İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   8   9   10   11   12   13   14   15   16

50

Şəkil: 

1.  Karbon atomunun əmələ gəlməsi 

üçün əvvəlcə iki protonlu iki helium atomu 

birləşərək dörd protonlu berillium atomunu 

əmələ gətirir. (1) Ardınca berillium atomu 

başqa bir helium atomu ilə birləşərək altı 

protonlu karbon atomunu əmələ gətirir.

2. Berillium atomu əmələ gəldikdən 

0.000000000000001 saniyə sonra parçalanır.

3. Ancaq möcüzədir ki, normal halda 

əmələ gəldikdən 0.000000000000001 saniyə 

qədər qısa müddətdə parçalanan berillium 

atomları necə olub bundan da qısa müddətdə, 

parçalanmadan başqa bir heliumla birləşib 

karbon atomu əmələ gətirir. (3) Elm adamları 

bunun qeyri-adi hal olduğunu deyirlər.

4. Yer kürəsində saf kömür və ya almaz 

şəklində olan karbon elementi, əslində, 

nəhəng ulduzların nüvəsində əmələ gəlib. 

Daha  sonra  bu  ulduzların  partlaması 

nəticəsində kosmosa dağılan karbon kütlələri 

digər ulduz və planetlərə yayılıb. Yer kürəsi 

də bu planetlərdən biridir.

5. Karbon atomunu əmələ gətirən nüvə 

reaksiyaları nəhəng ulduzların nüvəsində 

baş verir.

www.atommocuzesi.com

Düşünən İnsan, Oktyabr 2014

50



51

verir. Nəhəng ulduzların nüvəsində karbon atomunun 

əmələ gəlməsini velosiped, avtomobil və yük maşını 

arasında dərin və kompleks rezonanslar olması kimi 

öz-özünə təsadüfən əmələ gəlməsi mümkünsüz prosesə 

bənzədən Qrinşteyn materialist düşüncə tərzinə görə 

bunun açıq-aydın yaradılış möcüzəsi olduğunu ifadə 

edə bilmir.

Sonrakı illərdə oksigen kimi digər bəzi elementlərin 

də bu cür qeyri-adi rezonanslarda əmələ gəldiyi aşkar 

edilmişdir. Bu qeyri-adi prosesləri ilk dəfə kəşf edən 

Fred Hoyl isə “Qalaktikalar, nüvələr və kvazarlar” 

(Galaxies, Nuclei and Quasars) adlı kitabında bunların 

təsadüf olmayacaq qədər planlı proses olduğu nəticəsinə 

gəlmiş və qatı materialist olmasına baxmayaraq, 

kəşf etdiyi qoşa rezonansın “tənzimlənmiş proses” 

olduğunu qəbul etmişdir (Paul Davies. The Final Three 

Minutes, New York: BasicBooks, 1994, səh. 49-50 

(Hoyldan sitat)).

Başqa bir məqaləsində isə belə yazır:



“Əgər ulduz nukleosintezi (atom nüvəsi birləşməsi) 

yolu ilə karbon və ya oksigen əmələ gətirmək 

istəsəniz, iki ayrı əyarı tənzimləməlisiniz. Və 

həmin əyar məhz hal-hazırda ulduzlarda mövcud 

olan əyardır... Həqiqətlərin ağıl süzgəcindən 

keçirilməsi göstərir ki, üstün bir Ağıl fizikaya, 

kimyaya və biologiyaya müdaxilə etmişdir və 

təbiətdə varlığından söz etməyə dəyən şüursuz 

qüvvələr yoxdur. Həqiqətlərin hesablanması ilə 

ortaya çıxan rəqəmlər o qədər ağlasığmazdır ki, 

məni bu nəticəni mübahisəsiz qəbul etməyə vadar 

edir”. Paul Davies. The Accidental Universe, 

Cambridge: Cambirdge University Press, 1982, 

səh. 118 (Hoyldan sitat).

Hoyl bu möcüzəvi prosesdən o qədər təsirlənmişdir 

ki, digər elm adamlarının da bu açıq həqiqətə etinasız 

yanaşmayacaqlarını belə vurğulamışdır:



“Dəlilləri təhlil edən hər hansı elm adamı bu 

nəticəyə gəlməyə bilməz: ulduzların içində baş 

verən nəticələr nəzərə alındıqda nüvə fizikası 

qanunları məqsədli nizamlanmışdır”. Fred Hoyle, 

Religion and the Scientists, London: SCM, 1959; 

M. A. Corey, The Natural History of Creation, 

Maryland: University Press of America, 1995, 

səh. 341.

Yer üzündəki bütün canlı varlıqların əsas quruluş 

vahidi karbon elementidir. Canlıların orqanizmini 

təşkil edən üzvi molekullar, yəni zülallar, yağlar, 

karbohidratlar karbon atomlarının birləşmələrindən 

təşkil olunub. Maraqlıdır ki, hal-hazırda bu kitabı 

oxuyarkən orqanizminizdəki karbon atomları əslində 

milyard illər əvvəl kosmosun dərinliklərindəki bir ifrat 

yeni ulduz partlayışında dağılan və Yer kürəsinə gələn 

karbon atomlarıdır.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

51



52

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

52



53

Kainatdakı fiziki qanunlar dörd əsas qüvvə üzərində 

işləyir. Bunlar cazibə qüvvəsi, elektromaqnit qüvvəsi, 

güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsidir. Bu 

qüvvələrin ölçüləri isə kainatın indiki formada mövcud 

olması və həyata uyğun olması üçün mükəmməl 

həssaslıqla nizamlanıb.

Kainatdakı nizama təsir edən ən əsas qüvvələrdən 

biri cazibə qüvvəsidir (qravitasiya). Nyuton bu 

qüvvənin təkcə almaları ağacdan salan deyil, eyni 

zamanda, planetləri də orbitlərində saxlayan qüvvə 

olduğunu demişdi. Eynşteyn isə mövzuya daha da 

dərinlik qazandırıb cazibə qüvvəsinin nəhəng ulduzları 

necə içinə çökdürüb qara dəliklərə çevirdiyindən bəhs 

etmişdi. Həqiqətən də, cazibə qüvvəsi kainatın ən 

kritik qüvvələrindən biridir. Kainatın genişlənməsini 

tənzimləyən qüvvə də cazibə qüvvəsidir.

Cazibə  qüvvəsi  yaşadığımız  kainatın  əmələ 

gəlməsinə imkan verən sabit dəyərə malikdir.

Əgər  cazibə  sabiti  indikindən  bir  az  artıq 

olsaydı, ulduzlar daha qısa müddətdə əmələ gələr 

və kosmosdakı ən kiçik ulduzun belə kütləsi bizim 

Günəşimizdən ən az 1.4 dəfə böyük olardı. Bu cür 

böyük ulduzlar isə o qədər sürətlə və qeyri-sabit 

yanır ki, ətraflarındakı planetlərdə həyat üçün faydalı 

şərtlərin əmələ gəlməsi qeyri-mümkün olur. Həyat 

üçün ancaq bizim Günəşimiz böyüklüyündə ulduzlara 

ehtiyac var. Habelə, cazibə sabiti indikindən bir az 

çox olsaydı, kainatdakı böyük ulduzların hamısı qara 

dəliyə çevrilərdi. Ən kiçik planetlərdəki cazibə qüvvəsi 

o qədər güclü olardı ki,  həşəratlardan böyük heç bir 

cisim ayaqda dura bilməzdi.

Digər tərəfdən, əgər cazibə sabiti daha az olsaydı, 

onda da kosmosdakı bütün ulduzların kütləsi bizim 

Günəşimizdən 0.8 dəfə az olardı. Bu kiçik ulduzlar 

nə qədər uzun və sabit yansalar da, planetləri və 

canlılar aləmini əmələ gətirən ağır elementlər əmələ 

gəlməzdi. Çünki dəmir və ağır elementlər ancaq 

nəhəng ulduzların nüvəsində hasil edilir və ancaq bu 

cür ağır ulduzlar berillium və daha ağır elementləri 

ulduzlararası fəzaya yayırlar. Bu cür ağır elementlər 

isə planetlərin və həyatın olması üçün zəruridir.

Göründüyü  kimi,  cazibə  qüvvəsində  kiçik 

dəyişikliklər həyatın, dolayısı ilə, bəşəriyyətin əmələ 

gəlməsinə birbaşa təsir edir. Cazibə qüvvəsindəki 

böyük dəyişikliklər isə bütünlükdə kainatın yox 

olmasına səbəb olar. Cazibə qüvvəsi bir az artsa, kainat 

genişlənmədən içinə çökər, bir az azalsa, heç bir ulduz 

və qalaktika əmələ gəlməz.

Ancaq bu gün Yer kürəsində yaşamağımız onu 

göstərir ki, bu xoşagəlməz ehtimalların heç biri baş 

verməyib. Əksinə, kainatın hər detalı qüsursuz plan və 

müvazinətlə yaradılıb. Sonsuz qüdrət sahibi olan Allah 

yaşadığımız kainatı qeyri-adi “möcüzələr zənciri” ilə 

tam uyğunluqla yaratmışdır.

Kainatdakı qüvvələr arasındakı müvazinət

 

Cazibə qüvvəsindən sonra universal qanunları 



tənzimləyən digər qüvvələri təhlil etdikdə bu qüvvələrin 

də çox həssas nizamlandığını və kritik ölçüdə olduğunu 

görürük.

Elektromaqnit qüvvəsi

Məlum olduğu kimi, canlı-cansız bütün varlıqlar 

atom adlanan əsas quruluş vahidindən əmələ gəlir. 

Atom nüvəsində proton adlanan zərrəciklər və nüvənin 

ətrafındakı orbitlərdə fırlanan elektronlardan təşkil 

olunmuşdur. Bir atomun nüvəsindəki proton sayı həmin 

atomun növünü müəyyən edir. Məsələn, 1 protonu olan 

atoma hidrogen atomu, 2 protonu olan atoma helium 

atomu, 26 protonu olan atoma dəmir atomu deyilir. 

Bu, bütün digər elementlərə də aiddir.

Atomun nüvəsindəki protonlar müsbət, ətrafında 

fırlanan elektronlar isə mənfi elektrik yüklüdürlər. 

Proton və elektronun əks elektrik yükü aralarında 

cazibə əmələ gətirir və bu cazibə elektronları atom 

nüvəsinin ətrafındakı orbitlərdə saxlayır. Əks elektrik 

yüklü proton və elektronları bir-birinə bağlayan bu 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

53



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə