International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə14/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   10   11   12   13   14   15   16   17   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

945

  

27-28 April 2018, Baku, Azerbaijan 

maddeyi-mərəz,  mizanül  hərarət  (termometri)  titrətmə,  qızdırma,  ishal,  yatalaq,  qızılca,  yel, 

mərəz və s.  

Rütubətli evin mərəzə səbəb olmağına heç kəsin şübhəsi olmasın.  

Uşağı əmizdirən kimi onu çimizdirmək yaxşı deyil. Və bəlkə maddeyi-mərəzdir.  

2)  İqtisadi  və  ticari  terminlər:  "İşıq"  qəzetini  mövzularına  görə  incələdiyimiz  zaman  onun 

iqtisadiyyat  bölməsi  də  diqqəti  çəkmişdir.  Belə  ki,  "İşıq"  qəzetinin  müəyyən  saylarında  iqtisadi 

xəbərlər  başlığı  yer  almaqdadır.  Burada  şəhər  tiyatr  və  köşklərində  olan  bilet  və  qəzet  satışları  ilə 

əlaqəli  elanlar,  iş  elanlar,  iane  toplanışları  elanları  verilmişdir.  Bundan  əlavə  ticarət  xüsusən  dəniz 

ticarəti  haqqında  yayımlanan  bəzi  məqalələr  əsasında  da  bir  çox  ticari  terminlərin  meydana  çıxdığı 

bəlli olmuşdur.  

teatr, məccanən, tamojna, gömrük, ianə, ixrac, idxal, mədaxil, məxaric və s.  

Böylə ianələr topladıqca xəzinəyə verilib qəbz alınacaq və ianə edənlərin adları qəzetəmizdə dərc 

olunacaq.  

3)  Hərb,  ordu,  savaş  terminləri:  "İşıq"  qəzetində  rastladığımız  digər  terminlər  hərblə  bağlıdır. 

Belə  ki,  qadın  qəzeti  olmağına  və  mövzu  etibari  ilə  müharibələrdən  uzaq  durmağına  baxmayaraq 

qəzetin bəzi nömrələrində "Teleqraf" başlığı altında Türkiye-İtaliya müharibəsinin gedişatı haqqında 

məlumatlar verilmişdir. Beləcə, bəzi hərb terminlərinin işlədilməsi baxımından dilin terminologiyasına 

bəzi sözlər bəxş etmişdir.  



Xariciyyə naziri, sədrazam, qoşun, dava gəmisi, şühəda, basqıntılıq, Paşa, vəliəhd, ezam olmaq, 

boykotaj, əsir, top, plemyot, tüfəng, patron, yaraq, sursat və s.  

Müsəlmanlar  sədrazam  həzrətlərinə  xüsusi  bir  teleqraf  çəkib  şərəfi  şanu  islamiyyəti  muhəfizə 

etməsini rica eyləmişlər. 

Tripolidə  ali  dərəcədə  silahlanmış  20.000  osmanlı  qoşunu  varki  hər  dəqiqə  hazırlaşırlar  şəhid 

olmağa.  

4)  Dini  terminlər:  "İşıq"  qəzeti  cahilliyə,  elmsizliyə  qarşı  çıxsa  da,  heç  vaxt  şəriyyət 

qanunlarından  kənara  çıxmamışdır.  Əksinə,  xanımları,  elmli,  savadlı,  tərbiyəli  olmağa  səsləmiş  və 

bunu  şəriyət  qanunları  çərçivəsində  etməyi  tövsiyyə  etmişdir.  Qəzetdə  bir  çox  dini  mövzulara 

toxunulduğu üçün dini terminlərin də qəzetin dilinə daxil olması qaçınılmaz olmuşdur.  

cihad, namaz, ibadətgah, fətva, şəriyyət, şəriəti-islamiyyə, şəriəti-Məhəmmədiyə və s.  

5) Huquqi terminlər: "İşıq" qəzetində xüsusi olaraq qadınların və ümumiyyətlə xalqın hüquqları-

nın qorunması haqqında ətraflı məqalələr yazılmış, cəmiyyətin öz haqq və hüquqlarını bilməsi üçün 

bilgiləndirici məlumatlar yerləşdirilmiş. Bu işlə xüsusi olaraq, Xədicə xanımın həyat yoldaşı, qəzetin 

ərsəyə  gəlməsində  bilavasitə  əməyi  olan,  hüquqşünaş  Mustafa  bəy  Əlibəyov  məşğul  olmuşdur.  Bu 

səbəblə də qəzetin dilində bir çox hüquqi terminlərin işlənməsi təbiidir.  



hüquqi-nisvan, hüquqi-müslimə, məhkəmə, sud, hakim, divanxana, dustaq, yurist və s.  

O zaman cümlə tövsiyə etdi ki, fərzlərdən birincisi hüquqi – müslimdir.  

Lakin  bu  məclisdə insanı ən  çox  fərəhnak və xoşbəxt edən orada  bir  çox  darülfünun  qurtarmış 

mühəndis, təbib, yurist müsəlman cavanlarının mövcud olması idi ki, biz müsəlmanların ümdə xoşbəxt 

olmağının yeganə səbəbidir.  

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  terminologiyamızın  sistemli  yaranması  və  milli  dilin 

termin yaradıcılığında əsas mənbə rolunu oynaması mərhələsidir.  

"İşıq" qəzetinin dilində işlənən terminlər həm mənbə, həm də mövzu baxımından müxtəlifdir.  

Ədəbi  dilin  terminoloji  sahəsinə  mənsub  sözlərin  XX  əsrin  əvvəllərində  elmi  dil  vahidlərinə 

çevrilməsində bədii üslubun əhəmiyyətli rolu olmuşdu.  

XIX  əsrin  30-cu  illərindən  etibarən  XX  əsrin  birinci  rübünə  qədərki  dövrdə  əvvəlki  dövrlərə 

nisbətən  termin  yaradıcılığı  daha  məhsuldar  olmuşdur.  İctimai  -  iqtisadi  vəmədəni  həyatın  müxtlif 

sahələrinin inkişafı ilə əlaqədar olaraq rus dilindən alınan, eləcə də beynəlmiləl terminlərdən daha çox 

istifadə olunmuşdur.  

Termin yaradıcılığı prosesində həm ədəbi dildən, həm də dilimizin müxtəif dialekt və şivələrin-

dən başlaaraq yeni - yeni milli terminlərin meydana gəlməsində dialekt sözlərdən istifadəyə üstünlük 

verilmişdir  Lakin  o  dövrün  terminologiya  sahəsində  bir  sıra  nöqsanlar  olmuşdur.  Belə  ki,  ərəb-fars 

mənşəli terminlərin rus və Avropa dillərindən alınan terminlərlə əvəzlənməsi prosesi güclənmişdir. Bu 

isə uzun müddət terminologiyanın lüğət tərkibinin qeyri-sabitliyinə və paralel terminlərin işlənməsinə 

gətirib çıxarmışdır.  




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

946

  

27-28 April 2018, Baku, Azerbaijan 

Azərbaycan dilində terminlərin yaranması üçün əsas mənbə Azərbaycan dilinin lüğət tərkibindən 

götürülürdü.  "İşıq"  qəzetində  işlənən  terminlər  həmin  dövrün  terminalogiyasının  ümumi  mənərəsini 

yaradırdı.  "İşıq"  qəzetində  hüquq,  təbabət,  tarix,  iqtisadiyytla  bağlı  işlənən  terminlərin  əksəriyyəti 

həmin dövr terminologiyasının, ümumiyyətlə, dilin lüğət tərkibinin zənginləşməsinə xidmət etmişdir. 

Günümüzdə  azacıq  semantik,  fonetik  dəyişiklikliyə  uğrasa  da,  tarixən  mövcud  olmuş  ərəb-fars 

mənşəli  terminlərin  bir  qismi  işlədilməkdədir.  Alınma  terminlərin  geniş  işlənməsi  zamanə  milli 

qrammatik,  fonetik  normaya  uyğunlaşması  prosesi  həmin  dövrdə  də  müşahidə  edilir.  Müəyyən  elm 

sahəsi  ilə  bağlı  terminlərin  yalnız  həmin  termin  sahəsində  işlədilməsi  çərçivəsindən  çıxıb  daha  da 

genişlənməsi prosesi XX əsrin ədəbiyyatında da açıq aşkar hiss olunur.  

"İşıq" qəzetində işlənən terminlərin mənbələrinin genişlənməsi, ərəb-fars mənşəli sözlərlə yanaşı, 

rus-Avropa mənşəli terminlərin də fəal şəkildə istifadəsi həmin dövr üçün xarakterik idi.  

Xalq danışıq dilindən alınan milli mənşəli terminlərin də tədricən yeni anlayışı ifadə edən alınma 

terminlərlə  əvəz  olunması  bir  tərəfdən  həmin  dövrün  ictimai-siyası  vəiyyəti  ilə  bağlı  olsa  da,  digər 

tərəfdən Avropa və rus dillərinə olan maraqdan doğurdu. 

"İşıq" qəzetində işlənən terminlər bir neçə yollar dilimizə daxil olmuşdur. Rus, Avropa, Türk alim 

və  ədiblərinin  əsərləri  vasitəsi  ilə,  mədəniyyərin,  mətbuatın,  teatrın,  maarifin  inkişafı  ilə,  iqtisadi 

həyatda  baş  verən  dəyişikliklərlə  bağlı.  Birincivasitə  ilə  dilimə  keçən  və  həmçinin  "İşıq"  qəzetinin 

dilində də istifadə edilən, spirt, fotoqraf, tamaşa, teleqraf, teatr, student, tiraj, dram, universitet kimi 

terminlər  mədəniyyətin,  mətbuatın,  teatrın,  maarifin  inkişafı  ilə  bağlı  meydana  gəlmidir.  Bu 

terminlərin bəziləri ffonetik tərkibi nisbətən dəyişilərək danışıq dilində də işlənirdi. Digər bir vasitə ilə 

dilimizə keçən və həmçinin "İşıq"ın lüğət tərkibinə daxil olan alınma sözlər yalnız iqtisadiyyatla bağlı 

elmi əsərlərdə, həm də xalq danışıq dilində də işlənirdi.  

"İşıq"ın  dilində  işlənən  terminlərin  yaranma  mənbəyini  ərəb,  fars,  türk  dilləri  ilə  yanaşı, 

Azərbaycan, rus və Qərbi Avropa dilləri də bu mənblər sırasına daxil  olmuşdur. Əlbəttə, terminlərin 

yaranmaa mənbəyinin artması dövrün, şəriətin qarşıya çıxardığı yeni təəblərdən irəli gəlmiş, elmi bu 

tələblərə uyğun qurmaq, yeni məfhumları ifadə etmək ehtiyacından doğulmuşdur. 

Dilimizin saflığının, təmizliynin qorunmsı yolunda "İşıq" qəzetinin çox mühim rolu vardır.   

Qəzetimizə  xəbər  və  məqalə  yazanlardan  razılıq edib  artıq  dərəcə təveqqe  eləyirik  ki,  yazıları 

mümkün  olduğu  qədər  öz  ana  dilimizdə  yazıb,  ərəb,  fars,  osmanlı  lüğətləri  işlətməsinlər.  Çünki 

oxucularımızın  çoxu  qəzetimizin  dilindən  şikayət  edirlər.  Ana  dilində  yazılmayan  məqalələr  hərgiz 

dərc olunmayacaqdır!”  

"Qəzetədən  ixtar"  bölməsində  demək  olar  ki,  hər  sayıda  bu  xəbərdarlığın  yer  alması  da  bunun 

əyani sübutudur.  

 

"İşıq"  qəzeti  2  ilə  yaxın  bir  dövr  ərzində  dilin  saflığını  müxtəlif  yad  təsirlərdən  qorumaq  üçün 



əhəmiyyətli  işlər  görmüşdür.  Bacardıqca  daha  aydın,  başa  düşülən,  ümumişlək  olan,  milli  dilin 

qrammatik  xüsusiyyətlərinə  uyğunlaşan  sözlərdən  istifadəyə  çalışıb  alınma  terminlərə  də  ehtiyatla 

yanaşmış, onların xalq arasında daha tez anlaşılanını işlətməyə cəhd etmişdir.  

 

 



MOLLA PƏNAH VAQİFİN DİLİNDƏ QRAMMATİK ARXAİZMLƏR 

 

İlkin ABBASOV 

Gəncə Dövlət Universiteti 



aabbasovilkin@gmail.com 

AZƏRBAYCAN 



 

Açar sözlər: Arxaizmlər, tipologiya, folklor, nitq hissələri 

Məqalədə Molla Pənah Vaqifin dilində işlənmiş şəkilçilər, köhnəlmiş sözlərdən olunur. Şairin əsas yaradıcılığı qoşma, 

gəraylı və digər xalq yaradıcılığı janrındakı əsərlərdən ibarətdir. Əsərlərinin dili klassik dövr nümunələrinin dilindən kəskin 

şəkildə  asanlığı  ilə  fərqlənir.  Şairin  dilində  elə  düzəltmə  sözlərə  rast  gəlmək  olur  ki,  həmin  sözlərə  məxsus  derivatoloji 

qaydalar müasir sözyaratmada işlək deyildir. 

 

 Molla  Pənah  Vaqif  ədəbi  bədii  dilin  milli  əsasda  inkşafını  mütləqləşdirdi.  Onun  xidməti 



nəticəsində  folklor  üslubu  klassik  üslubun  nüfuzunu  sındırıb  aprıcı  mövqeyə  keçdi.  Bundan  sonra 

ədəbi bədii dilin prespektivlərini, bir qayda olaraq, folklor üslubu müəyyən etdi. Molla Pənah Vaqifin 

klassik  janrdakı  əsərlərinin  dili  klassik  üslubun  göstəricisi  deyil.  Bu  dil  müəyyən  arxaik  cəhətlərinə 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə