İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə3/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   2   3   4   5   6   7   8   9   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Qorxunc söz

Tale! Qəzavü-qədər! İnsanın qulağına bu iki sözdər daha qorxunc və vahiməli söz dəyməyib.

İnsanın ruhunu onun öz azadllığını itirməsi, özündən güclü başqa bir şəxsə tabe və təslim olması, özü üzərində başqasının tam hökmranlığını hiss etməsi qədər heç nə incitmir.

Deyilənlərə görə, ən böyük nemət azadlıq, ən acı dərd və bədbəxtlik isə basqı hiss etmək, yəni insanın öz şəxsiyyətini əzilmiş hiss etməsi, azadlığının əlindən alınması ilə qarşılaşması, özünü başqalarının qarşısında çobanın ixtiyarında olan qoyun kimi görməsi, bütün vücudunun, hayat və ölümünün onun əlində olduğuna şahid olmaşıdır.

İnsanın ruhunu çarəsizlik və "o qaniçən aslanın pəncəsində əsirlik" nəticəsində yaranan təslimçilik və razılıq qədər heç nə daha çox yandırmır.

Əlbəttə, bu, insanın özünü başqa bir güclü insanın basqısı altında, ya güclü bir heyvanın çəngində hiss etdiyi hallara aiddir. Bəs, görəsən, həmin qüdrət gözəgörünməz və sirli bir qüvvə olarsa va onun əlindən xilas olmaq və ona hakim kəsilmək təsəvvürolunmaz və qeyri-mümkün olarsa, onda necə? Şübhəsiz, bu, əvvəlkindən yüz qat daha pisdir.

Bəşəriyyətin zehnini həmişə özünə məşğul etmiş suallarlardan biri də budur ki, görəsən, dünyanın işləri əvvəlcədən hazırlanmış və sarsılmaz proqram əsasında cərəyan edir, tale və qəzavü-qədər adlı gözəgörünməz, amma olduqca güclü qüdrət aləmdə olan bütün hadisələrə hökm edir, hal-hazırda baş verənlər, eləcə də gələcəkdə baş verəcək olaylar keçmişdə təyin olunub və qətiləşib və insan dünyaya məcbur gəlib məcbur gedir? Yoxsa belə bir şey əsla mövcud deyil və keçmişin indi və gələcəyə heç bir təsiri yaxdur və bu dünyadakı varlıqlardan biri olan insan hürr və azaddır və taleyi onun öz əlindədir? Ya da ki, üçüncü bir fərz də var: tale dünyada baş verən bütün hadisələrə, istisnasız olaraq bütün varlıq aləminə hakimdir, amma buna baxmayaraq, qarşısı alınmayacaq və müqavimət göstərilməyəcək bu hökmranlıq insanın azadlıq və hürriy- yətinə zərrəcə təsir göstərmir. Əgər belədirsə, bu zaman onu necə yozmaq və izah etmək olar?

Tale və qəzavü-qədər məsələsi ən mürəkkəb fəlsəfi məsələlərdən biridir və sonradan qeyd edəcəyimiz spesifik səbəblərə görə, hicrətin birinci əsrindən etibarən Islam mütafəkkirləri arasında müzakirə obyekti oldu. Bununla bağlı meydana çıxan müxtəlif əqidələr müsəlmanlanın dəstələrə bölünməsinə, çəkişmələrə, Islam dünyasında müxtəlif firqə və dəstələrin yaranmasına gətirib çıxardı. Həmin əqidələr əsasında müxtəlif inanc və firqələrin yaranması bu on dörd əsrdə İslam dünyasına çox ciddi mənfi tasir göstərmişdir.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə