İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

28 
 
mərkəzləşir.  Burada  element  birləşmələri  yaranır.  Kainatın 
elementləri qalaktikalarda daha sıx birləşir. Bu birləşmədən də 
kəmiyyət, kütlə meydana gəlir
-kainat cisimlərinin kütlə fərqi, çəki fərqi məhz özlüyündə 
sürət  və  qüvvə  fərqini  meydana  gətirir.  Qüvvə  başlıca  olaraq 
kütlədən,  çəkidən  və  onların  hərəkət  sürəti  və  məsafələrindən 
asılı olur; 
-kainat  müstəvisində  elementlər,  zərrəciklər  daha  yüngül 
formadadır.  Birləşmələri  isə  ulduzları  və  planetləri,  qaz 
dumanlarını, digər cisimləri yaradır; 
-kainat  müstəvisinin  fərqli  birləşmələri  fərqli  sürətdən 
yaranır. Sürət çox olanda birləşmə və parçalanma çox ola bilər. 
Bu baxımdan da ulduzlar və planetlər fərqi mövcuddur
-kainat  müstəvisində    sürət  artanda  geniş  həcmdə 
elementlər 
hərəkətə 
gəlir. 
Bu 
hərəkətlər 
müstəvidəki 
tarazlıqları  pozur.  Pozma  sayəsində  nahamarlıqlar  yaranır. 
Nahamarlıqlarda  əsasən  ulduzlar  (Günəş  və  digər  ulduzlar) 
yaranır; 
-kainat  müstəvisi  (fəza,  efir  məkanı,  atmosferdən  kənar 
yüngül  məkan)    mənbədir,  ulduzlara  və  planetlərə  nisbətən 
passiv  mənbədir.  Hərəkət  sayəsində  aktivlik  olur.  Aktivlik 
passiv  elmentlərin  sürətindən  meydana  gəlir.  Bu  anda  təsirlər 
yaranır.  Passivlikdən  aktivliyə  keçid  yaranışla  nəticələnə  bilir. 
Bu baxımdan da kainatda sürət amili ulduzların və planetlərin 
yaranması səbəbidir (fərziyyə); 
-qonşu  sistemlərdən  yandakı  təsirlər  meydana  gəlir.  Bu 
baxımdan  da  kainatda  qalaktikalar  qalaktikaları  yarada  bilər. 
Bir  nizamın  çevrilməsi  qonşu  sistemdə  təsirləri  yarada  bilər. 
Makro  təsirdən  mikro  aləm  yaranır.  Sonradan  da  makronun 
tərkibinə çevrilir. Deməli,  yaranış yeni yaranışları şərtləndirir. 
Fikirlərdə olan ehtimallar (fərziyyələr) çoxdur; 
-insanlar  və  digər  canlılar  mənşəcə  kainata  bağlıdırlar. 
Onların toxumları baza etibarilə oxşardır,  eynidir. Ancaq fərqli 
enerji  fərqli  canlıları  yaradır.  Toxumlar  fərqli  canlılarda 


29 
 
məxsusi  olur.  Yəni,  hər  bir  canlı  özündən  sonra  oxşarını, 
eynisini, eyni növünü gətirir
-canlıdan fərqli canlı fərqli mühitdə və temperaturda, enerji 
fərqində yarana bilər. Əgər biz təkamül nəzəriyyəsinə inansaq, 
onda belə qərara gələ bilərik ki, bu, Yer kürəsinin təkamülü ilə 
bağlı  olub.  Sabit  enerji  müstəvisində  canlıdan  tam  fərqli   
canlının  (məsələn,  heyvandan  insanın  əmələ  gəlməsi)      əmələ 
gəlməsi  bir  qədər  şübhə  doğurur.  Canlının  dəyişməsi  fərqli 
enerjidən  asılıdır.  Eyni  toxumlar  fərqli  enerji  mühitində  fərqli 
canlıları  yaradır.  Burada    fərqlərin  güclü  olması  dedikdə, 
insanların  dağlarda,  düzənliklərdə,  fərqli  iqlim  qurşaqlarında, 
meşəliklərdə,  səhralarda    yaşamasını  və  doğulmalarını  başa 
düşmək  olmaz.  Qlobal  sistem  dəyişiklikləri  fonunda  meydana 
gələn fərqlər  nəzərdə tutulur. Təbii ki, dağ, meşə və digər ətraf 
aləm  fərqi  insanların  qismən  fərqli  olmasını  şərtləndirir.  Bu 
fərqlilik  xarici  görünüşdə  və  düşüncələrdə  də  əks  olunur. 
İnsanlar tiplərə bölünə bilir.  
Qeyd: 
sürətli 
sənaye 
inkişafı  insanlarda  fiziki 
məhdudluğu,  əqli  məhdudluğu  yarada  bilər.  Bu  vərdişlər 
genlərdən  -genlərə  irsən  keçə  bilər.  Bu  anda  gələcəkdə 
indikinə  nisbətən  fərqli  nəslin  yetişməsi  mümkündür.  Ola 
bilər  ki,  bu  fərq  insanların  bioloji  və  ruhi  oxşarlığında  da 
əks  olunsun.  Əgər  biz  bu  prinsiplərə  inansaq,  onda  elə 
təkamül  nəzəriyyəsinə  də  qismən  inana  bilərik.  Lakin  bu 
təkamül  nəzəriyyəsi  insanlardan  -  insanlara  aid  olmalıdır. 
İnsanların  heyvan əcdadları haqqında fikirlər şübhəlidir
-kainatda  olan  enerji  fərqi  fərqli  dadı  və  iyini  müəyyən 
edir.  Passivlikdən  aktivliyə  keçid  zamanı  və  yaxud  əksinə 
keçidlərdə fərqli dad və iyi meydana gəlir. Deməli, rəng və iyi, 
eləcə də dad fərqi fərqli kəmiyyətlərdən və fərqli enerjidən asılı 
olur; 
-kainatdakı  fərqli  koordinatlar,  məkan  yerinin  fərqli 
olması,  fərqli  bucaqlar  fərqli  yaranışların  əsaslarını  ortaya 
qoyur.  Yəni,  bir  məkanda  olan  cisim  ilə  digər  məkanda  olan 


30 
 
kosmik cisim arasında sürət,  kəmiyyət fərqi mövcuddur. Buna 
görə  də  planetlər,  ulduzlar,  digər  səma  cisimləri  bir-birindən 
formaca    fərqlidirlər.  Lakin  baza  məzmunlarında  oxşarlıqlar 
çoxdur. Belə təxmin etmək olar ki, kainatda tam eyni qalaktika, 
tam  eyni  ulduz  və  planet  yoxdur.  Çünki  dayanış  (duruş)  
müstəviləri və məkanlar fərqlidir
-Yer kürəsinin hər bir məkanında eyni tərkibli materiya ola 
bilməz. Hətta amosfer və su, fauna və flora mühiti də bir qədər 
fərqlidir.  İnsanların  da  qismən  fərqləri  var.  Dillərin,  xalqların 
yaranmasında məkan fərqləri amili də böyük rol oynayıb; 
-Yer  kürəsi  və  digər  planetlər  məxsusidir.  Kainatda  yer 
kürəsinin  və  digər  obyektlərin  tam  eynisi  ola  bilməz.  Hər  bir 
məkanın öz xassəsi var. Başqa məkan fərqləndiricidir. Planetlər 
və  digər  bərk  cisimlər  eyni  ola  bilməz,  fərqlidir.    Günəş  də 
təkdir. Heç bir ulduz onun kimi ola bilməz. Buna görə də insan 
kainatda təkdir. 
 
 Varlıq haqqında  
 
Varlıq- var, hər şeyin başlanğıcı varlıq üzərindədir. Kainat 
varlıqdan  ibarət  olan  sonsuz  müstəvidir.  Kainat  elə  varlıqlar 
müxtəlifliyinin,  elementlər  müxtəlifliyinin    birləşməsidir.  
Varlıqlar  varlıqlar  üzərindədir.  Varlıqlar  varlıqlardan  törəyir. 
İstənilən  formanın  və  məzmunun  başlanğıcı  başqa  forma  və 
məzmundadır. Buna  görə də tam mənada düşünülən “yoxluq” 
yoxdur. Sadəcə olaraq bir məkanda digər element olmaya bilir.  
Hər bir məkan elementdən ibarətdir.  Bir varlığın əvvəli başqa 
elementin  məkanıdır.  Varlıqlar  müxtəlif  ölçülü  məkanlarda 
birləşir.    Bu  baxımdan  da  belə  qəbul  etmək  olar  ki, 
başlanğıcdan  əvvəlki  başlanğıc  da  var  və  bu,  mütləq 
varlıqlardan  ibarətdir.  Varlıqdan  varlıq  törəyir,  varlıq  öz 
başlanğıcını  başqa  varlıqdan  götürür.  İnsan  və  digər  aktiv 
canlılar öz başlanğıcını elə varlıqdan götürür. İnsanın başlanğıc 
varlığı  elə insanın özüdür, hansı ki,  insan  təbiətdən tərkibdir, 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə