www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
221
221
221
indiki bədbəxt toyuqları zəhərliyib öldürməyin nə
mənası var?
Əmim hər şeyi başa düşsə də, yenə təmkinini
itirmir, başını yellədib gülümsəməklə həyətdəkiləri
arxayın edir ki, fikir eləmiyin, arvad elə-belə, ürəyini
boşaltmaqçün o sözü dedi, təzədən cücə saxlamaq
niyyəti yoxdur.
Bu məqamda mən kadrı saxlayıb diqqəti yenə də,
kiçik əmimə yönəltmək istəyirəm. Bütün bu toyuq
əhvalatı zamanı əmimin soyuqqanlı, hətta arxayın
olmasının səbəbi, o zaman həyətdəkilərin çoxuyçün
qaranlıq qalsa da bircə mən dəqiq bilirdim ki, hər halda
kiçik oğul öz doğma anasını o biri övladlarından daha
yaxşı tanıdığını açıq şəkildə nümayiş etdirmişdi. Dəqiq
əmin olmasa da sövqi-təbii ilə hiss eləmişdi ki, əvvəl
inadkarlıq göstərməsinə baxmayaraq, arvad beş-on
toyuğa görə həyətdə qanı qaraçılıq salıb, həm özünü,
həm də külfətini camaat içində hörmətdən salan deyil.
Elə buna görə də o biri ailə üzvlərimiz həyəcan keçirdiyi
zaman əmim müəyyən mənada soyuqqanlıdı idi, yəni
həmişəki kimi dünya-aləm vecinə deyildi.
Lakin görünür ki, ilk baxışdan sakit görünən
nənəm ürəyini hələ tam boşaltmayıbmış, çünki əmim
rəhmətlik çil toyuğun ayaqlarından yapışıb zibil qabına
tullamaqçün küçəyə aparanda nənəm bir də başını öz
qapısından çıxarıb qəribə bir əda ilə deyir:
– Həyifdi, tullamıyın onu. Filan qədər ət var
üstündə. Ver bunun arvadına, – təbii ki Mirsəftəri
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
222
222
göstərir, – axşama çığırtma bişirsün süzə, Üç qərdeş
bala-bala arağdan vurub yiyərsüz.
Nənəm son kəlməsini dilinə gətirən kimi
Mirsəftər növbəti dəfə yüngülcə diksinir ( yazıq bu bir
saatın içində o qədər diksinmişdi ki, sonra arvadı onun
canındakı qorxunu götürmək üçün güclə dartıb çıldağa
aparmalı olmuşdu), heç cür anlaya bilmir ki, bu «üç
qərdeş» ifadəsini nənəm kinayəylə deyir, yoxsa
həqiqətən də onu öz oğlanlarıyla bir tutur.
Əmimin isə bu ideya əvvəlcə, deyəsən bir o qədər
də xoşuna gəlmir, nənəmə etiraz edir:
-Əşi tullıyıram getsin də. Ölü toyuğun neyini
bişirib yeyəcəyik e.
-Nöşün ki? - Nənəmin sifətində büzüşmüş bir
təbəssüm peyda olur. – Bütün günü dükannan baş-
ayağı üstündə qalan ölü hökumət toyuqlarını alıb
yimirsüz? Qəmsəmol qərdeşün ölür onların ətiyçün ki.
Mənim çil toyuqum əskiydu olardan?
«Qəmsəmol» sözü atamı yenə də qıcıqlandırır, ən
əsas da ona görə ki, artıq on ildən çox idi ki,
komsomoldan komunistliyə tullanmışdı, amma nənəm
bu sözü tələffüz etməyə çətinlik çəkdiyindən, ya da
qəsdən, elə həmişə atama «qəmsəmol» deyirdi.
– Doğurdan a. – Əmim başına alma düşən
Nyuton kimi qaşlarını qaldırır. – Bəlkə bişirib yeyək
bunu. Öləndə nə olar ki?
Bu yerdə yaşı az olan oxucularçün bir arayış
vermək istəyirəm: İndikilərdən fərqli olaraq Sovet
dövründə dövlət mağazalarına çıxarılan toyuqların çox
hissəsi həqiqətən də baş-ayağı üstündə satılırdı. Camaat
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
223
223
223
arasında söz gəzirdi ki, rəngi adətən göm-göy olan və
konslager əsirlərinə oxşayan bu arıq toyuqları elektrik
cərəyanıyla öldürürlər, qaynar suya basıb tüklərini
yoluşdururlar, sonra da elə baş-ayağı üstündə
göndərirlər mağazalara. Yəqin ki, bunun səbəbi
tullanmalı olan toyuq başının və ayaqlarının pulunu da
camaatın cibindən çıxartmaq idi, amma hər nə idisə
qiyməti ucuz olduğundan bazardan əl toyuğu almağa
pulu çatmayan zəhmətkeş kütlələr bu göyərmiş toyuq
meyitləriylə qane olurdu. Şəxsən mən özüm də, uşaq
olanda çox yemişəm, insafən deyim ki, bişəndən sonra
onların başqa toyuqların ətindən heç bir fərqi olmurdu.
Lakin nənəm kimi namaz qılan, oruc tutan adamlar bu
toyuqları
yemirdilər,
murdar
sayırdılar,
çünki
bildiyimiz kimi, heyvanın ətinin halal olmağı üçün o
gərək müsəlman qaydasına uyğun kəsilib təmizlənsin,
daha baş-ayağı da üstündə dükana göndərilməsin.
Sözümün məğzi odur ki, nənəm ölü hökumət toyuğu
deyəndə məhz bunları nəzərdə tuturdu).
– Hə də, – nənəm təkrar edir, – bişirün, yiyün,
həm də istiyirsüzsə, bir-iki dənə o ölü toyuqlardan alıb
qatun buna ki, tavada tək darıxmasın.
Əmim sual dolu baxışlarını atama və Mirsəftərə
dikir, onların üzündə razılıq nişanələri görən kimi, o da,
sevinir. Artıq onlar bu çil toyuğu və eyni zamanda, hələ
diri olan o biri toyuqları da, tavada qızarmış vəziyyətdə
təsəvvür edirlər, ağızları da yüngülvari sulanır.
Əmim geri qayıdır, əlindəki heyvanı Mirsəftərə
uzadanda nənəm yalançı bir təəssüflə həyətdəkilərin
Dostları ilə paylaş: |