"İntersputnik" Beynəlxalq Kosmik Rabitə Sisteminin və Təşkilatının yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə



Yüklə 89,93 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü89,93 Kb.
#19128


"İntersputnik"  Beynəlxalq  Kosmik  Rabitə  Sisteminin  və  Təşkilatının  yaradılması 

haqqında" Sazişin təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



 

I.

 



1971-ci  il  noyabrın  15-də  Moskva  şəhərində  imzalanmış  "İntersputnik"  Beynəlxalq 

Kosmik Rabitə Sisteminin və Təşkilatının yaradılması haqqında" Saziş təsdiq edilsin. 

II.

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 



 

İlham ƏLİYEV, 

 Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 21 may 2004-cü il  

№ 660-IIQ 

 

 



 

 

"İntersputnik" Beynəlxalq Kosmik Rabitə Sisteminin  

və Təşkilatının yaradılması haqqında

 

S A Z İ Ş

 

Razılığa gələn Tərəflər,



 

yerin  süni  peykləri  vasitəsilə  rabitə,  habelə  radio  və  televiziya  yayımım  həyata  keçirməklə 

hərtərəfli  iqtisadi,  elmi-texniki,  mədəni  və  digər  münasibətlərin  möhkəmləndirilməsinə  və 

inkişafına səy göstərmək zərurətini etiraf edərək,

 

nəzəri  və  təcrübi  tədqiqatlarda,  habelə  yerin  süni  peykləri  vasitəsilə  beynəlxalq  rabitə 



sisteminin  layihələndirilməsində,  yaradılmasında,  istismarında  və  inkişafında  əməkdaşlığın 

faydasını etiraf edərək,

 

dövlətin  suverenliyinə  və  müstəqilliyinə  hörmət,  hüquq  bərabərliyi,  daxili  işlərə 



qarışmamaq,  habelə  qarşılıqlı  yardım  və  fayda  əsasında  beynəlxalq  əməkdaşlığın  inkişafı 

naminə,


 

Birləşmiş  Millətlər  Təşkilatı  Ali  Məclisinin  1721  (XVI)  saylı  əsasnaməsinin  və  Kosmik 

fəzanın, o cümlədən ay və digər göy cisimlərinin tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət 

prinsipləri  haqqında  1967-ci  il  27  yanvar  tarixli  Müqavilənin  müddəalarını  rəhbər  tutaraq; 

aşağıdakılar barədə razılığa gəldilər:

 

M a d d ə   1



 

1.

 



Yerin süni peykləri vasitəsilə beynəlxalq rabitə sistemi yaradılır. 

2.

 



Rabitə sisteminin layihələndirilməsi, yaradılması, istismarı və inkişafı üzrə əməkdaşlığın və 

səylərin  əlaqələndirilməsini  təmin  etmək  üçün  Razılığa  gələn  Tərəflər  bundan  sonra  Təşkilat 

adlandırılan "İNTERSPUTNİK" Beynəlxalq Təşkilatını təsis edirlər. 

M ad də     2

 

1.

 



"İNTERSPUTNİK" Açıq Beynəlxalq Təşkilatdır. 

2.

 



Bu  Sazişi  imzalamış  və  26-cı  maddəyə  müvafiq  olaraq  onun  ratifikasiyası  haqqında 

sənədləri  saxlanca  vermiş  hökumətlər,  habelə  22-ci  maddəyə  Müvafiq  olaraq  bu  Sazişə 

qoşulmuş digər dövlətlərin hökumətləri Təşkilatın Üzvləridir. 

M a d d ə    3

 

Təşkilatın yerləşdiyi yer Moskva şəhəridir.



 


M ad də     4

 

1. Yerin  süni  peykləri  vasitəsilə  beynəlxalq  rabitə  sisteminə,  onun  tərkib  hissələri  kimi 



aşağıdakılar daxildir:

 

peyklərin  normal  fəaliyyətini  təmin  edən  retranslyator,  bort  (göyərtə)  vasitələri  və  yerüstü 



idarəetmə sistemlərindən ibarət olan kosmik kompleks;

 

yerin süni peykləri vasitəsilə qarşılıqlı rabitəni həyata keçirən yer stansiyaları.



 

2.

 



Kosmik  kompleks  Təşkilatın  mülkiyyətindədir  və  ya  belə  sistemlərə  malik  olan  Təşkilat 

Üzvlərindən icarəyə götürülür. 

3.

 

Yer stansiyaları dövlətlərin və ya tanınmış istismar təşkilatlarının mülkiyyətidir. 



4.

 

Təşkilatın  Üzvləri  onlar  tərəfindən  tikilən  yer  stansiyalarını,  əgər  həmin  stansiyalar 



Təşkilatın  texniki  tələblərinə  cavab  verirsə,  təşkilatın  rabitə  sisteminə  qoşmaq  hüququna 

malikdirlər. 

M ad də     5

 

Beynəlxalq rabitə sisteminin yaradılması aşağıdakı mərhələlər üzrə nəzərdə tutulur:



 

-  Sovet  Sosialist  Respublikaları  İttifaqının  rabitə  peyklərində  Təşkilata  ödənişsiz  təqdim 

olunan rabitə kanallarından istifadə etməklə, Təşkilat Üzvləri tərəfindən öz yer  stansiyalarında 

təcrübi işin aparılması mərhələsi. Bu mərhələnin  müddəti  1973-cü  ilin  sonuna qədər  müəyyən 

edilir;

  

-



 

Təşkilat Üzvlərinin rabitə peyklərində rabitə kanallarından icarə şərtləri  əsasında istifadə 

etməklə iş mərhələsi; 

-

 



Təşkilatın mülkiyyəti olan və ya onun Üzvlərindən icarəyə götürülən kosmik kompleksdən 

istifadə etməklə rabitə sisteminin kommersiya məqsədli istismarı mərhələsi. Bu mərhələyə keçidi, 

Təşkilata  məxsus  olan  kosmik  kompleksin  yaradılması  və  ya  onun  icarəsini  Razılığa  gələn 

Tərəflər iqtisadi cəhətdən məqsədəuyğun hesab etdikdə, həyata keçirirlər. 

Mad d ə    6

 

Təşkilatın mülkiyyəti olan rabitə peyklərinin buraxılması və orbitə çıxarılması, bunun üçün 



Müvafiq  vasitəsi  olan  Üzvlər  tərəfindən  Təşkilat  və  belə  Üzv  arasındakı  razılaşmaya  əsasən 

həyata keçirilir.

 

M a d d ə    7



 

Təşkilat  öz  fəaliyyətini  Beynəlxalq  Elektrorabitə  İttifaqı  ilə  əlaqələndirir,  habelə  fəaliyyəti 

istər  texniki  cəhətdən  (tezlik  spektrinin  istifadəsi,  rabitə  kanallarına  texniki  normaların  və 

cihazlara standartların tətbiqi), istərsə də beynəlxalq səviyyədə tənzimlənən məsələlərdə rabitə 

peyklərinin istifadəsi ilə əlaqədar olan digər təşkilatlarla əməkdaşlıq edir.

 

M ad də     8



 

Təşkilat  hüquqi  şəxsdir  və  onun  müqavilələr  bağlamaq,  əmlak  əldə  etmək,  icarəyə 

götürmək, özgəninkiləşdirmək və prosessual fəaliyyətlər göstərməyə hüququ vardır.

 

M a d d ə       9



 

1.

 



Hökumətləri  Təşkilatın  Üzvü  olan  dövlətlərin  ərazisində  Təşkilat  öz  məqsədlərinə  nail 

olmaq  və  öz  funksiyalarım  həyata  keçirmək  üçün  zəruri  olan  hüquq  qabiliyyətinə  malikdir.  Bu 

hüquq qabiliyyətinin həcmi fəaliyyətin göstərildiyi dövlətlərin səlahiyyətli orqanları ilə Müvafiq 

razılaşmalarda müəyyən edilir. 

2.

 

Bu Saziş və bu maddənin 1-ci bəndində göstərilən sazişlərlə tənzimlənməyən məsələlər 



üzrə ərazisində Təşkilatın fəaliyyət göstərdiyi dövlətin qanunvericiliyi tətbiq edilir. 

Maddə   1 0

 



1.

 

Təşkilat  öz  öhdəliklərinə  görə,  ona  məxsus  olan  əmlak  çərçivəsində  maddi  məsuliyyət 



daşıyır. 

2.

 



Təşkilat Razılığa gələn Tərəflərin öhdəliklərinə görə maddi məsuliyyət  daşımadığı kimi, 

Razılığa gələn Tərəflər də Təşkilatın öhdəliklərinə görə məsuliyyət daşımırlar. 

Maddə   1 1

 

1.  Təşkilatın  fəaliyyətinə  rəhbərlik  etmək  üçün  aşağıdakı  orqanlar  yaradılır:  Şura  -  rəhbər 



orqan;

 

  



Müdiriyyət - Baş direktorun rəhbərliyi altında olan daimi icraçı və inzibati orqan.

 

Müdiriyyətin yaradılması və fəaliyyətə başlama tarixi Şura tərəfindən müəyyən edilir.



 

2.  Müdiriyyət  fəaliyyətə  başlayana  qədər,  Baş  direktorun  13-cü  maddənin  2-ci  bəndində 

göstərilmiş, Təşkilatı təmsiletmə funksiyalarını Şuranın sədri yerinə yetirir.

 

3. Təşkilatın maliyyə fəaliyyətinə nəzarət etmək üçün Təftiş komissiyası yaradılır.



 

4. Şura, bu Sazişin məqsədlərini həyata keçirmək üçün lazım olan köməkçi orqanlar təsis edə 

bilər.

 

M a d d ə       1 2



 

1.

 



Şuranın tərkibinə Təşkilatın hər Üzvündən bir nümayəndə daxildir. 

2.

 



Təşkilatın hər Üzvü Şurada bir səsə malikdir. 

3.

 



Şura növbəti sessiyalarına ən azı ildə bir dəfə toplanır. Növbədənkənar sessiya Təşkilatın 

istənilən Üzvünün və ya Baş direktorun xahişi ilə, əgər onun çağırılmasına Təşkilat Üzvlərinin 

üçdə bir hissəsi səs veribsə, çağırıla bilər. 

4.

 



Şuranın  sessiyaları,  bir  qayda  olaraq,  Təşkilatın  yerləşdiyi  yerdə  keçirilir.  Şura,  öz 

sessiyalarının,  hökumətləri  Təşkilatın  Üzvü  olan  digər  dövlətlərin  ərazisində,  həmin  Təşkilat 

Üzvlərinin dəvəti əsasında keçirilməsi haqqında qərar qəbul edə bilər. 

Müdiriyyət fəaliyyətə başlayana qədər Şuranın sessiyaları növbə ilə, hökumətləri Təşkilatın 

Üzvü  olan  və  adları  rus  əlifba  sırasına  əsasən  ardıcıl  gələn  dövlətlərdə  keçirilir.  Bu  halda 

sessiyanın keçirilməsi üzrə xərcləri qəbul edən Təşkilat Üzvləri ödəyir.

 

5.

 



Şuranın  sessiyalarında  sədrlik,  adları  rus  əlifba  sırasına  əsasən  ardıcıl  gələn  Təşkilat 

Üzvlərinin  nümayəndələri  tərəfindən  növbə  ilə  həyata  keçirilir.  Əlifba üzrə növbəti Təşkilat 

Üzvünün  nümayəndəsi  Sədr  müavini  təyin  edilir.  Sədrin  və  onun  müavininin  səlahiyyətləri 

Şuranın növbəti sessiyasına qədər öz qüvvəsində qalır. 

6.

 

Şuranın səlahiyyətlərinə bu Sazişlə əhatə edilən məsələlər aiddir. Şura: 



 

1)

 



kosmik  kompleksin  yaradılması,  əldə  edilməsi  və  ya  icarəsi,  habelə  istismarı  üzrə 

tədbirləri nəzərdən keçirir və təsdiq edir

2)

 

Təşkilatın rabitə sisteminin inkişafı və təkmilləşdirilməsi planlarını təsdiq edir; 



3)

 

Təşkilatın rabitə peyklərinə texniki tələbləri müəyyənləşdirir; 



4)

 

Təşkilatın rabitə peyklərinin orbitə çıxarılması proqramını nəzərdən keçirir və təsdiq edir; 



5)

 

rabitə  kanallarının  Təşkilat  Üzvləri  arasında  bölüşdürülməsi  planını,  habelə  digər 



istehlakçılar tərəfindən rabitə kanallarının istifadə olunması qaydaları və şərtlərini təsdiq edir

6)

 



yerüstü stansiyalar olan texniki tələbləri müəyyənləşdirir; 

7)

 



Təşkilatın  rabitə  sisteminə  qoşulmaq  üçün  təqdim  edilən  yerüstü  stansiyaların  texniki 

tələblərə uyğunluğunu müəyyənləşdirir;  

8)

 

Baş direktoru və onun müavinini seçir və Müdiriyyətin fəaliyyətinə nəzarət edir; 



9)

 

Təftiş  komissiyasının  sədrini  və  üzvlərini  seçir  və  bu  komissiyanın  iş  qaydalarını  təsdiq 



edir; 

 

10)



 

Müdiriyyətin  strukturunu  və  ştatlarını,  habelə  Müdiriyyətin  işçi  heyəti  haqqında 

Əsasnaməni təsdiq edir; 



11)

 

qarşıdan gələn təqvim ili üçün Təşkilatın iş planını təsdiq edir; 



12)

 

Təşkilatın  büdcəsi  və  onun  istifadəsi  haqqında  hesabatı,  habelə  Təşkilatın  balansını  və 



mənfəətinin bölüşdürülməsini nəzərdən keçirir və təsdiq edir; 

13)


 

Müdiriyyətin fəaliyyəti haqqında Baş direktorun illik hesabatlarını nəzərdən keçirir və 

təsdiq edir; 

14)


 

Təftiş komissiyasının hesabatını təsdiq edir; 

15)

 

Sazişə  qoşulmaq  istəyən  hökumətlərin  rəsmi  müraciətlərini  nəzərə  alır,  üzvlük 



haqlarının  ödənilmə  qaydasını  və  müddətlərini,  habelə  15-ci  maddənin  5-ci  bəndinə  müvafiq 

olaraq üzvlük haqlarının paylar üzrə bölüşdürülməsini müəyyən edir; 

 

17)


 

məlumat  vahidlərinin  ötürülməsinə  görə  icarə  tariflərini  və  Təşkilatın  rabitə 

peyklərində sifarişlərin icarə qiymətini müəyyən edir

18)


 

bu  Sazişə  düzəlişlər  edilməsi  haqqında  təklifləri  nəzərdən  keçirir  və  onların  24-cü 

maddədə nəzərdə tutulan qaydada qəbul edilməsi üçün Razılığa gələn Tərəflərə təqdim edir

19)


 

özünün prosedur qaydalarını qəbul edir; 

20)

 

Sazişdən irəli gələn digər məsələləri nəzərdən keçirir və həll edir. 



 

7.

 



Şura çalışmalıdır ki, onun qərarları yekdilliklə qəbul edilsin. Buna nail olmadıqda Şuranın 

qərarları,  onların  leyhinə  bütün  Şura  Üzvlərinin  ən  azı  üçdə  iki  hissəsi  səs  verdikdə  qəbul 

edilmiş  sayılır.  Şuranın  qərarları,  onların  qəbul  edilməsi  üçün  səs  verməyən  və  onlara  yazılı 

şəkildə qeyd-şərtlər təqdim etmiş Üzvlər üçün məcburi deyil; lakin həmin Üzvlər qəbul edilmiş 

qərarlara sonradan qoşula bilərlər. 

8.

 



Bu  maddənin  6-cı  bəndində  nəzərdə  tutulan  funksiyaları  yerinə  yetirərkən,  Şura 

Razılığa gələn Tərəflərin müəyyən etdiyi vəsaitlər çərçivəsində fəaliyyət göstərir. 

9.

 

Şuranın  birinci  sessiyası  Bu  Saziş  qüvvəyə  mindikdən  sonra  3  aydan  gec  olmayaraq 



Təşkilatın yerləşdiyi dövlətin hökuməti tərəfindən çağırılır. 

Maddə   13

 

1.

 



Müdiriyyət Baş direktor, onun müavini və zəruri işçi heyətindən ibarətdir. 

2.

 



Vahid rəhbərlik prinsipləri əsasında fəaliyyət göstərən Baş direktor Təşkilatın baş inzibati 

vəzifəli  şəxsidir və  bu qisimdə  Təşkilatın fəaliyyətinə  aid  olan bütün  məsələlər üzrə Təşkilat 

Üzvlərinin  səlahiyyətli  orqanları  ilə  münasibətlərdə,  habelə  hökumətləri  Təşkilatın  üzvü 

olmayan dövlətlərlə və Şuranın əməkdaşlıq etməyə zəruri hesab etdiyi beynəlxalq təşkilatlarla 

münasibətlərdə onu təmsil edir. 

3.

 



Baş direktor Şura qarşısında məsuliyyət daşıyır və bu Sazişlə və Şuranın qərarları ilə ona 

verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.  

4. Baş direktor aşağıdakı funksiyaları həyata keçirir:

 

1)



 

Şura qərarlarının yerinə yetirilməsini təmin edir; 

2)

 

Təşkilat  Üzvlərinin  Rabitə  administrasiyası,  layihə  təşkilatları  və  sənaye  müəssisələri  ilə 



sistemin  bütövlükdə  layihələndirilməsi,  habelə  Təşkilatın  rabitə  peyklərinin,  bort  (göyərtə) 

cihazlarının element və bloklarının layihələndirilməsi, istehsalı və göndərilməsi məsələləri üzrə 

danışıqlar aparır; 

3)

 



Təşkilat üçün rabitə peyklərinin buraxılması məsələləri üzrə danışıqlar aparır; 

4)

 



Şuranın  tapşırığı  ilə  Şura  tərəfindən  müəyyənləşdirilmiş  səlahiyyətlər  çərçivəsində 

beynəlxalq və digər Sazişlər bağlayır; 

5)

 

növbəti maliyyə  ili  üçün  büdcə  layihəsini tərtib edir,  onun  təsdiq edilməsi  üçün Şuranın 



müzakirəsinə təqdim edir və başa çatmış maliyyə ili üzrə büdcənin icra edilməsi haqqında Şura 

qarşısında hesabat verir; 

6)

 

Şuraya  təqdim  etmək  üçün  bitmiş  il  üzrə  Müdiriyyətin  fəaliyyəti  haqqında  hesabat 



hazırlayır; 

7)

 



Təşkilatın  iş  planı,  habelə  sisteminin  inkişafı  və  təkmilləşdirilməsi  layihələrini  işləyib 


hazırlayır və onları təsdiq edilmək üçün Şuraya təqdim edir; 

8)

 



Şuranın sessiyalarının hazırlanması, çağırılması və keçirilməsini təmin edir; 

Baş  direktor  və  onun  müavini  hökumətləri  Təşkilatın  Üzvü  olan  dövlətlərin  vətəndaşları 

sırasından  4  il  müddətinə  seçilirlər.  Baş  direktorun  müavini,  bir  qayda  olaraq,  ancaq  bir 

müddətə seçilə bilər. Baş direktor və onun müavini eyni dövlətin vətəndaşları ola bilməzlər.

 

6.  Müdiriyyətin  işçi  heyəti,  heyətin  professional  səriştəliyi  baxımından,  ədalətli  coğrafi 



təmsilçilik  prinsipi  nəzərə  alınmaqla,  hökumətləri  Təşkilatın  Üzvü  olan  dövlətlərin 

vətəndaşlarından komplektləşdirilir.

 

M a d d ə    14



 

1. Təftiş  komissiyasının  tərkibi,  hökumətləri  Təşkilatın  Üzvü  olan  müxtəlif  dövlətlərin 

vətəndaşları sırasından Şura tərəfindən üç illik müddətə seçilən üç üzvdən ibarətdir.

 

Təftiş komissiyasının sədri və üzvləri Təşkilatda hər hansı bir vəzifə tuta bilməzlər.



 

2.

 



Baş direktor təftişin həyata keçirilməsi üçün zəruri olan bütün material və sənədləri Təftiş 

komissiyasının sərəncamına təqdim edir. 

3.

 

Təftiş komissiyasının hesabatı Şuraya təqdim olunur. 



Maddə   15

 

1.  Təşkilatın  fəaliyyətini  təmin  etmək  üçün  nizamnamə  fondu  (əsas  və  dövriyyə  vəsaitləri) 



yaradılır. Nizamnamə fondunun yaradılması və onun həcmi haqqında qərar Şuranın təklifi ilə 

Razılığa gələn Tərəfdən qəbul edilir və xüsusi protokolla rəsmiləşdirilir. Nizamnamə fondunun 

təşkilində  Təşkilat  Üzvlərinin  pay  iştirakının  həcmi,  onların  rabitə  kanallarından  istifadə 

dərəcəsinə mütənasib müəyyənləşdirilir.

  

2.

 



Əgər  rabitə  sisteminin  təkmilləşdirilməsi  prosesində  nizamnamə  fondunun  artırılması 

zərurəti yaranarsa, onda əlavə üzvlük haqların məbləği onun artırılmasına razılıq vermiş Təşkilat 

Üzvləri arasında bölüşdürülür. 

3.

 



Təşkilat  Üzvlərinin  nizamnamə  fonduna  ödədiyi  üzvlük  haqları  hesabına  Təşkilatın 

aşağıdakı xərcləri ödənilir: 

 

1)

 



kosmik  kompleks  və  yerüstü  stansiyaları  üzrə  elmi  tədqiqat  və  təcrübi-konstruktor 

işlərinə; 

2)

 

kosmik kompleksin layihələndirilməsinə, yaradılmasına, alınmasına və icarəsinə; 



3)

 

Təşkilatın rabitə peykinin buraxılmasına və orbitə çıxarılmasına çəkilən xərclər



4)

 

Təşkilatın fəaliyyəti ilə bağlı digər məqsədlərə. 



 

4.

 



Nizamnamə  fondu  təşkil  olunana  qədər  Təşkilatın  fəaliyyəti  hər  təqvim  ili  üçün  tərtib 

edilən  xüsusi  büdcəyə  uyğun  həyata  keçirilir.  Müdiriyyət  heyətinin  saxlanılmasına,  Şura 

sessiyalarının  keçirilməsinə  və  digər  inzibati  xarakterli  tədbirlər  üçün  büdcədə  nəzərdə 

tutulmuş  xərclər  Şuranın  təklifi  ilə  Razılığa  gələn  Tərəflərin  müəyyənləşdirdiyi  və  xüsusi 

protokolla rəsmiləşdirildiyi həcmdə Təşkilat Üzvləri tərəfindən ödənilir. 

5.

 



Təşkilata  yeni  Üzvlər  daxil  olduqda  və  ya  Üzv  Təşkilatdan  çıxdıqda,  qalan  Təşkilat 

Üzvlərinin üzvlük haqlarındakı pay Müvafiq olaraq dəyişir. 

6.

 

Təşkilatın  Nizamnamə  fonduna  və  büdcəsinə  ödəmələrin  hansı  valyuta  ilə  həyata 



keçirilməsini Şuranın təklifi ilə Razılığa gələn Tərəflər müəyyənləşdirir. 

7.

 



Müəyyən  edilmiş  müddət  ərzində  Təşkilat  Üzvləri  tərəfindən  ödənilməmiş  məbləğə 

Təşkilat tərəfindən 3% illik hesablanır. 

8.

 

Təşkilat Üzvləri öz maliyyə öhdəliklərini bir il ərzində yerinə yetirmədiyi təqdirdə, Şura 



Təşkilatda üzvlükdən irəli gələn hüquqların qismən və ya tamamilə dayandırılması məsələsini 

həll edir. 

9.

 

Rabitə sisteminin istismarından əldə edilən gəlir Təşkilat Üzvləri arasında onların üzvlük 



haqlarının  məbləğinə  mütənasib  bölüşdürülür.  Təşkilat  Üzvlərinin  qərarı  ilə  mənfəət, 


nizamnamə fondunun artırılmasına və ya hər hansı bir xüsusi fondun yaradılmasına yönəldilə 

bilər. 


10. Təşkilatın  vəzifələrinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  iclas  və  müşavirələrin,  habelə 

Şuranın  iclaslarının  iştirakçılarının  saxlanılması  ilə  əlaqədar  xərcləri  həmin  müşavirəyə  və 

iclaslara öz nümayəndələrini ezam edən Razılığa gələn Tərəflər ödəyir. 

M a d d ə       1 6

 

1.

 



Təşkilat,  bu  Sazişin  müddəalarına  uyğun  olaraq  rabitə  kanallarını  öz  Üzvlərinə  və  digər 

istehlakçılara təqdim etməklə, kosmik kompleksi istismar edir. 

2.

 

Təşkilatın  sərəncamında  olan  rabitə  kanalları,  kanal  istehlakçılarından  asılı  olaraq, 



Təşkilatın  Üzvləri  arasında  bölüşdürülür.  Bütün  Təşkilat  Üzvlərinin  ümumi  tələbatlarından 

artıq olan rabitə kanalları başqa istehlakçılara icarəyə verilə bilər.  

3.  Rabitə  kanalları  Şura  tərəfindən  müəyyən  edilmiş  tariflər  üzrə  ödənişlə  təqdim  edilir. 

Tariflərin həcmi qızıl frankla hesablanan, orta dünya tarifləri səviyyəsində olmalıdır.

 

Rabitə xidmətləri üçün hesablaşma qaydalarını Şura müəyyənləşdirir.



 

M a d d ə       1 7

 

1. Razılığa  gələn  istənilən  Tərəf  depozitari  hökumətə  yazılı  bildiriş  göndərməklə,  bu  Sazişi 



ləğv edə bilər.

 

Sazişi  Razılığa  gələn  belə  Tərəfin  ləğv  etməsi,  həmin  ləğvetmə  haqqında  depozitari 



hökumətə  bildirişin  verildiyi  gündən  etibarən  birillik  müddət  tamam  olan  maliyyə  ili  başa 

çatanda qüvvəyə minir. Razılığa gələn belə Tərəf Şuranın müəyyən etdiyi müddətdə ləğvetmənin 

qüvvəyə  mindiyi  maliyyə  ili  üçün  ona  təyin  edilmiş  üzvlük  haqqı  məbləğini  ödəməli,  habelə 

üzərinə götürdüyü bütün maliyyə öhdəliklərini yerinə yetirməlidir.

 

2 Sazişi  ləğv  edən  Razılığa  gələn  Tərəfə  çatacaq  pul  kompensasiyasının  məbləği,  əsas 



vəsaitlərin fiziki və mənəvi aşınmaları nəzərə alınmaqla, Razılığa gələn həmin Tərəfin Təşkilatın 

nizamnamə  fonduna  ödədiyi  haqların  məbləğinə  müqabil  Şura  tərəfindən  müəyyənləşdirilir. 

Pul kompensasiyası, ləğvetmənin qüvvəyə mindiyi maliyyə ili üçün büdcə üzrə hesabat Şura 

tərəfindən təsdiq edildikdən sonra ödənilir.

 

Maddə   18



 

1. Bu Saziş Razılığa gələn bütün Tərəflərin razılığı ilə dayandırıla bilər. Sazişin dayandırılması 

Təşkilatın ləğvinə səbəb olur.

 

Təşkilatın ləğv edilmə qaydaları Şura tərəfindən müəyyənləşdirilir.



 

2. Təşkilat ləğv edildiyi təqdirdə, onun əsas vəsaitləri realizə edilir və əsas  vəsaitlərin fiziki 

və  mənəvi  aşınması nəzərə  alınmaqla,  Təşkilat Üzvlərinə  onların rabitə  sisteminin  yaradılması 

üzrə  əsaslı  xərclərdə  pay  iştirakına  Müvafiq  olaraq  pul  kompensasiyası  ödənilir.  Mövcud 

dövriyyə  vəsaitləri,  onların  Təşkilatın  öhdəliklərinin  ödənilməsinə  yönəldilmiş  hissəsi  istisna 

olmaqla,  Təşkilatın  Üzvləri  arasında,  Təşkilatın  ləğv  olunma  gününə  olan  faktiki  pul 

qoyuluşlarına mütənasib bölüşdürülür.

 

Maddə   19



 

Təşkilatın  dilləri  ingilis,  ispan,  rus  və  fransız  dilləridir.  Dillərdən  nə  dərəcədə  istifadə 

məsələsi Təşkilatın həqiqi tələbatından asılı olaraq, Şura tərəfindən həll edilir.

 

M a d d ə       2 0



 

1.  Bu  Saziş  imzalanmaq  üçün  Moskva  şəhərində  1972-ci  il  dekabrın  31-dək  açıqdır.  Saziş 

ratifikasiya  edilməlidir.  Ratifikasiya  sənədləri  bu  Sazişin  depozitarisi  təyin  edilən  SSRİ 

hökumətinə saxlanca verilir.

  



Maddə   21

 

Saziş, altı ratifikasiya sənədi saxlanca verildikdən sonra qüvvəyə minir.



 

M a d d ə       2 2

 

1.

 



Bu Sazişi imzalamamış istənilən dövlətin hökuməti ona qoşula bilər. Bu halda hökumət, 

Təşkilatın  məqsəd  və  fəaliyyət  prinsipləri  ilə  bölüşdüyünü  və  bu  Sazişdən  irəli  gələn 

öhdəlikləri  öz  üzərinə  götürdüyünü  əks  etdirən  rəsmi  müraciəti  Təşkilatın  Şurasına  təqdim 

edir. 


2.

 

Sazişə qoşulmaq haqqında sənədlər depozitari hökumətə saxlanca verilir. 



M a d d ə       2 3

 

Bu  Saziş  qüvvəyə  mindikdən  sonra  öz  ratifikasiya  sənədlərini  və  ya  qoşulma  haqqında 



sənədlərini  saxlanca  vermiş  hökumətlər  üçün  Saziş,  göstərilən  aktların  saxlanca  verildiyi 

gündən qüvvəyə minir.

 

M a d d ə       2 4



 

Bu  Sazişə  düzəlişlər,  həmin  düzəlişləri  qəbul  etmiş  Razılığa  gələn  hər  bir  Tərəfə 

münasibətdə,  düzəlişlər  Razılığa  gələn  Tərəflərin  üçdə  ikisi  tərəfindən  təsdiq  edildikdə 

qüvvəyə  minir.  Qüvvəyə  minmiş  düzəliş  Razılığa  gələn  digər  Tərəflərə  münasibətdə,  onlar 

tərəfindən qəbul edildikdən sonra məcburi olur.

 

M a d d ə       2 5



 

1.

 



Bu Sazişin depozitari hökumət hər bir imzalama tarixi, hər bir ratifikasiya sənədinin və 

qoşulma haqqında sənədin saxlanca verildiyi tarix, Sazişin qüvvəyə mindiyi tarix, habelə onun 

aldığı bütün digər bildirişlər haqqında Razılığa gələn bütün Tərəflərə məlumat verir. 

2.

 



Bu Saziş Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə Müvafiq olaraq 

depozitari hökumət tərəfindən qeydə alınacaq. 

M a d d  ə   2 6

 

Rus,  ingilis,  ispan  və  fransız  dillərindəki  mətnləri  eyni  qüvvəyə  malik  olan  bu  Saziş 



depozitari  hökumətin  arxivinə  saxlanca  verilir.  Sazişin  lazımi  qaydada  təsdiqlənmiş  surətləri 

depozitari hökumət tərəfindən Razılığa gələn Tərəflərə göndəriləcək.

 

Bunun  təsdiqi  olaraq,  lazımi  qaydada  səlahiyyət  verilmiş  aşağıda  imza  edənlər  bu  Sazişi 



imzaladılar.

 

1971-ci il noyabrın 15-də Moskva şəhərində imzalanmışdır.



  

 

Yüklə 89,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə