İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   2   3   4   5   6   7   8   9   ...   16

5

Toxumaların daxilini görən 

texnologiya icad edilib

Gəmiricilər üzərində tədqiqat aparan mütəxəssislər 

insan  orqanizmini  tamamilə  şəffaflaşdıran  metod 

kəşf ediblər.

“Cell” adlı elmi jurnalda bu metodun heç bir to-

xumanı zədələmədən orqanizmdəki əsas orqanları və 

rabitələri göstərdiyi bildirilir.

Elm  adamları  bu  yolla  hər  orqanın  digərləri  ilə 

əlaqəsinin vizual cəhətdən daha yaxşı öyrəniləcəyini 

və yeni nəsil müalicə metodlarının yolunun açılaca-

ğını deyirlər.

Bu metoddan virusların və xərçəng hüceyrələrinin 

toxumalara  nə  qədər  yayıldığını  müəyyən  etmək 

üçün istifadə ediləcəyi qeyd edilir.

Elm adamları, demək olar ki, yüz ildir orqanların 

daxilini görmək üçün metodlar axtarırdılar. Lakin bu 

metodlardan  çoxu  toxumalara  zərər  verdiyinə  görə, 

tibbi təcrübələr aparıla bilmirdi.



“Bioloqun yuxusu”

Hüceyrələrdəki yağlı lipid molekulları zəif şüaları 

sındıraraq toxumaların arxasının görünməsinə mane 

olur.


Lakin  lipidləri  həll  edən  proseslər  də  orqanları 

əhatə edən toxumaları zədələyərək tədqiq olunan to-

xumanın formasız kütləyə çevrilməsinə səbəb olur.

Son  tədqiqatı  aparan  Kaliforniya  Texnologiya 

İnstitutundan  olan  mütəxəssislər  tapdıqları  metodla 

“bioloqun yuxusu”nu reallaşdırdıqlarını deyirlər.

Bundan  əvvəlki  tədqiqatlardan  da  faydalanan 

qrup üç mərhələli metod icad edib:

• 

Yumşaq  plastikə  bənzər  torla  toxumalara 



dəstək verilir.

• 

Sonra qana qarışdırılan molekulyar yuyucu 



maddə lipidləri əridərək orqanları şəffaflaşdırır.

• 

Ən əsas rabitələri görmək üçün istifadə edilən 



mayeyə izləmək üçün boyalar və ya işarələnmiş mo-

lekullar qarışdırılır.

Bu metodu gəmiricilər üzərində sınaqdan keçirən 

tədqiqatçılar heyvanların böyrək, ürək, ağciyər və ba-

ğırsaq kimi orqanlarını tək-tək üç gündə, bütün orqa-

nizmini isə iki həftədə təmizləyə biliblər.

Bundan  əlavə,  xərçəng  xəstələrindən  götürülən 

nümunələr  üzərində  həmin  metodla  keçirdikləri 

sınaqlar  xəstəliyin  nə  qədər  yayıldığını  görməyə 

kömək edib. 

Lakin metod indiyə qədər yaşayan canlı üzərində 

sınaqdan keçirilməyib, bütün sınaqlar ancaq ölü si-

çanlar və əməliyyatlar zamanı insanlardan götürülən 

hissələr üzərində aparılıb.



Mühüm irəliləyiş

Elm  adamları  bu  metodun  gələcəkdə  uzun  sinir 

toxumalarının  beyindən  orqanizmin  digər  yerlərinə 

necə getdiyindən müxtəlif virus növlərinin toxuma-

ların hansı hissəsində gizləndiyini öyrənməyə qədər 

bir çox məqsədlərə xidmət edəcəyini deyirlər.

Tədqiqat  qrupu  indi  digər  elm  adamları  ilə 

əməkdaşlıq edərək demensiya xəstələrinin beyin to-

xumalarını tədqiq etməyə hazırlaşır.

Bu  nümunələri  sağlam  toxuma  nümunələri  ilə 

müqayisə edərək hüceyrələrin quruluşu və sayındakı 

potensial fərqləri dəqiq görəcəklərini düşünürlər.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

5



6

Yerin 


atmosferi 

həyat 


üçün 

xüsusi şərtlərdən ibarət 

yaradılmışdır. Atmosfer 77% azot, 

21% oksigen və 1% karbon və arqon kimi 

digər qazların qarışığından təşkil olunmuşdur.

Əvvəla, bu qazlardan ən əsası olan oksigendən 

başlayaq. Oksigen çox vacib qazdır, çünki insan kimi 

kompleks orqanizmə malik canlılar enerji əldə etmək 

üçün yararlandıqları bir çox kimyəvi reaksiyalar 

oksigenlə həyata keçir. Bu səbəbdən bizim də daima 

oksigenə ehtiyacımız var və bu ehtiyacı təmin etmək 

üçün tənəffüs edirik. Maraqlıdır ki, nəfəs aldığımız 

havadakı oksigen miqdarı çox həssas müvazinətlə 

tənzimlənmişdir. Maykl Denton buna belə diqqət çəkir:

“Atmosferimizdə daha çox oksigen ola bilərdi, buna 

baxmayaraq, 

həyata 

imkan 


verərdimi? 

Xeyr! 


Oksigen aktiv elementdir. 

Hal-hazırda atmosferdə olan 

oksigenin miqdarı, yəni 21% həyatın 

təhlükəsizliyi üçün tam ideal ölçüdədir. 

21%-dən 1% artıq oksigen bir ildırımın meşə 

yanğınını başlatma ehtimalını 70% artırır”. (Michael 

Denton, Nature’s Destiny, s. 121)

İngilis biokimyaçı Ceyms Lavlok isə bu həssas 

müvazinəti belə ifadə edir:

“Oksigen  25%-dən artıq olduğu təqdirdə, hazırda 

qida kimi istifadə etdiyimiz bitki növlərinin çoxu, 

bütün tropik meşələr və arktik tundraları böyük 

yanğınlarla məhv olardı… Atmosferdəki hazırkı 

oksigen miqdarı təhlükənin və faydanın çox yaxşı 

tənzimləndiyi ölçüdədir”. (James J. Lovelock, Gaia, 

Oxford: Oxford University Press, 1987, s. 71)

Atmosferdəki oksigen miqdarının dəyişməməsi də 

mükəmməl təkrar istehsal sistemi sayəsində baş verir. 

Heyvanlar mütəmadi oksigen qəbul edirlər və zəhərli 

karbon qazını xaric edirlər. Bitkilər isə bu prosesin 

əksini həyata keçirir və karbon qazını həyatverici 

oksigenə çevirərək həyatın davam etməsini təmin 

edirlər. Hər gün bitkilər milyard tonlarla oksigeni 

atmosferə buraxırlar.

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

6



7

Atmosferdəki oksigenin miqdarı bir az artsaydı, 

Yer qısa müddətdə həyat üçün əlverişsiz planetə 

çevrilər, kiçik bir qığılcım böyük yanğınlara səbəb 

olar, bütün Yer kürəsi qısa müddətdə yanıb məhv 

olardı.


Əgər bitkilər və heyvanlar eyni reaksiyanı həyata 

keçirsəydilər, Yer kürəsində həyat mümkün olmazdı. 

Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen hasil 

etsəydilər, atmosfer yandırıcı xüsusiyyət qazanar və 

kiçik bir qığılcım böyük yanğınlar törədərdi. Nəticədə, 

Yer tamamilə yanıb məhv olardı. Əgər həm bitkilər, 

həm də heyvanlar karbon qazı xaric etsəydilər, bu 

dəfə də atmosferdəki oksigen sürətlə tükənər və bir 

müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, 

boğularaq ölərdilər.

Ancaq Allah həyatın müvazinətini elə qüsursuz 

sistemlə yaratmışdır ki, atmosferdəki oksigen miqdarı 

həyat üçün ən ideal miqdarda qalır. Bu miqdar, 

Lavlokun ifadəsi ilə, təhlükənin və faydanın 

çox yaxşı tənzimləndiyi ölçüdədir.

Atmosferdəki karbon qazının 

miqdarı bir az azalsaydı, Yerin 

səth temperaturu qorunmazdı. 

Yer üzü daima istilik itirər, 

bütün okeanlar donar və 

Yer kürəsi həyat üçün 

əlverişsiz olardı.

A t m o s f e r i n 

qaz 


tərkibi 

yaşayan canlılar 

üçün  həssas 

nisbətdədir. 

Hər qaz lazım 

olan ölçüdə və 

miqdardadır. 

Məsələn,  bizim 

üçün zərərli olan 

karbon qazı, əslində, 

çox  mühüm  qazdır. 

Çünki bu qaz Günəşdən 

gələn şüalardan bir qisminin 

yer  üzündən  əks  olunaraq 

kosmosa qayıtmasının qarşısını alır və beləliklə, 

Yerin temperaturunun qorunmasına kömək edir. 

Atmosferi təşkil edən qazların miqdarı Yerdə meydana 

gələn bioloji və tektonik proseslər sayəsində daima 

tənzimlənir. Bu müvazinətin min illərdir qorunması və 

canlıların ehtiyacı olduğu şəkildə mühafizə edilməsi 

də bir nizamı və bu nizamı yaradan Allah`ın varlığını 

göstərir.

Atmosferdəki karbon qazının Yer səthinin orta 

temperaturunu 35°C artırdığı müəyyən 

edilmişdir. Yəni atmosferdə karbon 

qazı olmasaydı, Yerin orta 

temperaturu 14°C 

deyil, -21°C 

olardı. 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

7



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə