İnsan və təbiət silsiləsindən


bağlılığa  sahibdirlər,  eləcə  də  fərdi  qaydada,  çoxlarına



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   2   3   4   5   6   7   8   9   ...   57


 
bağlılığa  sahibdirlər,  eləcə  də  fərdi  qaydada,  çoxlarına 
məlum  olmayan  əsaslarla  başqa  aləmlə,  yan  aləmlə 
əlaqəlidirlər. İnsanlar və digər aləm bir-birilə mikro və makro 
səviyyədə 
əlaqələr  sisteminə  malikdirlər.  İnsanlarda 
problemlər  –fiziki,  ruhi  problemlər-yaşana  bilər.  Bu 
problemlər həm mikro aləmdə, həm də makro miqyasdan asılı 
olaraq  ola  bilər.  Bu  baxımdan  insanlar  həm  də  mistik 
məxluqdurlar.  Sirli  aləmlə  doludurlar.  İnsan  tərkib  olduğu 
kainatın elementləri ilə vəhdət şəkilində siqnal sistemindədir. 
Belə  də  hesab  etmək  olar  ki,  insan  öz  tarixi  mənşəyi 
haqqında  siqnal  qəbul  edəndir.  İnsan  düşündükcə  öz 
əcdadının kimliyi barədə məlumatlı ola bilər. Düşüncə əcdad 
kimliyini müəyyən etməyə imkan yarada bilər.   
Biz  insanlar  güman  edirik  və  məntiqlə,  həmçinin    aşkar 
olunma  yolu  ilə  özünəxas  düzgünlük,  həqiqilik    axtarırıq. 
Tapdığımızın    nə  dərəcədə  həqiqətə  uyğun  olmasını  (bütün 
elementlər,  varlıqlar  sistemlərdə  mövcud  olurlar.  Buna  görə 
də tam şəkildə müəyyən oluna bilmirlər. İnsanlar da daxilən 
sirli  məxluqlardır)  müəyyən  etmək  çətindir  və  şübhələrlə 
doludur.    Ola  da  bilər  ki,  bizə  verilən  duyğu  potensialı  ətraf 
aləmi müxtəlif, ya da bütün məqamlarda tam olduğu kimi əks 
etdirə    bilmir.  Bu  baxımdan  da  hesab  edə  bilərik  ki,  həqiqət 
həm  universaldır,  həm  də  məxsusidir.    Tam  həqiqəti,    hər 
hansı bir məsələdə aydınlığı, dürüstlüyü isə Allah bilir. Çünki 
makrodur,  sonsuzdur,  sərhədlərsizdir.  Aşkar  olunan  həqiqət 
hər  bir  bucaqdan,  koordinatdan  həqiqət  kimi  görünməyə 
bilər.    Bütün  qeyri-müəyyənliklər,    sonsuz  müəyyənliklər 
onun  daxilindədir.  Sonsuz  məkanda  olan  sonsuz  enerji, 
hərəkətdə  olan    müstəvi,  qüvvə  zərurətləri  meydana  gətirir.  
Hərəkət  müstəvisində  hər  bir  hərəkət  məqamı,  anı  sonsuz 
məkandakı  hərəkət  müstəvisində  təsiredicidir.    Bu  təsiredici 
vəziyyət  mikro  olsa  da  makro  aləmdə  hiss  olunan  effekti 
yaradır.  


10 
 
İnsan    qeyri-müəyyənliyə  görə,  bildikləri  az  olduğundan 
və  makro  aləm  barədə  çox  xəbəri  olmadığından,  hərəkətlər 
sistemində bütün başlanğıc və sonluqları görə  bilmədiyindən  
səhv  edə  bilir.  İnsan  makronu  son  sərhədləri  ilə 
bilmədiyindən,  bucaqları  tam  görə  bilmədiyindən  öz 
hərəkətlərində    səhv  edə  bilir.  Həm  də  həqiqət,  yəni 
gerçəklikdə  üzərə  çıxan  hadisə  əlamət,  obraz  element  
obyektiv  olmaqla  yanaşı,  subyektivdir,  bu  baxımdan  həm  də  
müxtəlif bucaqlardan dərk olunur. 
İnsanlar  düşünə-düşünə  beyinlərini  açırlar,  siqnal 
məkanlarını  böyüdürlər.    Beyin  kainatın    mikro  məlumat 
bazasıdır.  Bu baza özünü fizioloji baxımdan və ətraf təbiətlə 
təmasları  zamanı  daha  da  genişləndirir.  Fizioloji  artım  və 
dəyişiklik təbii ki, beyinin baza tutum funksiyasını böyüdür.    
Bunun, yəni, müəyyənliyin çoxalmasının,  sonu ümumən 
hara  gedir:  -ya  çox  sürətli  inkişafa,  ya  da  öz-özünü  (insan 
nəzərdə  tutulur)  məhvə.  Enerjinin  artmasının  partlayışla 
nəticələnməsi  universal bir  təbiət  qanunudur. Biz  qısa  yollar 
axtarmaqla  əvvəlki  uzun  yollarda  olan  dəyərləri  də  itiririk. 
Bu  baxımdan  da  bəlkə,  çox  fikirləşməyək?  Əldə  olanlarla 
qane  olaq?    Onda,    gərək  çoxalmayaq.  Lakin  sayımızın 
artması və rahat həyat, təminat zərurəti və məcburiyyəti  bizi 
çox fikir etməyə məcbur edir. 
Hörmətli  oxucular!  Nəzərə  alın  ki,  mənim  bütün 
yaradıcılığım 
subyektivdir, 
şərtləndirici 
düşüncə 
konstruksiyalarından  ibarətdir.  Daxilimdə  gizlənmiş  qeyri-
müəyyənlikləri 
müəyyənliyə 
çevirməyə 
və 
orijinallıq 
axtarmağa çalışıram. Onun obyektivliyi artıq sizin verəcəyiniz 
qiymətdən asılıdır. Fikirlə razılaşmaq və ya da razılaşmamaq 
ola bilər. Ancaq universal insani düşüncələr, fizioloji , bioloji 
və  ruhi  oxşarlıqlar,  vahid  kainatda  yaşamaq  şərtləri  onu 
deməyə  əsas  verir  ki,  subyektiv  fikir  əslində  obyektiv-
universal  fikirin  tərkibidir.  İnsanların  universal  qanunlarla 
idarə olunması onlar arasında razılaşmanı, ümumi qaydalara 


11 
 
tabe  olmanı,  mövcud  maddi  resurslarla  qane  olmanı 
şərtləndirir.  
Subyektiv  yaradıcılıq  yolunda  müəyyən  obyektiv 
məlumatlardan da  istifadə  edirəm. Hesab edirəm ki, hər  bir 
aydınlıq  ümumi  məntiqə,  universal  və  universallıq 
içərisdindəki 
məxsusluğa 
tabedir. 
Yəni, 
başqalarının 
düşündüklərini,  oxumadan,  eşitmədən  belə,    mən  də  qismən 
analoji  məzmunda  düşünə  bilirəm.  Burada  artıq  universal 
düşüncə  qabiliyyətinin,  eləcə  də  universal  aydınlaşdırma 
qabiliyyətinin  köməyi  mənə  lazım  olur.  Yəni,  mən  də  bütün 
insanlar  kimi  ümumi  və  məxsusi  düşünmək,  məntiqi 
nəticələrə gəlmək imkanlarına malikəm. Yalnız özüməməxsus 
fikir bildirirəm. Öz fikirlərimdə   həqiqətin dərəcəsini isə deyə 
bilmərəm. Dərəcəni müəyyən etmək oxucuların işidir.  
 
Mən  düşüncələrimi  daha  çox  poetik  formada  bildirirəm, 
düşüncələrimi orijinal şəkildə izah edirəm. İstəyirəm ki, sərbəst 
düşünərək  öz  daxili  dünyamı    açım.  Fikirləşirəm  ki,  bir  insan 
kimi    daxilim  mikrokainatdan,  makro  kainatın  kiçik 
modelindən    ibarətdir.  Kainatın  məlumatları  hər  bir  insanda 
olduğu kimi  müəyyən qədər içərimdə toplanıb, qeyri-müəyyən 
şəkildə  daxilimdə  yer  alıb.  Qeyri-müəyyənliyi  müəyyənliyə 
çevirmək  mənə  verilən  bir  insani  istedad  və  qabiliyyətdir.  
İnsan  və  digər  canlılar  (aktiv  və  bizim  cansız  adlandırdığımız 
passiv  canlılar-cansız  aləm)  informasiya  daşıyıcılarıdır.  Bu 
baxımdan  daxilim  həm  də  kənardan  -makro  sonsuzluqdan  və 
mikrotəbiətdən, məni əhatə edən ətraf aləmdən  siqnallar qəbul 
edir. Hesab edirəm ki, bədən quruluşum (bütün insanların fiziki 
quruluşları  kimi)    təbiət  quruluşundan  (məzmunca)    çox  də 
fərqli  deyil.  İnsan  kimi  mən  də    fövqtəbiətin,    təbiətin 
nəticəsiyəm.  Ancaq  insanın  indiki  formada    təbiətin  son 
nəticəsi  olması  da  qeyri-müəyyəndir  və  qeyri-müəyyən  olaraq 
da  qalacaqdır.  Ola  bilər  ki,  dəyişmələr,  yeni  təkamüllər  baş 
versin.    Bu  halda  makro  aləmdə  zaman  amili  özünü  bir  qədər  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə