İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

130 
 
vardır:  təminedici,  müdafiəedici,  enerji    bərpaedici.  Hər  üç 
funksiyası enerji qəbulu və emalı sayəsində yerinə yetirilir.  
İnsan siqnallardan, zərrəciklərin hərəkətlərindən ibarət olan 
təbiətdə  siqnal  qəbuledici  və  ötürücü  funksiyanı  yerinə  yetirir 
və  bununla  da  öz  mövcudluğunu  ömür  boyu  təmin  edir. 
Siqnalları  qəbul  edib-ötürməklə  enerji  alır,  daxili  enerjisini 
formalaşdırır  və  enerji  ötürür.  Ətraf  mühitlə  əlaqə  daxili 
mövcudluğun  təminatına  xidmət  etməkdən  ibarətdir.  Enerji  
mübadiləsi  prosesində qazancları və itkiləri olur.  
İnsanlar  bioloji  forma  baxımından  sinirlərin  fəaliyyətini 
təmin edən hissələrdən ibarətdir. Sinirlər enerji ilə təmin olunur 
və  onlar  orqanizm  boyu  enerji  ötürürlər.    Sinirlərin  (siqnal 
daşıyıcı  hüceyrələrin,  toxumaların,  xətlərin-damarların) 
toplandığı  mərkəz beyin mərkəzidir. Buraya siqnallar ötürülür 
və  qəbul  edilir.    Belə  qəbul  edə  bilərik  ki,  siqnal  qəbul  edən 
orqanlar  orqanizmdaxili  və  orqanizmxarici  (orqanizmin  ətrafa 
çıxışını təmin edən) olur.  Orqanizmdaxili sistem daxil barədə 
məlumatları həm bir-birilərinə, həm də beyin mərkəzinə ötürür 
və  oradan  da  siqnallar  qəbul  edir.  Orqanizmdaxili  siqnallar 
orqanizmxarici  siqnallarla  birləşir  və  onlarla  tamamlanır.  
Duyğu  orqanları-göz  (görmə),  qulaq  (eşitmə),  dil  (dadbilmə), 
burun  (iyibilmə),  lamisə  (dəriyə  toxunduqda  hiss  etmə),  cinsi 
orqanlar,  saçlar  (saçları  əl  vurmadan  başqa  bir  obyektə 
toxundurduqda  hissiyyyat  yaranır)    orqanizmin  xarici  siqnal 
qəbulediciləridir.  Bu  vasitələr    siqnalları  qəbul  edirlər,  beyin 
mərkəzinə  ötürürlər.  Dəri  də  siqnalları  bütün  orqanlara  ötürür. 
Siqnallar  beyində  emal  olunur  və  nəticələr  çıxarılır.  Qavrayış 
və  aydınlaşma  prosesləri  həyata  keçirilir.    Yaddaşda  olan 
siqnallar  dərrakəni  formalaşdırır,  nəticələr  çıxarır  və    digər 
orqanlara ötürür. 
Orqanlar qəbuledici (maddi aləmi və siqnalları)  və ötürücü 
(orqanizm  daxilində  maddi  aləmi  və  siqnalları),  maddi  aləmi 
ifrazedici funksiya daşıyırlar.  


131 
 
Nəticə etibarilə qeyd etmək olar ki, insanın əsas sağlamlığı 
ağ  ciyərdən  (zərrəcikləri  material  təminedici  funksiyada    qaz 
qəbul 
edən), 
qaraciyər 
və 
böyrəklərdən 
(ifrazedici 
orqanlardan), qida qəbuledici və ifrazı təmin edən  qıda borusu 
və  mədə-bağırsaq  sistemindən  asılıdır.  (Qeyd:  zərrəciklər  qaz 
halında  insana  həm  siqnal  kimi  ötürülür-burada  duyğu 
orqanları iştirak edir, həm də material aləmi təmin etmək üçün 
qəbul edilir. Burada artıq ağciyər iştirak edir). Ağciyər və mədə 
sistemi  orqanizmin  daxilini    enerji  ilə    təmin  edən  digər 
orqanlara  aiddir.  Belə  nəticəyə  gələk  ki,  insan  orqanizminin 
xariclə  təmasını  yaradan  orqanlar  da  iki  qrupa  bölünür: 
insanları  kiçik  zərrəciklərlə  (məsələn,  qaz  halında  olan 
elementlərlə)  təmin  edən  duyğu  orqanları-bura  aiddir:  eşitmə, 
görmə, dadbilmə (burada diş və damaq sistemi də rol oynayır), 
iyibilmə,  dəri  (məsələn,  havanı  hiss  edir,  toxunanda  digər 
obyektləri  hiss  edir),  saçlar  (bədən  tükləri),    ağciyər;  insanları 
maye halında və bərk halda olan elementlərlə təmin edən orqan 
–mədə-bağırsaq sistemi. Bütün orqanlar taraz şəkildə siqnallar 
ötürmək və cavab verməklə öz fəaliyyətlərini təmin edirlər.  
Orqanizmin  daxili  və  xarici  siqnal  sistemləri  taraz  şəkildə 
fəaliyyət göstərir. Burada tələb və cavab vermək kimi proseslər 
həyata  keçirilir.  Bu  tarazlıq  pozulduqda  digərlərinə  də  təsirlər 
edir.  Mərkəzdə  problemin  yaranması  əsasən  siqnal  qəbuledici 
və  siqnal  ötürücü  orqanların  birində  və  ya  da  bir  neçəsində 
yaranan  problemdən  meydana  gəlir.  Birində  yaranan  problem 
ucbatından  digərində  də  problem  yarana  bilər.  Çünki  həmin 
orqanın  fəaliyyətinə  güc  düşür.  Ola  da  bilər  ki,  bir  orqanın 
funksiyasının  pozulması  digər  orqanın  pozulmuş  orqanın 
funksiyasını  üz  üzərinə  götürməsi  ilə  nəticələnsin.  Buna 
qarşılıqlı  əvəzləmə  funksiyası  da  demək  olar.    Tarazlıq 
prinsipindən irəli gələrək hesab edə bilərik ki, məsələn, insanın 
görməsində  yaranan  ciddi  problem  onun  eşitməsində  və  digər 
üzvündə  də  problemləri  ortaya  çıxara  bilər.  Onların 
funksiyaları yüklənə bilər, artar.  Daxili orqanlarda da problem 


132 
 
yarana bilər. Daxili orqanda yarana problem xarici orqanda da 
özünü  göstərə  bilər.  Yaxud  da  daxili  orqanlarda  yaranan 
problem  həm  beyin  mərkəzində,  həm  də  xaricdən  siqnal 
qəbuledici orqanlarda problem yarada bilər.  
Siqnaldaşıyıcı  orqanların  funksiyalarının  pozulması  beyin 
mərkəzində  müəyyən  problemlərin  üzərə  çıxmasını  şərtləndirə 
bilər.  
Sinir  mərkəzinin  (əsas  beyin  mərkəzinin)  funksiyasının  
pozulması  səbəbləri:  -xarici  qəbuledicilər  tərəfindən  çox 
siqnallar  (enerji)    qəbul  etmək  –  bu  anda  çox  oyanma  prosesi 
gedir.  Bura  aid  ola  bilər:  normadan  artıq    səs  eşitmək; 
normadan artıq görmək, baxmaq, dadlamaq (bir daddan ardıcıl 
şəkildə  çoxlu qəbul etmək), çox nəfəs almaq və bir iyini çox 
qəbul  etmək;    saçı  çox  bağlı  saxlamaq;  dərini  çox  qapalı 
saxlamaq;  çox  cinsi  əlaqədə  olmaq.  Eyni  zamanda  həmin 
duyğu  orqanları  çox  enerji  itirəndə,  yəni  siqnalları  çox 
buraxanda da eyni problemi yaşaya bilər. Enerjinin çox qəbulu 
ifrazatı artıra bilər ki, enerji sərf olunsun və çıxsın ki, tarazlıq 
bərpa  olunsun.  Məsələn,  sidik  ifrazı  sürətlənə  bilər,  dəridə 
səpkilər  əmələ  gələ  bilər,  çoxdanışma  yarana  bilər  ki,  enerji 
alınsın  və  s.  Bu  da  özlüyündə  orqanizmin  müdafiə 
qabiliyyətinin 
tərkibidir 
və 
müdafiə 
və 
təmizləmə 
funksiyasıdır.  Burada  isə  çox  yüklənmə  sayəsində  təmizləmə 
orqanları öz funksiyalarını itirə bilərlər. 
Beyin  mərkəzi  pozulanda  (siqnalı  da  yaxşı  qəbul  etməyə 
bilər)  duyğu orqanlarında hansı problemlər yarana bilər-dil öz 
funksiyasını  itirə  bilər,  lallaşma  (kəkələmə)    əmələ  gələ  bilər. 
Dilin  orqanik    funksiyası  da  müəyyən  qədər  itə  bilər.  Qulaq 
karlaşa  bilər  və  müəyyən  qarışıq  səslər  qəbul  edə  bilər,  qulaq 
mərkəzində  səslər  qarışar;      görmədə  qarışıqlıq  yarana  bilər, 
dad itə bilər, başqa iyilər ortaya çıxa bilər. Saç öz elastikliyini 
itirə bilər. Dəri problemləri yarana bilər və s.  
-daxili  qəbuledicilər  tərəfindən  çox  siqnallar  qəbul 
edildikdə-çox  yemək,  su  içmək,  hava  udmaq  və  s.  Beyində 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə