İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

25 
 
verir.    Fəza  səthində  yaranan  nahamarlıqlardan  yeni  bərk 
cisimlər  ortaya  çıxır.  Bu  proseslər  kainat  daxilində  olan 
təkrarlanmalardır.  Bu  nahamarlıqlardan  güc,  qüvvə  yaranır. 
Elementlərin  sürətli  axını  baş  verir.  Nahamarlıqlar  dolur,  bu 
axın  sayəsində  fəza  cisimləri  yaranır.  Fəza  elementləri 
(obyektləri)  –ulduzlar,  planetlər,  qaz  –buxar  halında  olan 
cisimlər  və  digərləri  öz  mənşəyini  elə  “boşluqlardan”  götürür. 
Bənzətmək  üçün  belə  təsəvvür  edək  ki,  okean  suları  qarışır, 
böyük  dalğalardan  bir-birinə  çırpınır,  burulğanlardan  güc, 
qüvvə  meydana  gəlir.  Okean  sularının  nisbi  sabit  və  sakit 
vəziyyəti  potensial  və  passiv    enerji  mənbəyidir.  Belə  bir 
fərziyyə  irəli  sürək  ki,  okean  sularının  çırpınmasının  iki 
böyük  nəticəsi  meydana  gələ  bilər:  birincisi,  bərk 
materiyanın  əldə  olunması,  ikincisi,  alovun  yaranması.  
Ulduzlar  və  planetlər  isə  fəzaya  nisbətən  aktiv  enerji 
cisimləridir.  Onlar  müəyyən  müstəvidə  passivlikdən  aktivliyə 
keçən nəticələrdir. Mənbə isə passiv səthdir, müstəvidir.    
Qeyd:  Okeanlardan,  dənizlərdən    də    atmosferə  enerji 
ayrılır.  Okeanlardan,  digər  su  hövzələrindən    enerjinin 
ayrılması  sayəsində  buxar,  külək  yaranır.    Küləklərin 
hərəkətini  də  okeanlardan  ayrılan  enerjilər  də  təmin  edir. 
Təbii ki, burada dağlar, təpələr və düzənliklər, çökəkliklər, 
ovalıqlar    da  mühüm  rol  oynayır.    Külək  özü    maye  suya 
nisbətən  soyumuş  “sudur”,  suya  qədər  olan  bərkləşmiş 
buxardır. Hava buxar-su arasında olan bir haldır. Küləyin 
mənbəyi  həm  su,  həm  bərk  materiya,  həm  də  Günəşdir. 
Güman  etmək  olar  ki,  Günəş  enerjisi  atmosferə  çevrilir, 
atmosferi  yaradır,  fərqli  tərkib  də,  yəni  Yer  kürəsi  üzrə 
fərqli  paylanmalar  da  küləkləri  meydana  gətirir.  Yer 
kürəsinin  atmosferində  kosmik  fəzanın,  efirin  də  payı  var 
və bəlkə də əsas həcmini, kütləsini təşkil edir. Günəşin bərk 
materiyalara  olan  nisbətindən  də  atmosfer  yaranırsa, 
deməli,  bütün  planetlərdə  və  onların  təbii  peyklərində 
özünəxas atmosfer mövcuddur. Bütün planetlərdə atmosfer 


26 
 
həm planetlərin daxilindən, həm Günəşdən, həm də efirdən
yəni,  kosmik  fəzadan    meydana  gəlir.      Burada  toplaşan 
elementlər  (maye  hal)  öz  gücündən,  qüvvəsindən  bərkləşmə 
yaradır.  Yeni  bərk  cisimlər  alınır.  Bu  bərk  cisimlər  arasında 
olan  elementlər  ötürülmələri  baş  verir.  Mən  bu  hipotezanın 
mütləq başlanğıcını, yəni Günəşin, digər ulduzların, planetlərin  
yaranma  tarixini  deyə  bilmirəm.  Bu  şübhədir,  qəti  əminlik 
yoxdur.  Qəti  fikir  ola  bilməz.  Bu,  insanlara  tam    aydın  ola 
bilməz.  Yalnız  seçmə  insanlar  (peyğəmbərlər,  uzaq  görənlər, 
ekstrahissli  insanlar)    bir  qədər  geniş  deyə  bilərlər.    Çünki 
insanlar 
kainatın 
daxilindədirlər, 
kainatdan 
fövq 
(kainatxaric)deyillər  və  bu  aspektdə  də  tam  başlanğıcı  deyə 
bilməzlər.  Bu  istiqamətdə  olan  bütün  fikirlər  şübhəlidir, 
gümandır,  təxmindir. Həm  də  gerçəklik və təxmindir. Çünki, 
insanlar  kainat  kənar  düşünə  bilməzlər.  Təxminlər  də 
obyektivliyi  yaradır.  Yəni,  hər  kəsdə  olan    fikir  digəri  üçün 
obyektiv  ola  bilir.  O  da  düzdür  ki,  insanlar  mikrokainat 
modelləridir  və  daxillərində  kainatın  sirlərini  daşıyırlar.  Onun 
açılması  da  müəyyən  faizlə  yalnız  bəzi  insanlara  qismət  olur. 
Əbədi  və  sonsuz  kainatda  mütləq  başlanğıc    və  mütləq  son 
yalnız obyektlərdə, göy cisimlərində bir qədər (müəyyən faizlə)  
deyilə  bilər.  Ümumən  isə,  yəni  bütün  kainat  üzrə  başlanğıca 
görə  fikir bildirmək qeyri-mümkündür.  
Fərz    edək  ki,  təkamül  prosesləri  baş  vermir  (məsələn, 
Günəş  sistemində,  Yer  kürəsində,  digər  planetlərdə),  onda,  
insanların  və  digər  canlıların  vahid  başlanğıclarını  (yaranma 
tarixlərini,  təkamül  tarixlərini)    demək  çətindir.  Ola  bilər  ki, 
bütün  canlılar  üçün  eyni  mənşəli  toxumlar  (rüşeymlər)    var. 
Günəş  sistemində  ardıcıl  olaraq  paylanan  enerji  sayəsində 
toxumlardan  (hüceyrələrdən)  iri  canlılar  yaranır.  Müəyyən 
müddətdən  sonra  isə  ölürlər.  Canlılarla  bağlı  proseslər  çox 
güman ki, mikro aləmdə baş verən dəyişikliklərlə əlaqəlidir.     
Yer üzərində səpələnən fərqli enerji, fərqli məkan canlıları 
fərqli  yaradır.    Bu  da  toxumların  fərqli  kəmiyyətləri  ilə 


27 
 
əlaqəlidir.  Belə  hesab  etmək  olar  ki,  çəki  və  kəmiyyət  amili 
fərqlərin, gücün, sürətin, tərkibin, qüvvənin əsasıdır. Kəmiyyət, 
nisbət,  qarşılıqlı  sintez  faktoru  fərqliliyin  özünü  meydana 
gətiri.  Bu  baxımdan  da  qərara  gələ  bilərik  ki,  heyvanların 
nüvələri  ilə  insanların  nüvələri  arasında  fərqlilik  var. 
Oxşarlıqlar  da  mövcuddur  ki,  bəzi  forma  və  məzmunlar 
oxşarlıq təşkil edir.    
Qeyd: məsələn, dünya okeanının hər bir dərinliyində su 
eyni  sıxlıqda,  temperaturda  ola  bilməz.  Çünki  aşağı 
endikcə kütlə fərqi yaranır. Kütlə artdıqca sıxlığı çoxaldır.  
Bu da fərqli   sürəti və  qüvvəni  meydana gətirir. Sıxlıq çox 
olduqca  suyun  dibinə  doğru  hərəkət  edən  bərk  cismin 
sürəti  arta  da  bilər.  Canlı  aləm  də  fərqlənir.      Fərqlilik  də 
fərqli enerji sahəsini formalaşdırır.  Fərq və kütlə tərkibdən və 
tərkib  birləşmələrindən  meydana  gəlir.  Kütlə  amili  sürətin, 
təkanvericiliyin,  təsir  qüvvəsinin  əsaslarını  ortaya  çıxarır.     
Günəş  və  digər  ulduzlar  bütün  məkanda  canlılara  eyni  şəkildə 
enerji  vermir,  güc,  qüvvə,  sürət  vermir.  Bu  aspektdə  fərqli 
bədən strukturu və fərqli ruh meydana gəlir. Onlar arasında isə 
oxşarlıqlar, eyniliklər olur.  
Qeyd:  oxşarlığın  eynilikdən  fərqi  obyektin  və  ya  da 
subyektin  fiziki  quruluşlarının  ölçü  amili  dərəcəsindən 
asılıdır.  Eyni  obyekt  və  subyektdə  nə  qədər  eyni  ölçülü 
element  eyni  məsafədə  cəmləşərsə,  bir  o  qədər  oxşarlıq 
dərəcəsi  artar.  Elementlər  arasında  oxşarlıq  dərəcəsinin 
yüksək həddi eynilikdir. 
 
Nəticələr: 
 
-kainat sonsuzdur, bu sonsuzluğu həm passiv müstəvi, həm 
də  aktiv  fəza  cisimləri  yaradır.  Kainat  baza  elementlərlə 
zəngindir.  Bu  baxımdan  da  planetlərdə  olan  bütün  elementlər 
ulduzlarda  və  efir  məkanında  (planetlərxaric  məkanlarda, 
fəzada)  mövcuddur.      Elementlər  zənginliyi  aktiv  cisimlərdə 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə