İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə8/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Mənfi nəticələr

Şübhəsiz, fatalizm düşüncəsi - əşərilərin insanı bütünlüklə ixtiyar və azadlıqdan məhrum hesab etməsi çoxsaylı ictimai fəsadlarla nəticələnib. Belə bir düşüncə virus kimi insanın ruh və iradəsini iflic edir. Bu inanc zalımların at oynatmasına səbəb olur və zülmə məruz qalanların isə intiqam almasının qarşısını alır. Hər hansı bir məqamı və ya camaatın mal və sərvətini qəsb edən kəs Allahın nemətlərindən dəm vurur, kimə nə verilibsə, onun Allah tərəfindən verildiyini, nemət içində olana saysız-hesabsız neməti, yoxsula belini bükən çətinlikləri verənin Allah olduğunu deyir və bu inancı, qəsb elədiyi şeyin haqq və qanuni olmasının ən yaxşı dəlili kimi təqdim edir. İlahi nemətlərdən məhrum olanlar da özünə etiraz etmək haqqı vermir. Çünki fikirləşir ki, bu etiraz ilahi qismət və təqdirə etirazdır, ilahi qismət və təqdirə də nəinki səbir etmək, hətta razı olmaq və şükür etmək lazımdır. Zalım tale və qəzavü- qədəri bəhanə edərək öz əməllərinin məsuliyyətini boynuna götürməkdən boyun qaçırır. Çünki o özünü Allahın "əl"i sayır və Allahın "əl'ini məzəmmət etməyin, ona etiraz bildirməyin düzgün olmadığını deyir. Buna görə zülmə məruz qalan şəxs də zalımın zülmünə dözür və fikirləşir ki, bütün bu çətinliklər birbaşa və bilavasitə Allah tərəfindəndir. O, öz-özlüyündə zülmlə mübarizənin mənasız olduğunu fikirləşir. Çünki o, qəzavü-qədər ilə mübarizəyə qalxmaq sayılır, əxlaqa, həmçinin Allahdan razılıq və Ona təslim olmaq məqamına ziddir.

Fatalizmə inanan şəxs əşyalar, xüsusilə insan, onun psixoloji və əxlaqi şəxsiyyəti ilə xoşbəxt və ya bədbəxt gələcəyi arasında səbəb-nəticə əlaqəsi olduğunu inkar etdiyi üçün heç vaxt öz şəxsiyyətini gücləndirmək, əxlaqını düzəltmək, əməllərinə fikir vermək barədə düşünmür və hər şeyi təqdirə həvalə edir.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə