İnternet saytından istifadə şərtləri



Yüklə 11,91 Kb.
tarix01.09.2018
ölçüsü11,91 Kb.
#66332

İnternet saytından istifadə şərtləri

Bu istifadə şərtləri (burada istinad göstərilmiş hər hansı sənədlərlə birlikdə) bizim internet saytımızdan www.dubaitourism.ae (bizim “internet saytı”) qonaq və ya qeydiyyatdan keçmiş istifadəçi kimi istifadə etmə şərtlərini göstərir. Bizim internet saytından istifadəyə ona giriş, axtarış və ya saytdan istifadə üçün qeydiyyatdan keçmə daxildir.


Lütfən internet saytımızdan istifadə etməzdən əvvəl bu istifadə şərtlərini diqqətlə yoxlayın, çünki bu şərtlər internet saytımızdan istifadənizə tətbiq ediləcək. Gələcəkdə istinad üçün bu şərtlərin bir nüsxəsini çap etmənizi tövsiyə edirik.
Saytımızdan istifadə etməklə, bu istifadə şərtlərini qəbul etdiyiniz və onlara əməl etməyə razılıq verdiyinizi təsdiq edirsiniz. Bu istifadə şərtləri ilə razılaşmırsınızsa, bizim internet saytından istifadə etməməlisiniz.

Digər tətbiq olunan şərtlər

Bu istifadə şərtləri eyni zamanda bizim internet saytımızdan istifadənizə tətbiq edilən növbəti əlavə şərtlərə tətbiq edilir:



  • Sizdən topladığımız, yaxud sizin bizə verdiyimiz hər hansı şəxsi məlumatları işləmə şərtlərini müəyyən edən Məxfilik Siyasətimiz [məxfilik siyasətinə linki daxil edin]. Bizim internet saytındanistifadə etməklə, siz belə işlənməyə razılıq verirsiniz və bizə verdiyiniz bütün məlumatların dəqiq olmasına zəmanət verirsiniz.



Bizim internet saytına giriş

Biz internet saytımızın, yaxud onun hər hansı məzmununun mövcud olacağına, yaxud kəsintisiz yayımına zəmanət vermirik. İnternet saytımıza girişə müvəqqəti əsasla icazə verilir. İnternet saytımızı tamamilə, yaxud onun hər hansı bir hissəsini xəbərdarlıq vermədən dayandıra, bağlaya, ləğv edə və ya dəyişdirə bilərik. Hər hansı vaxtda və ya hər hansı müddət ərzində hər hansı səbəbdən internet saytımızdan istifadənin mümkün olmadığı üçün sizin qarşınızda məsuliyyət daşımayacağıq.


Bizim internet saytımıza girmənizin mümkünlüyü üçün bütün tədbirləri görməyə özünüz cavabdehlik daşıyırsınız.
Sizin internet bağlantınız vasitəsilə bizim internet saytına daxil olan bütün şəxslərin istifadə şərtlərindən və digər şərt və müddəalardan xəbərdar olmalarını və onlara əməl etmələrini təmin etməyə də siz cavabdehlik daşıyırsınız.

Əqli mülkiyyət hüquqları

DTCM Məzmuna daxil olan və Birləşmiş Ərəb Əmirliklərinin və beynəlxalq müəllif hüququ qanunları və sazişləri vasitəsilə qorunan bütün Əqli Mülkiyyət Hüquqlarının sahibidir (və müvafiq hallarda, lisenziya sahibidir). Bütün bu hüquqlar qorunur.


Əqli Mülikiyyət Hüquqları dedikdə əqli mülkiyyət hüquqları başa düşülür və buraya aşağıdakılar daxildir:


    1. müəllif hüquqları, patentlər, verilənlər bazalarına hüquqlar və ticarət markaları, dizaynlar, nou-hau və məxfi məlumat (qeydiyyata alınmış və ya alınmamış) üzərində hüquqlar; (ii) hər hansı belə hüquqların qeydiyyatdan keçirilməsi üçün ərizələr və belə ərizəni vermə hüququ; (iii) bütün digər əqli mülkiyyət hüquqları və dünyanın hər hansı yerində istifadə edilən ekvivalent və ya oxşar mühafizə formaları; və (iv) bu internet saytında Məzmunu istifadə etmək üçün əqli mülkiyyətin hər hansı üçüncü tərəf sahibindən alınmış hər hansı lisenziyalar və istifadə hüquqları.


Məzmun dedikdə bizim internet saytı (o cümlədən) onu təşkil edən HTML, mətn, şəkillər, loqolar, düymələrin şəkilləri və təsvirləri, audio kliplər, video kliplər, rəqəmsal yükləmələr, verilənlərin yığılması (o cümlədən internet saytının təşkili və ümumi görünüşü), proqram təminatı və bizim internet saytında sizə təqdim edilən digər nəşr edilmiş məzmun (da daxil olmaqla, lakin onlarla məhdudlaşmadan).
İstifadə şərtlərində xüsusi olaraq qeyd edilmiş hallar istisna olmaqla, siz Məzmunu ancaq öz şəxsi, qeyri-kommersiya məqsədi ilə nüsxəsini çıxara və nümayiş etdirə bilərsiniz. Kompüterinizin keş yaddaşında saxlanılan müvəqqəti nüsxə və şəxsi istifadə üçün bir daimi nüsxə istisna olmaqla, bizim əvvəlcədən alınmış yazılı təsdiqimiz və ya lisenziatımızın yazılı təsdiqi olmadan materialdan tam və ya qismən başqa məqsədlərlə istifadə etmək, saxlamaq, üzünü çıxarmaq, nəşr etmək, dəyişdirmək və ya istənilən formada yaxud istənilən üsullarla ötürmək qadağandır.
Xüsusilə, siz hər hansı Məzmundan öz nəşrlərinizi, İnternet saytınızı və ya digər paylama vasitələrini təşkil etmək, saxlamaq, yaxud təchiz etmək və ya təşkil edilməsinə, saxlanmasına yaxud təchizinə yardım etmək məqsədilə istifadə edə bilməzsiniz.
Bu istifadə şərtlərinə zidd olaraq saytımızın hər hansı hissəsinin nüsxəsini çıxarsanız, çap etsəniz və ya yükləsəniz, bizim saytdan istifadə hüququnuz dərhal ləğv ediləcək və siz bizim seçimimizlə əldə etdiyiniz nüsxələri qaytarmalı və ya ləğv etməlisiniz.
Bizim internet saytımızda verilmiş heç bir şey, saytda nümayiş etdirilən hər hansı loqo, başlıq və ya ticarət markasından müvafiq Əmlak Hüquqları sahibinin xüsusi olaraq verilmiş yazılı razılığı olmadan istifadə etmək hüququ verməsi kimi qəbul edilməməlidir.

Hüquqi imtina

Bu internet saytı DTCM tərəfindən "olduğu kimi" əsasla təchiz edilir.


Müvafiq qanunun yol verdiyi dərəcədə DTCM bütün ifadə edilmiş, yaxud ehtimal edilən, o cümlədən xidmət provayderlərinin ehtimal edilən zəmanətləri də daxil olmaqla, lakin onlarla məhdudlaşmadan bütün zəmanətlərdən, peşəkar səviyyədən satış üçün yararlığından və ya hər hansı məqsədə uyğunluğundan, təqdimatlarda və ya bizim internet saytına və ya hər hansı Məzmuna tətbiq edilə biləcək digər şərtlərdən hüquqi imtina edir. DTCM aşağıdakılarla əlaqədər yaranan hər hansı növ, o cümlədən birbaşa, dolayı, qəfil, cəza məqsədli və nəticədən doğan zədələr də daxil olmaqla, yaxud onlarla məhdudlaşmadan müqavilədə və ya digər yolla yaranmış hər hansı itkilər və ya zədələr (o cümlədən etinasızlıq) üçün - onların əvvəlcədən görünməsi mümkün olsa belə - məsuliyyət daşımayacaq:

  • bizim internet saytından istifadə, yaxud istifadənin qeyri-mümkünlüyü; yaxud




  • bizin internet saytında nümayiş etdirilən hər hansı məzmundan istifadə etmə və ya onun etibarlılığı.

Siz işgüzar istifadəçisinizsə, lütfən nəzərə alın ki, biz xüsusilə aşağıdakılar üçün məsuliyyət daşımayacağıq:



  • mənfəətin, satışın, biznesin və ya gəlirin itirilməsi;

  • biznesin pozulması;

  • ehtimal edilən əmanətin itirilməsi;

  • biznes imkanının, xoş məramın və ya nüfuzun itirilməsi; yaxud

  • hər hansı dolayı, yaxud nəticədən yaranan itki və ya zədə.

Siz istehlakçı istifadəçisinizsə, lütfən nəzərə alın ki, biz internet saytımızı ancaq evdə və fərdi istifadə üçün təchiz edirik. Siz internet saytımızdan hər hansı kommersiya və ya biznes məqsədləri ilə istifadə etməyəcəyinizə razılıq verirsiniz və biz sizin hər hansı mənfəət, biznes itkisi, biznesin dayanması, yaxud biznes imkanının itirilməsi üçün məsuliyyət daşımırıq.


Biz virus, paylanan xidmətin rəddi hücumu, yaxud bizim internet saytından və ya onunla əlaqəli hər hansı digər saytdan istifadə etməniz, ondan hər hansı məzmunu yükləməniz nəticəsində sizin kompüter avadanlığınıza, kompüter proqramlarına, verilənlərə və ya digər patentli materiala zərər verə biləcək digər texnoloji zərərli materiallar nəticəsində baş vermiş hər hansı itki və ya zədə üçün məsuliyyət daşımayacağıq.
Biz internet saytımızla əlaqələndirilmiş saytların məzmunu üçün cavabdehlik daşımırıq. Belə linklər həmin əlaqələndirilmiş saytların istifadəsi üçün səlahiyyət verdiyimizi bildirməməlidir. Biz həmin saytdan istifadə etməniz nəticəsində baş vermiş hər hansı itki və zədə üçün məsuliyyət daşımayacağıq.

Bu istifadə şərtlərinə dəyişikliklər

Biz bu səhifəyə dəyişiklik etməklə hazırkı şərt və müddəalara düzəlişlər edə bilərik. Lütfən vaxtaşırı olaraq bu səhifəyə baş çəkin və etdiyimiz dəyişiklikləri nəzərə alın, çünki onlar sizin üçün məcburidir.



İnternet saytımıza dəyişikliklər

Biz internet saytımızı vaxtaşırı olaraq təzələyə və onun məzmununu istənilən vaxt dəyişə bilərik. Bununla belə, lütfən nəzərə alın ki, internet saytımızda verilmiş hər hansı məzmun istənilən vaxt köhnəlmiş ola bilər və biz onu təzələmək öhdəliyi daşımırıq. Biz internet saytımızın və ya onun hər hansı məzmununun səhvlərdən azad olmasına zəmanət vermirik.



Məlumata etibar etməmə

Bizim internet saytının məzmunu ancaq ümumi məlumat üçün verilir. O, etibar edəcəyiniz məsləhət məqsədi güdmür. Siz internet saytımızda verilmiş hər hansı məzmun əsasında hər hansı tədbir görməzdən, yaxud tədbirdən çəkinməzdən əvvəl peşəkar və ya mütəxəssis məsləhəti almalısınız.


İnternet saytımızda olan məlumatı təzələmək üçün ağlabatan cəhdlər görsək də, biz
internet saytımızda olan məzmunun dəqiq, tam və ya müasir olmasına dair heç bir ifadə və ya ehtimal edilən təqdimatlar, zəmanətlər və ya təzminatlar vermirik.

Viruslar

Biz internet saytımızın səhvlərdən və ya viruslardan təhlükəsiz və ya azad olmasına zəmanət vermirik. Siz bizim internet saytımıza daxil olmaq üçün informasiya texnologiyalarınızı, kompüter proqramlarını və platformanı konfiqurasiya etməyə özünüz cavabdehsiniz. Siz öz viruslardan mühafizə proqramınızdan istifadə etməlisiniz.


Siz bilərəkdən sayta viruslar, troyan, qurd-viruslar, şərt əsaslı viruslar və ya digər ziyanlı və texnoloji baxımdan zərərli olan materialı təqdim etməklə internet saytımızdan sui-istifadə etməməlisiniz. Siz saytımıza, saytın saxlandığı serverə, yaxud bizim internet saytının bağlantısı olan hər hansı serverə, kompüterə və ya verilənlər bazasına icazəsiz girməyə cəhd etməməlisiniz. Siz xidmətin-rəddi hücumu və ya paylanmış xidmətin rəddi hücumu ilə bizim internet saytımıza hücum etməməlisiniz. Bu müddəanı pozma Birləşmiş Ərəb Əmirliklərinin qanunlarına əsasın cinayət hadisəsi hesab olunur. Biz hər hansı belə pozuntuya dair müvafiq hüquq mühafizə orqanlarına məlumat verəcəyik və sizin şəxsiyyətinizi onlara açıqlamaq üçün bu orqanlarla əməkdaşlıq edəcəyik. Belə pozuntu halında sizin internet saytımızdan istifadə hüququnuz dərhal ləğv ediləcək.

Bizim internet saytı ilə əlaqələndirmə

Siz saytınızı bizim ana səhifəyə bağlaya bilərsiniz, bir şərtlə ki, bunu ədalətli və hüquqi yolla edəsiniz və bizim nüfuzu zədələməyəsiniz və ya ondan sui-istifadə etməyəsiniz. Siz bizimlə heç bir assosiasiya, təsdiq və ya həvalə təklif etməyəcək şəkildə link təşkil etməlisiniz. Sizə məxsus olmayan jər hansı saytla bizim saytı əlaqələndirməməlisiniz. Bizim saytımız hər hansı digər sayta daxil edilə bilməz, yaxud saytımızın ana səhifəsindən başqa heç bir hissəsinə link yaradılmamalıdır. Sizin əlaqələndirdiyiniz internet saytı bütün baxımlardan bizim Məqbul İstifadə Siyasətimizə [siyasətə linki daxil edin] verilmiş standartlara uyğun gəlməlidir.



Saytımızda Üçüncü Tərəf linkləri və resursları

Bizim internet saytında başqa saytlara və üçüncü tərəflərin təchiz etdiyi resurslara linklər verilərsə, linklər ancaq sizə məlumat üçün verilmişdir. Biz həmin internet saytlarının və ya resursların məzmununa nəzarət etmirik.



Tətbiq olunan qanun

Bu internet saytını Birləşmiş Ərəb Əmirliklərinin, Dubay DTCM tərəfindən yaradılmışdır və nəzarət edilir. Bu baxımdan, bu hüquqi imtinanı, şərt və müddəaları Dubay qanunları, müvafiq hallarda Birləşmiş Ərəb Əmirliklərinin federal qanunları tənzimləyəcək və qanunların müdaxiləsi prinsipləri nəzərə alınmayacaq. Biz istənilən vaxt internet saytımıza və bu hüquqi imtinalara, şərt və müddəalara dəyişikliklər etmək hüququnu saxlayırıq.



Bizimlə əlaqə



Bizimlə əlaqə saxlamaq üçün, lütfən info@dubaitourism.ae ünvanına e-məktub göndərin. Bizim internet saytımıza baş çəkdiyiniz üçün təşəkkür edirik.
Yüklə 11,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə