İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə66/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
242 
242 
yox  idi  buna.  Bakılınınkı  şoferlik  idi,  neftçilik  idi,  ən 
uzağı  da  qırçılıq.  Elə  buna  görə  də  indi  axtarsaq, 
alimlərin,  siyasi  xadimlərin,  dövlət  qulluqçularının 
içində bakılıları barmaqla saymaq olar. 
Elə  buna  görə  də,  kirayənişinlərin  eyforiyası 
nənəmə  də,  bibimə  də  çox  qəribə  gəlir,  əsəblərinə 
toxunur,  nə  qədər  cəhd  eləsələr  də,  fikirlərini  bu  səs-
küydən  ayıra  bilmirlər.  Durub  onlara  irad  tutmağı  da 
özlərinə sığışdırmırlar, ayıb bilirlər. Tərslikdən evdə kişi 
xeylağılarından  da  heç  kim  yoxdur  ki,  düşüb 
kirayənişinləri  başa  salsın,  sevinclərini  bir  az  sakit 
şəkildə bəyan eləsinlər. 
Axşama yaxın Mirsəftərgilin şəhərdə qalan başqa 
qohumları  onlara  təbrikə  gəlir,  bapbalaca  otağa  filan 
qədər adam yığılır, səs-küy bir az da güclənib, elə həddə 
çatır ki, artıq yuxarı otaqlarda oturmaq mümkün olmur, 
qışqır-bağırdan  evlərin  şüşələri  silkələnir.  Bibim  öz 
radiomuzun  səsini  artırmaqla  həyətdəki  gurultunun 
səsini  batırmağa  cəhd  göstərsə  də  bunun  bir  xeyri 
olmur. 
Neftçi  atam  dənizdə,  dəmiryolçu  babamsa 
növbəti  reysdə  olduğundan  nənəmlə  bibim  səbrlərini 
basıb  kiçik  əmimin  evə  dönməsini  gözləyirlər  ki,  bu 
mərəkənin qarşısını alsın. Ancaq bir müddət sonra başa 
düşürlər ki, əmim də belə tezliklə gələn deyil, Allah bilir 
məhəllədə  hansı  avaraya  ilişib,  hansı  tində  kazbek 
tüstülədir, ya da küçənin başındakı pivəxanda kruşkanı-
kruşkaya calıyır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
243 
243 
243 
Nəhayət,  bibim  dözmür,  tərəddüdlə  də  olsa 
ayağa  qalxır,  pəncərədən  aşağı  boylanıb  nənəmə  tərəf 
dönür: 
–  Mən  day  dözə  bilmirəm,  düşüb  aşağı  bir-iki 
kəlmə deyəcəm onlara.  
– Lazım döyül. 
–  Nöşün  e?  Beyəm  qorxuram  olardan?  Atamın 
həyətində  oturub  məni  divara  dırmaşdıraceylər?  Bəsdi 
də.  Səhərdən  bayram  eliyillər,  çalıb-oynuyullar,  day 
gecədi, yıxılıb yatsunnar da.   
Nənəm ona acıqlanır. 
– Qız uşağısan. Otur yerində, ayıbdı. Filan qədər 
kişi  xeylağı  var  evlərində.  Gədə  gələr,  düşüb  abırlarını 
verər. 
Bibim  bu  dəfə  küçəyə  tərəf  boylanaraq,  xilas 
gözləyən əsirlər kimi ümid dolu baxışlarını tinin başına 
zilləsə  də,  küçədə  pişiklərdən  başqa  canlı  məxluq  gözə 
dəymir. Saat artıq on birə yaxınlaşır. 
–  Birdən  qaqaşım  heç  gecə  evə  gəlmədi?  Bəs  biz 
səhərəcən  yatmıyaq?  Oturub  bu  qara-mərəkəyə  qulaq 
asaq?  –  Bibim  təəssüflə  içini  çəkir.  -  Bəlkə  sən  özün 
düşəsən aşağı? 
Nənəm  sərt  hərəkətlə  başını  qaldırıb  bibimə 
baxır,  onun  çatılmış  qaşlarını  görən  bibim  özünü 
yığışdırır,  təklifinin  nə  qədər  namünasib  olduğunu 
anlayır. Utanıb başını aşağı salır və mızıldanır. 
– Yaxşı, onda oturub qaqaşımı gözdüyək. 
Hər 
ikisi 
bir 
müddət 
susub 
otururlar, 
danışmırlar.  Nənəm  bibimin  üzünə  baxmağa  sanki 
xəcalət  çəkir,  bəlkə  də  övladının  bu  narahatçılığında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
244 
244 
özünü  günahkar  sayır,  amma  birdən  üzü  gülür,  nəsə 
fikirləşib tapmış adamlar kimi cəld ayağa durur, otaqda 
vurnuxmağa başlayır. 
– 
Nə 
axtarırsan? 
– 
bibim 
qeyri-ixtiyari 
maraqlanır. 
Otağı  ələk-vələk  edən  nənəm  əsəbiliklə  əllərini 
yellədir: 
– Hanı o? 
– Nə?  
–  Əşşi,  o  yekə  paltar  qayçısını  diyirəm  də.  Səhər 
əlimdeydi e. 
Bibimin gözlərində heyrət nişanələri görünür. 
– Qayçını neynirsən? 
– Lazımdı. 
– Odey, taxçaya qoymuşam. 
Nənəm 
yekə 
paltar 
qayçısını 
götürəndə 
təəccübdən, həm də qorxudan bibimin  boğazı quruyur, 
düşünür ki, nənəm kirayənişinləri «qayçılamaq» istəyir. 
– Hə də, ata-babası gündə birini  bıçaqlıyırdı, bu 
da qayçılamaq fikrinə düşüb. Allah axırını xeyir eləsin. – 
Bibim bunları beynindən keçirib vahimə içində yerindən 
sıçrayır, arvadın qarşısını kəsmək istəyir. 
–  Sən  babovun  qəbri,  eləmə,  ay  məmə,  bizi  qana 
salma. 
–  Əşşi,  çəkil  görüm.  -  Nənəmin  səsindəki  hökm 
bibimi geri çəkilməyə vadar edir və arvadın qapıya yox, 
pəncərəyə  tərəf  getməsi  isə  onu  lap  çaşdırır.  Bir  şey 
soruşmağa  da  macal  tapmır,  nənəm  pəncərəni  açıb  iri 
dəmir  qayçı  tutmuş  əlini  sol  tərəfə  uzadır  və  yalnız  bu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
245 
245 
245 
zaman  bibim  başa  düşür  ki,  arvad  Mirsəftərgilin  evinə 
gedən elektrik xəttini kəsmək istəyir. 
Əlbəttə  ki,  nənəmdən  fərqli  olaraq  bibimin 
elektrik cərəyanı barədə məlumatı daha çox idi, lakin bu 
məqamda  gücü  yalnız:  -«eləmə,  tok  vurar»-  qışqıraraq 
özünü arvada tərəf atmağa çatır. 
Başı pəncərədən çöldə olan arvad qızının sözünü 
eşitmir  və  nazik  məftili  var  gücüylə  dəmir  qayçının 
arasına sıxıb kəsir... 
Bayırda  möhkəm  qığılcım  qopur  və  nənəmin 
«Vaxsey» bağırmasıyla həyətin qaranlığa qərq olması bir 
olur< 
Sakitlik  çökür.  Bibim  özünü  itirir,  biixtiyar 
nənəmi çağırır, arvadın yüngül iniltisindən hiss edir ki, 
pəncərənin  ağzında  yıxılıb  qalıb.  Elə  bu  vaxt  arvadın 
qışqırığını  eşidən  Mirsəftər  də  cəld  yuxarı  qalxır, 
cibindən kibrit çıxarıb yandıraraq evə girir. 
– Arvada nə oldu ki? 
Nənəmin  pəncərənin  ağzında  yıxıldığını  görüb 
onun  üstünə  atılır,  ayağa  qaldırmağa  çalışır,  bibim  tez 
şam  gətirir,  yandırırlar,  yalnız  bundan  sonra  inildəyən 
arvadın  göyərmiş  sifətini  görən  Mirsəftər  onu  elektrik 
cərəyanı vurduğunu anlayır. Amma özünə gələn nənəm 
heç  bir  köməyə  ehtiyacı  olmadığını  bildirərək 
kirayənişini  təzədən  aşağı  göndərir,  özü  isə  qızının 
köməyiylə  ayağa  qalxıb  divana  uzanır.  Görkəmindən 
bilinir  ki,  özündən  razıdır,  hər  nədisə  həyətdə  sakitliyi 
bərpa etməyə nail olub.  
Buna  baxmayaraq  ürəyində  özü  özünə  söz  verir 
ki,  bundan  sonra  bir  də  o  zəhrimar  toka  yaxın  da 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə