İnsan üçün yaradılan planet: Yer kürəsi Suyun fiziki



Yüklə 436,77 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix18.04.2018
ölçüsü436,77 Kb.
#39101
1   2   3   4   5   6   7   8   9   ...   16

20

səth gərginliyidir. Bitkilərin kök və damarlarındakı 

kanallar suyun səth gərginliyindən faydalanacaq 

şəkildə yaradılıblar. Yuxarıya doğru getdikcə daralan 

kanallar suyun yuxarıya qalxmasına kömək edir.

Buna suyun səthi gərilməsi imkan verir. Əgər suyun 

səthi gərilməsi digər mayelərdəki kimi az olsaydı, 

bitkilərin yaşaması fizioloji cəhətdən mümkün olmazdı. 

Əlbəttə, bitkilərin olmadığı mühitdə insanların da 

varlığından bəhs etmək mümkün deyil.

Yüksək səthi gərilmənin başqa mühüm təsiri də 

süxurların parçalanmasıdır. Su yüksək səthi gərilməsinə 

görə süxurların içindəki kiçik çatlardan dərinliklərə 

qədər sızır. Sonra havalar soyuyur və sular donur. 

Buza çevrilən su genişləndiyinə görə süxurları tədricən 

parçalayır. Bu, süxurların tərkibindəki mineralların 

üzə çıxmasına və eyni zamanda, torpağın mineralla 

zənginləşməsinə kömək edir.

Sudakı kimyəvi möcüzə

Suyun  bu  fiziki  xüsusiyyətləri  ilə  yanaşı, 

kimyəvi xüsusiyyətləri də həyat üçün idealdır. Bu 

xüsusiyyətlərdən ən əsası suyun çox yaxşı həlledici 

olmasıdır. Demək olar ki, bütün kimyəvi maddələr 

suyun içində həll olur.

Suda həll olan çoxlu faydalı mineral və bənzər 

kimyəvi maddələr çaylar vasitəsilə dənizlərə ötürülür. 

Bu şəkildə dənizlərə ildə 5 milyard ton kimyəvi maddə 

daşınır. Bu maddələr dənizlərdəki həyat üçün zəruridir.

Su, demək olar ki, bütün kimyəvi reaksiyaları 

sürətləndirir. Suyun başqa kimyəvi xüsusiyyəti də 

kimyəvi reaksiyalara girməyə ideal dərəcədə meyilli 

olmasıdır.

Suyun istər kimyəvi, istərsə də fiziki xüsusiyyətləri 

insanın həyatına və ehtiyaclarına ən uyğun şəkildə 

yaradılmışdır.

Su nə sulfat turşusu kimi həddindən 

artıq reaktiv, nə də arqon kimi heç 

bir reaksiyaya girməyən sabit 

maddədir.  Prof.  Maykl 

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

20



21

Dentonun bildirdiyi kimi, suyun reaksiyaya girmə 

həddi onun həm bioloji, həm də geoloji funksiyaları 

baxımından ən uyğun ölçüdədir. (Michael Denton, 

Nature’s Destiny, s. 32)

Suyun kimyəvi xüsusiyyətlərinin həyat üçün 

uyğunluğu su üzərində aparılan hər yeni tədqiqatda 

daha da üzə çıxır. Yel Universitetindən məşhur biofizika 

professoru Harold Morovits bu barədə belə izah verir:

Son  illərdə  suyun  əvvəllər  məlum  olmayan 

xüsusiyyəti üzə çıxmışdır. Bu xüsusiyyət (proton 

ötürücülüyü) ancaq suya xas xüsusiyyətdir və bioloji-

enerji ötürücülüyü baxımından həyatın mənşəyi 

üçün böyük əhəmiyyətə malikdir. Məlumatlarımız 

artdıqca təbiətin (həyat üçün) qüsursuz uyğunluğuna 

heyranlığımız da artır. (Harold J. Morowitz, 

Cosmic Joy and Local Pain, New York: 

Scribner, 1987, s. 152-153)

Suyun axıcılıq dəyəri müəyyən 

ölçüdədir

Maye 

dedikdə 


hamımızın 

təsəvvüründə axıcı maddə canlanır. 

Halbuki,  mayelərin  axıcılığı  bir-

birindən fərqlənir. Məsələn, qatran, 

qliserin, zeytun yağı və sulfat turşusunun 

axıcılıq dəyərləri çoxdur. Bu mayeləri su 

ilə müqayisə etdikdə böyük fərqlər ortaya 

çıxır. Çünki su qatrandan 10 milyard dəfə, 

qliserindən 1000 dəfə, zeytun yağından 100 

dəfə və sulfat turşusundan 25 dəfə çox axıcıdır.

Yuxarıdakı müqayisələrdən də göründüyü 

kimi, suyun axıcılığı çox yüksəkdir. Hətta efir və 

maye hidrogen kimi normal halı qaz olan maddələri 

bir kənara qoysaq, suyun bütün mayelər arasında ən 

çox axıcılıq dəyəri olan maddə olduğunu deyə bilərik.

Suyun  axıcılıq  dəyəri  canlılar  üçün  həyati 

əhəmiyyət daşıyır. Əgər axıcılıq dəyəri az olsaydı, 

qan kapillyarlarla daşına bilməzdi.

Bəs suyun axıcılıq dəyərinin bizim üçün əhəmiyyəti 

varmı? Bu mayenin axıcılığı az və ya çox olsa, bizim 

üçün fərqi olarmı? Professor Denton bu suallara belə 

cavab verir:

“Əgər suyun axıcılıq dəyəri yüksək olsaydı, su 

həyat üçün uyğun təməl xüsusiyyətini itirərdi. Məsələn, 

axıcılığı maye hidrogen qədər yüksək olsaydı, 

canlıların quruluşu məhvedici təsirlərə qarşı güclü 

hərəkətlərə məruz qalardı... Su həssas molekulyar 

formaları dəstəkləməz, canlı hüceyrəsinin 

həssas quruluşu məhv olardı...

Digər tərəfdən, suyun axıcılığı daha az olsaydı, 

(zülallar, fermentlər) kimi makromolekulların və 

xüsusilə mitoxondri kimi xüsusiləşmiş orqanoidlərlə 

kiçik orqanoidlərin nizamlı hərəkətləri qeyri-mümkün 

olardı. Habelə hüceyrələr bölünməzdi. Hüceyrənin 

bütün həyati funksiyaları donar və hüceyrə yaşamazdı. 

Hüceyrələrin embriogenez (ana bətnindəki inkişaf) 

zamanı  hərəkət  etmə  və  sürtünmə 

qabiliyyətinə bağlı olan ali 

canlılar suyun axıcılıq 

dəyəri 


az 

olduğu 


Düşünən İnsan, Oktyabr 2014

Düşünən İnsan, Oktyabr 2014

21



22

təqdirdə inkişaf etməzdi. (Michael Denton, Nature’s 

Destiny, s. 33)

Suyun yüksək axıcılıq dəyəri bizim üçün həyati 

əhəmiyyət daşıyır. Əgər suyun axıcılıq dəyəri az 

olsaydı, qan kapillyarlarla daşına bilməzdi. Məsələn, 

qaraciyərin kompleks damar şəbəkəsi olmazdı.

Suyun axıcılıq dəyəri təkcə hüceyrə daxilindəki 

hərəkətlər baxımından deyil, eyni zamanda, qan-damar 

sistemi üçün də vacibdir.

Bir millimetrin ¼-dən böyük orqanizmi olan bütün 

canlıların mərkəzi qan-damar sistemi var. Çünki 

bu ölçüdən böyük bədəni olan canlılarda qidalar və 

oksigenin diffuziya yolu ilə, yəni birbaşa hüceyrənin 

içindəki mayeyə ötürülərək daşınması mümkün deyil.  

Orqanizmdə çoxlu sayda hüceyrə var və hava ilə enerji 

hüceyrələri bir növ kanallar yolu ilə nasoslanmalı, 

artıqları da başqa kanallar yolu ilə toplanmalıdır. 

Bu kanallar damarlardır. Ürək isə damarlarda qanın 

axmasını təmin edən nasosdur. Damarların içində axan 

maye isə qandır ki, əslində, sudan təşkil olunmuşdur. 

(Qanın tərkibindən hüceyrə, zülal və hormonları 

çıxardıqda plazma adlanan maye qalır ki, bu mayenin 

də 95%-i sudur)

Bu səbəbdən, suyun axıcılığı qan-damar sisteminin 

yaxşı işləməsi üçün çox vacibdir. Məsələn, əgər suyun 

axıcılığı qatranın axıcılıq dəyərinə bərabər olsaydı, 

əlbəttə, ürək qanı vura bilməzdi. Suyun axıcılıq dəyəri 

qatrandan 100 milyon dəfə çox olan zeytun yağının 

axıcılıq dəyərinə bərabər olsaydı, ürək belə qanı 

vursaydı, bədənin hər tərəfinə yayılmış kapillyarların 

içinə girə bilməzdi, yaxud damarlarda çətinliklə axardı.

Kapillyarları daha yaxından təhlil edək. Kapillyarlar 

orqanizmin hər tərəfindəki hüceyrələrə lazımi oksigen, 

enerji, qida, hormon kimi maddələr daşıyırlar. Bir 

hüceyrə bir kapillyardan faydalanmaq üçün ondan 

ən çox 50 mikron məsafə qədər uzaqda olmalıdır (bir 

mikron millimetrin mində biridir). Daha uzaqda qalan 

hüceyrələr qidalanmayacaqları üçün öləcəklər.

Bu səbəbdən, insan orqanizmi elə yaradılıb ki, 

kapillyarlar bədənin hər tərəfini tor kimi bürüyüb. 

Orqanizmimizdəki təqribən 5 milyard kapillyarın 

ümumi uzunluğu 950 km-dir. Bəzi məməlilərdə 1 

sm

2



-lik sahədə 3000 ədəd açıq kapillyar yerləşir. 

Əgər insan orqanizminin ən kiçik kapillyarlarının 

10.000 ədədini yan-yana qoysaq, cəmi qalınlığı 

karandaşın ucu qədər olar. Kapillyarların diametri 

3-5 mikron olur. Bu, 0.003-0.005 mm-dir. 

(Michael Denton, Nature’s Destiny, s. 35)

www.dusuneninsan.net

Düşünən İnsan, Oktyabr 2014

22



Yüklə 436,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə