İnsan və tale problemi


Məsələnin praktiki və ümumi cəhəti



Yüklə 144,32 Kb.
səhifə4/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   2   3   4   5   6   7   8   9   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Məsələnin praktiki və ümumi cəhəti

Bu məsələ, əslində, metafizik va fəlsəfi bir məsələ olsa da, iki cəhətdən praktiki və ictimai məsələlər sırasına daxil edilə bilər.

Birincisi, ona görə ki, insanın bu məsələ barəsindəki təfəkkür tərzi praktiki olaraq onun həyatına, ictimai davranışına, hadisələrə necə yanaşmasına təsir edə bilir. Şübhəsiz, özünü əl-qolu bağlı və öz taleyinə heç bir təsir göstərmək imkanına malik olmayan bir varlıq hesab edən şəxsin ruhiyyə və davranışı ilə özünü öz taleyinin ağası hesab edən, hürr və azad yaradıldığını düşünən şəxsin ruhiyyə və davranışı bir-birindən fərqli olur. Halbuki bir çox fəlsəfi məsələlər belə deyil və onlar insanın ruhiyyə, əməl və həyat tarzinə heç bir təsir göstərmir. Buna örnək olaraq aləmin zaman baxımından "hadis"11 və əzəli olması, onun ölçülərinin sonlu olub-olmaması, səbəbiyyət qanunu, vahiddən çoxun törəməsinin mümkünsüzlüyü, zəruri varlığın zat ilə atributlarının eyniliyi və s. bu kimi mövzulrın göstərmak olar. Bu cür məsələlərin insanın əməli davranış və ictimai ruhiyyəsinə heç bir təsiri yoxdur.

İkincisi, ona görə ki, tale və qəzavü-qədər məsələsi həll yolu tapmaq baxımından xüsusi məsələlər sırasına daxil olsa da, ona həll yolu tapmaq istəyən şəxslərin ümumiliyi baxımından ümumi məsələlar sırasina daxildir. Yəni bu məsələ ümumi məsələlər baradə az da olsa, düşünmək qabiliyyəti olan şəxslərin hamısının zehnində yaranır və onların marağına səbəb olur, Çünki təbii olaraq hər bir kəs həyatının qəti və dəyişilməsi mümkün olmayan tale tərəfindən təyin olunub-olunmadığını və bu yolda onun hansısa bir ixtiyara malik olub-olmamasını bilmək istəyir. Hamı bilmək istəyir ki, görəsən, o, suyun üzərindəki saman çöpü kimidir, yoxsa belə bir tale yoxdur və həyatının istiqamətini o özü təyin edə bilər? Bunun əksinə olaraq, ümumi fəlsəfənin digər məsələləri həll yolu tapmaq baxımından xüsusi xarakter daşımaqla yanaşı, zehnin həll yolu tapmağa yönəlməsi baxımından da xüsusi xarakter daşıyır.

Qeyd edilən bu iki səbəbdən dolayı bu məsələni praktiki, ümumi və ictimai məsələlər sırasına daxil etmək olar. Qədimdə bu mövzuya praktiki və ictimai baxımdan az diqqət edilirdi və ona yalnız nəzəri, fəlsəfi və teoloji baxımdan yanaşılırdı. Amma alimlər bu gün onun ictimai və praktiki cəhətinə daha çox önəm verir və bu məsələyə xalqların təfəkkür tərzinə, əzəmət və tənəzzülünə təsiri baxımından yanaşırlar.

Bəzi İslam tənqidçiləri müsəlmanların tənəzzülünün ən böyük səbəbinin qəzavü-qədər və öncədən təyin olunmuş tale inancı olduğunu vurğulayıblar. Burada təbii olaraq belə bir sual yaranır ki, əgər taleyə inam fərd və ya cəmiyyətin tənəzzülünə səbəb olursa, bəs onda nə üçün İslamın erkən dövründə yaşayan müsəlmanlar belə olmayıblar? Məgər onlar qəzavü-qədər və taleyə etiqad bəsləməyiblərmi, bu məsələ İslamın ilk təlimlərindən olmayıbmı və bəzi tarixçilərin də yazdığı kimi, İslam dünyasına sonradan daxil olubmu? Ya onların qəzavü-qədərə inamı elə olub ki, ixtiyar, azadlıq və məsuliyyət inancı ilə ziddiyyət təşkil etməyib? Yəni onlar taleyə inanmaqla yanaşı, onun müəyyən bir şəkildə insanın ixtiyar və iradəsinə tabe olmasına və insanın onu dəyişdirmək qüdrətinə malik olmasına da inanıblar. Əgər onların təfəkkür tərzi belə olubsa, onda həmin təfəkkür tərzi hansı qayda və prinsiplərə əsaslanıb? İslamın erkən dövrünün müsəlmanlarının bu nəticəyə gəlmələri barədə danışmamışdan əvvəl bu barədə Quranın məntiqinin nə olmasına, ilahi rəhbərlərin bu barədə nə buyurduğuna və bizim məntiqi nəticə olaraq bu barədə hansı təfəkkür tərzini seçməyimizin gərəkliyinə nəzər salaq.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə