İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   2   3   4   5   6   7   8   9   10   ...   57

22 
 
baxımdan  da  insan  bir məxluq  kimi  təbiətdən  tam  şəkildə  öz-
özünə aydın olan   nəticə deyil. İnsanın tam sirri onun özündən 
kənar  makro  dünya  üçün  tam  bəllidir.  Bu  baxımdan  da  insan 
təbiəti  və  kainatı  dərk  etməklə,  bu  kimi  varlıqları  özünə 
düşüncə  obyekti  etməklə,        özünü  kənardan  dərk  edə  bilər. 
Digər  tərəfdən,  insanlar  əlaqələr  və  münasibətlər  fonunda  bir-
birilərini dərk etmək iqtidarında olurlar.    
Adi  bir  fikir  adamı  olaraq    məndə  kainatla  bağlı  dualistik 
baxış  var.  Bu  da  şübhələrdən,  qəti  əminliyin,  aydınlığın  
olmamasından irəli gəlir. Çünki  hər bir şəxs kimi mən də çox 
məlumatlı  deyiləm.    Dərinə  düşünmək  elə  şübhələri  yaradır, 
çünki sistem düşüncə ilə bir qədər açılır  və mənalar çoxbucaqlı 
olur.  Dərinə  düşüncə  sayəsində  müəyyən  bir  məkanda 
elementlər  aydınlaşır.  Aydınlaşma  sayəsində  bəlli  olanlar  öz 
arxasınca  digər  bəlli  olanları  ayırd  edir.  Bu  ayırdetmələr 
sayəsində  insanlarda  şübhələr  meydana  gəlir.  Şübhələrin 
miqyası  düşüncələrin  açılması  ilə  artır.  Bu  artım  həm  də 
əminliyi və qəti düşüncələri, mütləq əminlikləri  çoxaldır.  
Kainatın 
(həm 
də 
tərkibindəki 
qalaktikaların-bərk 
materiyaların-ulduzların)    əbədi  olması,  daxilində  təkamülü, 
yəni  yeni  təzahürləri,  dəyişiklikləri  əks  etdirən  vəziyyətlərin 
mövcud  olmaması,  -  bir  tərəfdən,  dəyişikliklərin  olması,    bu 
baxımdan yeni ulduz və planetlərin zaman-zaman yaranması və 
yoxa  çıxması  isə  digər  tərəfdən,    dualistik  baxışları  yaradır. 
Belə  suallar  daima  düşündürücü  olur:  doğrudanmı  yeni 
ulduzlar  doğulur,  ya  da  ümumiyyətlə,  kainatda  generasiya 
prosesləri baş vermir.  
İnsan  üçün  kainat  çox  mürəkkəbdir,  ona  görə  ki,  kainat 
müstəvisi geniş həcmdə, aralı məsafədə  insandan həm də  çox 
uzaqdadır.  Ancaq  bu  o  demək  deyil  ki,  insan  kainatdan 
kənardadır.  Əksinə,  kainatın  özündədir.  İnsanın  duyğu 
orqanları  kainatın  insan  üçün  uzaq  olan  məsafəsini    tam  tuta 
bilmir.  Bu  baxımdan  da  kainatı  dərk  etməyin  ən  məqbul  yolu 
insanın öz daxilini açmasından ibarətdir. Ona  görə ki,  daxildə 


23 
 
modelləşmiş, 
ümumiləşmiş 
 
məlumatlar 
mövcuddur. 
Formulaların 
açılması 
gərəkdir. 
Obrazlanma 
kifayət 
olmadığından  mütləq  universal  və  məxsusi  həqiqətə  geniş 
miqyasda  gedib  çatmaq  mümkün olmur. Belə  deyək ki,  kainat 
o qədər sonsuzdur ki, onun artması, genişlənməsi yoxdur. Yəni, 
sərhədləri  yoxdur.  Varsa,  o  sərhədlərdən  sonra  nə  var?-sualı 
ortaya  çıxır.    Bu  aspektdə  bütün  proseslər  sadəcə  olaraq  bu 
sonsuzluq  daxilində baş  verir.  Qalaktikaları  kainat  özü  yaradır 
(əgər  tarix  varsa).  Sonsuz  məkan  onsuz  da  hədlərsizdir, 
genişlənmir.  Kainat  sonrası    (kainat  kənar)  fikir  ola  bilməz, 
qalaktikalar  onun  daxilindədir.    Dəyişiklik,  təkamül  prosesləri 
bu  sonsuzluğun  daxilində  baş  verir.  Belə  güman  edək  ki, 
qalaktikalarda dəyişmələr olur,  yeni  ulduzlar  yaranır, planetlər 
yaranır, kometalar, asteroidlər,  qaz dumanları və digər kainat 
cisimləri,  obyektləri,  element  birləşmələri,  bərk  materiyalar  
ortaya  çıxır.  Bu  cisimlər  öz  mənşəyini  elə  kainatdan  götürür. 
Kainatdakı  zəruri  dəyişikliklər  fonunda  bu  kimi  gerçəkliklər 
meydana  gəlir.  Kainatın  daxili  qanunauyğunluğu  elə  onun 
özündən  meydana  gəlir.  Bütün  proseslər  də  nizamasalmanın 
əsasını təşkil edir.  
Qeyd:  belə  bir  fikir  də  bildirək  ki,  kainatda  makro 
dəyişiklik  baş  vermir.  Heç  bir  ulduz,  planet  yaranmır. 
Ulduzların  və  planetlərin  tarixi  yoxdur.  Sadəcə  olaraq 
qanunauyğun  yerdəyişmələr  edirlər.  Tarixi,  yaranış 
ardıcıllığını  biz  insanlar  düşünürük,  daha  doğrusu 
uydururuq;  çünki  mikro  aləmdə  dəyişikliklərə  məruz 
qalırıq. Doğulma və ölüm proseslərinin şahidi oluruq. Eləcə 
də  təbiətə  mikro  təsirlər  edirik  və  əldə  olunan  məhsulları 
makro  zamanın  axarına  buraxırıq,  daxilinə  qatırıq.  Bu 
baxımdan  da  zaman  elə  bizim  özümüz  üçündür. 
Zamansızlıq prinsiplərindən irəli gələrək hesab edə bilərik 
ki,  Günəşin və  planetlərin yaranış  tarixi yoxdur. Başlanğıc 
yoxdur,  son  da  ola  bilməz.  Onu  da  demək  olar  ki, 
planetlərsiz  Günəş  fəaliyyətini  təmin  edə  bilməz.  Günəşin 


24 
 
özü 
mövcud 
ola 
bilməz. 
Çünki, 
 
planetlərin 
mövcudluğundan və hərəkətindən Günəş öz mövcudluğunu 
təmin  edir.    Belə  olan  halda  yaranış  tarixi  şübhə  altına 
alınır.  
Kainat  müstəvisinin  daxilən  dəyişikliyə  məruz  qalması  və 
nahamarlıqların  yaranması  mümkündür.  Lakin  bu  prosesləri 
daha  çox  sistemli  və  təkrarlanan  hesab  etmək  olar.  Məsələn, 
belə güman edə bilərik ki, Günəş və planetlər arasında əlaqələr 
sadəcə 
olaraq 
təkrarlanmadan, 
bir-birini 
təkrarlayan 
hadisələrdən,  proseslərdən,    görüntülərdən    ibarətdir.  Burada 
isə  Yer  kürəsinin  təkamülü  haqqında  bir  qədər  şübhələr 
mövcuddur.    Kainat  “boşluğu”  (kainat  müstəvisini  təşkil  edən 
elementlər) dəyişikliyin, yaranmanın əsasını,  mənbəyini təşkil 
edir.  Qəbul edək ki, bütün cisimlər ancaq fərqli   formadırlar. 
Məzmun  köklü  baxımdan  eynidir.  Ona  görə  ki,  mənbə,  yəni 
kainat  eynidir.    Ulduzlar,  qaz  dumanları,  planetlər,  digər 
bərk  cisimlər  formasını  dəyişərək  kainat  fəzasına  çevrilə 
bilərlər. Bu, ehtimallara çox söykənən bir fikirdir. Həqiqət və 
mütləq  də  odur  ki,  sadalanan  materiya  aləmi  elə  kainatdan, 
onun efirindən  mənbəyini götürür.  
Belə qəbul edək ki, kainat müstəvisi onun bərk materiyaları 
üçün  başlanğıcdır.  Əsas  bazadır.  Bu  baxımdan  da  kainat 
obyektlərinin  yaranması  haqqında  fərziyyələr  (ehtimallar, 
təxminlər,  gümanlar)    həqiqətə  uyğun  ola  bilər.  Lakin  tarixi 
demək  çətindir.  Tarixi  ayırd  edən  modellər  də  subyektiv  və 
yarımçıq ola bilər.  Hər bir sistemin tarazlı olması prinsipi bir 
istiqamətdə  onu  deməyə  əsas  verir  ki,  sistemdə  sadəcə  olaraq 
tarazlığı saxlamaq üçün element ötürmələri baş verir. Cisimlər 
və  fəza  (kainat  fəzası)    bir-birinə  elementlər  ötürürlər.  Burada 
fəza  ötürücü  funksiyanı  yerinə  yetirir.  Həmçinin  özünə  daxil 
edir  və  özündən  buraxır.  Bu  baxımdan  da  hər  bir  yaranışın 
mənbəyi  kainatın  bərk  cisimlər  olmayan  fəzasıdır.  Çünki, 
görünən  də  elə  həmin  fəzadır.    Makro  (ölçüsüz)  kainat  əsas 
mənbədir və hər bir kosmik fəza  əməliyyatı onun daxilində baş 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə