İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   2   3   4   5   6   7   8   9   ...   16

12

məsafələr Yer kimi planet sisteminin mövcud olması 

üçün ən ideal ölçüdədir.

Yer  kürəsi  kosmosun  nəhəng  boşluğunda 

qumsaldakı bir qum dənəciyi qədər belə 

yer tutmur. Kainat insanın qavramayacağı 

qədər böyükdür.

Məşhur biokimya professoru Maykl Denton 

da “Təbiətin taleyi” adlı kitabında belə yazır:

“İfrat yeni ulduzlar və əslində, bütün ulduzlar 

arasındakı məsafələr kritik ölçüdədir. Qalaktikamızda 

ulduzların bir-birlərindən orta məsafəsi 30 milyon 

mildir. Əgər bu məsafə daha az olsaydı, planetlərin 

orbitləri qeyri-sabit olardı. Əgər bir az artıq olsaydı, 

ifrat yeni ulduzun yaydığı maddə o qədər dağınıq olardı 

ki, bizimkinə bənzər planet sistemləri böyük ehtimalla 

əsla əmələ gəlməzdi. Əgər kainat həyat üçün uyğun 

məkan olacaqsa, ifrat yeni ulduz partlayışları müəyyən 

miqdarda baş verməli və bu partlayışlarla digər bütün 

ulduzlar arasındakı məsafə müəyyən ölçüdə olmalıdır. 

Bu məsafə hal-hazırda mövcud olan məsafədir”. 

Michael Denton, Nature’s Destiny, səh. 11.

www.qizilnisbet.com

Düşünən İnsan, Oktyabr 2014

12



13

Prof. Corc Qrinşteyn də bu ağlasığmaz 

böyüklük haqqında “Simbioz kainat” adlı 

kitabında belə yazır:

“Əgər ulduzlar bir-birlərinə bir az da yaxın 

olsaydı, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, 

dumanlıqlarda (nebula) və digər göy cisimlərində baş 

verən əsas fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. 

Uzaq bir nöqtədən baxdıqda qalaktikamızın görünüşü 

də indiki ilə eyni olardı. Yeganə fərq bu olardı: gecə 

otların üstündə uzanıb baxdığım göy üzündə daha çox 

ulduz olardı. Ancaq yox, bağışlayın, bir fərq də olardı: 

bu mənzərəyə baxan “mən” mövcud olmazdım… 

Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin 

şərtidir”. George Greenstein, The Symbiotic Universe. 

New York: William Morrow, 1988, səh. 21

Qrinşteyn bunun səbəbini də açıqlayır. Kosmosdakı 

böyük boşluqlar bəzi fiziki dəyişkənlərin məhz insan 

həyatına uyğun formalaşmasını təmin edir. Bundan 

əlavə, Yerin kosmik fəzada hərəkət edən nəhəng göy 

cisimləri ilə toqquşmasının qarşısını alan amil də göy 

cisimləri arasındakı böyük boşluqlardır.

Qısası, kainatda göy cisimləri arasındakı məsafələr 

insan həyatı üçün məhz lazımi ölçüdədir. Nəhəng 

boşluqlar təsadüfən ortaya çıxmayıb, üstün və bənzərsiz 

yaradılışın nəticəsidir.

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

13



14

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

14



15

Amerikalı geoloqlar Frank Press və Reymond 

Siver Yer səthinin temperaturundakı incə əyara 

diqqət çəkirlər. Geoloqlar bildirirlər ki, həyat 

sadəcə məhdud temperatur intervalında 

mümkündür və bu temperatur intervalı 

Günəşin temperaturu ilə mütləq 

sıfır arasındakı ehtimal olunan 

temperaturların təqribən 

1%-ini  təşkil  edir. 

Yerin temperaturu 

məhz  bu  dar 

intervaldadır. 

(F.  Press,  R. 

Siever, Earth, New 

York: W. H. Freeman, 

1986, s. 4)

Bu temperatur intervalının 

qorunması, əlbəttə, Günəşlə Yer 

arasındakı məsafə qədər Günəşin 

yaydığı istilik enerjisi ilə də yaxından 

əlaqədardır. Hesablamalara əsasən, Yerə 

gələn Günəş enerjisində 10% azalma olsa, 

yer üzü metrlərlə qalınlıqda buzlaq təbəqələri ilə 

örtülər. Enerji bir az artıq olduqda isə bütün canlılar 

yanaraq ölər.

Yerin ideal temperaturunun planetdə mütənasib 

paylanması da vacibdir. Bu müvazinətin tənzimlənməsi 

üçün bəzi xüsusi tədbirlər görülmüşdür. Məsələn, Yerin 

oxunun 23 dərəcə, 27 dəqiqə maili olması qütblərlə 

ekvator arasında atmosferin əmələ gəlməsinə mane 

olan ifrat temperaturun qarşısını alır. Əgər Yerin oxu 

maili olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı 

temperatur fərqi artar və həyat üçün əlverişli atmosfer 

əmələ gəlməzdi.

Yerin  öz  oxu  ətrafında  fırlanma  sürəti  də 

temperaturun mütənasib paylanmasına kömək edir. 

Yer 24 saat ərzində öz oxu ətrafında bir dövr edir 

və bu sayədə gecə və gündüz qısa olur. Qısa olduğu 

üçün gecə ilə gündüz arasındakı temperatur fərqi də 

çox azdır. Bir günü bir ilindən uzun olan (yəni öz oxu 

ətrafında fırlanma müddəti Günəş ətrafında fırlanma 

müddətindən çox olan) və buna görə gecə ilə gündüz 

arasındakı temperatur fərqi 1000 °C olan Merkuri 

ilə Yer kürəsini müqayisə etdikdə Yer kürəsindəki 

temperatur müvazinətinin əhəmiyyətini daha yaxşı 

anlayarıq.

 Yerlə Günəş arasındakı məsafə, Yerin öz oxu 

ətrafında fırlanma sürəti, oxunun mailliyi, yer üzünün 

landşaft formaları kimi bir-birindən asılı olmayan bir 

çox amil planetin həyata uyğun şəkildə isinməsinə 

və temperaturun planetdə mütənasib paylanmasına 

kömək edir.

Yer üzünün formaları da temperaturun mütənasib 

paylanması üçün uyğun yaradılmışdır. Yerin ekvatoru 

ilə qütblər arasında təqribən 100°C temperatur fərqi 

var. Əgər bu temperatur təpəlik və dağları olmayan 

səthdə olsaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar 

Yer kürəsinin altını üstünə çevirərdi. Lakin yer 

üzü temperatur fərqindən əmələ gələn güclü hava 

axınlarının qarşısını alan təpə və dağlarla örtülüdür. 

Bu maneələr, yəni sıra dağlar Çində Himalay dağları 

ilə başlayır, Anadoluda Toros dağları ilə davam edir 

və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində 

uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla 

birləşir. Okeanlarda isə ekvatorda əmələ gələn artıq 

temperatur suyun temperatur fərqini tarazlaması 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

15



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə