İnternet və Elektron Hökumət



Yüklə 8,87 Kb.
tarix26.09.2017
ölçüsü8,87 Kb.
#1756

İnternet və Elektron Hökumət

Bu gün dünyada elmin və texnikanın sürətlə inkişafı birbaşa hər birimizin yaşadığı mühitə öz təsirini göstərmədən keçmir. Bu bizim yaşadığımız cəmiyyətdə, ünsiyyətdə olduğumuz hər bir məkanda özünü göstərir. İnformasiyanın bol olduğu bir mühitdə insanlar daima seçim qarşısındadırlar. Hər kəs düzgün, faydalı, dəqiq informasiyaları daha çox etibar edilmiş mənbələrdən və asan yolla almağa çalışır. Əlbəttə ki, bu yolda insanların köməyinə günümüzün ən vacib amilinə çevrilmiş internet çatır. İnternet öz üzərində daha çox insan ünsiyyəti, məlumat axtarışı və əməliyyatların həyata keçirilməsini reallaşdırmaqla yanaşı, eyni zamanda da yalnız dövlət qurumları arasında deyil, eləcə də sadə insanlar arasındakı ayrıseçklilkləri azaldır. Artıq dövlət tərəfindən həyata keçirilən xidmətlər hazırda doğru şəkildə yerinə yetirilməsində özünə inam qazanır, insanların həyata baxışı dəyişir, dövlətə olan güvəni artır. Və beləcə dövlət təşkilatları internet vasitəsilə:
İşsizlik sığortası, sosial müdafiə, ictimai kömək, vergi, sənəd, əhali, sağlamlıq, gömrük, ədliyyə və s. kimi xidmətlərini rahatlıqla xalqına təqdim edə bilir.


İnternetin sürətlə inkişaf etdiyi bir dövrdə yeni fürsətlər - hökumətin internetdən online iş idarə etməsi, sosial rifah proqramları, hökumət işləri, layihələri, nümayəndələri haqqında online məlumatlar və eləcə də asan ödəmə xidmətləri - ElektronHökumətdə (EH) cəmlənmişdir.
Biz özümüz də artıq fərqində olmadan texnologiya ilə əhatə olunmuş bir cəmiyyətdə yaşayırıq. Cib telefonları, kompyüterlər, gündəlik işlətdiyimiz məişət avadanlıqları bizi tam əhatəsinə alıb. Yalnız, hərəkətli həyat tərzi yaşayan təkcə sadə insanlar deyil, bütün dövlət qurumları, idarələr, təhsil müəsissələri, səlahiyyətli bütün orqanlar informasiya texnologiyalarını mənimsəyir və münasibətlərdə ünsiyyət texnologiyalarından istifadə edirlər.
EH ölkədə hər kəs üçün istifadə edilə bilən bütün elektron ictimai rəhbərlik xidmətlərinin toplusudur. Keyfiyyət, güvən və sürət mərkəzi rolundadır. Müasir və yenilikçi sözləri ilə sinonim kimi götürülə bilər. Dövlət qurumları, vətəndaşlar və müəssisələr ilə təmasda olmaq üçün belə internet və ya mobil xidmət texnologiyalarından istifadə etmək daxili iş müddətlərinin qısa zamanda həyata keçirilməsinə kömək edir.
EH müasir informasiya və kommunikasiya texnologiyaları sayəsində ictimai səlahiyyətlilərin “köhnə” xidmətə təqdim etmək üçün, həm də internet üzərindən yeni elektron xidmətləri tanıtmaq üçün istifadə olunur. Bu xidmətlər vətəndaşların və müəssisələrin ehtiyaclarını qarşılamaq üçün özəlləşdirilir və eyni zamanda xidmətləri asanlaşdırır. Bu xidmətlərin çoxu ərizə formasında internet üzərindən göndərilir. Çünki, bu halda insanlar şəxsən harasa getmək və ya müraciət etmək kimi məcburiyyətlərdən qurtulur. Rabitə texnologiyasından
istifadə vətəndaşlarin və müəssisələrin ictimai səlahiyyətli qurumlarla interaktiv ünsiyyət qurmasını təmin edər. EH dövlətin yeni səviyyələrə çatması üçün kömək edir. https://www.e-gov.az/
Lakin, EH ənənəvi xidmətləri tamamilə sıradan çıxarmaq anlamına gəlmir. Dövlət qurumları ilə əməliyyatların internet üzərindən həll edilə bilsə də, bu şəkildə həll olunması mütləq və ya məcburi deyil. 
İnternet və elektron hökumət

Sona Həmzəyeva,
Yüklə 8,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə