İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə7/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   2   3   4   5   6   7   8   9   10   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Ziddiyyətlər

Öncə də qeyd etdik ki, əksər təfsirçi və teoloqların fikrincə, Quranın tale və qəzavü-qədər barəsindəki ayələri (ilk baxışda) bir-biri ilə ziddiyyət təşkil edir və onların bir qrupu zahiri mənasından başqa mənaya yozulmalıdır.

Bunu da qeyd etmək lazımdır ki, ziddiyyət iki qisimdir: bəzən bir söz başqa bir sözü açıq-aydın inkar edir. Məsələn, biri deyir ki, həzrət Peyğəmbər səfər ayında dünyasını dayişib, o biri deyir ki, həzrət Peyğəmbər dünyasını safər ayında dəyişməyib. Burada ikinci cümlə açıq şəkildə birinci cümləni inkar edir. Amma bəzən belə olmur və ikinci cümlə birinci cümləni açıq şəkildə inkar etmir, amma onun düz və doğru olması üçün birinci cümlənin səhv va yalan olması lazımdır. Məsələn, onlardan biri həzrət Peyğəmbərin səfər ayında, ikincisi isə o həzrətin rəbiüləvvəl ayında dünyadan köçdüyünü deyir. Təbii ki, həzrət Peyğəmbərin rəbiüləvvəl ayında dünyadan köçməsi o həzrətin səfər ayında dünyadan köçməməsini tələb edir.

İndi isə gəlin görək Quranın qəzavü-qədər, insanın ixtiyar və azadlığı barəsindəki ayələri bunların hansı birindəndir? Görəsən, onlar bir-birini açıq-aydın inkar edən birinci ziddiyyət qismindəndir, yoxsa hər birinin məzmunu digər dəstənin məzmununu inkar edən ikinci qisimdən?

Şübhəsiz, Quran ayələri bu məsələdə bir-birini açıq şəkildə inkar etmir və onların arasındakı ziddiyyət birinci qisimdən deyil. Çünki gördüyümüz kimi, onların bir dəstəsi: "Hər şey Allah tərəfindən müəyyənləşdirilib", ikinci dəstəsi isə: "Heç nə Allah tərəfindən müəyyənləşdirilməyib", yaxud onların bir dəstəsi: "Hər şey Allahın elmində qərara alınıb", ikinci dəstəsi isə: "Heç nə Allahın elmində qərara alınmayıb", ya bir dəstəsi: "İnsan öz işlərində ixtiyar sahibi və azaddır", ikinci dəstəsi isə: "İnsan ixtiyar sahibi və azad deyil", bir dəstəsi: "Hər şey Allahın istəyindən asılıdır", ikinci dəstəsi isə: "Heç nə Allahın istəyindən asılı deyil" - demir. Bu iki dəstə ayələrin bir-biri ilə paradoks təşkil etməsinin səbəbi budur ki, teoloqların və bəzi təfsirçilərin nəzərincə, hər şeyin ilahi təqdirdən asılı olması insanın azad olmamasını tələb edir. Azadlıq müqəddəratın Allah tərəfindən təyin edilməsi ilə düz gəlmir, Hər şeyin Allahın elmində qərara alınması hər şeyin icbari və qeyri-ixtiyari baş verməsini tələb edir və əgər belə olmasa, Allahın elmi cəhi (biliksizlik) olar.

Digər tərəfdən, insanın öz xoşbəxtlik və bədbəxtliyində rol oynaması, taleyinin öz əlində olması, yaxşı və ya pis iş görə bilməsi üçün əvvəlcədən ilahi təqdirin olmaması lazımdır. Buna görə də bu ayələrin bir qrupu zahiri mənasından başqa cür izah edilməli, başqa cür yozulmalıdır.

Əşəri və mötəzilələrin ilahiyyat və təfsir kitabları belə izah və yozumlarla doludur. Mötəzilələr təqdir, əşərilər isə ixtiyar barəsindəki ayələri zahiri mənasından başqa mənaya yozublar. Misal üçün, əşəri təfəkkürlü alim Fəxr Razinin "ət-Təfsirul-kəbir" təfsirinə və mötəzilə təfəkkürlü alim Zəməxşərinin isə "əl-Kəşşaf" təfsirinə müraciət etmək olar. Buna görə də əgər bu zahiri paradoksu aradan qaldıra bilən və mütləq ilahi qəzavü-qədər - yəni Allahın əvvəldən mövcud olan və təsirli elmi və mütləq istəyi - ilə insanın ixtiyar və azadlığa malik olması və taleyinə özünün hakim olması arasında heç bir paradoksun olmadığını üzə çıxaran üçüncü bir nəzər olsa, o zaman bu iki dəstə ayələrin heç birini başqa yerə yozmağa ehtiyac qalmaz.

Biz qarşıdakı bəhslərdə məsələnin, əslində, elə bu cür olduğunu izah edəcəyik. Yəni üçüncü bir nəzər var və həmin nəzərə əsasən, bu iki dəstə ayə arasında heç bir paradoks və uyuşmazlıq yoxdur. Həmin paradoks teoloq və bəzi təfsirçilərin elmlərinin zaif olmasından yaranmışdır.

Ümumiyyətlə, Allahın aydın kitabında ziddiyyət və ixtilafın olması və bəzi ayələrin zahirinin əksinə yozulması mənasızdır. Əslində, Quranın müxtəlif mövzulara aid ayələrinin, hatta birinin belə, yozuma ehtiyacı yoxdur. Quranın ən mütəşabih ayəsi belə bu cür deyil. Əlbəttə, bu, hazırki traktata aid olmayan geniş bir mövzudur. Bəlkə də, Quranın ən möcüzəvi cəhəti də məhz budur.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə