İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə6/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   2   3   4   5   6   7   8   9   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

"Qədəri" sözü

Biz burada insanın azadlıq və ixtiyarı tərəfdarlarını teoloqların məşhur terminlərinə istinad edərək "qədəri" adlandırırıq. Əksər hallarda hədislərdə də bu barədə bu sözdən istifadə edilib. Yoxsa ki, bunu biz də bilirik ki, teoloqların dilində, həmçinin bəzi hədislərdə "qədəri" sözü fatalistlər barəsində işlədilib. Ümumiyyətlə, həm ümumi təqdir tərəfdən olan fatalistlər, həm də insanın əməllərinin təqdirlə təyin olunmasını inkar edən ixtiyar və azadlıq tərəfdarları özlərinə "qədəri" deməkdən çəkiniblər və həmişə hər bir dəstə digər dəstəni "qədəri" adlandırıb.

Bunun səbəbi həzrət Peyğəmbərdən nəql edilmiş belə bir hədisdir:

"Qədərilər bu ümmətin atəşpərəstləridir".29

Fatalistlər deyirdilər ki, "qədəri" deyəndə Allahın insan üçün müqəddərat təyin etməsini inkar edənlər nəzərdə tutulur. Amma onların müxalifləri deyirdilər ki, burada "qədəri" deyiləndə hər şeyin, hətta insanın əməllərinin qəzavü-qədərin nəticəsi olmasını düşünənlər nəzərdə tutulur. Bəlkə də, bu adın "təqdir"i inkar edənlərə daha çox yapışmasının səbəblərindən biri də əşərilik məktəbinin yayılması və onların müxaliflərinin azlıqda olması, ikincisi, onların atəşpərəstlərə bənzədilməsidir. Çünki məşhur görüşə əsasən, atəşpərəstlər ilahi təqdiri xeyir adlandırdıqları nəsnə ilə məhdudlaşdırır, şərin ilahi təqdirə daxil olmadığını deyir, şərin əsas səbəbkarının Əhrimən olduğunu iddia edirdilər.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə