt, məlumat və ya bildiriş.

Bunun təsdiqi olaraq, bu sənədi imzalamaq üçün lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

Bu Protokol 2013-cü il iyunun 24-də Strasburq şəhərində ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn bərabər autentikdir və bir nüsxədə Avropa Şurasının arxivində saxlanılacaqdır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə və Konvensiyanın digər Razılığa gələn Yüksək Tərəflərinə göndərəcəkdir.



 
Yüklə 321,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə