İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   2   3   4   5   6   7   8   9   ...   57

15 
 
funksiyasına malikdir. Bu baxımdan da aktivlik enerji ixracına 
gətirib çıxara bilir. Aktiv insanlardan daha çox enerji alırlar və 
aktiv insanlar  bol enerji qəbul edirlər. 
Qeyd:  canlı  aləmin  aktivliyi  həm  onun  tükənməsinə 
səbəb  ola  bilər,  həm  də  enerji  mənbəsini  artırmasına.  
Məsələn,  ünsiyyətcil  insanlar,  çox  danışanlar,  daha  çox 
münasibət quranlar enerji sərf etsələr də, əlavə enerji qəbul 
etmək iqtidarında ola bilərlər.  
Mən  dərinləşməni,  fikir  əhatəliliyini    qeyri-müəyyənliklə 
müəyyənliyin  qarşılıqlı  nisbətində  axtarıram.  Əvvəlki  fikirlər 
sistemliliklə, məntiqi nəticələr yolu ilə sonrakı, növbəti fikirləri 
müəyyənliyə  çevirir.  Əvvəlki  fikirlər  qeyri-müəyyənliyin 
aydınlaşdırılması  üçün  başlanğıc  şərt  rolunu  oynayır.    Fikir 
sistemliliyi  çərçivəsində  zaman-zaman    aydınlıq  yaranır.  Bu 
anda  fikir    müstəvisi    daxildən  böyüyür.  Qeyri-müəyyən 
sistemin  bir  fikrinin  aydın  olması  sistemin  digər  fikirini 
meydana gətirir.  
Fikirlərin  yaranmasında  daxili  siqnallar  da  mühüm  rol 
oynayır. Həmçinin  xarici siqnallar da oyadıcı effekt verir. Belə 
hesab edirəm ki, daxilimdən və xaricdən gələn siqnallar onsuz 
da məndən asılı olmayaraq məndə var. Bu siqnalların bəzilərini 
ilkin (başlanğıc) edirəm. Sonrakılar  isə onlar üçün müəyyənlik 
rolunu  oynayır,  növbəti  müəyyənliyi  yaradır.  Mənim 
düşüncələrim  daxili  və  xarici  siqnalların  sintezindən  meydana 
gələn analizlərdən ibarətdir. Çalışıram ki, düşüncələrimi  açım. 
Siqnallardan  emal  olunan  siqnalları  dilə  gətirim,  yazıya  alım, 
ifadə  edim.  Burada  rasionallığa,  yəni  əqli  mühakimələr  
vasitəsilə  məntiqi  nəticələrə  üstünlük  verirəm.  Sağlam 
təfəkkürün məntiqinə inanıram. Nəticələr çıxarmaq, qənaətlərə 
gəlmək  müşahidələrdən  irəli  gələrək  ortaya  çıxır.  Eyni 
zamanda sistemlilik prinsiplərindən,  yəni obyektə və predmetə 
sistemli yanaşma metodundan formalaşır.  
Hər  bir  vəhdət,  məkanın  şərti  müstəvisi  tərkiblərdən 
ibarətdir. Empirik, təcrübi biliklərdən də imtina etmirəm və bu 


16 
 
metodla  əldə  olunan  nəticələri  də  faktlar  kimi  hesab  edirəm. 
Faktlar  aydınlaşdırıcı  olur.  Bu  baxımdan  da  fəlsəfə  və  elmin, 
ehtimal  və  sübutun    vəhdətini  və  şərtləndiriciliyini  ortaya 
qoymağa  çalışıram.  Fəlsəfi  və  elmi  düşüncə  hər  hansı  bir 
müstəvinin  içini  qaranlıqdan  azad  edir.  Qeyri-müəyyənliyi 
müəyyənliyə  çevirir.      Faktlar  əksər  hallarda  rasional  məntiqi 
yolla əldə olunmuş düşüncələri sübutayetirən olur. Məsələn hər 
hansısa  bir  müdrik  filosofun  vaxtında  qısa  olaraq  dediyi  fikri 
elmi  təcrübə,  aşkarlama  laboratoriyası  (cihaz,  aparat  və  s.) 
sonradan  sübuta  yetirmiş  olur.  Burada  rasionallıqla  empirizm 
birləşir.  Faktlar,  hədəflər  aydınlaşır.    Filosofun  uzaqgörənliyi 
və  onun  hədəfi  sürətlə  görmək  qabiliyyəti  uzaq  və  
görünməyən hədəfləri yaxın edir. Bu baxımdan da qəbul etmək 
lazımdır  ki,  uzaqgörənlik  daha  elmli  və  geniş  düşüncəli  olur.    
Müstəvini  aydınlaşdırmaq  üçün  hər  iki  təfəkkür  (əqli-rasional  
və əqli - empirik) birləşir. Demək olar ki, eyni nəticələrə gəlir. 
Filosof  uzağı  görür,  elm  uzaqla  olan  məsafəni  aydınlaşdırır. 
Məsafəni tərkiblərə bölür.  Mərkəzlərdə, müstəvi daxilində ola 
bilər  ki,  elm  fəlsəfə  ilə  düz  deməsin.  Lakin  çox  hallarda 
filosofun uzaq hədəfi, uzaqda obyekt axtarması  düz olur. Elm 
birbaşa  və  dolayı  yolla  gedib  onu  təsdiqləyir.  Empirik 
təfəkkürdə obrazlanma və  əqli nəticə vəhdətdə  çıxış  edir. Onu 
da nəzərə almaq lazımdır ki, faktlarla bağlı şübhələr də ortaya 
çıxa  bilir.  Yəni,  hər  aşkar  olunan  fakt  həqiqət  olsa  da,  ona 
yanaşma  istiqaməti  fərqli  ola  bilər.  Yəni,  belə  hesab  edək  ki, 
aşkar  edən  aşkar  etdiyi    obyektə  bəlkə  düz  istiqamətdən 
yanaşmır.  Açılma  düz  deyil,  izah  düz  deyil  və  s.  İnkarlar 
faktlardan  yeni  faktların  meydana  gəlməsini  şərtləndirir. 
Subyektiv fikir qəbul olunmur, inkar edilir və yeni fikiri, izahı 
tələb  edir.  Bu  baxımdan  skeptiklik  ortaya  çıxır.  Məsələn, 
kəşflər  və  ixtiraların  inkar  yolu  ilə,  razılaşmamaq  yolu  ilə  
çoxalması  subyektivliyin  inkarından,  eləcə  də  obyektivliyin 
inkarından meydana gəlir.  Lakin hər halda onu açanın da insan 
olduğunu,  insan  əməyinin  məhsulu  olan  vasitə  (cihaz,  aparat, 


17 
 
qurğu və s.)  olmasını nəzərə alsaq, belə qənaətə gələ bilirik ki, 
aşkar olunanlar da universal  həqiqətlərdir.  Aşkar olunanlar da 
ümumi  məntiqi  və  sistemli  prinsiplərə  söykənir.    Onlara 
istinadlar etmək lazım gəlir, faktlar bilik dayağı rolunu oynayır. 
Faktlara  söykənməklə  sistemdəki  yeni  faktları  aşkarlamaq 
mümkündür.  Burada  yeni  tezislər,  antitezislər  meydana  gəlir. 
Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  rasionalizmdə  olan  bir 
mütləq  həqiqi  fikir  digər  həqiqətin  rasional  yolla  açılmasına 
gətirib  çıxara  bilər.  Bu  anda  empirizm  ilə  rasional  təfəkkür 
vəhdətlik təşkil edə bilər.  
Fikir  müstəvisində  müəyyənlik  və  məntiqi  nəticələr  çox 
olduqda  fikiri  bir  qədər  əhatəli  və  məzmunlu  hesab  edirəm. 
Fikir  həm  müəyyən    başlanğıc  və  son    arasında  ifadə 
formasında olur. Bu fikrə konkret və sadə fikir də demək olar. 
Məsələn,  birbaşa  nəticəni    deməklə  başlanğıc  və  sonu  az 
cümlələrlə  ifadə  etmək  olur.      Bu  anda  məsafə  qısalır.  Sürət 
artır.  Siqnal  yolu  qısalır,  kəsə  olur.    Ümumiləşmə  birbaşa 
hədəfi  müəyyən  edir.      Deməli,  beyini  sürətli  işləyən  şəxslər 
(aktiv  və  konstruktiv  düşüncəli  insanlar,  tez  qavrayanlar)  
qeyri-müəyyənliyi daha çox müəyyənliyə çevirirlər, həm də bu 
addımı  sürətlə  edirlər.  Ağıl,  zəka    bu  baxımdan  həm  də 
məsafəni qısaldan bir məzmundur.    
Onlar  tez  ayırd  edə  bilirlər.  Uzaq  hədəfi  düşüncələrində 
yaxın bilirlər. (Ümumiyyətlə, belə qəbul etmək olar ki, uzaq 
məsafə  qət  etmək  əqli  və  düşüncələri  artırır.  Uzun  yol 
genişlənən və uzun xassəli  fikirləri zəngin edir. Bu hesabla 
güman  və  təxmin    edə  bilərik  ki,  Günəşdən  uzaq 
planetlərdə  yaşayan  “insanlar”,  insana  bənzərlər    daha 
ağıllı ola bilərlər. Düşüncə bolluğu onlarda çox olar).  Digər 
istiqamətdə  fikir  çox  olur,  başlanğıc  və  son  arasında  məsafə, 
ayırd  etmək  çox  uzun  çəkir.  Bu  baxımdan  da  müstəvinin 
aşkarlanması lazım olur. Fikir çox olanda müstəvidə zənginlik 
də  artır.  Bu  aspektdə  sadəlik  öz  daxilində  çoxlu  sayda 
mürəkkəblikləri,  mürəkkəbliklər  də  sadəlikləri  cəmləşdirir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə