İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   ...   8   9   10   11   12   13   14   15   16

58

Elektrik yüklərindəki uyğunluq

Proton  elektrondan  həcm  və  kütlə 

cəhətdən böyükdür. Protonun kütləsi 

elektronun  kütləsindən  1835  dəfə 

böyükdür. Əgər konkret bir müqayisə 

aparsaq aralarındakı fərq insanla 

fındıq dənəsi arasındakı fərq qədər 

olacaqdır. Yəni elektronla protonun fiziki 

quruluşu bir-birinə bənzəmir.

Lakin maraqlıdır ki, bu iki fərqli zərrəciyin 

elektrik yükü bir-birinə tam uyğundur! Biri müsbət, 

digəri isə mənfi elektrik yüklüdür, ancaq bu yüklərin 

gücü bir-birinə tamamilə bərabərdir. Bunun sayəsində 

atomun elektrik yükü tarazlanır. Halbuki, bu yüklərin 

bərabər olmasını vacib edən heç bir səbəb yoxdur. Əksinə, 

fiziki cəhətdən elektronun elektrik yükü kütləsi ilə mütənasib 

www.atommocuzesi.com

Düşünən İnsan, Oktyabr 2014

58

Şəkil: Atomu təşkil edən əsas 



zərrəciklərdən olan proton və 

elektronların kütlələrinin müxtəlif 

olmasına baxmayaraq, elektrik 

yükləri bir-birinə uyğun yaradılmışdır.

Bu qeyri-adi uyğunluq yaşadığımız kainatın 

müvazinətinin əmələ gəlməsi baxımından çox vacibdir.




59

olaraq protonun elektrik yükündən az olmalıdır.

Bəs proton və elektronun elektrik yükü bərabər olmasaydı, nə baş verərdi?

Bu təqdirdə, kainatdakı bütün atomlar protonun artıq müsbət yükünə görə 

müsbət elektrik yüklü olardı. Nəticədə də kainatdakı bütün atomlar bir-birini 

itələyərdi.

Bəs belə olsa, nə baş verərdi? Kainatdakı atomların hamısı bir-birini 

itələsəydi, nələr olardı?

Qeyri-adi şeylər baş verərdi. Əvvəla, sizin bədəninizdə baş 

verəcək dəyişikliklərdən başlayaq. Atomlarda dəyişiklik baş 

verdiyi anda bu jurnalı tutan əlləriniz və qollarınız parçalanar. 

Təkcə əlləriniz və qollarınız deyil, gövdəniz, ayaqlarınız, 

başınız, gözləriniz, dişləriniz, qısası, bütün bədəniniz 

parçalanar. İçində oturduğunuz otaq, pəncərədən 

görünən dünya da bir anda havaya uçar. Yer üzündəki 

bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün 

planetlər və kainatdakı göy cisimləri eyni anda 

sonsuz hissələrə parçalanıb məhv olar. Bir 

daha kainatda gözlə görünən heç bir 

cisim olmaz. Kainat bir-birini daima 

itələyən atomlardan ibarət olar.

Bəs  bu  mütləq  fəlakətin  baş 

verməsi üçün elektron və protonun 

elektrik yüklərində nə qədər fərq olmalıdır? 

0.01 fərq olsa, yenə də bu fəlakət baş verərmi? 

Yoxsa kritik hədd 0.001-dirmi? Professor Corc 

Qrinşteyn “Simbioz kainat” adlı kitabında belə yazır:

“Əgər iki elektrik yükü bir-birindən 100 milyardda 

1 nisbətində fərqlənsəydi, bu, insanlar, daşlar kimi kiçik 

cisimlərin parçalanması üçün kifayət edərdi. Yer və Günəş 

kimi daha böyük cisimlər isə bu müvazinətə daha həssasdır. 

Göy cisimləri üçün lazım olan müvazinət milyard dəfə milyardda 

1-dir”. (George Greenstein, The Symbiotic Universe, s. 64-65)

Saylarındakı uyğunluq

Kainatdakı protonların sayının elektrona nisbəti də mühüm miqdardadır. Bu miqdar kütlə cazibə qüvvəsi 

ilə elektromaqnit qüvvəsi arasındakı həssas müvazinəti təmin edir. Kainatın yaşı hələ 1 saniyədən də az 

ikən antiprotonlar əks zərrəcikləri olan bərabər saydakı protonu məhv edir və hazırkı kainatın quruluş 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

59



60

vahidi olan müəyyən saydakı proton qalır. Eyni proses elektronlarla pozitronlar (antielektronlar) arasında 

da baş verir. Təəccüblüdür ki, qalan protonlar və elektronlar 10

37

-də 1 qədər kiçik fərqlə eyni saydadır.



Bu bərabərlik isə kainatdakı elektromaqnit müvazinətinin təmin edilməsində 

mühüm ünsürdür. Çünki elektron və ya protonların sayındakı fərq eyni elektrik 

yüklü zərrəciklərin bir-birini itələməsinə və bir-birindən uzaqlaşmasına 

səbəb olardı. Bu isə kainatdakı subatom zərrəciklərin atomları, maddəni 

və bütün göy cisimlərini əmələ gətirmək üçün bir-biri ilə birləşməsinə 

mane olardı. Nəticədə isə qalaktikalar, ulduzlar, planetlər əsla 

mövcud olmazdı. Təbii ki, həyat üçün ən uyğun planet olan Yer 

kürəsi də…

Ağlasığmaz ehtimal

Bütün fiziki kəmiyyətləri birlikdə düşündükdə 

bizə həyat imkanı verən belə bir kainatın təsadüfən 

əmələ gəlməsi ehtimalı nə qədərdir? Milyard 

dəfə milyardda 1-mi? Yaxud trilyard dəfə 

trilyarda dəfə trilyardda bir ehtimalmı? 

Yaxud daha kiçik saymı?

Bu sayı Stiven Hokinqin yaxın 

həmkarı, məşhur ingilis riyaziyyatçı, 

professor Rocer Penrouz hesablayıb. 

Bütün fiziki kəmiyyətləri, bunların neçə 

fərqli şəkildə düzüləcəyini nəzərə almış və 

canlıların yaşaması üçün uyğun mühitin əmələ 

gəlməsinin Biq Bənqin digər mümkün nəticələri 

arasında neçə ehtimal olduğunu müəyyən etmişdir.

Penrouzun tapdığı ehtimal budur: 10 üstü 123-də 1 

ehtimal! Bu sayın nə məna ifadə etdiyini düşünmək belə 

çətindir. Riyaziyyatda 10

123

 ədədi 1 sayının yanına 123 sıfır 



qoymaqla yazılır (bu, kainatdakı bütün atomların sayının cəmindən, 

yəni 10


78

-dən də böyük astronomik rəqəmdir). Ancaq Penrouzun 

tapdığı say bundan da böyükdür. Çünki Penrouzun tapdığı rəqəm 1 

rəqəminin yanına 10

123

 ədəd sıfırın yazılması ilə əmələ gəlir.



Bu rəqəmi bir neçə misalla açıqlaya bilərik: 10

3

 1000 sayını ifadə edir. 



10 üstü 10

3

 isə 1 rəqəminin yanına 1000 ədəd sıfırın qoyulması ilə əmələ gəlir. 1 rəqəminin yanına 9 sıfır 



qoysaq, bir milyard edər. 12 dənə sıfır qoysaq, 1 trilyon edər. Ancaq burada 1 rəqəminin yanına 10

123 


dənə 

sıfır qoymalıyıq ki, bunun da riyaziyyatda bir adı yoxdur.

www.atommocuzesi.com

Düşünən İnsan, Oktyabr 2014

60



61

Rocer Penrouz bizə həyat imkanı verən belə bir kainatın təsadüfən əmələgəlmə ehtimalını hesablamışdır. 

Penrouz bütün fiziki kəmiyyətləri, bunların neçə fərqli formada düzülə biləcəyini nəzərə almış və canlıların 

yaşadığı mühitin əmələ gəlməsi üçün Biq bənqin digər ehtimal olunan nəticələri 

arasında neçə ehtimal olduğunu müəyyən etmişdir.

Penrouzun tapdığı ehtimal budur: 10 üstü 10

123

-də 1 ehtimal!



Bu rəqəmin nə ifadə etdiyini düşünmək belə çətindir. Riyaziyyatda 

10

123 



şəklində yazılan ədəd 1 rəqəminin yanına 123 sıfır qoymaqla 

əmələ gəlir.

Bu rəqəm kainatdakı bütün atomların sayının cəmindən, yəni 

10

78



-dən də böyük astronomik rəqəmdir. Ancaq Penrouzun 

tapdığı rəqəm bundan da böyükdür. Çünki Penrouzun tapdığı 

rəqəm 1-in yanına 10

123


 sıfır yazmaqla əmələ gəlir.

Riyaziyyatda 10

50

-də 1-dən kiçik ehtimallar sıfır 



ehtimal hesab olunur. Ancaq bu rəqəm 10

50

-də 



1-dən trilyard dəfə, trilyard dəfə, trilyard dəfə 

böyükdür. Qısası, bu rəqəm kainatın təsadüflə 

açıqlanmasının qeyri-mümkün olduğunu 

göstərir.  Professor  Penrouz  ağılın 

hüdudlarını aşan bu rəqəm haqqında 

belə deyir:

“Bu rəqəm, yəni 10 üstü 10

123


-də 1 

ehtimal, Yaradanın məqsədinin nə qədər 

qəti və müəyyən olduğunu bizə göstərir. 

Bu, həqiqətən, qeyri-adi rəqəmdir. Heç kim 

bunu natural ədədlər şəklində belə yazmağı 

bacarmaz, çünki 1 rəqəminin yanına 10

123

 dənə sıfır 



qoyulmalıdır. Kainatdakı bütün proton və neytronların 

üzərinə bir ədəd sıfır yazsa belə yenə də bu sayı əldə 

etməkdən çox-çox uzaq qalacaqdır” (Roger Penrose, The 

Emperor’s New Mind, 1989; Michael Denton, Nature’s Destiny, 

The New York: The Free Press, 1998, s. 9.)

Yaşadığımız kainatın əmələ gəlməsi ilə bağlı riyazi cəhətdən 

ifadə edilməyəcək qədər yüksək sayda ehtimal arasından məhz lazımi 

ehtimalın ən mükəmməl şəkildə baş verməsi yaradılışın açıq-aşkar dəlilidir. 

Şübhəsiz ki, belə qüsursuz kainatda yaşamağımız kortəbii təsadüflərin, 

şüursuz atomların verdiyi qərarların, əmələ gətirdiyi nizamın əsəri deyil. Bütün kainat, içindəki qüsursuz 

sistemlər, canlı və cansız varlıqlar aləmlərin Rəbbi olan Allah`ın qüsursuz yaratması ilə mövcud olmuşdur.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

61



62

Faydalı zülalın 

əmələ 

gəlməsi 


üçün  təkcə  bu  zülalı 

təşkil edən amin turşularının 

müəyyən sayda, qüsursuz düzülməsi və 

üçölçülü olması kifayət etmir. Bütün bunlarla yanaşı, 

həmin amin turşularının hamısı sol əlli olmalı və 

aralarında heç bir sağ əlli amin turşusu olmamalıdır.

Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ 

əlli, həm də sol əlli olmaqla iki növü var. Bunların 

arasındakı fərq üçölçülü quruluşlarının bir-birinə zidd 

tərəfli olmasından qaynaqlanır. Eynilə insanın sağ və 

sol əllərindəki fərq kimi…

Şəkil: 1. L- amin turşusu    2. D-amin turşusu

Bir amin turşusunun həm sağ əlli, həm də 

sol əlli olma ehtimalı 50% olduğu halda, bütün 

canlılardakı amin turşularının ancaq sol əlli olması 

üstün yaradılışı göstərir.

Hər iki qrupdan olan amin turşuları bir-birləri ilə 

asanlıqla birləşir. Ancaq təhlillər təəccüblü faktı üzə 

çıxarmışdır: ən sadə orqanizmdən ən mürəkkəbinə 

qədər bütün canlılardakı zülallar ancaq sol əlli amin 

turşularından təşkil olunur. Zülalın quruluşuna bircə 

sağ əlli amin turşusu əlavə olunsa, həmin zülal yararsız 

hala düşər. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ 

əlli amin turşuları əlavə edilib, lakin bakteriyalar bu 

www.ecazkarcanlilar.com

Düşünən İnsan, Oktyabr 2014

62



63

amin turşularını dərhal parçalayıblar, bəzi hallarda isə 

bu parçalardan yenidən istifadəyə yararlı sol əlli amin 

turşuları sintezləyiblər.

Bir anlıq təkamülçülərin dediyi kimi, canlıların 

meydana gəlməsi üçün lazım olan amin turşularının öz-

özünə əmələ gəldiyini fərz edək. Bu təqdirdə, təbiətdə 

sağ və sol əlli olmaqla eyni miqdarda amin turşusu 

olardı. Dolayısilə, bütün canlıların orqanizmində sağ 

və sol əlli amin turşuları qarışıq miqdarda olmalı idi. 

Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin 

turşularının bir-biri ilə asanlıqla birləşməsi mümkündür. 

Halbuki, bütün canlı orqanizmlərdəki zülallar ancaq 

sol əlli amin turşularından təşkil olunmuşdur.

Zülalların bunların arasından ancaq sol əlli amin 

turşularını necə seçdiyi və araya heç bir sağ əlli amin 

turşusunun necə qarışmadığı təkamülçülərin açıqlaya 

bilmədiyi məsələlərdən biridir. Təkamülçülər bu qədər 

xüsusi, şüurlu seçici prosesi heç cür açıqlaya bilmirlər.

Habelə, açıq-aydın göründüyü kimi, zülalların 

bu xüsusiyyəti təkamülçülərin təsadüf problemini 

daha da çətinləşdirir. Bu vəziyyət təkamül 

nəzəriyyəsinin kor-koranə müdafiəçisi olan 

“Britannika” adlı elmi ensiklopediyada belə 

ifadə edilir:

“…  Yer  üzündə  bütün  canlı 

orqanizmlərdəki amin turşuları, zülallar 

kimi mürəkkəb polimerlərin quruluşları 

eyni  asimmetriya  tipindədir.  Sanki 

tamamilə sol əllidirlər. Bu, bir baxımdan, 

milyon dəfələrlə havaya atılan qəpiyin 

daima eyni üzü  üstə düşməsinə bənzəyir. 

Molekulların necə sol əlli və ya sağ əlli olduğu başa 

düşülmür. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki 

həyatın mənbəyinə bağlıdır”.

 (“Fabbri Britannica” 

elmi ensiklopediyası, cild 2, say. 22, səh. 519)

Bir qəpik milyon dəfələrlə havaya atıldıqda daima 

eyni üzü üstə düşürsə, bunu təsadüflə açıqlamaq 

məntiqlidir, yoxsa birinin şüurlu şəkildə havaya atılan 

pula müdaxilə etdiyini qəbul etmək? Cavab aydındır. 

Belə bir prosesin təsadüfən meydana gəlməsi mümkün 

deyil. Üstəlik, burada bəhs etdiyimiz proses qəpiyin 

milyon dəfələrlə eyni üzü üstə düşməsindən daha 

çətin ehtimaldır. Ancaq təkamülçülər bu açıq-aydın 

həqiqətə baxmayaraq, sırf  müdaxilənin olduğunu 

qəbul etmək istəmədiklərinə görə təsadüfə sığınırlar. 

Amin turşularının lazımi zülalları əmələ gətirmək 

üçün bir-birləri ilə razılaşdığına, xüsusi planla sol əlli 

olanlarını seçdiklərinə inanırlar. Halbuki, hər ağıllı 

insan buraya qədər bəhs etdiyimiz möcüzəvi 

hadisələrdən anlayar ki, canlılar sonsuz 

qüdrət sahibi Allah tərəfindən 

qüsursuz yaradılıblar.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

63



64

Astronom Gilyermo Qonzalez: 

“Müşahidəçilərin Günəş sistemindəki planetlər və onların 

peykləri içində tam günəş tutulmasını müşahidə etməsi üçün ən 

yaxşı məkan Yer səthidir.Təəccüblü olan budur ki, tam günəş 

tutulması Günəşin Aydan 400 dəfə böyük olması, eyni zamanda 

400 dəfə uzaqda olması nəticəsində baş verir. Kainatda 

tam günəş tutulmasının meydana gəldiyi yer və zaman onu 

müşahidə edən varlıqların olduğu yer və zamanla eynidir.

 Üstəlik, tam günəş tutulmaları mühüm elmi kəşflərə yol 

açıb. Birincisi, tam günəş tutulmaları ulduzların quruluşunu 

öyrənməyə yardım edib. İkincisi, 1919-cu ildəki  tam günəş 

tutulması iki astronomunYerin cazibə qüvvəsinin işığı əyməsi 

həqiqətini təsdiq etməsinə gətirib çıxarıb. Bu, Eynşteynin 

ümumi nisbilik nəzəriyyəsini təsdiqləyirdi. Bu test ancaq 

tam günəş tutulması ilə müəyyən edilə bilərdi və Eynşteynin 

nəzəriyyəsinin qəbul olunmasını təmin etdi. Üçüncüsü, tam 

tutulmalar astronomların keçən bir neçə min illər ərzində Yerin 

sutkalıq hərəkətindəki dəyişikliyi hesablamalarına da imkan 

yaratdı”.



(Lee Strobel, The Case For A Creator, 2004, səh. 120)



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə