İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   2   3   4   5   6   7   8   9   ...   57

12 
 
təsdiq etmiş olar. İnsan və digər canlılar fiziki baxımdan köklü 
dəyişikliyə  məruz  qalarsa,  onda  makro  zaman  (kainatdakı 
zaman)    amilini  qəbul  etmək  olar.  Köklü  dəyişmələr  Yer 
kürəsində olan dəyişmələrlə əlaqəli ola bilər ki, bu da kainatın 
dəyişməsi ilə bağlı olan məsələdir.   
Qeyd:  təbiətdə  bütün  canlılar  haqqında  insanlarda 
müfəssəl  məlumatlar  ola  bilməz.  Çünki,  təbiətin,  kainatın  
özü belə insana tam müəyyən və aydın deyil. Bu baxımdan 
da  insana  bəlli  olmayan  varlıqlar  da  ola  bilər.  Həmin 
varlıqlar    haqqında  məlumatlar  insanların  daxillərində 
qeyri-müəyyən  formada  yata  bilər.  Bu  baxımdan  da 
insanlar  düşünə-düşünə  məlumatları  üzərə  çıxara  bilərlər. 
Çox düşünmə formanı və məzmunu müəyyən ölçüdə üzərə 
çıxara bilər. Bu aspektdə bəzi insanların gözlərinə  görünən 
canlılar  həqiqətdə  olanlar  ola  bilər.  Müəyyən  dəyişikliklər 
fonunda ayrı-ayrı kəslərdə  həmin canlılar haqqında zahiri 
məlumatlar üzərə çıxa bilər.    
Bir  insan  kimi  məndə  təbiətlə  funksional  bənzətmələr 
mövcuddur.  Çünki,    təbiətin  tərkibiyəm.  Fövqtəbiət  və  təbiət 
proseslərinə 
daxiləm. 
Mən 
düşünərkən 
sistemdən 
(strukturlardan)    ibarət  olan  bir  düşüncəmi  digəri  üçün  dayaq 
edirəm,  müəyyənlik  üçün  şərtləndirirəm.  Bu  baxımdan  da 
düşüncələrim sistemli alınır.   Mətnin başlanğıcından müəyyən 
həcmli, müəyyən müstəvili sonluq yarada bilirəm.  Nəticələrim 
digər fikirlərim üçün başlanğıclar verir.   Bir və ya da bir neçə 
fikirdən  məntiqi  nəticələr  yaranır.  Konseptuallıq  ondan  ibarət 
olur  ki,  bir  şərti  məkanda  mövcud  olan  fikirlərin  müəyyən 
hissələri 
haqqında  düşünmək  mümkün  olur.  Qeyri-
müəyyənliyin bir qismi müəyyənliyə çevrilir. Hər bir məkanda 
çoxlu  sayda  fikirlərin  başlanğıcları  və  sonluqları  mövcuddur. 
Ardıcıl düşüncələr sayəsində fikirlərin sintezi ortaya çıxır.   
Düşünərkən  obyektə  kompleks  yanaşmalarım  olur.  Fikir 
konseptuallığı yaratmağa çalışıram.   Bu halda birinci və əvvəli 
fikir növbəti fikir üçün məntiqi nəticə çıxarmağa yardımçı olur. 


13 
 
Ardıcıl  aşkarlanma  müəyyənlik  müstəvisini  artırır.  Əvvəlki 
fikir növbəti fikri şaxələndirməyə  gətirib çıxara bilir. Ən əsası  
isə odur ki,  əvvəlki fikirləri həm özün,  həm də digərləri üçün  
inandırıcı  və  obyektiv  edə  biləsən.  Fikirlər  onunla  tanış 
olanlarda aydınlıq əmələ gətirir. Bu da onu deməyə əsas verir 
ki,  bütün  insanlar  həm  də  eynidir,  daha  doğrusu  oxşardırlar.    
Hesab edirəm ki, insan kainatın daxilində olduğundan,  elə nəyi 
fikirləşirsə,  həmin  fikirlər  kainatın  daxilindədir.  İnsan  beyni 
kainatdan kənar  ola bilməz.  Kənarda olan şey fikir obyekti 
ola  bilməz.  Çünki,    kənar  olan  şey  yoxdur.  Bu  baxımdan 
hər  bir  düçüncə  sahibi  digər  düşüncə  sahibi  ilə  universal 
xarakterləri  özündə  cəmləşdirir.  (Qeyd:  insan  məxluqu  və 
digər 
varlıqlar 
Ulu 
Tanrıdan 
tərkibdirlər. 
Ulu 
Nizamlayıcının  tərkib  elementləridir.  Makro  və  mikro 
qüvvəyə, 
nizama 
tabedirlər. 
İnsanlar 
siqnal 
mübadilələrində Ulu Tanrı ilə müəyyən qədər əlaqə yarada 
bilirlər).    Hər  şey  əbədi  və  sonsuz  kainatın  daxilindədir. 
Kainatın son sərhədləri yoxdur, fikirlərin də son sərhədləri ola 
bilməz.  
Qeyd: Kainat daxilində sərhədlər var və bu da müxtəlif 
obyektlərin  əlamətlərini  meydana  gətirir.  Sərhədlər 
müəyyən  məkanda  olan  fərqli  kəmiyyətlə,  toplumla, 
elementlər  birləşmələri  ilə  təyin    olunur.  Bir  obyektin 
sərhəddi digərindən elementlərin yığım kəmiyyəti və həmin 
kəmiyyətin  hərəkəti  ilə  müəyyən  olunur.  Bu  yığım 
kəmiyyəti  elementlərdə  rəngləri  meydana  gətirir.  Rənglər 
də  müxtəlif  əks  olunmaları  yaradır.  Birləşmədən  yaranan 
obyektlər 
birləşmə 
kəmiyyətləri 
ilə 
bir-birilərindən 
fərqlənir.  Qalaktikalar,  ulduz  sistemləri  məhz  kainatın 
daxilində  fərqli  forma  və  məzmunla,  rənglə,  ulduzların  və 
planetlərin  quruluşları  və  aralarında  olan  məsafə  ilə 
müəyyən  edilir.    Sadəcə olarq şaquli və üfiqi formalı sonsuz 
sistemdə  dərinə  gedən  fikirlər  var.  Bu  fikirlər  də  müəyyənliyi 
qismən  ortaya  çıxarır,  obyektləri,  hadisələri,  hərəkətləri 


14 
 
aşkarlayır.        Buna  görə  də  fikir  kainatın  özündən  ibarət  olur.  
Fikir kainatdan kənara gedə bilməz və hasil etdiyi xəyal, təsvir, 
forma  və  məzmun  öz  başlanğıcını  məhz  kainatdan  götürür.  
Düşünən  insan  öz  daxilini  açır  və  duyğu  orqanları  ilə  qəbul 
etdiyi  siqnallarla  obyekti  fikirləşir.    Kimsə  makro  miqyasda 
yalan fikirə gələ bilməz.  Bu, mümkün deyil.  Hər kəs kainatda 
olduğunu  söyləyə  bilər.  Buna  görə  də  həqiqət,  xüsusilə 
“gizlənmiş” və qəfil üzərə çıxan həqiqət   üçün müəyyən qədər 
zaman  da  tələb  olunur.  Yəni,  ardıcıl  düşüncə  fikirləri  açır, 
obyektin şaquli və üfiqi müstəvisini müəyyən edir.  
Həqiqi, obyekti, hadisələri hamı üçün düzgün və inandırıcı 
şəkildə əks etdirən   fikirlər və həqiqəti qismən düz əks etdirən 
fikirlər  ola  bilər.  Qismən  düz  fikirin  yaranması      siqnalların 
gerçəklik 
dərəcəsindən, 
aşkarlanmanın, 
görünmənin 
səviyyəsindən    asılıdır.  Aydınlıq,  müəyyənlik  nə  qədər  aşkar 
olunarsa,  üzərə  çıxarsa,  siqnallar  da  bir  o  qədər  aşkar  olunar. 
Obrazlanmanın  dərəcəsi  özlüyündə  həqiqətin  dərəcəsini  əks 
etdirir.  Duyğu  orqanları  obrazlanmanın  dərəcəsini  müəyyən 
edir.  Bu  baxımdan  da  həqiqətin  müəyyən  olunması  duyğu 
orqanlarının  inkişaf  və  funksiya  dərəcəsindən  əhəmiyyətli 
dərəcədə  asılıdır.  Siqnalın  da  aşkarlıq  dərəcəsi  obyektin 
aktivliyindən asılıdır.   Bu baxımdan da aktiv enerjili, hərəkəti 
sürətli  olan  obyektlər  daha  çox  enerji  verirlər  və  bunun  da 
sayəsində  onlar haqqında həqiqət daha çox obrazlanır.  
Qeyd: açıq təbiətli insanlar daha aktiv olurlar və onlar 
öz  xassələrini  daha  tez  aşkar  edirlər.  Aktivlik  sayəsində 
cəhətlər,  reaksiyalar,  emosiyalar  və  şüur,  ağıl  daha  tez 
büruzə verir. Xarakter daha tez aşkarlanır.  Aktiv insanlar  
ətraf  aləmlə  daha  sürətli  əsaslarla  enerji  mübadiləsində 
olurlar.  
Siqnallar  çox  buraxılır.  Aktiv  insanlar,  əhatəli  fəaliyyətli 
insanların  xarakterini  müəyyən  etmək  daha  asan  olur.  Aktiv 
kainat  obyektlərini  daha  tez  aşkarlamaq  olar.  Çünki,    onların 
aktivliyi  siqnallarının  tez  aşkar  olunmasını  təmin  etmək 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə