İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 458,5 Kb.
səhifə1/6
tarix17.09.2018
ölçüsü458,5 Kb.
#69066
növüQaydalar
  1   2   3   4   5   6

1

İnvestisiya fondları haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında investisiya fondlarının təşkili, idarə

edilməsi və ləğvinin prinsip və qaydalarını, habelə investisiya fondu fəaliyyəti

sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını

müəyyən edir.

I fəsil


Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə

edir:


1.1.1. investisiya fondu – səhmdar və ya paylı investisiya fondu formasında

yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya

bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə

qurumudur;

1.1.2. səhmdar investisiya fondu - səhmdar investisiya fondu fəaliyyəti

üçün xüsusi razılığa (lisenziyaya) malik olan, fəaliyyətinin müstəsna predmeti

səhmlərinin yerləşdirilməsindən əldə edilən pul vəsaitlərinin investisiya

bəyannaməsi ilə nəzərdə tutulmuş qaydada qiymətli kağızlara və digər əmlaka

yatırılmasından mənfəət əldə edilməsi olan açıq səhmdar cəmiyyətidir;

1.1.3. paylı investisiya fondu - ümumi paylı mülkiyyət hüququ əsasında

investisiya fond paylarının sahiblərinə məxsus və investisiya fondunun idarəçisinin

idarəetməsində olan əmlak toplusudur. Paylı investisiya fondu hüquqi şəxs

statusuna malik deyil və onun aktivləri paylarının satışından daxil olan pul

vəsaitlərindən, həmin vəsaitlərin investisiyası nəticəsində əldə olunan digər

aktivlərdən ibarətdir. Paylı investisiya fondu açıq, qapalı və interval formada

yaradıla bilər;

1.1.4. açıq paylı investisiya fondu – paylarının satışını və geri

satınalınmasını həftədə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri

yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur;2

1.1.5. interval paylı investisiya fondu – paylarının satışını və geri

satınalınmasını ildə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri

yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur;

1.1.6. qapalı paylı investisiya fondu – paylarının satışını və geri satın

alınmasını fondun fəaliyyət müddətinin sonunda, bu Qanunun 18.6-cı maddəsi ilə

müəyyən edilmiş qaydada həyata keçirən və aktivləri yalnız pul vəsaitləri, qiymətli

kağızlar və daşınmaz əmlakdan ibarət olan paylı investisiya fondudur;

1.1.7. investisiya fond payı (bundan sonra - pay) - öz sahibinin paylı

investisiya fondunda payına müvafiq mülkiyyət hüquqlarını təsdiq edən, paylı

investisiya fondu ləğv edildikdən sonra fondun aktivlərinin satışından payına

müvafiq pul vəsaitlərini almaq hüququnu, habelə bu Qanunla və müvafiq normativ

hüquqi aktlarla nəzərdə tutulmuş digər hüquqları verən sənədsiz adlı qiymətli

kağızdır;

1.1.8. investisiya bəyannaməsi – investisiya fondunun investisiya qoyuluşu

məqsədlərini, istiqamətlərini, obyektlərini və investisiya fəaliyyəti üzrə

məhdudiyyətlərini əks etdirən sənəddir;

1.1.9. aktivlərin idarə edilməsi – müstəsna predmeti müştəriyə məxsus

olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə

müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin

mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan qiymətli kağızlar

bazarında peşəkar fəaliyyətdir;

1.1.10. investisiya fondunun idarəçisi (bundan sonra - idarəçi) – müstəsna

olaraq aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə

xüsusi razılığa (lisenziyaya) malik hüquqi şəxsdir;

1.1.11. investisiya fondunun depozitarı (bundan sonra - depozitar) -

depozitar fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik

olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısıdır;

1.1.12. investisiya fondunun xalis aktivlərinin dəyəri - fondun aktivləri ilə

öhdəlikləri arasındakı fərqin pulla ifadəsidir;

1.1.13. paylı investisiya fondunun idarə edilməsi haqqında müqavilə -

idarəçi ilə bağlanılan, şərtləri idarəçi tərəfindən paylı investisiya fondunun idarə

edilməsi qaydalarında müəyyən edilən, investorun payın alınması ilə qoşulduğu

razılaşmadır;

1.1.14. nəzarət orqanı - investisiya fondlarının fəaliyyəti üzərində dövlət

tənzimləməsini və nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır;3

1.1.15. vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o

hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri üçün - qəsdən törədilmiş cinayətə

görə məhkumluğun olmaması; səhmdar investisiya fondunda və idarəçidə rəhbər

vəzifə tutan şəxslər, əmlak inzibatçısı üçün - məhkumluğun olmaması, mülkiyyət

əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə

cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması

və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın

qoyulmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmamasıdır;

1.1.16. mühüm iştirak payı – səhmdar investisiya fondunun və ya

idarəçinin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən, yaxud

müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə

mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir;

1.1.17. səhmdar investisiya fondunda və ya investisiya fondunun

idarəçisində rəhbər vəzifə - səhmdar investisiya fondunun və ya investisiya

fondunun idarəçisinin idarəetmə orqanlarında (müşahidə şurası, icra orqanı),

həmçinin audit komitəsində və ya təftiş komissiyasında üzvlükdür;

1.1.18. benefisiar - investisiya fondunun fəaliyyətindən və həyata keçirdiyi

əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən

fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi

şəxsin əsl sahibi və ya ona nəzarəti həyata keçirən fiziki şəxsdir;

1.1.19. nümayəndəlik - hüquqi şəxs olmayan, investisiya fondunun və ya

idarəçinin olduğu yerdən kənarda yerləşən və fəaliyyəti onların mənafelərini təmsil

və müdafiə etməklə məhdudlaşdırılan, investisiya fondunun və ya idarəçinin ayrıca

bölməsidir;

1.1.20. ixtisas şəhadətnaməsi – nəzarət orqanı tərəfindən keçirilən

attestasiyada məqbul və ya daha yüksək nəticə əldə etmiş şəxslərə verilən rəsmi

sənəddir.

Maddə 2. İnvestisiya fondları haqqında qanunvericilik

2.1. Azərbaycan Respublikasında investisiya fondlarının fəaliyyəti

Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki

Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi

aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq

müqavilələrlə tənzimlənir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə

bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, beynəlxalq müqavilələrin

normaları tətbiq edilir.4

2.3. Bu Qanun, dövlətin investisiya siyasətinin həyata keçirilməsi üçün

dövlət tərəfindən yaradılmış hüquqi şəxslərə və onların təsis etdiyi qurumlara şamil

olunmur.

2.4. İnvestisiya fondları dövlətin, dövlət isə investisiya fondlarının

öhdəliklərinə görə məsuliyyət daşımır.

Maddə 3. İnvestisiya fondunun və İdarəçinin adı

3.1. Səhmdar investisiya fondunun adında “səhmdar investisiya fondu”

sözləri olmalıdır.

3.2. Paylı investisiya fondunun adında “paylı investisiya fondu” sözləri

olmalı və fondun açıq, interval və ya qapalı olması göstərilməlidir.

3.3. Azərbaycan Respublikasında “İnvestisiya fondu” sözlərini öz adında

yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış

investisiya fondları, həmin fondlara münasibətdə onların idarəçiləri, habelə

müvafiq lisenziyaya malik olan xarici hüquqi şəxslər istifadə edə bilərlər.

3.4. İnvestisiya fondunun və İdarəçinin adında “dövlət”, “milli”, “mərkəzi”,

“hökumət”, “zəmanətli” və ya “sığortalanmış” kimi sözlərin işlənməsi qadağandır.

İnvestisiya fondunun adı əldə olunan gəlirlərin sığortalanmış və ya zəmanətli

olması, habelə investorların məruz qala biləcəyi risklər barədə onlarda yanlış

təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.

Maddə 4. İnvestisiya fondlarının dövlət reyestri

4.1. İnvestisiya fondlarının dövlət reyestri nəzarət orqanı tərəfindən aparılır.

Reyestrə investisiya fondlarının adları, hüquqi ünvanları, onlara verilmiş və ləğv

edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixləri, fəaliyyətlərinə xitam

verilmiş investisiya fondları haqqında məlumatlar daxil edilir.

4.2. Səhmdar investisiya fondu nəzarət orqanı tərəfindən səhmdar investisiya

fondu fəaliyyətinə lisenziyanın verildiyi tarixdən investisiya fondlarının dövlət

reyestrinə daxil edilir.

4.3. Paylı investisiya fondu onun idarəedilməsi qaydalarının nəzarət orqanı

tərəfindən dövlət qeydiyyatına alındığı tarixdən investisiya fondlarının dövlət

reyestrinə daxil edilir.5

II fəsil

Səhmdar investisiya fondu

Maddə 5. Səhmdar investisiya fondunun təşkili və fəaliyyəti

5.1. Səhmdar investisiya fondu azı üç hüquqi və (və ya) fiziki şəxs

tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır.

5.2. Səhmdar investisiya fondu nəzarət orqanı tərəfindən verilmiş lisenziya

əsasında fəaliyyət göstərir.

5.3. Səhmdar investisiya fondu sahibkarlıq fəaliyyətinin digər növləri ilə

məşğul ola bilməz.

5.4. Səhmdar investisiya fondunun nizamnaməsində onun fəaliyyətinin

müstəsna predmetinin səhmlərinin yerləşdirilməsi nəticəsində daxil olan pul

vəsaitlərinin bu Qanunla və investisiya bəyannaməsi ilə müəyyən edilmiş qaydada

yatırılmasından ibarət olduğu göstərilməlidir.

5.5. Səhmdar investisiya fondunun investisiya məqsədləri üçün nəzərdə

tutulmuş aktivləri müqavilə əsasında idarəçi tərəfindən idarə edilir.

5.6. Səhmdar investisiya fondu törəmə müəssisələr yarada, adi adlı

səhmlərdən başqa digər qiymətli kağızlar buraxa bilməz.

5.7. Səhmdar investisiya fondunun nizamnamə kapitalının minimum

miqdarı və onun formalaşdırması qaydaları nəzarət orqanı tərəfindən müəyyən

edilir.


5.8. Səhmdar investisiya fondu aktivlərinin 10 faizini keçməyən məbləğdə

və üç aydan artıq olmayan müddətə borc götürə bilər.

5.9. Səhmdar investisiya fondunun səhm sahiblərinin reyestri qiymətli

kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən aparılır.

Maddə 6. Səhmdar investisiya fondunda idarəetmə

6.1. Səhmdar investisiya fondunun səhmdarlarının ümumi yığıncağının

müstəsna səlahiyyətlərinə qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərdən əlavə

aşağıdakılar aiddir:

6.1.1. idarəçinin və ya depozitarın dəyişdirilməsi barədə qərarın qəbul

edilməsi;

6.1.2. fondun xərclərinin artırılması barədə qərarın qəbul edilməsi.6

6.2. Səhmdarların ümumi yığıncağında iştirak etmək hüququna malik olan

şəxslərin siyahısı fondun səhmdarlarının reyestri əsasında müəyyənləşdirilir.

Həmin siyahı səhmdarların ümumi yığıncağının keçirilməsi tarixinədək 60 gündən

gec və 45 gündən tez olmayan müddətdə tərtib edilməlidir.

6.3. Səhmdarların ümumi yığıncağının çağırılmasına azı 45 gün qalmış bu

barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli, habelə tərtib edilmiş

siyahı əsasında səhmdarlara, idarəçiyə, depozitara və nəzarət orqanına yazılı

bildiriş göndərilməlidir.

6.4. Səhmdar investisiya fondunda tərkibi tək sayda, azı üç fiziki şəxsdən

ibarət olmaqla müşahidə şurası yaradılmalıdır. Müşahidə şurasının üzvlərindən azı

biri səhmdar investisiya fondunun aidiyyəti şəxsi olmayan müstəqil şəxs olmalıdır.

6.5. Səhmdar investisiya fondu ilə müvafiq müqavilələr bağlamış idarəçi,

depozitar, auditor və qiymətləndirici, habelə onların aidiyyəti şəxsləri və

nümayəndələri səhmdar investisiya fondunun müşahidə şurasının üzvü ola bilməz.

6.6. Səhmdar investisiya fondu ilə müvafiq müqavilələr bağlamış

idarəçinin, depozitarın, auditorun və qiymətləndiricinin əməkdaşları, habelə

onların aidiyyəti şəxsləri səhmdar investisiya fondunun icra orqanının üzvü ola

bilməzlər.

6.7. Səhmdar investisiya fondunun idarəetmə orqanlarının səlahiyyətləri,

onların qərarları qəbul etmə proseduraları, o cümlədən barəsində qərarların

yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul edildiyi məsələlər səhmdar

cəmiyyətlərə dair müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 7. Səhmdar investisiya fondunun səhmlərinin emissiyası

7.1. Səhmdar investisiya fondunun səhm buraxılışının dövlət qeydiyyatına

alınması üçün qanunvericiliklə tələb olunan sənədlərlə yanaşı, aşağıdakı sənədlər

təqdim edilir:

7.1.1. səhmdar investisiya fondunun idarəçi və depozitarla bağladığı

müqavilələrin surətləri;

7.1.2. səhmdar investisiya fondunun investisiya bəyannaməsi və onun

sadələşdirilmiş forması.

7.2. Bu Qanunun 7.1-ci maddəsi ilə nəzərdə tutulmuş sənədlər təqdim

edilmədikdə və ya təqdim edilmiş sənədlər qanunvericiliyə zidd müddəaları

özündə əks etdirdikdə nəzarət orqanı səhmdar investisiya fondunun səhm

buraxılışının və investisiya bəyannaməsinin dövlət qeydiyyatına alınmasından

imtina edir.7

7.3. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinin

sadələşdirilmiş formasına dair tələblər nəzarət orqanı tərəfindən müəyyən edilir.

7.4. Səhmdar investisiya fondunun səhmləri, onun fəaliyyətinə xüsusi

razılıq (lisenziya) verildikdən sonra yerləşdirilə bilər.

7.5. Səhmdar investisiya fondunun səhmləri ilə əqdlərdə tərəf müqabili

diler olmadıqda, əqdlər broker vasitəsi ilə bağlanılır.

7.6. Səhmdar investisiya fondunun səhmlərinin yerləşdirilməsi dövründə

əldə edilən pul vəsaitləri depozitarda açılmış xüsusi hesabda toplanılır və bu

müddət ərzində yalnız banklarda depozit şəklində və ya qısamüddətli dövlət

qiymətli kağızlarına yerləşdirilə bilər. Həmin vəsaitlərdən yalnız səhmdar

investisiya fondunun səhmlərinin emissiyasının yekunları haqqında hesabat dövlət

qeydiyyatına alındıqdan sonra investisiya məqsədləri üçün istifadə oluna bilər.

Maddə 8. Səhmdar investisiya fondunun investisiya bəyannaməsi

8.1. Səhmdar investisiya fondunun investisiya bəyannaməsi fondun təsis

yığıncağının qərarı ilə, fond yaradıldıqdan sonra isə fondun nizamnaməsi ilə

müşahidə şurasının səlahiyyətlərinə aid edildikdə onun, bu hal olmadıqda isə

səhmdarların ümumi yığıncağının qərarı ilə qəbul edilir.

8.2. Səhmdar investisiya fondunun investisiya bəyannaməsində

aşağıdakılar göstərilir:

8.2.1. səhmdar investisiya fondunun, idarəçinin, depozitarın və auditorun

tam adı və yerləşdiyi ünvan;

8.2.2. qiymətləndiricinin (olduqda) tam adı və hüquqi ünvanı;

8.2.3. investisiya fondunun buraxdığı səhmlərin yerləşdirilməsi üzrə

marketinq və satış strategiyası;

8.2.4. fondun investisiya strategiyası, şərtləri, istiqamətləri və sahələri

haqqında məlumat;

8.2.5. fondun aktivlərinin diversifikasiyası şərtləri;

8.2.6. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər;

8.2.7. investisiya fəaliyyətinə dair məhdudiyyətlər;

8.2.8. fondun aktivləri hesabına idarəçiyə, depozitara və digər şəxslərə

ödəniləcək mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydaları və

maksimum həcmi;8

8.2.9. dividendlərin ödənilməsi qaydası;

8.2.10. fonddan və səhmdarlardan qanunvericiliklə nəzərdə tutulmuş

vergilər və onların ödənilməsi qaydası barədə məlumat;

8.2.11. fondun fəaliyyətinə dair məlumatların açıqlanması qaydaları.

8.3. Səhmdar investisiya fondunun investisiya bəyannaməsi onun səhm

buraxılışı ilə birgə dövlət qeydiyyatına alınır.

8.4. Nəzarət orqanı səhmdar investisiya fondunun investisiya

bəyannaməsinə əlavə məlumatların daxil edilməsi barədə tələblər müəyyən edə

bilər.

8.5. Səhmdar investisiya fondu qanunvericiliklə müəyyən edilmiş qaydada



səhmlərinin emissiya prospekti ilə yanaşı, investisiya bəyannaməsini də dərc

etdirməlidir.

Maddə 9. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə

əlavə və dəyişikliklər edilməsi

9.1. Fondun nizamnaməsi ilə müşahidə şurasının səlahiyyətlərinə aid

edilmədikdə, səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və

dəyişikliklər səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilir.

9.2. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və

ya) dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün ərizə müvafiq qərarın qəbul

edildiyi gündən 5 iş günü ərzində nəzarət orqanına təqdim edilməlidir.

9.3. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və

ya) dəyişikliklər müvafiq ərizənin daxil olduğu gündən 10 iş günü ərzində dövlət

qeydiyyatına alınır.

9.4. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə edilmiş

əlavə və (və ya) dəyişikliklər qanunvericiliyin tələblərinə zidd olduqda və ya

səhmdarların hüquqlarını məhdudlaşdırdıqda, nəzarət orqanı onları dövlət

qeydiyyatına almaqdan imtina edir. Bu halda sənəd təqdim olunduğu tarixdən 10 iş

günü ərzində səhmdar investisiya fonduna imtinanın səbəbləri göstərilməklə

bildiriş göndərilir. İmtinadan inzibati və ya məhkəmə qaydasında şikayət verilə

bilər.


9.5. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və

ya) dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən 5 iş günü ərzində kütləvi

informasiya vasitələrində açıqlanır və açıqlandığı tarixdən 30 təqvim günü

bitdikdən sonra qüvvəyə minir.9

III fəsil

Paylı investisiya fondu

Maddə 10. Paylı investisiya fondunun təşkili və fəaliyyəti

10.1. Paylı investisiya fondu açıq, interval və ya qapalı formada yaradılır.

10.2. Paylı investisiya fondunun yaradılması barədə qərar idarəçi tərəfindən

qəbul edilir.

10.3. İdarəçi paylı investisiya fondunun idarə edilməsi qaydalarına müvafiq

olaraq fondu təşkil edən bütün əmlak hüquqlarını payçıların xeyrinə həyata keçirir.

10.4. Idarəçi paylı investisiya fondunun əmlakı ilə bağlı fondun idarə

edilməsi qaydalarına zidd olmayan əqdlər bağlayır. Bu əqdlər idarəçi tərəfindən,

onun hansı paylı investisiya fondunun adından çıxış etdiyi göstərilməklə bağlanılır.

10.5. İdarəçi idarəetməsində olan paylı investisiya fondunun fəaliyyəti ilə

bağlı məhkəmə orqanlarında iddiaçı və cavabdeh qismində çıxış edir.

10.6. Paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab

edilməsi üçün yetərli olan kapitalın minimum həcminə dair tələblər nəzarət orqanı

tərəfindən müəyyən edilir.

10.7. Paylı investisiya fondunun xalis aktivlərinin minimum həcminə dair

tələblər nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 11. İnvestisiya fond payı

11.1.Paylı investisiya fondunun formalaşdırılması müddəti ərzində payın

yerləşdirilmə dəyəri fondun qaydaları ilə müəyyən edilir. Payın cari dəyəri bu

Qanuna və nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun

olaraq hesablanır. Payın nominal dəyəri yoxdur.

11.2.Açıq və interval paylı investisiya fondunun payları idarəçi tərəfindən

qeyri-məhdud sayda buraxıla bilər. Qapalı paylı investisiya fondunun idarəçisi

tərəfindən buraxılan payların sayı fondun idarə edilməsi qaydaları ilə müəyyən

edilir.

11.3.Payların dəyəri Azərbaycan Respublikasının milli valyutasında ifadə

olunmaqla, yalnız pulla ödənilir.

11.4.Hər bir investisiya fond payının sahibi eyni hüquqlara malikdir.

11.5.Paylı investisiya fondunun paylarının 50%-dən çoxu bir şəxsə məxsus

ola bilməz. 10

11.6.Paylı investisiya fondunun formalaşdırılma müddəti bitdikdən sonra

payların tədavülünə məhdudiyyət qoyulmur.

11.7.Payların əsasında törəmə qiymətli kağızların buraxılışına yol verilmir.

11.8.Paylı investisiya fondunun depozitarı, auditoru və qiymətləndiricisi

(olduqda), habelə onların törəmə hüquqi şəxsləri həmin fondun paylarının

mülkiyyətçisi ola bilməz.

11.9.Pay sahibləri fondun idarə edilməsi ilə əlaqədar yaranmış öhdəliklər

üzrə məsuliyyət daşımır və fondun aktivlərinin bazar qiymətinin dəyişməsi

nəticəsində yarana biləcək zərərə görə yalnız onlara məxsus payların dəyərində

risk daşıyırlar.

11.10. Pay sahiblərinin öhdəlikləri üzrə yaranan tələblər (o cümlədən,

onların müflis olduğu halda) fondun bütün əmlakına şamil edilmir və yalnız həmin

şəxslərə məxsus paylara yönəldilə bilər.

11.11. İdarəçi idarəetməsində olan paylı investisiya fondunun payları istisna

olmaqla, digər investisiya fondlarının paylarını sata və geri satın ala bilməz.

Maddə 12. Paylı investisiya fondunun idarə edilməsi haqqında müqavilə

12.1. Paylı investisiya fondunda investisiya fond payını aldığı andan

investor paylı investisiya fondunun idarə edilməsi haqqında müqaviləyə qoşulur və

pul vəsaitlərini fondun idarə edilməsi qaydalarına uyğun olaraq idarə edilmək üçün

idarəçinin sərəncamına verir.

12.2. İnvestor mülkiyyətində olan bütün payları satmaqla, paylı investisiya

fondunun idarə edilməsi haqqında müqavilədə iştirakına xitam verir.

Maddə 13. Paylı investisiya fondunun idarə edilməsi qaydaları

13.1. Paylı investisiya fondunun idarə edilməsi qaydaları şərtləri paylı

investisiya fondunun idarəçisi tərəfindən müəyyən edilən, yalnız dövlət

qeydiyyatına alındıqdan sonra müvafiq hüquqi nəticələr yarada bilən, investisiya

fond payının alınması ilə investor və idarəçinin qarşılıqlı hüquq və vəzifələrini

müəyyən edən sənəddir.

13.2. Paylı investisiya fondunun idarə edilməsi qaydalarında (bundan sonra

- fondun qaydaları) aşağıdakılar əks etdirilməlidir:

13.2.1. fondun tam adı və forması (açıq, interval və ya qapalı);

13.2.2. idarəçinin, depozitarın və auditorun tam adı, yerləşdiyi ünvan və

lisenziyanın rekvizitləri;

13.2.3. qiymətləndiricinin (olduqda) tam adı və hüquqi ünvanı;11

13.2.4. investisiya bəyannaməsi;

13.2.5. fondu təşkil edəcək pul vəsaitlərinin fondun formalaşdırılmasının baş

tutmuş hesab olunması üçün yetərli, nəzarət orqanı tərəfindən müəyyən edilmiş

minimum miqdardan az olmayan miqdarı;

13.2.6. fondun formalaşdırılması müddəti;

13.2.7. emissiya edilən payların sayı;

13.2.8. fondun formalaşdırılması müddəti ərzində bir payın dəyəri;

13.2.9. idarəçinin hüquq və vəzifələri;

13.2.10. pay sahiblərinin hüquqları;

13.2.11. fondun fəaliyyət müddəti və ya onun müddətsiz fəaliyyət

göstərməsi barədə qeyd;

13.2.12. payların alınması və geri satılmasına dair sifarişlərin verilməsi və

icra olunması qaydaları və müddətləri;

13.2.13. bir investorun fonda daxil edilməsi üçün tələb edilən vəsaitlərin və

ya payların minimum miqdarı;

13.2.14. payların alınması ilə bağlı idarəçiyə verilmiş pul vəsaitlərinin


Yüklə 458,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə