Intel® Teach Program Essentials Course



Yüklə 23,07 Kb.
tarix25.06.2018
ölçüsü23,07 Kb.

İş üçün ən yaxşı alətin seçilməsi


Alətin güclü cəhətləri/məqsədi

Şagirdin bundan istifadə imkanı və məqsəd

Təqdimat

Auditoriyaya şifahi təqdimatlar üçün yardım; qısa və ya yarımçıq cümlələrdən istifadə; müxtəlif multimediya elementləri, məsələn: şəkillər, səs, video, Veb saytlara hiperkeçidlər və ya digər fayllar və s.

  • Sinifdən xaric əsl auditoriyaya tədqimat, təklif və ya nəticələri təqdim edin

  • Şagird işi üçün Portfolio yaradın

  • Rəqəmsal şəkilli hekayələr toplusu yaradın

  • Sorğuların nəticələrini və sorğu vərəqələrini göstərin

  • Elm sərgisi üçün layihələri təqdim edin

  • Qeyri-xətti layihələri təqdim edin

  • Təqdimatçısı olmayan bir informasiya köşkü təmin edin

Sizin İdeyalarınız:


Nəşr (informasiya bülleteni, qəzet yaxud broşür)

Mətn-yönümlü, adətən, bir nəfərin birnəfəsə oxuması üçün nəzərdən tutulmuş tam cümlələr; mətn və şəkillərin kombinasiyası; imkan daxilində, cədvəl və qrafiklər

  • İcma təşkilatı, məktəb klubu və ya qondarma təşkilat üçün bir informasiya bülleteni hazırlayın

  • Tarixi bir qrup üçün qondarma bir informasiya bülleteni hazırlayın

  • Xüsusi bir zaman dövrü üçün qondarma bir qəzet hazırlayın

  • Bir təlimat kitabı və ya səyahət broşürü hazırlayın

  • İnformasiya xarakterli və ya inandırıcı bir broşür hazırlayın

Sizin İdeyalarınız:


Nəşr (poster)

Məhdud mətn, az cümlələr; mənanı dəstəkləmək və gücləndirmək üçün şəkillər; kütləvi kommunikasiya vasitəsi üçün "nəşr edilmiş";

  • Qeyri-kommersiya qrupu, məktəb, icma tədbiri yaxud xidməti layihə üçün əl broşürləri yaxud digər elanlar hazırlayın

  • İnformasiya xarakterli, inandırıcı və ya tədris posterləri

  • Xüsusi təqdimat, görüş və ya konsert üçün dəvətnamə və ya proqram hazırlayın

  • Konkret dövr yaxud mədəniyyətə məxsus yeməklərin olduğu müvafiq menyu hazırlayın

Sizin İdeyalarınız:


Veb-əsaslı resurs (viki)

Hiperəlaqə və surətlərdən istifadənin mümkün hesab edildiyi veb əsaslı, mətn yönümlü; mövcud redaktə tarixçəsi; sinfin hüdudlarından kənardakı auditoriya üçün cari informasiya və ya tədqiqatın nəşri; dünya auditoriyası ilə ünsiyyət; digər şagirdlərlə yaxud ekspertlərlə əməkdaşlıq zəminində yazı; real tədqiqat və problem həllinə töhfə; öyrənmə yaxud prosesi paylaşma, yaxud üzərində düşünmə

  • Şagird Portfolioları hazırlayın

  • Tədqiqat üçün qrafik tərtibatçı təmin edin

  • Mühazirələrin, təcrübələrin, musiqinin, incəsənətin və s. əməkdaşlıq zəminində dərk edilməsi üçün bir boşluq saxlayın

  • Əməkdaşlıq zəminində yazı üçün (tamaşalar, hekayələr və ya məqalələr) bir boşluq saxlayın

  • Şagird bloqlarına keçirdlər təşkil edin və toplayın

  • Ayrı-ayrı fikirləri nümayiş etdirin

  • Elm sərgisi layihələri üçün məlumatları sistemləşdirin və təqdim edin




Sizin İdeyalarınız:


Veb-əsaslı resurs (bloq)

Hiperəlaqə və şəkillərdən istifadənin mümkün olduğu veb əsaslı, mətn yönümlü; jurnal formatı, cari informasiya ən yuxarıda verilməklə, tarixlə möhürlənmiş məqalələr; oxucuların cavabları; cari məlumat yaxud tədqiqatın sinif hüdudlarından kənardakı auditoriya üçün nəşri; sinif xaricində olan digərləri ilə birlikdə məlumat toplamaq və paylaşmaq; öyrənmə yaxud prosesi paylaşma və ya üzərində düşünmə

  • Oxu materialı yaxud sinif müzakirələri üzərində düşünün

  • Onlayn mövzuları araşdırın və sonra tədqiqata dair hesabat verin

  • Qrupun layihə üzrə irəliləyişini qeyd edin

  • Müştərək sinif təcrübələri haqqında danışın

  • Digər bloq yaxud veb resurslardan düşündürücü sitatları köçürərək-yapışdırın, sonra isə mövzuya dair fikirlərinizi bildirin

  • Peşəkar yazıçılardan bloqları nəzərdən keçirməyi və rəy bildirməyi xahiş edin

(Cekson, 2005-ci il)

Sizin İdeyalarınız:





Müəllif hüququ@Intel Korporasiyası. Bütün hüquqları qorunur. İntel, İntel loqosu, İntel Təhsil Təşəbbüsü və İntel Tədris Proqramı ABŞ və digər ölkələrdə İntel Korporasiyasının ticarət nişanlarıdır.
* Digər ad və brendlər digərlərinə məxsus mülkiyyət ola bilər. Səh. /



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə