İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   2   3   4   5   6   7   8   9   ...   57

18 
 
Qəbul edirik ki, Günəş sistemi həm sadə, həm də mürəkkəbdir. 
Bütöv  olaraq  sadə,  tərkib  olaraq  mürəkkəbdir.  Prinsipcə 
mürəkkəbliklərin konkret və məxsusi cəmi sadəlikdir.  
Konkret  fikir  fəlsəfi,  ümumiləşmiş  olur,  tərkiblərə 
ayrılan  fikir  isə  fəlsəfi  və  elmi  olur.  Elmi  fikir  də 
konkretdir.  Mütləqlərdən  ibarətdir.  Nəticələr digərləri üçün 
aşkarlayıcı  faktorlardır.  Bir  istiqaməti  açmaq  sanki  okeandakı 
bir gəmiyə bənzəyir.  Ucsuz –bucaqsız sularda sadəcə bir gəmi 
üzür, özünün yolunu cızır. Belə hesab edək ki, okean elə qeyri-
müəyyən  biliklər  toplusudur.  Gəmi  burada  xətt  müəyyən 
edəndir. Təyyarə də uçarkən atmosferdə   bu prinsipi yaradır. 
İnsan kainatın tərkibidir. Buna görə də ondandır və ondan 
yaranandır.  İnsan  özündə  kainatı  cəmləşdirir.Bu  nötqeyi-
nəzərdən də insan fəaliyyəti, məqsədi, məramı, niyyəti   kainat 
prinsiplərinə,  vahid  nizama  zidd  ola  bilməz.  Fəaliyyətin 
mənbəyi  elə  kainatın  özündəndir.    Ziddiyyət  yalnız  insanların 
müəyyən etdikləri mikro mühitdə (makronizamın daxilində baş 
verən  hərəkətlərdə)    ola  bilər  və  subyektivliyin  məkan 
fərqindən yarana bilər.    
İnsanların  daxili  və  xarici  aləmləri  bir-birini  tamamlayan 
bütövdür.  İnsanların  daxili  çatışmazlıqları  da  onların  xarici 
aləmlə olan fəaliyyət qüsurlarından irəli gəlir. Bu baxımdan da 
ətraf  aləmlə  təmas  sağlamlığın  rəhnidir.  Ətrafla  təmas  enerji 
mübadiləsinin 
əsasıdır,  yeni  enerji  qəbuludur,  ruhun 
təzələnməsidir.   
Əsərdə  təbiət  və  insan  vəhdətinin  əsasları  izah  olunur. 
İnsanın  daxili  və  xarici  aləminin  (xarici  aləm  təbiət  və 
fövqtəbiətdir)    tamamlayıcı  əsasları  subyektivcəsinə  təhlil 
edilir.     
Sonsuzluq  məkanında  lap  ilk  başlanğıcı  demək  olmaz. 
Bu    bilinməyəndir.  Məsələn,  Yer  kürəsi  və  digər  planetlər 
qalaktikalarda  heç  də  mütləq  mərkəzi  element  hesab  oluna 
bilməz.  Başlanğıc  şərtidir.  Sonsuz  məkan  daxilində  elementin 
başlanğıc  olmasını  müəyyən  etmək  qeyri-mümkündür.    Lakin 


19 
 
müəyyən  mərhələnin  başlanğıcını  bilmək  olar.  Əlamətlərlə  bu 
barədə fikir bildirmək mümkündür. Bu baxımdan məntiqin də, 
faktları  aşkar  etmək  üçün  həqiqətlərin,  digər  faktların  da    öz 
həddi var. Bu aspektdə insanın başlanğıcı haqqında elmin irəli 
sürdüyü  fikirlər  şübhəli  ola  bilər.  Düzdür,  təkamüllə  bağlı  hər 
hansısa bir fikir bildirmək olar. Lakin bu fikrin həqiqəti hansı 
səviyyədə əks  etdirməsi    şübhəlidir.  Yer kürəsinin  Günəşə  və 
digər  planetlərə  olan  nisbətinin  dəyişən  olması  və  Yer 
kürəsinin mütləq tarixi bir qədər şübhəlidir. 
Belə  qəbul  edə  bilərik  ki,  insanlar  və  digər  aktiv  hərəkət 
edən  canlılar  özlərində  nüvə  daşıyırlar.  Bu  nüvədə,  mərkəzdə 
sintez  və  analiz  prosesləri  baş  verir.  Proseslər  sayəsində 
canlılıq şərtlənir.   
 
 
 
 
 
 
 
 
 


20 
 
I FƏSİL: TƏBİƏT 
 
Kainat haqqında 
 
Kainat  hərəkət  müstəvisidir,  elementlərin  toplusudur.  
Elementlərin  özündən  də  qüvvə  və  enerji  meydana  gəlir. 
Kainatda  elementlər  arasında  sürtünmə  baş  verir  və  məkanda  
müxtəlif  istiqamətli  sürtünmə  həyata  keçirilir.  Sürtünmədən, 
itələmədən,  sintez  və  parçalanmadan    qüvvə,  enerji  meydana 
gəlir.  Sürtünmədən  enerjinin  aktivləşməsi  də  yaranır. 
Aktivləşən  enerji  də  sürəti  yaradır.  Sürət  toxunmadan, 
elementə olan kənar təsirdən meydana gəlir. Sürət halında  olan 
elementlər qüvvələrin, təsirlərin  əsaslarını formalaşdırır.   
Kainat bu baxımdan da hədsiz, kəmiyyətsiz (ölçüyəgəlməz 
dərəcədə  böyük  və  sonsuz  olan)    enerji  mənbəyi  olan  sonsuz 
bir  məkandır.  Kainat  bir  müstəvi  olaraq  bərk,  qaz,  efir,  maye 
halında  olan  elementlər  cəmindən  ibarətdir.    Kainatdakı  işıq 
enerji  amilidir.  Kainat  işıq  (aktiv  mənbələrdən)  və 
qaranlıqlardan  (işığın  müəyyən  məkanlarda  azalmasından, 
passiv mənbələrdən, passiv mühitdən)  ibarətdir. Kainatın əsas 
mənbəyi  qaranlıqdır.  Yəni,  passiv  enerjidir.  Qaranlığın 
çevrilməsindən  işıq  meydana  gəlir.  Qaranlıq  elementlərlə, 
sürəti  nisbətən  zəif  olan,  “yatmış”  elementlərlə    zəngindir.  
Qaranlığın  özündə  də  işıq  var.  Çünki  hərəkət  var.  Qaranlıq 
azalan  məkanda  azalan    işığın  təcəssümüdür.    Buna  görə  də 
qaranlıq mövcuddur. Azalan işığın təzahürüdür.  
İşıq  amili makro və hüdudsuz, həm  də hüdudlu, müəyyən 
bir    məkanda  kəmiyyəti  məlum  olan    amildir.  Buna  görə  də 
kainatda  işığın  sürəti  naməlumdur.  Kainat  işığının  başlanğıcı 
bilinmədiyi  halda,  işığın  sürəti  dəqiqiliyi  ilə  müəyyən  oluna 
bilməz.  İşığın  sürəti  hər  bir  məkanda  dəyişəndir.    Qeyd 
olunduğu  kimi,  qaranlığın  işığı  da  mövcuddur.  İşıq 
qaranlıqlardan  ışığa,  aydınlığa    doğru  sürətini  və  tərkibini 
dəyişir. Bu baxımdan sadəcə olaraq müəyyən məkanda mövcud 


21 
 
olan  işıq  sürəti  ölçülə  bilər.  Həmin  sürət  ancaq  o  məkana 
aiddir.  Məsələn, başlanğıcı məlum olan və  müəyyən bir  kütlə 
ilə  axın  edən  işıq  selinin  sürətini  dəqiq  ölçmək  olar.  Lakin  bu 
ölçü  nəticəsini    bütün  hallar  üçün  xarakterik  və  prinsipial 
olaraq  qəbul  etmək  olmaz.  Kainatda  işığın  sürəti  hər  bir 
məkanda  fərqlidir.  Bu  baxımdan  da  Günəşlə  Yer  kürəsi 
arasında məsafəni,   qeyri-dəqiq şəkildə müəyyən  olunan işıq 
sürətini    əsas  götürüb,    dəqiq  hesablamaq  mümkün  olmaz. 
Çünki  Günəşdən  çıxan  işığın  sürətini  də  dəqiq  ölçmək  qeyri-
mümkün  olar.    Günəşin  kütləsi  dəqiq  ölçülə  bilməz  və  ondan 
çıxan işıq selinin sürətini ölçmək qeyri-mümkündür.     
İşıq  öz  mənbəyindən  mənsəbinə  doğru  stabil  sürətlə 
hərəkət  edə  bilir.  İşığın  sürəti,    belə  güman  etmək  olar, 
mənbədən,  işıq  verən  mənbədən  və  onun  kütləsindən  asılıdır. 
İşığın  sürəti  həm  də  cəzb  edənin,  onu  özündə  əks  etdirənin  
kütləsindən  asılıdır.  Məsələn,  işıq  Marsda  bir,  Yer  kürəsində 
başqa  bir  sürətlə  olmalıdır.  Marsda  tənzimləmə  sürəti  bir 
ölçüdə, digər planetlərdə isə başqa ölçüdədir.   Kainatda bütün 
mənbələr  və  mənsəblər  eyni  ola  bilməz.  Buna  görə  də  işıq 
sürəti  də  itələmə  və  cəzbetmə  qüvvəsinə  görə  fərqlidir.  İşıq 
sürəti mənbə, mənsəb və axan kütlədən, seldən asılıdır. 
Kainat,  onun  tərkibi  olan  təbiət  öz  tərkibindəki  varlıqlarla 
immanentdir.  Təbiət  mövcudluqları  insan  düşüncələri  üçün 
həm  ezoterik  (daxili,  sirli),    həm  də  ekzoterik  (hər  kəs  üçün 
aydın  olan,  geniş  yayılan)  xassəlidir.  İnsan  daxili  və  xarici 
insan üçün tam bəlli deyil. Buna görə də insanın ezoterikası və 
ekzoterikası  kainatın  ezoterikidir,  yəni  daxilidir.    O  da  tam 
müəyyən  deyil.    İnsan  özünü  bu  sonsuz  varlıq  məkanda  tam 
mənası ilə tapa bilmir. İnsan daha çox bilməyən, bəlli olmayan  
məxluq  kimi  yaşayır.     İnsan öz ruhi və  maddi-fiziki aləmi ilə 
öz  düşüncələri  üçün  bütöv  olmaqla  bərabər,  həm  də 
yarımçıqdır. İnsan daxilən əldə olunan  məlumatlara şübhəlidir, 
aşkar  olunan    həqiqətə  də  hətta  şübhə  ilə  yanaşır.  Aydınlığın, 
gerçəkliyin  makro  sonsuzluqda  mənasını  dərk  edə  bilmir.    Bu 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə