İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə5/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   2   3   4   5   6   7   8   9   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Quran ayələri

Quranın bəzi ayələrində taleyin hökmranlığı, dünyada Allahın istəyi olmadan heç bir işin baş verməməsi və həmin hadisənin əvvəlcədən bir kitabda yazılması məsələsi təsdiq edilib. O cümlədən:



"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz yer kürəsini yaratmamışdan əvəl lövhi-məhfuzda yazılmasın. Bu, Allah üçün çox asandır".12

"Qeybin açarları yalnız Onun yanındadır. Onlanı ancaq və ancaq O bilir. O, suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) ondan xəbərdar olmasın. Yerin qaranlıqları içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!"13

"Soruşurlar ki: "İşdən bizim əlimizdə olan varmı?" De: "Bütün işlər Allahın əlindədir". Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər, (Ürəklərində və ya öz aralarında belə) deyirlər: "Əgər iş bizim əlimizdə olsaydı, burada öldürülməzdik!" De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər".14

"Hər şeyin xəzinələri Bizim yanımızdadır. Biz ondan ancaq müəyyən ölçüdə endiririk".15

"Allah hər şey üçün bir ölçü qoymuşdur".16

"Biz hər şeyi qədərincə yaratdıq".17

"Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir".18

"De: "Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən. Bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən".19

Bəzi ayələr də insanın öz əməlində ixtiyar sahibi olmasına, öz taleyinə təsir göstərə və onu dəyişdirə bilməsinə dəlalət edir:



"Özlərində olanı dəyişmədikcə, Allah heç bir xalqın taleyini dəyişməz".20

"Allah təhlükəsizlik və əmin-amanlıq içində olan abad bir bölgəni misal çəkir. Ona ruzisi hər yerdən davamlı olaraq gəlirdi. Ancaq Allahın nemətlərinə nankorluq etdi. Allah da onlara aclıq və qorxu libası geyindirdi"21

"Allah onlara əsla zülm etmədi, amma onlar özləri özlərinə zülm edirdilər"22

"Sənin Rəbbin bəndələrə əsla zülm etməz".23

"Biz yolu ona göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun".24

"Kim istəyir inansın, kim də istəyir inkar etsin".25

"İnsanların öz əlləri ilə törətdikləri əməllər nəticəsində quruda və dənizdə fəsad meydana çıxmışdır".26

"Biz axirət tarlasını istəyənin əkininə bərəkət və artım verir, məhsulunu bol edirik, yalnız dünya əkinini istəyənə isə ondan az miqdar veririk".27

"Hər kəs fani dünya həyatını istəsə, ondan yalnız istədiyimiz miqdarı istədiyimiz şəxsə verərik. Sonra isə Cəhənnəmi onlar üçün hazır edərik, oranın yandırcı odunda qınanmış və (Allahın dərgahından) qovulmuş halda yanacaqlar. Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, səy (və zəhməti) mükafatlandırılar. Bu iki dəstənin hər birinə Rəbbinin nemətlərindən bəxş edirik. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir".28

Qurani-kərimdə həm birinci qrupa, həmn də ikinci qrupa aid digər ayələr də mövcuddur.

Təfsir və ilahiyyat alimlərinin çoxunun fikrincə, (ilk baxışda) bu iki qrup ayə arasında ziddiyyət var. Onların nəzərincə, onların bir qrupunun zahiri anlamını qəbul etmək, digər qrupunu isə yozmaq lazımdır. Hicri təqvimi ilə birinci əsrin ikinci yarısından bu barədə iki təfəkkür tərzi meydana çıxmışdır. İnsanın azadlıq və ixtiyar sahibi olmasına inanan dəstə adıkeçən birinci qrup ayələri zahiri mənasından başqa mənaya yozub, Bu dəstə "qədəri" adı ila məşhurlaşıb. Digər dəstə isə Allahın insanlar üçün müqəddərat təyin etməsinə etiqad bəsləyərək ikinci qrup ayələri zahiri mənasından başqa mənaya yozub. Bu dəstəyə "cəbri" (fatalist) adı verilib. Tədricən iki böyük teoloji firqə, yəni əşərilik və mötəzilik yaranıb; onlar həmçinin fatalizm və təqdirdən başqa məsələlərə də toxunublar. Beləcə, iki məktəb yaranıb və fatalistlərlə qədərilər əşərilik və mötəzililiyin içində əriyib gediblər, yəni daha onların müstəqil adı qalmayıb. Əşərilik məktəbi fatalizmi, mötəzilik məktəbi isə qədəriliyi dəstəkləyib.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə