İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə14/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Fatalizm

Buradan belə məlum olur ki, ümumi qəzavü-qədərə və hər bir hadisənin, o cümlədən insanın əməl və işlərinin İlahi qəzavü-qədər ilə baş verməsinə inam fatalizmlə nəticələnmir. Qəzavü-qədər insanın özünün və istəyinin işlərə heç bir təsir göstərməməsinə inananda və qəzavü-qədəri insanın güc, qüvvə və istəyinin canişini hesab edəndə fatalizmə gətirib çıxarır. Halbuki öncə də qeyd etdiyimiz kimi, ən mümkünsüz nəsnələrdən biri Allahın aləmdəki hadisələrə birbaşa təsir göstərməsidir. Çünki Allah hər bir varlığı yalnız onun xüsusi səbəbləri vasitəsi ilə zəruriləşdirir və yaradır. İlahi qəzavü-qədərin mənası aləmdəki kauzal (sabəb-nəticəyə aid) sistemin ilahi elm və iradədən qaynaqlanmasından başqa bir şey deyil. Oncə də vurğuladığımız kimi, ümumi səbəbiyyət qanununun, kauzal zərurət va kauzal uyğunluq prinsiplərinin qəbul edilməsi har bir varlığın taleyinin özündən əvvəlki səbəblərlə əlaqəli olmasını tələb edir. Burada teistlərin fikirləşdiyi kimi ortada "İlahi başlanğıc"ın olması ilə materialistlərin fikirləşdiyi kimi "ilahi qaynağ"ın var olmayıb yalnız "maddi amil'in rol oynaması fikri arasında fərq yoxdur, Yəni bizim səbəb-nəticə sisteminin "başqa"sına söykənməsini, ilahi istəkdən qaynaqlanıb ondan asılı olmasını düşünməyimizlə bu sistemin öz-özlüyündə mövcud olub müstəqil olmasını fərz etməyimiz arasında heç bir fərq yoxdur. Çünki səbəb-nəticə sisteminin öz-özlüyündə mövcud olub-olmamasının, müstəqil olub-olmamasının insanın tale və azadlığına heç bir təsiri yoxdur. Buna görə də kiminsə fatalizm inancının ilahi qəzavü-qədər inancından qaynaqlanmasını güman edərək bu aspektdən tale və qəzavü-qədər inancını tənqid etməsi avamlıqdır. Əgər tale və ilahi qəzavü-qədər deyəndə səbəb-nəticə prinsipinin, o cümlədən insanın güc, qüvvə, istək və azadlığının inkar edilməsi nəzərdə tutulursa, belə bir qəzavü- qədər və tale mövcud deyil və heç mövcud ola da bilməz. İslam fəlsəfəsində belə bir tale və qəzavü-qədərin əsassız olmasına heç bir şəkk-şübhəyə yer qoymayan tutarlı sübutlar gətirilib. Əgər tale və qəzavü-qədər deyəndə hər hadisə ilə onun səbəbi arasında qəti bağlılıq olması və hər bir hadisənin öz səbəbi nəticəsində formalaşması nəzərdə tutulursa, şübhəsiz, bu, həqiqətdir, Amma bu cür taleyə problemi inam ancaq teistlarə aid deyil. Ümumi səbəbiyyət qanununu qəbul edən bütün elmi-fəlsəfi məktəblər bu kimi əlaqə və bağlılıqları qəbul etmək məcburiyyətindədir. Sadəcə onların arasında fərq budur ki, teistlərin fikrincə, səbəblər silsiləsinin sonu zaman və məkan çərçivəsindən başqa bir çərçivəyə - ilk səbəb və zəruri varlığa, yəni öz- özlüyündə var olan və başqasından asılı olmayan "haqiqət"ə gedib çıxır. Ona görə də bütün "qəza"lar (zərurətlər) və bütün "qədər"lər (təyinlər) müəyyən bir nöqtədə dayanır. Bu fərqin fatalizmin isbat və ya inkar edilməsinə heç bir təsiri yoxdur.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə