Introduction to bio-monitioring of water quality



Yüklə 80,73 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü80,73 Kb.
#21140


INTRODUCTION TO BIO-MONITIORING 

OF WATER QUALITY



SUYUN KEYFIYYƏTININ BIOLOJI MONITORINQININ 

TƏQDIMATI

Guidance Document 

prepared by

Jesper Ansbaek & Anatoly Pichugin

Cesper Ansbaek v

ə

Anatoli Piçuqin

tərəfindən hazırlanmış

Təlimat

İngilis dilind

ə

n t


ə

rcüm


ə

EU Project Trans-Boundary River Management Phase II for the Kura River basin 



Avropa Birliyinin Transsərhəd Su İdarəçiliyi Layihəsi- Kür Çayı hövzəsi üzrə İİ faza 

(TACIS/2007/134-398)

This project is funded by the European Union and implemented by 

Eptisa & Grontmij-CarlBro consortium

Layihə Avropa Birliyi tərəfindən maliyələşdirilir və onu Eptisa və Qrontmij- KarlBro 

consortiumu icra edir



Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

1



SUYUN KEYFIYYƏTININ BIOLOJI 

MONITORINQININ TƏQDIMATI 

 

MÜNDƏRİCAT 

 Bioloji monitorinq

 

nə üçün lazımdır 

2 

Çayların bioloji monitorinqi 

3 

Mikrobioloji parametrlər 

5 

Göl və sututarların bioloji monitorinqi 

5 

Bioloji və kimyəvi monitorinqin əlaqələndirilməsi 

6

Bioloji monitorinq və təsirlərin əlaqələndirilməsi 

6

Müxtəlif növ  monitorinq stansiyaları 

7

Bioloji monitorinq üçün tələblər və onun xərcləri 

8

Çaylarda makro-onurğasızların monitorinqinin aparılması 

9

Əlavə 1: Çaylar, makroonurğasızlar. Ekoloji statusun qiymətləndirilməsi 

üçün biotik ölçülər 

9

 

 



 

QEYD: 

Çirkləndirici maddələrin çaylara, göllərə, su tutarlarına, sahil və  dəniz sularına 

axıdılmasının iki əsas təsiri olur:   

(i) onlar ekosistemlərin strukturunu və funksiyasını dəyişdirir. 

(ii) onların tərkibində olan fekal bakteriyalar, viruslar və zəhərli birləşmələr insanların 

sağlamlığı üçün təhlükə yaradır.   

Bu sənəddə birinci təsirdən (i) bəhs olunur.   

 

 


Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

2



                                                           

 

Bioloji monitorinq nə üçün lazımdır

1

Monitorinq termini -ənənəvi olaraq çaylar, göllər və dənizlərdə axın, suyun səviyyəsi və onun 

kimyəvi tərkibinin uzun müddətli tədqiq olunması  və  onlar haqqında məlumatların 

toplanması deməkdir.    

Amma Su Çərçivə Direktivinə (SÇD) görə, su obyektlarinin təsnifati (əla, yaxşı, mülayim 

çirklənmiş, çirklənmiş və pis vəziyyət) üçün tələb olunan əsas məlumatlar bioloji monitorinq 

nəticəsində  əldə olunur, kimyəvi və hidromorfoloji monitorinq isə köməkçi və  əlavə 

məlumatları təmin edir. Ona görə də “Bioloji monitorinq nə üçün lazımdır” sualına cavab belə 

ola bilər ki, SÇD prinsiplərinin həyata keçirilməsində  bioloji monitorinqin aparılması  

həlledici bir addımdır.   

“Bioloji monitorinq nə üçün lazımdır” sualına digər bir cavab isə,  biomonitorinqin bizə öz 

monitorinq stansiyalarımızda çayın, axarın və ya göllərin təbii yaşayış mühitinə nəzər salanda 

ekosistemlərin strukturuna və funksiyasına çirklənmənin necə  təsir göstərdiyiməsi haqqında 

aydın təsəvvürə malik olarıqda kömək etməsidir. 

Bioloji monitorinqin üstünlüyü (bu hal xüsusilə çaylardakı makroonurğasızlarla əlaqədardır) 

birdə ondadır ki o çirklənmənin uzunmüddətli təsirlərini daha yaxşı  əks etdirir.. 

Çirkləndiricinin qəza vəziyyəti vaxtı    və ya  qısa müddət  ərzində atılması zamanı  kimyəvi 

monitorinqlə vəziyyət haqqında məlumat əldə etmək ehtimalı çox azdır, lakin bu cür atılmalar 

bioloji müxtəlifliyə uzun müddət təsir göstərir (təsirə  məruz qalan orqanizmlərin yaşama 

müddətindən asılı olaraq).    

Çaylarda makroonurğasız orqanizmlərin monitorinqi ekoloji vəziyyət haqqında məlumatların 

əldə edilməsi baxımından kimyəvi monitorinqlə müqayisədə nisbətən ucuzdur və çox 

çaylarda/stansiyalarda ekoloji vəziyyətin xülasəsini əldə etmək üçün daha münasibdir.   

Bioloji monitorinq proqramına  əsasən nümunə götürmə  və onun nəticələri haqqında  

məlumatlardan istifadə edək müxtəlif idarəetmə  işləri üçün  istifadə edilir. Belə ki,  bioloji 

monitorinq məlumatları aşağıdakı əsas  göstəriciləri təmin etmək üçün  imkan yaradır.:   

•  Su obyektlərinin ekoloji məqsədlərə uyğun  olub-olmadığının müəyyənləşdirilməsi.    

• Su obyektinin mövcud vəziyyətinin qeydiyyatı  və zaman keçdikcə baş verən 

dəyişikliklərin izlənməsi.   

•  Ekoloji tələblərə cavab verməyən , bərpa və ya təcili tədbirlərin həyata keçirilməsinə 

ehtiyac duyulan su obyektlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi.   

 

 



 


Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

3



•  Ekoloji təsirlərin daha yaxşı başa düşərək icazə və lisenziyaların verilməsi ilə bağlı 

qərarların yaxşılaşdırılması.  

•  Su orqanizmlərinin

1

 qorunması  və  bərpa olunmasında, konservasiya metodlarının , 



icazə və lisenziyaların verilməsinin nəaliyyətlərinin qiymətləndirilməsi.   

Çayların bioloji monitorinqi 

Bioloji keyfiyyət elementləri kimi istifadə olunacaq əsas göstərici orqanizmlər bentik 

makroonurğasız orqanizmlərdir. Çayların bioloji monitorinqinin birinci mərhələsində yalnız 

makroonurğasız orqanizmlərin istifadə edilməsi   təklif olunur. Sonralar bentik dəniz 

yosunları və makrofit bitkilər kimi digər göstəricilər də çayların bioloji monitorinqinə daxil 

oluna bilər. Bu onunla bağlıdır ki, başqa göstərici qrupların metodologiyaları hazırda daha az 

inkişaf etmişdir.     

Şəkil 1. Göstərici orqanizmlər kimi istifadə olunan onurğasız orqanizmlərə dair 

nümunələr   

Bentik makroonurğasızlar  şirin su təbii mühitlərinin dib substratlarında (qeyri-üzvi 

çöküntülər, ağac tullantıları, taxta, makrofitlər, sapşəkilli yosunlar və s.) yaşayan 

orqanizmlərdir. Onlar mikroskopsuz görünən kifayət qədər böyük orqanizmlər hesab 

olunurlar, yəni onlar 0,2-0,5 mm ölçülü tora ilişib qalırlar. Bu orqanizmlər dəniz yosunları ilə 

birlikdə  şirin suyun keyfiyyətinin qiymətləndirilməsi üçün çox geniş şəkildə istifadə olunan 

göstəricilərdir. Bununla belə, təkcə bentik makroonurğasızların  tədqiqatları suyun bioloji 

keyfiyyətinin  qiymətləndirilməsi üçün ən geniş yayılmış vasitədir.

 

______________________________  



Bax: 

http://www.maine.gov/dep/blwq/docmonitoring/biomonitoring/why.htm

 və 

http://www.ni-environment.gov.uk/water/quality/rivers/river_monitor.htm



  


Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

4



Ümumiyyətlə, makroonurğasızlar müxtəlif antropogen təsirləri əks etdirə bilirlər və buna görə 

də axınların bütövlükdə qiymətləndirilməsinə imkan yaradırlar. Makro-onurğasızların yüksək 

göstəriciyə malik olması onların ekologiyası və həyat tarixçəsi ilə bağlıdır:     

Çirklənmənin növündən və  səviyyəsindən asılı olaraq növlər arasında çirklənməyə qarşı 

həssaslıq dərəcəsi fərqlənir və makroonurğasızlar stres yaradan faktorlara tez reaksiya 

verirlər. Bu və  aşağıdakı  bəndlər  çayda yaşayan onurğasızların çayın ekoloji keyfiyyətinin 

nəyə görə əsas göstəriciləri olmasını ifadə edirlər:    

• Makro-onurğasızlar su mühitində geniş yayılmışlar, onlardan nümunə götürmək 

asandır və başqa qruplarla müqayisədə  məs: plankton orqanizmlər onları 

müəyyənləşdirmək nisbətən asandır.    

• Makro-onurğasızlar nisbətən oturaq orqanizmlərdir və bu səbəbdən də, lokal 

şəraitlərin nümayəndələridirlər. 

• Makro-onurğasızlar zaman keçdikcə  təsirləri özündə daha effektiv əks etdirən   

yetərincə uzun həyat müddətinə malikdirlər (bir neçə ay və ya il). 

• Makroonurğasız birliklər heterogendirlər və özündə bir neçə növü birləşdirirlər. Buna 

görə  də,  ən azı bir növün ətraf mühitdə baş verən dəyişikliklərə reaksiya vermə 

ehtimalı daha yüksəkdir.     

Bioloji monitorinq proqramı su obyektində yaşayan su makroonurğasızlarının miqdarı  və 

növləri  əsasında həmin su obyektinin necə sağlam olduğunu deyə bilir.  Su obyektləri 

çirklənəndə və ya onlara müdaxilə olunanda, orada yaşayan makroonurğasızların miqdarı və 

növləri dəyişir. Məsələn, çirklənmiş çayda əksər hallarda birgünlük su sinəyi və yazböcəyi 

kimi çirklənməyə qarşı  həssas orqanizmlər olmur və  əksinə orada ilbizlər və  zəlilər kimi 

çirklənməyə daha dözümlü orqanizmlər mövcud olur.   

Makroonurğasızlardən nümunələr çayların keçilə bilən bütün dərinliklərindən çay 

substratlarının bütün növlərindən, xüsusən də daş, çınqıl, bitki örtüyü, iri  və narın 

çöküntülərdən nümunə götürmək üçün nəzərdə tutulan 0,5 mm ölçülü torla standart metodla  

götürülməlidir. Məsələn, nümunələr monitorinq sahəsində paylanmış və çaydibi substratların 

müxtəlif növlərini  əhatə edən 12 müxtəlif nöqtədə götürülür və toplanılmış heyvanlar bir 

nümunədə cəmləşdirilir.   

Yastı soxulcanlar, zəlilər, ilbizlər və mayböcəyi sürfələri kimi çoxlu heyvanlar substrata 

möhkəm yapışır və ilk nümunənin tərkibində onların miqdarı adətən onların həqiqi sayı ilə 

müqayisədə az olur . Buna görə də, götürülmüş ilk nümunəyə suyun dibinə dalmış daşlar və 

böyük taxta tullantılarından  əl ilə götürülən vahid nümunə  əlavə olunur. Əl ilə toplanan 

heyvanlar ilk dəfə götürülmüş nümunədən ayrı saxlanılır.    

İstinad stansiyalarından az olmamaq şərti ilə, stansiyalar arasında maksimum müqayisə 

aparmaq  üçün nümunələrin götürülməsi vaxtı (mövsümü) müxtəlif stansiyalar üçün eyni 

olmalıdır. Nümunələrin götürülməsi üçün mövsümi çay onurğasızlarının həyat müddətləri ilə 

bağlı bioloji təcrübəyə  və nümunə götürmə procesi çaylara asan girmək kimi  praktiki 




Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

5



aspektlərə uyğun olaraq seçilməlidir. Praktika nümunələrin yayın sonunda və payızda 

götürülməsinin faydalı olmasını göstərir.   



 

Makro-onurğasızlar laboratoriyada çeşidlənir və müəyyənləşdirilir.   

Növlərin siyahısına və makroonurğasızların çoxluğuna  əsasən ekoloji statusun bir və ya bir 

neçə müvafiq göstəricisi (biotik göstəricilər) hesablanır. Onurğasız faunanın ümumi və yekun 

qiymətləndirilməsinin bioloji statusu əks etdirən bir göstərici dəyər olması mühüm əhəmiyyət 

kəsb edir.     



Mikrobioloji parametrlər 

Kimyəvi analiz üçün götürülən su nümunəsinə paralel olaraq seçilmiş fekal bakteriyanın 

monitorinqi üçün də nümunə götürülür, çünki onların baş verməsi yuxarı hissədən çirkab 

suyun axıdılması  nəticəsində  səth sularının çirklənməsini göstərir və onlar insanların 

sağlamlığı üçün təhlükə törədir.   

Göllər və sututarlarının bioloji monitorinqi  

Fitoplankton növlərinin əmələ gəlməsı və bolluğu göllərdə və sututarlarında üstünlük verilən 

birinci dərəcəli bioloji elementdir. Fitoplanktonun monitorinqi üçün istifadə olunan 

nümunələr kimyəvi parametrlərdə olan kimidir, həm də nümunənin plankton  toru ilə 

götürülməsi tövsiyə olunur.      

Fitoplanktonun kəmiyyətcə monitorinqi üçün nümunə (məs: 100 ml) aşağıda hər metrdən bir 

iki Sekki dərinliyinədək ümumi su nümunəsindən götürülür. Eyni zamanda, keyfiyyətli 

nümunə plankton toru ilə, məs: 0,02 mm ölçülü torla plankton torunu təxminən iki Sekki 

dərinliyindən  səthə doğru  bir və ya bir neçə  dəfə dartmaqla götürülür. Hər iki nümunə 

saxlanılır.      

Nümunənin 5-25 ml-i çökdürücü kamerada çökdürüldükdən sonra nümunədə fitoplanktonun 

miqdarı döndərilmiş mikroskop altında öyrənilir. Müxtəlif fitoplankton növlərinin 

müəyyənləşdirilməsi və sayılması ən azı ümumi növlərin və onların nisbi bolluğunun (məs: 1-

dən 5-ə qədər miqyasda) müəyyənləşdirilməsi məqsədini daşımalıdır. Hər növün ölçülərinin 

qiymətləndirilməsi əsasında ümumi növləir saymaqla və onların həcmini qiymətləndirilməklə 

daha  ətraflı  məlumatın  əldə edilməsinə nail olunur. Mikroskopla  aparılan daha müfəssəl 

araşdırmalar ümumi taksonomik qrup və ya növlərin hər birinin biokütləsinin hesablanmasına 

imkan yaradacaq və  buna görə  də müxtəlif fitoplankton qruplarının kəmiyyət baxımından 

daha çox təfərrüatlarının işlənib hazırlanmasının izlənməsini təmin edəcəkdir.      

Plankton toru ilə götürülən keyfiyyət nümunəsi xüsusilə çox müxtəlif fitoplankton növünün 

olması ilə bağlı daha müfəssəl təsəvvürün əldə olunması  məqsədilə götürülür.    

Fitoplankton növlərinin/ailələrinin müxtəlifliyinə əsasən  bioloji keyfiyyət indeksinin işlənib 

hazırlanması tövsiyə olunur.  İndeksdə  əsas  element kimi müxtəlif taksonomik qrupların 

çirklənməyə (evtrofikasiya) qarşı həssaslığı və ya dözümlü   olması götürülür.   




Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

6



Qeyd olunan plankton monitorinqinin və qiymətləndirməsinin nəticələri ilə  Aİ Ribekka 

tədqiqat layihəsinin

2

 hesabatında tanış olmaq olar.    



Hesabatlarda monitorinq nəticələrinin təqdimatı üstünlük təşkil edən növlərin ritmik inkişafını 

göstərən cədvəllər və ya diaqramlar, yaxud əsas fitoplankton qruplarının ümumi həcmində 

inkişafını göstərən diaqramlar formasında ola bilər.   

Bioloji və kimyəvi monitorinqin əlaqələndirilməsi 

Bioloji monitorinqin nəticəsinin interpretasiyası tullantı sularla birlikdə atılan və su 

orqanizmlərinə  təsir etməsi gözlənilən  əsas kimyəvi parametrlərin monitorinqi ilə 

asanlaşdırılır.   



Bioloji monitorinq fiziki-kimyəvi monitorinqlə tamamlanmalıdır (əsas fiziki-kimyəvi 

parametrlər bütün bioloji monitorinq stansiyaları üçün monitorinq proqramına daxil 

olunmalıdır)   

Aşağıdakı  cədvəldə yerində  və laboratoriyada müşahidə olunmalı  əsas fiziki və kimyəvi 

parametrlər üçün təklif bioloji nümunələrlə birlikdə götürülən nümunələrə əsaslanır.   

Su axını Ümumi 

fosfor 

Temperatur Həll olmuş, reaktiv fosfor (PO



4

-P) 


Oksigen Ümumi 

azot 


pH Ammonium 

azot 


(NH

4

-N) 



Bərk qarışıqlar (asılı bərk hissəciklər) Nitrat 

azot 


(NO

3

-N) 



OKT (dixromat) və ya ÜÜK 

Nitrit azot (NO

2

-N) 


OBT

5

Reaktiv silisium (əsasən 



sututarları/göllər) 

Suyun şəffaflığı (Sekki dərinliyi) - 

(əsasən sututarları/göllər) 

Xlorofil  (əsasən sututarları/göllər) 



Bioloji monitorinq və təzyiqlərin əlaqələndirilməsi  

Kimyəvi monitorinq vasitəsi ilə su obyektinə edilən təzyiqin (məs: tullantı suyun atılması) və 

buunu nəticəsində su obyektində konsentrasiyanın dəyişməsinin  əlaqələndirilməsi daha  

asandır. Bunar misal aşağıdakı  şəkildə göstərilmişdir. Göstərilən model atılma nəticəsində 

çirkləndiricinin tullanılan suda məlum olan konsentrasiyasına əsasən  su obyektində (su sərf 

məlum olmalıdır ) həmin çirkləndiricinin konsentrasiyasının hesablanması üçün istifadə oluna 

bilər.    

___________________________ 

 

2

Gidər göl növlərində olan bioloji və kimyavi elementlərin arasinda ”doza-effekt asılığı” 



http://www.rbm-

toolbox.net/docstore/docs/3.1713.D11.pdf




Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

7



 

Çaylarda məişət  tullantı suları  çirkləndiricilərinin konsentrasi-

yasının qiymətləndirilməsi üçün sadə kütlə balansı modeli 

Tullantı 

Təsir

Q = suyun sərfi 

c = çirkləndirici konsentrasiyası 

 

 

Xüsusi çirkləndirici üçün c sonra 

EQS/gigiyenik norma ilə müqayisə oluna 

bilər 

Qəbul edən 

sututarı 

 

Bioloji keyfiyyət elementləri üçün səbəb-təsir  əlaqəsini müəyyənləşdirmək daha çətindir. 



Aşağıdakı  şəkildə kimyəvi parametrin konsentrasiyasını müəyyənləşdirmək üçün bioloji 

monitorinq nəticələrinin necə istifadə oluna bilməsi göstərilir.  Bu isə öz növbəsində sonradan 

tullantı suyun atılması ilə müqayisə oluna bilən 

 

 



Ekoloji və kimyəvi vəziyyət arasında əlaqə

Çirk


nm

ə d



ər

əc

əsi



 

Zəif axın

Orta axın

Yaxşı axın 

OBT

5

 (mq/l)



Çaylarda OBT

5

 və parçalanma statusa arasında əlaqələr (makro-onurğasızların 



monitorinqinə əsasən) 

Çirklənmə dərəcəsi (saprob göstərici) ekoloji vəziyyətə təsirə bərabərdir 

 

Aİ-nin tədqiqat layihəsindən. REBEKKA: görülməli iş 4: 



Səth sularının kimyəvi və bioloji keyfiyyəti arasında əlaqə 

 

Monitorinq stansiyalarının müxtəlif növləri 

Səth sularının keyfiyyətinin xərclər baxımından  ən sərfəli yolla qorunması üçün tədbirlər 

haqqında qərarların qəbul edilməsi prosesi üçün  lazımi bilginin alınması  məqsədilə 




Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

8



monitorinq proqramı  tərtib olunmalıdır. Bu məqsədə nail olmaq üçün proqrama müxtəlif 

monitorinq stansiyalarını  daxil etmək olar və bu stansiyalar üçün xüsusi parametrlərin 

siyahısı, nümunə götürmə tezliyi və sözügedən su  obyekti

   


üçün  ən müvafiq məlumatların 

verilməsi yolları müəyyənləşdirilməlidir. Üç müxtəlif növə  dair    misal  aşağıdakı  cədvəldə 

verilmişdir (“Bosniya-Hersoqovinada Səth Sularının Monitorinqi haqqında Təklif”dən,  İyul 

2008, Grontmij | Carl Bro A/S REC BiH və NERI ilə birlikdə). 



Cədvəl: Monitorinq stansiyalarının üç növünün xarakteristikası   

Monitorinq 

stansiyasının 

növü 

Su axınının 

monitorinqi 

Kimyəvi 

analizlər üçün 

su 

nümunələrinin 

götürülməsi 

Bioloji nümunələrin 

götürülməsi və 

hidromorfologiya 

İllik 

yerdəyişmələrin 

hesablanması 

İntensiv, hər il 

Gündəlik Aylıq 

İldə bir dəfə   

(sututarlarında aylıq) 

Hə 


İntensiv, hər il 

yox 


Gündəlik Aylıq 

İldə bir dəfə   

(sututarlarında aylıq) 

Hə 


Geniş (əsasən 

kiçik və orta 

ölçülü çaylar) 

Nümunə 


götürüldüyü gün 

hesablanır, 

qiymətləndirilir və 

ya müşahidə olunur 

Birinci 3 il 

ərzində bir dəfə 

Birinci 3 il ərzində 

bir dəfə 

Yox 

 

Bioloji monitorinq üçün tələblər və onun xərcləri 



Bioloji monitorinq proqramını  həyata keçirmək nisbətən sadədir.  Əhəmiyyətlisi isə  yüksək 

səviyyədə  təlim keçmiş biologiya sahəsində mütəxəssisləri (sözügedən sututarı növünün 

ekologiyası ilə bağlı bilgiyə malik taksonomistlər) üçün tələb olunur. Biologiya üzrə 

mütəxəssis yalnız monitorinqin bir növü ilə bağlı təcrübəyə malik olur. Məsələn, çaylardakı 

makroonurğasızlar üzrə mütəxəssis göllərdən götürülən fitoplankton nümunələrini işləyib 

hazırlamaq üçün taksonomik biliyə malik olmayacaq.     

Bioloji nümunələrin idarə olunması üçün laboratoriya sahəsi, nümunəgötürmə avadanlıqları, 

avtomobillər, nümunələrin saxlanması üçün kimyəvi maddələr, mikroskoplar, növlərin 

müəyyənləşdirilməsi üçün açarlar, kompyuterlər, monitorinq nəticələrinin saxlanması  və 

haqqında məlumat verilməsi üçün proqram təminatı  və s. tələb olunacaq. Lakin hərtərəfli 

kimyəvi analiz laboratoriyası    ilə müqayisədə bioloji laboratoriyanın yaradılması nisbətən 

ucuz başa gəlir.   

Monitorinq proqramının (bioloji, kimyəvi və hidromorfoloji (axın) monitorinq) həyata 

keçirilməsi üçün nəzərdə tutulan vəsaitdə bioloji monitorinqə ayrılan xərc faizi şübhəsiz ki

monitorinq proqramının əsaslandırılmasından asılıdır. Səth sularının Su Çərçivə Direktivinin 

tələblərini  əks etdirən və  qərarla  əlaqədar müvafiq məlumatları  təmin edən monitorinq 

proqramı üçün xərclər təxminən monitorinq proqramının həyata keçirilməsi üçün ümumi 

xərclərin üçdə biri qədərdir.      




Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza  

Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı 

__________________________________________________________________________________



 

 

9



Çaylarda makroonurğasızların monitorinqinin aparılması 

SÇD metodologiyasına uyğun olaraq, Cənubi Qafqazda bioloji monitorinq aparılarkən  əsas 

diqqətin çaylarda makroonurğasızların monitorinqinə yönəldilməsi təklif olunur. Sonrakı 

mərhələlərdə çaylarda bioloji monitorinq üçün daha çox keyfiyyət elementini və  həmçinin, 

göllər, sututarları, keçid və sahilyanı sularda da bioloji monitorinqin keyfiyyət elementlərini 

də əlavə etmək olar.    

Sözügedən regionda bioloji monitorinq sahəsində  təcrübə çox məhdud olduğuna görə, 2-3 

illik texniki kömək layihəsinin hazırlanması  təklif olunur. Bu layihə  çərçivəsində regionda 

mütəxəssislər çaylarda makroonurğasızların monitorinqinə dair təlim keçirlər. Mütəxəssislərə 

elə təlim keçilməlidir ki, onlar sonra təlimatçılar kimi  fəaliyyət göstərə bilsinlər.    

L

ayihə  təlimə paralel olaraq Cənbi Qafqazda çay  və diqər oxşar su obyekti növlərində 



makroonurğasızlar birliyi ilə bağlı ilkin vəziyyəti öyrənmək üçün tədqiqat aparmalı, təlimatlar 

və rəhbər prinsipləri və s. müəyyənləşdirməlidir.   



Əlavə 1: Çaylar, Makro-onurğasızlar. Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün biotik 

göstəricilər   

Çayların ekoloji vəziyyətinin təsnifatı üçün makroonurğasızlara  əsaslanan çoxsaylı 

göstəricilərin işlənib hazırlanması  və  təqdim edilməsi tövsiyə olunur. Aşağıdakı üç aspekt 

təsvir olunan biotik göstəricilərdən istifadə edilməsi məsləhət görülür:  

1.  Üzvi çirklənmə ilə stimullaşan formalar daxil olmaqla həssas və dözümlü formalar 

arasında proporsiya;  

2.  Makro-onurğasız faunanın bolluğu və nisbi bolluğu;  

3.  Müxtəliflik və zənginlik.  

 

Üç kateqoriyanın hər birində bir neçə göstərici istifadə oluna bilər. Çoxsaylı göstəricilər 0-dan 



1-ə  qədər dəyişən miqyasa çevrilməlidir. Burada 1 ekoloji təsirə  məruz qalınmayan istinad 

edilən(fon) vəziyyətə uyğun gəlir. Birinci aspekt şəhər tullantı sularının təsirlərinin 

qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.     

 

Faydalı olması ehtimal edilən çoxlu sayda göstəricilər Aİ-nın HKEM Layihəsində  təsvir 



edilmiş, HKEM veb səhifəsində

3

 HKEM SİSTEMİNİN TƏTBİQİ HAQQINDA 



TƏLİMATDA verilmiş  və  Aİ-nin “Euro-Limpaks” layihəsi Avropanın  şirin sularına

4

 dair 



müfəssəl məlumat bazasını təmin etmişdir.   

 

Bioloji göstərici müəyyənləşdirilmiş (və müəyyən səviyyədə dəqiqləşdirilmiş) onurğasızlar 



əsasında hesablanır.   Monitorinqin nəticələri çoxlu müxtəlif göstəricilərin hesablanması üçün 

istifadə oluna bilər. Gələcəkdə təzə göstəriciyə də keçmək və bu zaman eyni ölçmə 

məlumatlarından( növlərin və ailələrin siyahısı və s.) istifadəni davam etdirməklə bu yeni 

indeksə görə indeks ellementini hesablamaq olar.  

_______________________________________________ 

HKEM. Avropanın Bentik Makro-onurğasızlarlı axınlarında ekoloji keyfiyyətin qiymətləndirilməsi üçün AI-in 



Su Çərçivə Direktiv sistemi: 

http://www.aqem.de/



4

“Euro-Limpaks”.  Avropanın şirin sularına dair müfəssəl məlumat bazasını: 



http://www.freshwaterecology.info/

Document Outline

  • Uz.pdf
  • Intro_to_biomonitoring_AZ_final_06[1].04.2009
    • Bioloji monitorinq nə üçün lazımdır  
    • Çayların bioloji monitorinqi 
    • Mikrobioloji parametrlər 
    • Göllər və sututarlarının bioloji monitorinqi  
    • Bioloji və kimyəvi monitorinqin əlaqələndirilməsi 
    • Bioloji monitorinq və təzyiqlərin əlaqələndirilməsi  
    • Monitorinq stansiyalarının müxtəlif növləri 
    • Bioloji monitorinq üçün tələblər və onun xərcləri 
    • Çaylarda makroonurğasızların monitorinqinin aparılması 
    • Əlavə 1: Çaylar, Makro-onurğasızlar. Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün biotik göstəricilər   

Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə