İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   2   3   4   5   6   7   8   9   ...   16

16

nəticəsində şimala və cənuba ötürülür.

Habelə, Yerin atmosferində temperaturu mütəmadi 

tənzimləyən bəzi avtomatik sistemlər də yaradılmışdır. 

Məsələn, bir bölgə həddindən artıq isindikdə su 

buxarlanması artır və buludlar çoxalır. Bu buludlar 

Günəşdən gələn şüaların bir qismini əks etdirərək 

aşağıdakı havanın və yer səthinin həddindən artıq 

isinməsinin qarşısını alır.

Yerlə  Günəş  arasındakı  məsafənin  xüsusi 

yaradıldığını qəbul etmək istəməyənlər belə məntiq 

qururlar: “Kainatda Günəşdən daha böyük və ya kiçik 

ulduzlar var. Bunların da öz planet sistemləri ola 

bilər. Bu ulduzlar əgər Günəşdən daha böyükdürsə, 

onda həyat üçün ideal planet Yerlə Günəş arasındakı 

məsafədən daha uzaqda olardı. Məsələn, qırmızı 

nəhəng ulduzun ətrafında Plutonun məsafəsində 

fırlanan bir planet bizim Yer kürəmiz kimi mülayim 

temperaturda ola bilər. Belə bir planet həyat üçün 

Yer kürəsi qədər uyğun olardı”.

Bu iddia əsassızdır, belə ki, müxtəlif 

kütlələri olan ulduzların fərqli şüalar 

yaydığı nəzərə alınmayıb. Ulduzların 

yaydığı şüaların dalğa uzunluğu 

bu ulduzların kütləsi və səth 

temperaturundan asılıdır. Məsələn, 

Günəşin yaxın ultrabənövşəyi, görünən 

işıq və yaxın infraqırmızı şüalar yaymasının 

səbəbi 6000 °C səth temperaturunun olmasıdır. 

Əgər Günəşin kütləsi bir az böyük olsaydı, səth 

temperaturu daha yüksək olardı.

Bu təqdirdə, Günəşin yaydığı şüaların enerji 

səviyyəsi artar və Günəş öldürücü təsirə malik 

ultrabənövşəyi şüaları daha çox yayardı. Buradan 

belə nəticəyə gəlirik ki, həyatın üçün əlverişli şüalar 

yayan ulduzlar mütləq bizim Günəşimizə yaxın kütləyə 

malik olmalıdırlar. Bu ulduzların bir planetdə həyatın 

olmasına imkan verməsi üçün həmin planetlə ulduz 

arasındakı məsafə Yerlə Günəş arasındakı məsafə 

qədər olmalıdır. Başqa sözlə, qırmızı nəhəng ulduzun, 

mavi nəhəngin və ya kütləsi Günəşdən fərqli olan hər 

hansı ulduzun ətrafında fırlanan bir planet həyat üçün 

əlverişli ola bilməz. Həyata imkan verən yeganə enerji 

mənbəyi Günəş kimi bir ulduzdur. Həyat üçün uyğun 

yeganə planet məsafəsi ilə Yerlə Günəş arasındakı 

məsafədir.

Buraya  qədər  deyilənlərdən  başa  düşüldüyü 

kimi, Yer və Günəş aralarındakı məsafə, orbitləri, 

oxlarının mailliyi, yaydıqları işıq, enerji, qısası, 

hər cür xüsusiyyətlə birlikdə Allah tərəfindən 

insanların həyatı üçün yaradılmışdır. Təkcə 

Günəşlə Yer arasındakı məsafənin 

məhz lazımi ölçüdə olması belə 

möcüzəvidir, digər yüzlərlə, 

hətta minlərlə xüsusiyyətin 

lazımi ölçülərdə olması 

insan 

ağlının 


h ü d u d l a r ı n ı 

aşır.  Belə 

möhtəşəm 

sistemin  təsa-

düfən əmələ gəlməsi, 

şüursuz atomların əmələ 

gətirdiyi göy cisimlərinin 

təsadüfən  lazımi  yerdə 

yerləşmələri, həyat üçün lazımi 

müvazinətləri müəyyən etmələri və 

uyğun sistemlər əmələ gətirmələri mümkün 

deyil. Bu qüsursuz sistemlər insanlar üçün 

Allah`ın üstün qüdrətinin və yaratmasının dəlilidir.

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

16



17

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

17



18

Məşhur  biokimyaçı  prof. 

A.E.Nidham  (A.E.Needham) 

“Bioloji materialların bənzərsizliyi” 

(The Uniqueness of Biological Materials) adlı 

kitabında həyatın olması üçün mütləq maye maddələrin 

mövcud olmasının zəruri olduğunu izah edir. Əgər maddə 

ancaq bərk və qaz halda olsaydı, həyat əsla olmazdı. Çünki bərk 

maddələrdəki atomlar çox sıx və sabitdir, bu isə canlı orqanizmlərin həyata 

keçirdiyi proseslərdə dinamik molekulyar proseslərə imkan vermir. Qazlarda isə 

atomlar sabit deyil, sərbəst şəkildə uçuşurlar və bu şəkildə canlı orqanizmlərin kompleks 

mexanizmləri işləyə bilməz.

Qısası, həyat üçün zəruri proseslərin həyata keçirilməsi üçün maye mühit olmalıdır. Yeganə 

ideal maye sudur. Suyun həyat üçün qeyri-adi dərəcədə uyğun xüsusiyyətlərdə olması qədim 

dövrdən bəri elm adamlarının diqqətini cəlb edib. Suyun ümumi təbii qanunlara zidd kimi görünən 

bəzi termal xüsusiyyətləri də bu maddənin həyat üçün xüsusi yaradıldığını göstərir.

Bütün maddələr temperaturları aşağı düşdükcə sıxılırlar. Bütün mayelər də temperaturları aşağı 

düşdükcə sıxılır və həcmlərini itirirlər. Həcm azaldıqda sıxlıq artır və beləcə ağırlaşırlar. Bu səbəbdən, 

maye maddələrin bərk halı maye halına nisbətən ağırdır. Ancaq bunlardan fərqli olaraq su müəyyən 

temperatura (+4°C) düşənə qədər sıxılır, sonra birdən-birə genişlənməyə başlayır. Donduqda isə daha da 

genişlənir. Bu səbəbdən, suyun bərk halı maye halından yüngüldür. Yəni buz, əslində, normalda fiziki 

qanunlara əsasən, suyun dibinə batmalıdır, ancaq əksinə, suyun üzündə üzür.

Suyun bu xüsusiyyəti Yer kürəsindəki dənizlər üçün 

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

18



19

vacibdir. Əgər bu xüsusiyyət olmasaydı, yəni buz 

suyun üzündə üzməsəydi, Yer kürəsindəki suyun 

böyük hissəsi tamamilə donar, göllərdə və 

dənizlərdə həyat qalmazdı. Bunu daha ətraflı 

təhlil edək. Yer kürəsinin bir çox yerində 

soyuq qış günlərində temperatur 0°C-dən 

aşağı düşür. Bu temperatur dənizlərə 

və göllərə təsir edir, dənizlər və göllər 

getdikcə soyuyur. Soyuyan təbəqələr 

dibə doğru çökür, isti su səthə çıxır, 

soyuq havanın təsiri ilə soyuyur və 

donub dibə çökür. Ancaq temperatur 

4°C-yə çatdıqda bu proses birdən 

dəyişir, temperatur aşağı düşdükcə 

su genişlənməyə və yüngülləşməyə 

başlayır. Beləliklə, temperaturu +4°C 

olan su ən altda qalır. Yuxarıda temperaturu 

3°C, onun üstündə 2°C olan su təbəqəsi 

olur, beləcə, yuxarıya doğru davam edir. Suyun 

səthində isə temperatur 0°C-yə çataraq donur. Ancaq 

təkcə səth donur. Buz səthin altında qalan 4°C-lik su 

təbəqəsi balıqların və digər su canlılarının yaşaması 

üçün kifayətdir.

Su həmişə səthdən donur və buz suyun üzündə 

üzür, dibə batmır. Əgər digər mayelər kimi suyun 

sıxlığı soyuduqca artsaydı, yəni buz suyun dibinə 

batsaydı, onda okeanlar, dənizlər və göllərdə donma 

altdan başlayacaqdı. Suyun səthində soyuğun qarşısını 

kəsən buz təbəqəsi olmadığı üçün altdan başlayan 

donma yuxarıya doğru davam edəcəkdi. Beləliklə, Yer 

kürəsindəki göllərin, dəniz və okeanların böyük hissəsi 

buz kütləsinə çevriləcəkdi. Belə olduqda dənizlərdə 

heç bir canlı yaşaya bilməzdi. Ölü dənizlərin olduğu 

ekoloji sistemdə quru canlıları da yaşaya bilməzdi. 

Qısası, əgər su normal xüsusiyyətlərdə olsaydı, Yer 

ölü planet olardı.

Suyun nə üçün normal davranmadığı, yəni 4°C-yə 

qədər sıxıldıqdan sonra nə üçün birdən-birə genişləndiyi 

heç kimin izah verə bilmədiyi bir hadisədir.

Suyun bu özünəməxsus termal xüsusiyyətləri 

sayəsində qış və yay, gecə ilə gündüz arasındakı 

temperatur fərqi daima insanların və digər canlıların 

tab gətirəcəyi həddə qalır. Yer kürəsindəki su miqdarı 

quruya nisbətən az olsaydı, gecə ilə gündüz arasında 

temperatur fərqi çox artar, quru ərazilərin böyük qismi 

səhralaşar və həyat qeyri-mümkün olardı, yaxud 

da çətinləşərdi. Suyun termal xüsusiyyətləri fərqli 

olsaydı, yenə də Yer həyat üçün əlverişsiz planet 

olardı.


Harvard  Universiteti  Bioloji  Kimya 

fakültəsinin professoru Lorens Henderson suyun 

termal xüsusiyyətlərini təhlil etdikdən sonra 

belə izah verir:

“Xülasə, 

suyun 


bu 

xüsusiyyəti üç cəhətdən 

böyük əhəmiyyət daşıyır. Əvvəla, Yer kürəsinin 

temperaturunu  nizamlayır.  İkincisi,  canlıların 

bədənlərinin  temperatur  müvazinətini  qoruyur. 

Üçüncüsü, metereoloji dəyişkənlikləri dəstəkləyir. 

Bütün bu amillər ən yüksək uyğunluqla baş verir və 

başqa heç bir maddə bu cəhətdən su ilə müqayisə 

edilə bilməz”. (Lawrence Henderson, The Fitness of 

the Environment, Boston: Beacon Press, 1958, s. 105)

Bitkilər nasos və əzələ sistemləri olmadığı halda 

torpağın dərinliklərindəki suyu metrlərlə yuxarıya 

daşıyırlar. Bunun səbəbi suyun səth gərginliyidir. 

Bitkilərin kök və damarlarındakı kanallar suyun 

səthinin gərilməsindən faydalanır. Yuxarıya doğru 

getdikcə daralan kanallar suyun yuxarıya qalxmasına 

səbəb olur. Suyun səthi gərilməsi digər mayelərdə 

olduğu kimi az olsaydı, bitkilər qidalana bilməz, 

dolayısilə, yaşaya da bilməzdilər. Bitki örtüyü olmayan 

yerdə insan həyatı da mümkün olmazdı.

Suyun səthi gərilməsi həyatın mövcud 

olması üçün xüsusi tənzimlənmişdir

Səthi  gərilmə  mayelərin  molekullarının  bir-

birlərini cəzb etməsindən qaynaqlanır. Hər mayenin 

səthi gərilməsi fərqlidir. Suyun səthi gərilməsi digər 

mayelərdən daha yüksəkdir və bunun bəzi bioloji 

təsirləri var. Suyun səthi gərilməsi, əsasən, bitkilər 

üçün çox önəmlidir.

Bitkilərin nasos, əzələ sistemi və s. olmadan 

torpağın dərinliklərindəki suyu metrlərlə yuxarıya 

necə daşıdıqlarını düşündünüzmü? Bu sualın cavabı 

Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

19



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə