İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

43 
 
çatır. Atmosfer Yer kürəsinin işıqlanmasını təmin edən təbəqə 
rolunu  oynayır.  Qayıtmada  da    sürət  gəlmə  sürətindən  az  ola 
bilər.  Çünki,    burada  kütlə  az  qalır,  Yer  kürəsi  udur,  artığını 
geri gələn sürətdən zəif sürətlə, demək olar ki, soyuq halda geri 
qaytarır.  Bu proseslərdə  dünya okeanı  da mühüm rol oynayır. 
Buna  görə  də  qəti  olaraq  bildirmək  olar  ki,  atmosfer  və 
Günəş  su  əmələ  gətirir,  Günəş  şüaları  suyu  artırır,  cazibə 
qüvvəsinə  görə  geri  itələnir.  Buxara  çevrilir.  Soyuyaraq 
geri  qayıdır.  Günəş  şüaları  planet  üçün  su  mənbəyidir.  
Dünya okeanı və Yer kürəsi gecə və gündüz çəkisini, kütləsinin 
dəyişir.  Günəşdən  (digər  ulduzlardan)    həm  su,  həm  də  bərk 
materiya yarana bilir. Bu prinsip etibarilə güman etmək olar ki, 
Yer  kürəsi  və  digər  planetlər  Günəşdən  yaranıb.  Günəşdə 
yanan  kütlələr  (tozlar,  qaz  dumanları)  Günəşi  tərk  ediblər, 
uzaqlaşıblar,  soyuyaraq  bərk  materiya  halında  vahid  nüvə  ilə 
birləşiblər.  
Qeyd:  Kainatdakı  mövcud  qaz  dumanları  planetlərin 
əmələ  gəlməsi  proseslərinin  tərkibi  ola  bilər.  Ulduzların, 
Günəşin  ətrafında  olan  qaz  dumanları  çevrilmədən 
soyuyan  qazlardır.  Günəş  şüasından  bir  qədər  sıx 
qazlardır.  
Qeyd:  kainat  və  onun  daxilində  olan  təbiət  eyni  tərkib 
elementlərdən  ibarət  olduğundan  bizim  düşüncələrimiz 
Günəşdən  planetlərdən,  planetlərdən  Günəşin  əmələ 
gəlməsi  fərziyyəsini  irəli  sürə  bilir.  Ona  görə  ki,  biz 
insanlar  kainatın  daxilindəki  elementlərdənik.  Bizim 
düşüncələrimiz əlaqəli formalı  və vəhdət şəkilli  prosesləri 
yaxından  dərk  etmək  iqtidarındadır.  Bu  baxımdan  da 
sintez  və  analiz  üsulu  ilə,  məntiqi  nəticələrlə  yaranış  tarixi 
barəsində  fikirlər  bildirə  bilirik.  Çünki,  özümüz  də 
daxildəyik,  kənar  yoxdur  və  bizim  kənara  çıxmaq 
imkanlarımız  da  ola  bilməz.  Hər  bir  düşüncə  obyekti 
mütləqdir və bu obyekt kainatdan başqa bir şey deyil.  


44 
 
Ola  da  bilər  ki,  kainat  nahamarlıqları  (kiçik  ulduzlar) 
Günəş  ətrafında  yanıblar  və  sonra  da  sönüblər.  Bu  prinsip 
etibarilə  təxmin    edə  bilərik  ki,  planetlər  Günəşdən,  onların 
peykləri  də  ya  ulduzlardan,  ya  da  planetlərindən  meydana 
gəlib.  (Mən  bu  fikiri  ona  görə  bildirə  bilirəm  ki,  kainat 
prosesləri  bütövdür  və  şərtləndiricidir).   Ya da çoxlu sayda 
kçik  ulduzlar  qəflətən  sönüb,  nahamarlıqlar  yerini  dəyişib, 
sönən  ulduzlar  bərk  materiyaya  çevriliblər.  Onda  bu  törəməni 
böyük  ulduzlar  təsirləri  ilə  yaradıblar.  Yəni,  ulduzlar  başqa 
məkanlarda  yarananda,  nahamarlıqlar  (ulduzların  yaranma 
mərkəzləri, 
kainatın 
qalaktika 
obyektlərinə 
çevrilmə 
məkanları), mərkəzlər yerini dəyişib, digər ulduzları söndürüb, 
bərk  materiyaya  çevirib.  Buna  görə  də  qalaktikalarda  yeni 
ulduzların yaranması prosesi gedirsə, onda belə qərara gəlmək 
olar ki, planetlərin əmələ gəlməsi prosesləri də baş verir. Yeni 
ulduzlar  törənəndə  əvvəlki  ulduzların  bəziləri  planetlərə 
çevrilirlər.  Buna  görə  də  Günəş  sistemində  yeni  bir  ulduz 
yaranarsa,  sistem  kəskin  dəyişikliyə  məruz  qalar.  Planetlər  ya 
tam  məhv  olar,  formalarını  itirərlər,  ya  da  yeni  yaranan  ulduz 
ətrafında toplaşarlar və s. Xaos meydana  gələr və  yeni  sistem 
qurular.  Sadalanan bu fikirlər gümanlardır. Hesab  edirəm  ki, 
kainatda  makro  səviyyədə    dəyişiklik  yoxdur.  Dəyişiklik 
lokal xarakter kəsb edir.  
Atmosfer  tək  planetlərdə  yox,  həmçinin  istənilən  bərk 
materiyanın səthində mövcud olur. Ona görə ki, bərk materiya 
efiri özünə yığır və özünü müdafiə qatı yaradır.  
Belə güman edək ki, iki planet yaxınlaşır. Tam yaxınlaşma 
zamanı  atmosferləri  sürtünür  Bu  sürtünmə  qığılcım  və  yanma 
əmələ gətirə bilər; çünki sıxılma güclü ola bilər. Günəşin əmələ 
gəlməsi prosesini xatırladar.  
Atmosfer  planetlərin  efirdə,  fəzada  yumşaq  hərəkətini 
təmin  edir.  Atmosfer  efirlə  bərk  materiya  arasında  sürtünmə 
zolağını  yaradır.  Yer  kürəsi  öz  atmosferi  sayəsində  kosmik 
fəzada  efirdə  dağılmadan  hərəkət  edir.  Bu  baxımdan  da  hesab 


45 
 
edə  bilərik  ki,  bütün  planetlərin  də  atmosferi  vardır. 
Baxmayaraq  ki,  tərkiblərində  Yerdəki  kimi  su  mühiti  yoxdur. 
Hər bir planetin atmosferi özünəxasdır.   
 
Nahamarlıqları nə yarada bilər (qüvvələrin əsasları)   
 
Kainat  və  onun  tərkibi  olan    qalaktikanın    nahamarlıqları 
elə  qalaktikaların  özündəki  bərk  cisimlərdən,  ulduzlardan 
yaranır.  Bu  nahamarlıqlar  (toplular)  kainatın  hamarlığına 
xidmət  edir.    Hərəkət  edən  cisimlər  sayəsində  kainat 
müstəvisində  müqayisədə  “boşluqlar”,  fərqliliklər  meydana 
gəlir.    Makro  qüvvə  kiçik  qüvvələri,  kiçik  qüvvələr  də  makro 
qüvvələri meydana gətirir. Burada sorma (cəzbetmə, cəlbetmə) 
və  itələmə  elə  kainat  kosmik  müstəvi  nahamarlıqlarını 
meydana 
gətirir. 
Nahamarlıqlar 
sorulmadan 
(kainat 
müstəvisində  olan  boşluqların  yaratdığı  sorulmadan)  meydana 
gələn kütlədən, kəmiyyətdən miqdardan, həcmdən  ortaya çıxır. 
Qalaktika  obyektləri  özləri  hərəkət  sayəsində  müstəvidə 
nahamarlıqları  qeyri-taraz  müstəvini  meydana  gətirir.  Bunun 
da  sayəsində  ulduzlar  formalaşır.  Deyək  ki,  boşluqlar  tarazlıq 
sisteminə  xidmət  edir.  Bu  baxımdan  da  qüvvə  -qüvvəni, 
hərəkət  -hərəkəti  meydana  gətirir.  Boşluqlardan  yaranan  kütlə 
fərqləri  elə  nahamarlıqları  üzərə  çıxarır.  Qalaktikaların  fərqli 
ölçüləri  və  fərqli  kainat  obyektləri  müqayisələri  meydana 
gətirir.  Belə  güman  edək  ki,  ulduzlardan  da  planetlər 
formalaşır.    Kainatda  ulduzlar  və  planetlər  çox  güman  ki,  bir 
anda  da  yarana  bilir.  Əgər  biz  sistemlilik  prinsipinə  istinad 
etsək, onda belə qərara gələ bilərik ki, ulduzlar və planetlər bir 
anda yaranır ki, tarazlılıq əmələ gəlsin. Bu prinsip etibarilə də 
güman  etmək  olar  ki,  Günəş  və  onun  planetləri    eyni  anda 
yaranıb. Ümumiyyətlə, bu barədə qəti və həqiqi fikir söyləmək 
bir  qədər  çətindir.  Ulduzlar  ola  bilər  ki,  digər  ulduzları  da 
yaratsın.  Ulduzlar  sistemində  törəmə  ola  bilər.  Ümumiyyətlə, 
yaranış  əvvəlki  mövcudluqdan  yeni  mövcudluğa  keçid 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə