Intel® Teach Program Essentials Course



Yüklə 86,44 Kb.
tarix07.12.2017
ölçüsü86,44 Kb.
#14533
növüXülasə

1:1 Kompüterləşmə Ssenariləri

Giriş

1:1 tədris mühitində texnologiyadan effektiv istifadənin yollarını daha yaxşı başa düşmək üçün aşağıda verilən ssenarilərdən bir yaxud bir neçəsini gözdən keçirin. Bu ssenarilər sizə sinfinizdə istifadə edə biləcəyiniz müxtəlif ideyalar verəcək. Yadda saxlayın ki, bunlar sadəcə mümkün olan məsələlərə dair qısa xülasə təmin edir və sinfinizdə rastlaşa biləcəyiniz məsələ yaxud maneələri həll etmək üçün nəzərdə tutulmur. 1:1 kompüter sinfində ortaya çıxa biləcək məsələlərin həlləri növbəti modullarda müzakirə olunur. Bir, yaxud bir neçə ssenari ilə tanış olduqdan sonra verilən sualları cavablandırın. Bu ssenarilərdə adı çəkilən ideyaların bəzilərindən sinfinizdə istifadə etməyin, yaxud uyğunlaşdırmağın yollarını nəzərdən keçirin.



Ssenari 1- 1:1 Çoxsaylı sinif məşğələlərini eyni vaxtda idarə etmək üçün kompüterdən istifadə

Ssenari 2- 1:1 Kompüterdən istifadə dərsi fərqli edir

Ssenari 3- Hər bir şagirdin ehtiyaclarının qarşılanması

Ssenari 4- 1:1 Monica ilə kompüterdən istifadə

Ssenari 5- 1:1 Dizayn və kəşf

Ssenari 6- 1:1 Tam orta məktəbdə ingilis dilində kompüterdən istifadə

Ssenari 7- 1:1 Kompüterləşmə alternativ qiymətləndirməyə dəstək verir

Ssenari 8- 1:1 Əməkdaşlıq

Ssenari 9- 1:1 Kompüterləşməyə keçid
Müzakirə üçün suallar

Ssenari 1- 1:1 Çoxsaylı sinif məşğələlərini eyni vaxtda idarə etmək üçün kompüterləşmədən istifadə

Xanım Batey bilir ki, doqquzuncu sinif üçün dəqiq elmlər fənnindən kursda adi mexanizmlərdən istifadə dərsində praktiki laboratoriyada onun şagirdləri xeyli şey öyrənirlər. Hətta mexaniki bilikləri ən az olan şagirdlər dərindən bu prosesə cəlb olunurlar. Belə ki, onlar maili müstəviləri öyrənmək üçün oyuncaq maşınının yolundan istifadə edir, əşyaları qaldırmaq üçün müxtəlif linklər və onun istinad nöqtələrini sınaqdan keçririr və öz çəkilərini qaldırmaq üçün blok sistemlərini sınaqdan keçirirlər. Məsələ ondadır ki, tədqiqatları yaxşı aparmaq üçün kifayət qədər avadanlıq yaxud vaxt yoxdur. Ənənəvi əlli dəqiqəlik vaxt müddətini nəzərə alsaq tədqiqata cəlb olunmuş hər bir mexanizmin hər bir növünə (maili müstəvilər, linklər və bloklar) dair tədqiqat aparmaq üçün vaxt yetərli deyil; səmərəlilik məqsədləri üçün laboratoriya işləri şagirdləri addımbaddım istiqamətləndirir. Daha çox avadanlıq olarsa müəllimlər kiçik qruplar yarada bilər və ən az biliklərə malik olan şagirdlərin belə fəallıq nümayiş etdirməsi və avadanlıqdan bacarıqla istifadə etməsi üçün onları seçim prosesinə yönəldə bilər.

Hər bir şagirddə netbuk olduqda işlərin məcrası dəyişir. Müəllimə başqa bir fənn müəlliməsi ilə veb sorğu (axtarış) işləyib-hazırlayır və şagirdləri diqqətlə seçilmiş bir sıra sadə mexanizmli onlayn simulyasiyalara cəlb edir. Bu cür simulyasiyalar birbaşa tədrisə ayrılmış vaxt müddətini tamamilə azaldır və praktiki laboratoriyalarda istifadə olunan avadanlıqdan şagirdlərin daha hazırlıqlı istifadəsinə imkan yaradır.www.cosi.org/onlineExhibits/simpMach/sm1.html*). Pedaqoji kollektiv Web sorğunu tədris strategiyasından istifadə etməklə tərtib edir ki, kollektivdəki hər bir şagird adi mexanizmlərin hər bir növü üzrə mütəxəssis olsun (onlayn simulyasiyalar vasitəsilə) və qrupun digər üzvlərinə təməl prinsipləri öyrətməkdən cavabdehlik daşısın. Web sorğu şagirdlərin kollektiv şəkildə araşdırma aparmaları üçün böyük imkanlar açır və kollektivlərin etdiyi seçimlərlə bağlı istiqamət verir və beləcə Xanım Bateyini onların işini müşahidə etmək və istiqamətləndirmək vəzifəsindən azad edir.

Web sorğu ilə əlavə işin təmin olunduğu praktiki laboratoriyalar kiçik qrupların daha çox sorğuyönümlü araşdırmalar aparmaqla çoxsaylı növbələşmə etməsinə imkan yaradır. Bu, kollektivin laboratoriya hesabatında onlayn tərtib olunan nəticələr əldə etməkdə şagirdlərin üzərinə daha böyük cavahdehlik qoyur. Hər bir komanda həmçinin öz nəticələrindən istifadə etməklə adi mexanizmlərin bir növünə dair eksperiment hazırlayıb həyata keçirir. Dərsə dair qiymətləndirmələrlə yanaşı şagirdlər ənənəvi çoxvariantlı/boş yerləri doldur testlərini tamamlayırlar. Burada yeganə istisna budur ki, bunlar onlayn aparılır və onlar nəticələrə dair dərhal rəy alırlar. Dərs bitdikdə şagirdlər Web sorğunu və laboratoriyanın işini təkmilləşdirməyə dair öz tövsiyələrini irəli sürürlər, tədris kollektivinə elektron olduğundan istifadəsi asan məlumatlar verirlər.

back to top

Ssenari 2-1:1 Kompüterdən istifadə dərsi fərqli edir

Xanım Riçardson 1:1 kompüterdən istifadə metodundan öncəki günlər barədə düşünərkən onun üzü gülür. Dərs gününə başlayan coşqun üçüncü sinif şagirdlərinə baxır. Bu il 72-ci Otaqda həm müəllim, həm də şagirdlərin həyatı necə də dəyişib. Xanım Riçardson bir il əvvəli düşünür:

"Üzr istəyirəm, Justin. Sənin sənədini bərpa etmək istəyirəm, amma görünür kimsə bilmədən bunu silib. Sən təzədən başlamalı olacaqsan".

"Xanım Riçardson, mən iki həftə əvvəl yazdığım yazını tapa bilmirəm".

"Xanım Riçardson, harada yerləşdirdiyimi unutmuşam. Bir həftədir ki, bu kompüterlə işləyirəm".

"Xanım Riçardson, diskimin harada olduğu yadımda deyil".

"Mayk, Kelli, Stüart və Stiv, mən başa düşürəm ki, çətindir. Lakin hamınız gərək bu həftə edəcəyiniz təqdimatınızı növbə ilə çap etməyə cəhd göstərəsiniz".

"Xanım Riçardson, bu kompüterdə dördümüzün də işləməsi üçün kifayət qədər yer yoxdur".

"Mənim evdə kompüterim yoxdur, ona görə də mən bu axşam araşdırma apara bilməyəcəm".



İndi isə Xanım Riçardsonun günü belə başlayır:

"Tim bu gün sən Maykla birlikdə Heyvanların Araşdırılması təqdimatı üzərində işləyəcəksiniz. Oldu?"

"Səndi, heyvanların araşdırılmasına başlamaq üçün netbuku götür get kitabxanaya. Hər hansı sualın olsa mənim electron ünvnıma yaz. Mən sənə dərhal cavab verəcəm".

"Xanım Riçardson, dünən mənə evə verdiyiniz Yazıçıların Praktiki Seminarı yazısını qurtarmışam. Netbukumu Səndiyə verim ki, o bizim həmkar konfransımıza dair "dəyişiklikləri izləyə"bilsin.

"Dena netbuku gətir qoy stolumun üstünə müəllim konfransı aparaq və sənin broşürünü redaktə edə bilək. Daha sonra sən yekun versiyana başlaya bilərsən".

"Kil və mən orfoqrafik kəlmələri məşq etmək üçün onun netbukunda işləyəcəyik. Biz sizin tövsiyə etdiyiniz beş Vebsaytdan istifadə edəcəyik".

"Ryan, məktəbdə sevimli ev heyvanlarınıza dair məlumatları toplayıb qurtaran kimi diaqramınızı qurmağa başlaya bilərsiniz. Netbuklarınızı götürüb gedin evə və bunu ev tapşırığı olaraq başa çatdırın".

"Zax və Ariana, bu gün E-yoldaşınıza email yazın və ağbaşlı qartal haqqında topladığınız məlumatları göndərin. Əminəm ki, onalar da sizə emailla bəzi məlumatlar göndəriblər.

Şagirdlər onlara verilən tapşırıqlarla məşğul olmaq üçün həvəslə dağılışırlar və bir-birinə qarışan uşaqların səsi sinfin abu-havasını doldurur. Xanım Riçardson özünün ilk müəllim/şagird Yazıçılar Praktiki Seminar konfransını gözləyir və əməkdaşlıq mühitində birgə çalışan, müstəqil şəkildə sakitcə işləyən və hər kəsin həvəslə işlədiyi şagirdlərinə baxır. Bir il bundan öncə işləmək vaxtı gəldikdə sanki havanı xaos bürüyürdü. İndi isə 72-ci Otaqda həyatın 1:1 kompüterləşmə ilə xeyli sistemləşdiyi görünür. Burada şagirdlər sinif səviyyəsinə görə mühüm məzmunu nəinki öyrənir, eləcə də onlar ömürboyu bilik və bacarıqlarını inkişaf etdirərək təkmilləşdirirlər. E-poçt göndərmə, mətnin redaktəsi, sənədlərin yaradılması və Internet-dən istifadə- bütün bunlar bugünkü gündə və gələcəkdə şagirdlərin uğur qazanmalı olduğu bilik və bacarıqlardır. Dena əlində netbuk konfransa başlamaq üçün hazır və həyəcnalı vəziyyətdə xanım Riçardsonun yanına gedən anda təbəssümlər gülüşlə əvəz olunur. 72-ci Otaqda vaxt dəyişib və sözsüz ki, yaxşlığa doğru!

back to top

Ssenari 3- Hər bir şagirdin ehtiyaclarının qarşılanması

Xanım Varner bilir ki, onun sinfindəki uşaqların heç də hər biri eyni vaxtda eyni yerdə deyil. O aşkar edib ki, hər bir uşaq üçün bir kompüterin olması ayrı-ayrı şagirdlərin ehtiyaclarını qarşılamaqda ona kömək edə bilər. Gəlin Xanım Varnerin altıncı sinif sosial elmlər sinfinə dərindən nəzər salaq. Onun şagirdlərinin hər birində özlərinin netbuku var və bunlar rayon təhsil şöbəsinin şəbəkəsinə qoşulub. Hər bir şagirdə ayrı-ayrı qovluqlara giriş əldə etməyə imkan verən özlərinin giriş adı və parolu var Bu, bütün şagirdlərin qovluqlarına çıxışı olan Xanım Varnerə imkan verir ki, hər bir şagirdin qovluğuna fərdiləşdirilmiş tapşırıqlar yerləşdirsin.

Bütün şagirdlər Arizona Hökuməti haqqında eyni tapşırıq üzərində işləyirlər. İndi isə gəlin müəllim prizmasından iki zidd tərəfdə olan tələbələrinin ehtiyaclarını qarşılaşdırmaq üçün 1:1 tədris mühitinin necə istifadə olunduğuna baxaq. Yazı qabiliyyəti aşağı beşinci sinif səviyyəsində olan Riçardın qovluğundakı tapşırığa dəyişiklik edilir ki, öz yazısını istiqamətləndirmək üçün onda eyhamlar olsun. Onun yekun təqdimatı şablondan istifadə etməklə hazırlanacaq. Onun Web əlaqələri onun bilik və bacarıqlarını daha yaxşı qarşılaşdırmaq üçün asan oxunaqlı səhifələrə gedir. Birbaşa hökumət mütəxəssisləri ilə birbaşa yazışması üçün ona e-poçt əlaqələri verilir. Əvvəlki illlərdə Riçard müvəffəqiyyətsizliyə uğramışdı. Çünki çox vaxt dərsliyi başa düşmürdü, belə ki, dərslik onun qabiliyyətindən yuxarı səviyyədə yazılmışdı. O aşağı qiymətlər alırdı və sinifdə davranışında ciddi problemlər var idi. Onun özünə hörmət hissləri qəfil aşağı düşmüşdü və o özünü "səfeh" hiss edirdi. Bu il Riçard dərsə fəal cəlb olunur, belə ki, onun özünə aid tapşırıqları var ki, heç kəs bunun digərlərindən fərqli olduğunu bilmir. O işindən məmnundur-o oxu mətnlərini başa düşür və yüksək oxu qabiliyyəti tələb edən məlumatlara dair digər veb saytları axtarmaq istəyindədir. Məlumat əldə etmək məqsədilə yerli qanunverici komissiyanın üzvləri ilə əlaqə yaratmaq üçün yeni ideyalarla çıxış edir.

Səriştəli olan Emili üçün ona verilən tapşırıqlar da müxtəlifdir. Xanım Varnerin Emilinin qovluğuna qoyduğu tapşırıqlar bir çox şagirdlərin tapşırıqları ilə müqayisədə dərin məzmunludur. Onun yüksək oxu və anlama səviyyəsi Xanım Varnerə imkan verir ki, onun qovluğuna onun bacarıqlarına uyğun veb saytlar yerləşdirsin. Emili çoxlu suallar verir. Kompüter ona imkan verir ki, sual yaranan kimi dərhal sualları axtara bilsin. Emili öz təqdimatını sıfırdan hazırlamağa başlayacaq. Yazışmaq üçün öz sahəsində çalışan ekspertəri tapmaq onun vəzifəsidir. Əvvəllər Emili tapşırıqlarına etinadsız yanaşırdı və digərləri ilə söhbət edirdi. Bu isə digər şagirdlərə öz işlərini başa çatdırmaqda mane olurdu. İstedadlı şagird olmasına baxmayaraq onun sinifdə davranışında ciddi problem var idi. Hal-hazıra ona verilən işin dərinliyi, veb resurslar və onun yekun işinin fərdi tərtibatı həmin problemi yüngülləşdirib.

Xanım Varner bu il əvvəlki ilə nisbətən bütün şagirdlərinin daha çox fəal cəlb olunmasını gördükdə heyrətə gəlir. Bütün şagirdlər öz səviyyələrinə uyğun olaraq araşdırma və təqdim etmə bacarıqlarını inkişaf etdirirlər. Onların hamısında öyrənməyə istək var və 1:1 kompüter sinfində onların hər biri özünü müvəffəq hesab edir.

back to top

Ssenari 4- 1:1 Monikanın kompüterdən istifadəsi

Monika şəhərin mərkəzi hissəsində təxminən 2000 şagirdin təhsil aldığı tam orta məktəbdə, Rutledge Akademiyasında yuxarı sinif şagirdidir. Bu məktəbdə blok planlaşdırma (hər bir şagirdin gündəlik daha az dərs götürdüyü akademik planlaşdırma növü ) tədris metodu tətbiq olunur. Odur ki, Monika dörd dərs götürür və hər gün üç 90 dəqiqəlik dərsdə iştirak edir, hər gün fərqli dərsin üzərindən keçmək üçün növbələşir.

Bu tam orta məktəb müəllimlərini fənlərarası mövzular işləməyə təşviq edir. Monika hal-hazırda ingilis dili, hökumət, ispan dili, caz orkestr dərslərində Kuba immiqrasiyasına dair qrup layihəsi üzərində çalışır. Tam orta məktəbdə xidmət məqsədli tədris tələbinin bir hissəsi olaraq yerli immiqrasiya mərkəzində ictimaiyyətə xidmət göstərir. Bu gün çərşənbə axşamıdır və Monikanın ispan dili, caz orkestr və hökumət dərsləri var. Monika kompüterini ispan dili dərsinə apardıqda əvvəlcə e-poçtunu yoxlayır və görür ki, hökumət dərsində müəllim sinifdəki hər bir kəsə e-poçt yazaraq orada bildirir ki, onun təqdimatının tədqiqat hissəsinin başa çatma tarixində bəzi dəyişiklik edib. O, əlavə vaxtı olduğuna görə rahatlaşır və ispan dilində Kuba-Amerika qəzetləri üçün web-də axtarış etməyə başlayır. O, bəzi qeydlər götürür, bunların xülasəsini edir və tapdıqlarını ingilis dilinə tərcümə edir və məlumatları qrup yoldaşlarına göndərir. Belə ki, onlardan heç biri ispan dili dərsi götürməyib.

Caz orkestr dərsində onlar dünyanın hər bir tərəfindən iştirakçıların olduğu caza dair növbəti konsert üçün hazırlaşmaq üçün buna müəyyən vaxt sərf edirlər. Müəllim Latın ritmlərinə dair qısa məruzə edir və sonra Monika Buena Vista Sosial Klubuna qulaq asmaq üçün öz netbukundan istifadə edir və eşitdiyi ritmlərə dair qeydlər edir. Öz prezentasiyasında istifadə edəcəyi musiqi ilə bağlı bir neçə ilkin seçmələr edir.

Monikanın növbəti dərsi hökumət dərsidir. Bu, layihəyə dair ən çox işin olduğu dərsdir. Onun qrupundakı yoldaşlarından biri bu dərsdə iştirak edir və onlar vaxtın bir hissəsini birlikdə çalışırlar, tapdıqları məlumatları müzakirə edirlər. Monikanın ingilis dili müəlliminə sualı var və Monika bilir ki, indi müəllimin boş vaxtı var, odur ki, ona e-poçt yazır. Müəllim sualı tez cavablandırır. Qrup yoldaşı ilə məsləhətləşdikdən sonra Monika öz təqdimatı üzərində təkbaşına işləyir və Buenva Vista Sosial Klubunda musiqiyə qulaq asır. Bir neçə dəqiqədən sonra Kubada Raket Böhranı haqqında qısa yazının ilkin versiyasına dair ingilis dili müəllimindən rəy və təkliflərini alır. O, axşam baxmaq üçün rəy və təklifləri yaddaşa verir.

Öz təqdimatı üzərində işləyərkən ingilis dili dərsində iştirak edən və ayrı ingilis dili müəllimi olan qrup yoldaşlarının birindən Anidən mesaj alır. Onun müəllimi ona bu yaxınlarda immiqrantlardan biri tərəfindən yazılmış bəzi şeir parçalarının olduğu veb sayt verib və o da düşünüb ki, ola bilsin ki, Monika ispan dilində olan şeirlərə baxmaq istəyə bilər və həm də görsün ki, bunlardan istifadə etmək mümkündür yoxsa yox.

Dərsin bitməsinə yaxın, Monika voleybol məşqinə getməzdən öncə (burada ona kompüter lazım olmayacaq!) o, immiqrasiya mərkəzindəki supervayzerinə e-məktub yazaraq bildirir ki, məşqin sonunda qısa bir görüş olacağından 10 dəqiqə gecikə bilər.

Monika bütün dərslərə netbukun olmasını xoşlayır. "Üzərində işlədiyim hər bir şeyin mənimlə olması əladır, belə ki, mənə nə vaxt lazım olsa bunu tapa bilirəm. Mən həmçinin qrup şəklində işləməyi xoşlayıram və simsiz bağlantı mənə imkan verir ki, müəllimlərimlə və qrup yoldaşlarımla onların yanında olmadıqda belə danışım.

Xanım Klin, Monikanın hökumət dərsi müəlliməsi həmçinin bütün şagirdlərində netbukların olmasını xoşlayır. "Bu cür böyük orta məktəbdə fənlərarası qrup layihələrini planlaşdırmaq demək olar ki, mümkün deyil. Belə ki, eyn fənn üzrə şagirdlərin ayrı-ayrı müəllimləri olur. Şagirdlər gün boyu bir-birilə və müəllimləri ilə ünsiyyətdə olduqda onların bu təcrübəsi daha geniş və daha zəngin ola bilər. Kompüter də öz növbəsində onlara musiqi, şəkilləri paylaşmağa və təqdimatlar hazırlamağı məşq etməyə imkan verir.



back to top

Ssenari 5- 1:1 Dizayn və kəşf



Dizayn və Kəşf, şagirdlərin praktiki texniki və dizayn məşğələlərinə cəlb olunmasına kömək edən pulsuz kurrikulum və resurs komplekti,(www.intel.com/education/design) bir neçə ildir ki, orta məktəb şagirdlərinin iştirakı ilə Navajo Nation-də Wind River orta məktəbində həyata keçirilir. Bununla belə, bu il fasilitatorun aldığı qrant sayəsində hər bir şagird netbukla təmin olunub. Məktəbdə həmçinin simsiz Internet bağlantısı quraşdırılıb. Xanım Kelli bu kompüterləri özünün Dizayn və Kəşf şagirdlərinə təklif etmək üçün çox həyəcanlıdır.

Dizayn və Kəşf artıq hal-hazırda icra olunmaqdadır və xanım Kelli şagirdləri özlərinin layihə modelləri üzərində işləyirlər. Xanım Heart-dan şagirdlərinin netbukda necə işlədiyini soruşduqda onun ruh yüksəkliyi geniş idi. "Mən netbukların yardımçı olacağını gözləyirdim, lakin onların bu qədər faydalı olduğu məni heyrətləndirdi! Bütün netbuklar üçün CAD layihələndirmə proqramı ala bildik və bir çox şagird öz kompüterlərində kompüterlə modelləşdirmə edirlər. Məktəbdən sonra həftədə üç dəfə bir saat müddətinə görüşdüyümüzdən şagirdlər evdə öz kompüterlərində işlərini davam etdirə bilirlər. Mənim şagirdlərimin əksəriyyəti az gəlirli ailələrdən gəlirlər və onların ailələrinin evdə kompüterləri yoxdur, ona görə də bu, xüsusilə də onlar üçün faydalıdır. Həmçinin biz belə bir uzaq yerdə yaşadığımızdan mentorları məktəbə dəvət edə bilmirik, bununla belə şagirdlərimin hər birinin birgə işlədiyi mentoru var. Mən bunları Phoenix-də ki müəssiələrlə birgə həll edirəm. Mənim şagirdlərim davamlı olaraq öz mentorları ilə-məktəbdən və evdən qurduğumuz şəbəkə jurnalı vasitəsilə ünsiyyət yarada bilirlər

Xanım Kelli davam edir, "Bloq vasitəsilə onlar nəinki öz suallarını göndərə , fikirlərini paylaşa bilir və öz mentorlarından dərhal rəy ala bilir, eləcə də bu mənim üçün şagirdlərimlə ünsiyyət yaratmaq məkanıdır. Qrup böyük olduğundan və onları hər gün görmədiyimdən mən onların işini bloqda yoxlaya bilirəm. Şagirdlər dizayn haqqında təlimatlar kimi Dizayn və Kəşf sənədlərinin bir çoxunu bloqa yükləyirlər. Onlar həmçinin mənə suallar verirlər və müzakirə sahəsində bir-birinə suallar yerləşdirirlər. Şagirdlər bir-birinə dolğun təkliflər verirlər-sinifdə bizim buna vaxtımız olmur.

Xanım Kelli şagirdlərinin əksəriyyəti layihələr üzərində ayrı-ayrı işlədiyindən o, şagirdlərinə izah edir ki, kompüterlər onlara layihələri ilə bağlı məlumatlara istənilən vaxt giriş əldə etmək imkanı verir. Məsələn, şagirdlər patentləşdirilmiş veb sayt axtara və onların fikirlərinə oxşar ola bilən keçmiş ixtiraları tədqiq edə bilərlər.

Bu Dizayn və Kəşf şagirdlərinin 1:1 kompüterləşmədən götürdüyü faydaların sadəcə bir neçə yoludur. Şagirdlərin layihələri hələ başa çatmadığına baxmayaraq xanım Kelli kompüterlərin işin keyfiyyətinə təsirini və şagirlərinin davamlı maraq göstərmə səviyyəsini sezib. "Şagirdlər özlərini peşəkar mühəndis və dizayner kimi görürlər. Onlar bizim sahə səfərlərimizdən dərk edirlər ki, kompüterlər bu sahədə peşəkarlar tərəfindən istifadə olunan alətlərdir və onlar bu alətlərdə necə yararlanmağın yollarını öyrənməkdədirlər. Kompüter onların ikinci xarakterinə qələmə çevrilib, lakin onlar bundan hər zaman istifadə edirlər.



back to top

Ssenari 6- 1:1 Tam orta məktəbdə kompüterdən ingilis dilində istifadə

Tam orta məktəbdə 30 il ingilis dilini tədris etdikdən sonra Rebekka Monroe başa düşür ki, şagirdlər bir yazıçı kimi yetişirlər. Belə ki, onlar öyrənirlər ki, yazı elə bir prosesdir ki, özündə beyin həmləsi, eskiz, işə həmkar baxışı, refleksiya və təkrarlama kimi dövrləri ehtiva edir. Monroe təcrübədən öyrənib ki, şagirdlərə özlərinin ən yaxş işini dərc etməyə imkan yaratmaq gənc yazarları həvəsləndirməyin digər mühüm bir mərhələsidir.

Bu il Monroenin çalışdığı orta məktəbdə hər bir şagirdə məktəbdə və evdə istifadəsi üçün netbukla təmin olunmasına dair qərar verildi. İşçi heyəti üçün yay institutu avadanlıqdan istifadəyə dair onun texniki suallarına cavab verməkdə köməkçi oldu. Digər ingilis dili müəllimələri ilə kollektiv müzakirə tədrisin məqsədlərinə dəstək vermək üçün kompüterlərdən geniş istifadənin yolları ətrafında onu düşünməyə sövq etdi.

Bu gün onun sinfindəki vəziyyəti belədir: Şagirdlər partanın arxasına əyləşən kimi netbukların qapağı qaldırılır. Monroe dərsə çox vaxt sürətli yazı tapşırığı verməklə başlayır və bunu musiqiçilərn kökləmə işi ilə müqayisə edir. Şagirdlər öz yerlərini tuturlar, öz seçimləri əsasında Monroe-nin elektron yazı taxtasında eyham seçirlər və işə başlayırlar. On dəqiqədən sonra onlar öz işlərini özlərinin kiçik qrupunun bir hissəsi olan həmkarlarına göndərirlər və komanda üzvləri bir-birinə bəzi şifahi rəy vermək üçün bir yerə yığılırlar. 1:1 kompüterləşmədən istifadə edərkən kompüterə giriş əldə etmək üçün gözləməyə, kağızları qarışdırmağa və bir-birinin əl yazısını oxumaq üçün mübarizə aparmağa ehtiyac qalmır. Sürətli yazı həqiqətən də sürətlidir, elə Monroe-nin planlaşdırdığı kimi.

Növbəti olaraq Monroe şagirdlərin hazırkı tapşırığına dair sinif müzakirəsinə keçir; birinci şəxs nöqteyi-nəzərindən qısa yazı hazırlamaq. Sinif artıq bir neçə dərc olunmuş yazı ilə tanış olub və təhlil edib. Bura həmçinin Monroenin tapşırıq kimi verdiyi klassik hekayələr və şagirdlərin onlayn tapdığı müasir yazılar da aiddir. Monroe şagirdlərinə vəd verib ki, semesterin sonunda onlar özlərinin ən yaxşı işini istədikləri dizaynda sinfin onlayn ədəbiyyat jurnalında dərc etmək fürsətinə sahib olacaqlar. Bu gün onlar dörd giriş sözünü müzakirə edirlər-hamısı şagirdlərin davam etməkdə olan işlərindən götürülür- və oxucuda maraq oyatmaq üçün hər biri müxtəlif strategiya nümayiş etdirirlər. Monroe özünün şəxsi fikrini müzakirəyə əlavə edir, şagirdlərin bir-birinə nümayiş etdirmələri üçün təşviq etdiyi həmkar yoxlayıcı rolunu modelləşdirir.

Şagirdlər dərsin qalan vaxtını öz hekayələrinə (yazılarına)həsr etmək üçün əyləşirlər. Bəziləri bu vaxtdan yazmaq üçün istifadə edir; digərləri isə netbukları açıq vəziyyətdə yan-yana oturaraq həmkar yoxlama qruplarında görüşürlər. Az sayda şagird Internet-də araşdırma aparır, öz hekayələri üçün seçdikləri tarixi dövr haqqında səhih məlumatlar axtarırlar. Monroe hekayə konfransına başlamağa hazır olan şagirdlə danışmaq üçün küncdə oturur. Sara adlı qız praktiki olaraq əlində netbukla sanki yarışa keçir və səhnəni (mənzərəni) necə yoxladığını Monroe müəlliməyə nümayiş etdirmək istəyir. Monroe ona rəy bildirərkən Sara öz netbukində qeydlər edir. Monroe bilir ki, şagird həmin günün sonunda evdə hekayəsi üzərində işləyərkən bu qeydlərə göz gəzdirəcək. "Əgər sonradan əlavə rəy istəsən sadcə mənə e-poçt yaz"-deyə o Saraya bildirir. "Mən mesajları yoxlayacam".

Malkolm adlı oğlan hazır vəziyyətdə gözləyir. Keçən həftə o, xəstə olduğundan dərsi buraxmışdı, lakin öz netbukindən istifadə edərək hekayənin ilkin versiyasını evdən təhvil vermişdi. Monroe onda olan həvəsi gördükdə çox sevinir. İlin əvvəlində həmin şagird Monroenin istəksiz yazarlarından biri idi. Anası ilə e-poçt vasitəsilə yazışmaqla Monroe öyrənib ki, o elmi-fantastik ədəbiyiyatın həris oxucusudur. Özünün sevimli müəlliflərinin üslubunda onu yazmağa təşviq etməyə başladıqdan bəri bu şagird həmişə tapşırığı yerinə yetirib.

Dərsin vaxtı azaldıqca Monroe şagirdlərinə xatırladır ki, onların hekayəsi üçün son təhvil tarixi gələn həftədir. Sonra, sinif şəklində onlar hansı hekayələri özlərinin ədəbiyyat jurnalına daxil etmək barədə seçim edəcəklər. Son tapşırıq: sinif jurnalı üçün ən sevimli adı onun e-poçt ünvanına göndərin. "Bu yer sizindir", deyə müəllimə onlara xatırladır.

back to top

Ssenari 7- 1:1 Kompüterləşmə alternativ qiymətləndirməyə dəstək verir

Keyti və onun qrupu Görmək İnanmaqdırmı? adlı yeni media ədəbi videosuna son bədii fırçalarını vuraraq bunu qurtarırlar. O bilir ki, onun sinif yoldaşları bu videonu dərsin əvvəlində müəllimlərinin onlara e-poçtla göndərdiyi rubrik əsasında qiymətləndirəcəklər. Keyti üçün video təqdimatı özünün səkkizinci sinif elektron portfoliosuna-netbuklar əldə etdikdən sonra bütün səkkizinci sinif şagirdləri üçün yeni tələb-əlavə etmək asan olacaq.

İndi mart ayıdır və Keyti tədqiqatdan tutmuş qeydlərin götürülməsi, real zamanda məlumatların toplanması və tele-əməkdaşlıq layihələrinə kimi hər bir şeydə bütün dərslərdə netbukdən istifadə edir. Bəlkə də, ən mühüm olan budur ki, o il ərzində öz işinin rəqəmsal kolleksiyasını yaratmaqdadır. Yeddinci sinifdə onun yaratdığı portfolio sadəcə kağızlarla dolu tikilmiş sənədlər idi; video prezentasiya kimi dinamik bir şeyi ora daxil etmək mümkün olmayacaqdı.

Hər gün öz kompüterindən istifadə Keytiyə imkan verir ki, asanlıqla öz işini yaratsın, toplasın və sistemləşdirsin. Keyti kompüterində fənnin məzmununa görə qruplaşdırılmış "davam etməkdə olan işlər" qovluğu saxlayır. Yekun portfoliosu üçün iş seçərkən o bu qovluqdan götürür. Keytinin müəllimləri sənədlər toplusu, o cümlədən öz-özünə refleksiya təlimatları və qarşılanması tələb olunan dövlət (ştat) standartlarının siyahısını paylaşılan qovluğa yerləşdirirlər və şagirdlər öz portfolio hissələrində seçim edib refleksiya edərkən bura daxil ola bilirlər.

Keyt düşünür ki, bu alternativ qiymətləndirmə forması çox vaxt ənənəvi kağız və qələm testlərindən istifadə etməklə keçmişdə göstərilənlə müqayisədə onun nailiyyətləri haqqında daha geniş təsəvvür formalaşdırır. Burada sənədləşdirilməsi əks halda çətin ola bilən ideyalar və proseslərə dair faktlar verilir. Bu rəqəmsal proses həmçinin Keytin akademik yolla öyrəndiyindən daha çox məlumat əks etdirir-burada onun inkişaf etməkdə olan texnologiya bacarıqları nümayiş etdirilir. Keyt özünün portfolio komponentlərini video, audio, mətn və qrafiklər kimi müxtəlif mühitlərdə toplayaraq qruplaşdırır. Məsələn, onun hal-hazırda mövcud olan portfolio komponentlərinə yeni oyuncağın layihəsini hazırlayarkən layihələndirmə prosesində istifadə olunan və layihələndirmə prosesini sənədləşdirən rəqəmsal şəkillər; populyasiyanın artımını öyrənərkən toplanılmış məlumatları təhlil etmək və diaqrama köçürmək üçün yaradılmış məlumat bazaları; aclıq və yoxsulluq mövzusuna başlıca diqqət yetirən web səhifələr və əlbəttə ki, onun yeni video işi.

Keyti il ərzində sinif yoldaşlarının portfoliolarını məktəbin web saytında dərc etdirmək üçün onlarla birgə işləyir. Şagirdlər, valideynlər və müəllimlər asanlıqla bu işlərə giriş əldə edə bilir. Keytinin müəllimi portfoliodan valideynlərlə ünsiyyətini gücləndirmək, şagirdlərlə əks əlaqə yaratmaq və özünün tədris strategiyaları üzərində refleksiya etmək vasitəsi kimi istifadə edir. Keyti özü ilə orta məktəbə aparmaq və özünün səkkizinci sinif ilinin daimi lent yazısı kimi istifadə məqsədilə portfoliosunun CD-ROM-unu yazır. Burada zəngin təcrübələr və bir çox sahələrdə əldə olunan nailiyyətlərin əks olunduğu illər verilir.

back to top

Ssenari 8- 1:1 Əməkdaşlıq

Ramonun orta məktəbi qurtarmasına hələ iki il var və onun dərs cədvəli dağınıqdır. O, səhər saat 8:00-dan 3:15-ə kimi dərsdə olur və axşam saat 7:00-dan 11:00-ə kimi ofisi təmizləyən kollektiv üzərində çalışır. Məktəblə iş arasındakı qısa vaxt ərzində o yemək yeməli, paltarlarını dəyişməli və ev tapşırığının çoxunu etməlidir. Nahar yeməyi zamanı və saat 1:15-də oxu zalında o bir az mütaliə edir. Həftə sonlarının çox hissəsində boş olur, lakin adətən ailələrinin evinin yanında qardaşına ev tikməyə kömək etməklə vaxtını orada keçirir.

Onun sevimli dərslərindən biri təbiət elmləridir. Son iki həftədə sinif insan istehlakı üçün geni dəyişdirilmiş qidaları təsdiq edib-etməmək barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə vermək üzərində işləyib. Ramon və onun partnyoru Eduard təsərrüfatların yaxınlığındakı digər bitkilərə genetik zəhərlənmə riski yaratdığından Nazirliyin bu qidaları qadağan etməsi istiqamətində müvəkkillik edirlər. Eduard keçmişdə zəhərlənmə insidentlərini tədqiq etməkdə, Ramon isə zəhərlənmənin qaçılmaz olduğunu sübuta yetirmək üçün bunun riyazi modelini hazırlamaqdadır.

Hər ikis bu layihədə əməkdaşlıq etməklə yanaşı Ramon və Eduardın görüşüb layihəni sinif xaricində müzakirə etməyə vaxtları yoxdur. Eduard günortalar və həftə sonları çox vaxt ailəsinin quru-təmizləmə obyektində çalışır. Onlar oxu zalında müəyyən vaxtı birgə paylaşırlar və çox vaxt masanın arxasında yan-yana oturaraq netbukları ilə layihələri üzərində işləyirlər. Ramon layihənin özünə aid olan hissəsi üzərində müstəqil çalışır, daha sonra isə bunun ilkin versiyasını Eduarda e-poçtla göndərir. Eduard bunu qəbul edir, sənədə dair rəy və təkliflərini verir və sonra bunu təkrar e-poçtla geri göndərir. Layihənin ilk həftəsi ərzində onların sənədlərinin əksəriyyəti dörd yaxud daha çox yoxlmadan keçib.

Layihənin işi irəlilədikcə kollektiv əlaqə yaratmaq üçün həmçinin sinfin internet gündəliyindən istifadə edir. Onlar digər komandaları dialoqa dəvət ediblər və onların sinif yoldaşlarının hansı mövqedə olduqlarını görməkdə hər zaman hərisdirlər. Ramon adətən iş zamanı tənəffüsü simsiz giriş məntəqəsi yaxınlığında götürür ki, e-poçtunu yoxlaya bilsin və Eduarda özünün ən son sənədlərini göndərsin.

Çox məşğul olduğundan Ramon bu layihədə riyaziyyat dərsi üçün yaratdığı elektron cədvəlin bir hissəsindən istifadə edə bildyindən özünü xoşbəxt hiss edir. O sadəcə öz kompüterində həmin faylın nüsxəsini çıxartmış və düsturlara bəzi dəyişiklik etmişdir. Bu sanki aldatmağa bənzəyir, lakin bütün işinin kompüterdə olması iştirak etdiyi dərslər arasında əlaqələri görməkdə ona kömək edir. Sinif yoldaşları ilə dərhal əlaqə saxalaması qeyri-adi yaxud hətta həyəcanlı görünmür. Bu sadəcə onun təhsil aldığı orta məktəbdə işlərin gediş tərzidir. O şagirdlərin əvvəllər necə ünsiyyət yaratdığını təsəvvürünə gətirə bilmir.

back to top

Ssenari 9- 1:1 Kompüterləşməyə keçid

Xanım Smis keçmişə qayıdaraq keçən iil barədə düşünür və əldə olunan dəyişiklikdən heyrətə gəlir. Ona və orta məktəbdəki digər müəllimlərə bu yay netbuk verilib və onlar peşəkar hazırlıq (ixtisasartırma) kursundan keçiblər. Belə ki, bu onlara bu il başlanması nəzərdə tutulan yeni proqrama-hər bir şagirdə netbuk-hazırlaşmağa kömək edəcək. Əlbəttə, onlar hamısı qorxmuşdular. Əslində heç kəs bilmirdi ki, bu onların tədrisinə necə təsir edəcək. Yay seminarları zamanı yaradılan yeni ideyalar və dərslər maraq doğurucu idi, lakin netbuklar gənc şagirdlərin əlinə verildikdə həqiqətdə nə baş verə bilər? Əvvəlcə onun ingilis dili dərslərində çox dəyişiklik olmadı. Yeganə o oldu ki, şagirdlər yazmaqdan daha çox tapşırıqlarının əksəriyyətini kompüterdə çap edirdilər. Lakin simsiz şəbəkə və şagirdlərin e-poçt sistemi şagirdlərə tapşırıqlarla məhdudlaşmadan daha çox iş görməyə imkan verdi. Onlar öz aralarında əməkdaşlıq etməyə başladılar. Onlar öz dostlarını öz şerlərinin və ədəbi refleksiyalarının "yaxşı dinləyicisi"kimi cəlb etmişdilər-baxmayaraq ki, onlar eyni sinifi paylaşmırdılar. Xanım Smis dərsinin müntəzəm bir hissəsi olaraq netbuklarla daha rahat işlədiyindən və bu cür təbii əməkdaşlığın potensialına şahid olduğundan o , özünün "normal" sinif məşğələləri və kurrikulumundan şaxələnməyə (fəaliyyətini genişləndirməyə) başladı.

Məktəbdə müəllimlərin şagirdlərlə ünsiyyət yaratması üçün müxtəlif onlayn mühitlər yaradılıb: e-poçt, elektron elan lövhəsi, təqvimlər, fayl yerləşdirmə, söhbət otaqları və s. Xanım Smis ədəbiyyatın xüsusi bir hissəsini müzakirə etmək və bir-brinin yazılarına cavab vermək üçün öz şagirdləri üçün elektron elan lövhəsində kiçik qruplar yaradır. Müəllimə onların göndərişlərini diqqətlə oxuduqca dolğun və mənalı cavablar onu heyrətləndirirdi. Şagirdlər istənilən vax-istər bunun üçün ayrılmış dərs müddətində, istərsə də sinif xaricində-göndərişlərini yerləşdirə biləcəklərindən onlar daha çox təfərrüata gedə bilir və öz ideyalarını dəstəkləmək üçün hətta xarici tədqiqatları da cəlb edə bilirdilər.

Orada digər-görünüşdə kiçik, bununla belə mühüm təsirə malik dəyişikliklər də var idi. Əl ilə yazılmış tapşırıqlarını təhvil verməkdən daha çox şagirdlər öz tapşırıqlarını e-poçt ilə göndərməyə üstünlük verirlər. Xanım Smis daha sonra düzəlişləri qeyd etməyə keçir və daha tez və daha ətraflı rəy verirdi. Nəticədə daha çox yazı və təkrar olurdu. Şagirdlərə bu xüsusiyyətdən özlərinin necə istifadə edəcəyi öyrədilirdi və onlar öz işlərində həmkar baxışından daha çox istifadə edirdilər. E-poçt həmçinin şagirdlərin cavablarına və ehtiayclarına daha fərdi cavab verməyə imkan verirdi. Xanım Smis məktəbdən sonra "ofis saatı" təşkiil edirdi. Burada onun şagirdləri gəlib məktəbdə yaradılmış söhbət otağında tapşırıqları müzakirə etmək üçün "görüşmək"imkanına sahib ola bilir və ya ondan yaxud digər şagirdlərdən istiqamətləndirmə və yaxud ideyalar ala bilirdi. Çox vaxt bu qapalı söhbət otağındakı müzakirələr sinifdəki müzakirələrdə olduğu kimi canlı və mövzuya aid idi.

Müdiriyyət bütün müəllimlərdən sinifdəki fəaliyyətlərin xülasəsi ilə birlikdə onlayn təqvimləri yerləşdirməyi tələb etdikdə və onlar tapşrıqları yerləşdirdikdə Xanım Smisin artıq bunu öz sinifləri yerinə yetirmiş idi. Burada əsl dönüş nöqtəsi o zaman baş verdi ki, o, həmçinin digər müəllimlərin təqvimlərinə giriş əldə etmək imkanına sahib oldu. O müşahidə etdi ki, ispan və fransız dili müəllimləri şagirdlərindən xahiş edirdilər ki, səs faylı tapşırıqlarını tələffüzlərini yoxlamaq üçün onlara göndərsinlər; bir neçə riyaziyyat müəllimi ev tapşırığı vermişdi. Tapşırıqda şagirdlərin netbuklarına yüklənmiş müasir proqram təminatından istifadə tələb olunurdu. Belə ki, onlar proqram təminatından həm evdə, həm də məktəbdə istifadə etmək imkanına sahibdirlər; fizika fənni şagirdləri özlərinin simulyasiyalarını işləyirdilər. Müəllimə tarix müəllimlərindən birinin Sənaye İnqilabı mövzusunda dərsə başladığını gördükdə imkan yarandığını hesab etdi.

İndiyə kimi digər fənn sahəsi müəllimi ilə əməkdaşlıq etmək qeyri-mümkün olmasa da çətin idi. Müxtəlif dərs qrafikləri, müxtəlif şagirdlər, görüşmək üçün imkan yox-lakin indi 1:1 kompüterləşmə ilə müəllimə fikrində mümkün olan işlər arasında necə bir yarış getdiyini xatırlayır. Müəllimə sözügedən müəllimə kurrikulumlar arası işdə maraqlı olub-olmadığını öyrənmək üçün e-poçt yazdı. Onların eyni şagirdlərə dərs dediyi o qədər əhəmiyyət daşımırdı-onların şagirdləri hələ də tarixin ədəbiyyata təsiri və ədəbiyyatın tarixə təsirini müzakirə edə bilərdilər. Əvvəlcə kiçik elektron elan lövhəsi şəklində başladılar. Burada şagirdlər ədəbiyyat və yaxud tarixə dair biliklərindən istifadə edərək açıq tipli sualları müzakirə edə bilərdiilər. Kurrikulumarası iş digər dəsrlərlə, o cümlədən Web sorğudan istifadə etməklə əhatə dairəsi daha da genişləndi. Web sorğuda ədəbiyyat fənni şagirdi ilə tarix fənni şagirdi müqayisə edilirdi; şagirdlərin orijinal işi ilə əməkdaşlıq əsaslı veb saytın yaradılması və bu zaman incəsənət dərsi; ştat və yerli rəhbərlərlə və ekspertlərlə müzakirələrin aparılmasının cəlb olunması. Şagirdlər başa düşürdülər ki, tarix, ədəbiyyat, incəsənət və həyat arasında həqiqətən də qarşılıqlı əlaqə var. Əməkdaşlıq əsasında çalışmaq və öz həmkarları və tədqiqatın hər zaman əlçatar olması onlara tarix və hadisələrin əsasında duran həqiqi mənanı görməyə kömək edir. Bu texnologiya alətlərinə hər yerdən və asan çıxış imkanından öncə bu cür inteqrasiya növü ürküdücü bir vəzifə idi; lakin indi netbuklardan istifadə şagirdlərə dörd divar olmadan da və bəlkə də hətta məhdudiyyətlər olmadan belə həqiqi bir mənada məktəbdə olmalarına imkan verir

back to top

Müzakirə

1:1 kompüterləşmə ssenarilərini oxuyub başa çatdıqdan sonra aşağıdakı sualları cavablandırın. Fikirlərinizi bölüşməyə hazır olun.


  1. Hansı ssenarini oxudunuz? Ssenari, eləcə də, həmin konkret sinif yaxud şagir həyatında qazandığınız anlayışlar haqqında qısa məlumat verin.




  2. Bu ssenarilərdəki hansı ideyalardan istifadə etmək olar?




  3. Bu ssenarilərdə 1:1 kompüteləşmənin sinfin mühitini necə dəyişdiyi ətrafında düşünün. Sinfinizdə nə kimi dəyişikliklərin olacağını gözləyirsiniz?




  4. 1:1 kompüterləşmənin tətbiqi ilə ortaya çıxması mümkün hesab edilən hansı çətinlikləri görürsünüz?




  5. Sinifdə ənənəvi çətinliklərin öhdəsindən gəlməkdə 1:1 kompüterləşmədən necə faydalana bilərsiniz? (məsələn, fərqləndirilmiş tədris üsulları, texnologiyanın əlçatarlığı məsələləri və s.)




back to top

 



Müəllif hüququ@2007 İntel Korporasiyası Bütün hüquqları qorunur Page of

Yüklə 86,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə