İnsan Resursları və Riayət Olunma Standartı



Yüklə 223,16 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix08.10.2017
ölçüsü223,16 Kb.
#3943
1   2   3   4   5   6   7   8

İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

əldə   edilir.   Bank   müxtəlif   işçi   kateqoriyaları/iş   növləri   üzrə   bir   neçə   əmək   haqqı 

strukturuna malik ola bilər.

Bankın   maaş   strukturu   vaxtaşırı   olaraq   bazardakı   dəyişiklikləri   əks   etdirmək   üçün 

nizamlanmalıdır. Maaş düzəlişlərini həyata keçirərkən tətbiq olunan xüsusi prosedurlar 

bankın maaşların təhlili siyasətində əks olunmalıdır. Bu prosedurlar minimum yaşayış 

xərclərinin   artımı   üzrə   düzəlişlərin   əsaslandığı   ölçülər/mənbələr   (məsələn   rəsmi 

statistika) və minimum yaşayış xərcləri və xidməti fəaliyyətin qiymətləndirməsi tezliyi 

kimi məsələləri vurğulamalıdır.

Maaşlarının artması işçilərin fərdi fəaliyyət nəticələrinə bağlı olmalıdır. Aşağıda qeyd 

olunanlar maaşların təhlili siyasətində dəqiq müəyyən edilməlidir: 

qiymətləndirmə dərəcəsi və maaş artımı arasında qarşılıqlı əlaqə;



maaş artımını müəyyən edən digər amillər (məsələn vəzifə üzrə);

maaşa baxılmanın tezliyi;



vəzifə üzrə yüksəlmənin şərt və müddəaları. 

4.2.

Stimullaşdırma proqramı

 

 

İşçilərin  stimullaşdırılması  vacib şərtdir və bir sıra müxtəlif  elementlərdən ibarətdir. 

Daha geniş istifadə olunan stimullaşdırma proqramları bankın birbaşa mükafatlandırma 

sisteminin bir hissəsi sayılır. Onlar qısa (məsələn, nağd pul və komissiya haqqı) və ya 

uzun   müddətli   (məsələn,   təxirə   salınmış   nağd   vəsait,   səhm   opsionu,   və   s.)   olurlar. 

Stimullaşdırma proqramlarının əsas aspektləri aşağıdakılardır:

proqramda iştirak edəcək qrup/işçi kateqoriyalarının müəyyənləşdirilməsi;



proqramda iştirak etmək üçün münasiblik meyarının müəyyən edilməsi;

bankın   ümumi   mükafat/həvəsləndirici   proqramının   müəyyənləşdirilməsi   üçün 



meyarın yaradılması;

departamentlər   və   ayrı-ayrı   işçilər   arasında   mükafatları   paylaşdırmaq   üçün 



tədbirlərin yaradılması;

həvəsləndirici ödənişlərin müddətinin müəyyənləşdirilməsi.



Həvəsləndirici   proqramlar   işçilərin   bankın   maliyyə   nəticələrini   süni   şəkildə 

şişirtmələrinə   və   ya   müştərilərə   bank   xidmətlərinin   satışında   həddən   artıq   aqressiv 

olmalarına   xidmət   etməməlidir.   Buna   nəzarət   etmək   üçün   yoxlamalar   aparılmalı   və 

əmək haqqı və dəyişkən ödənişlər arasında müvafiq balans olması təmin edilməlidir.

4.3.

Faydalar/Əlavə qazanclar

 

 

Faydalar/əlavə   qazanclar   bankın   mükafatlandırma   strategiyasının   bir   hissəsidir. 

Faydalar qanunla müəyyən edilmiş və könüllü (sahibkarın öz təşəbbüsü ilə) ola bilər. 

Vacib məcburi mükafatlar Əmək Məcəlləsində dəqiq müəyyən edilir və aşağıdakıları 

özündə cəmləşdirir:

ödənişli illik məzuniyyət (müəyyən müddət);



ödənişli nahar vaxtı;

14



İnsan Resursları və Riayət Olunma Standartı                                           

 

 Azərbaycan Mərkəzi Bankı

 

 

ezamiyyət ödənişləri.



İRB bankın məcburi olan əlavə mükafatları üzrə apardığı siyasətə nəzarət edərək, onun 

Əmək Məcəlləsinə uyğun olmasını təmin etməlidir.

Əlavə faydalar işdən işçi axınının qarşısını alan üsullardan biri olub və məhz sahibkarın 

təqdiri əsasında tətbiq edilir. Bəzi faydalar bütün işçilərə verilə bilər; digər faydalar isə 

yalnız   müəyyən   işçilərə   (məsələn   yüksək   və   orta   səviyyəli   rəhbərlərə)   verilə   bilər. 

Bütün işçi heyətinə verilən faydalar aşağıdakılar ola bilər:

tibbi sığorta (ailə üzvləri üçün tibbi sığorta daxil olmaqla);



əlavə məzuniyyət günləri;

yemək xərcləri /ödənilmiş nahar yeməyi.



Yüksək və orta rütbəli rəhbərlər üçün əlavə faydalar:

bankın avtomobili;



səyahət sığortası;

həyat/əlillik sığortası;



biznes klass təyyarə səyahəti, sağlamlıq mərkəzinə illik abunələr.

Əlavə faydalar işçini bankda saxlamaq üçün mühüm bir üsuldur və bu səbəbdən bankın 

hər işçi kateqoriyası üzrə faydalar paketinin bazar təcrübəsinə uyğun olmasını təmin 

etmək çox vacibdir.

5.

İşdən azad olunma və istefaya çıxma

İşçilərin bankdan ayrılması könüllü və qeyri-könüllü ola bilər.  

Bank   “ayrılma   müsahibələrini”   keçirməklə   könüllü   ayrılmalar   üzrə   məlumat 

toplamalıdır.   Bu   müsahibələr   “ayrılma   müsahibələri”   formasına   uyğun   olaraq   İRB 

tərəfindən keçirilməlidir. Bunun nəticəsində İRB işdən azad olunma səbəbləri haqqında 

obyektiv məlumat əldə edəcəkdir ki, bu da eyni səbəblərə görə digər işçilərin işdən 

çıxmasının qarşısını almaq üçün bankda müvafiq tədbirlərin görülməsinə kömək edə 

bilər. 


Qanunla müəyyən edilmiş   tələblərə (məsələn, müəyyən müddət ərzində bildiriş) tam 

uyğun olmaqla bərabər, işlərini tərk etmək istəyən işçilər üçün bank əlavə şərtlər və 

tələblər qoya bilər. Bunlara aşağıdakılar daxil ola bilər:

müəyyən prosedurlara riayət etmə (məsələn, xüsusi formaları doldurmaq);



məxfilik/açıqlamama müqaviləsini imzalama;

şirkətə məxsus əşyaların qaytarılması (məsələn İşçilər üzrə Təlimat Kitabçası, 7-ci 



Hissəyə nəzər yetirin).

Banklar həmçinin işdən azad olunan işçilərə iş axtarmaqda köməklik göstərə 

bilər və adətən gələcək işçilərin faydası üçün tövsiyə məktubları verə bilər.

15



Yüklə 223,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə