İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 458,5 Kb.
səhifə3/6
tarix17.09.2018
ölçüsü458,5 Kb.
#69066
növüQaydalar
1   2   3   4   5   6

24.3. İdarəçi investisiya fondunu səhmdar investisiya fondu və ya pay

sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında, bu Qanunun və digər

qanunvericilik aktlarının tələblərinə, səhmdarların və ya pay sahiblərinin

maraqlarına uyğun olaraq idarə edir.

24.4. İnvestisiya fondunun aktivlərinin idarə edilməsi ilə əlaqədar idarəçinin

vəzifələri aşağıdakılardır:

24.4.1. fondun aktivlərini formalaşdırmaq və idarə etmək;

24.4.2. investisiya fondunun aktivlərinin ümumi dəyərinin, hərəkətinin və

tərkibinin uçotunu aparmaq, habelə payların cari dəyərini hesablamaq;

24.4.3. paylı investisiya fondunun aktivlərinin ayrıca maliyyə uçotunu

aparmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada nəzarət orqanına

hesabatlar təqdim etmək;

24.4.4. investisiya fondunun aktivlərinin dəyərini, hərəkətini və tərkibini

depozitarlarla aşağıdakı müddətlərdə üzləşdirmək :

24.4.4.1. açıq paylı investisiya fondları üzrə - həftədə azı bir dəfə;

24.4.4.2. səhmdar investisiya fondları, interval və qapalı paylı investisiya

fondları üzrə - ayda azı bir dəfə;

24.4.5. ayda azı bir dəfə səhmdar investisiya fondunu və ya paylı

investisiya fondunun pay sahiblərini fondun xalis aktivlərinin tərkibi və dəyəri,

habelə idarəetmə müqaviləsinə və ya fondun qaydalarına uyğun olaraq bir payın

cari dəyəri haqqında müntəzəm olaraq məlumatlandırmaq.22

24.5. İdarəçi paylı investisiya fondunun aktivləri ilə əqdlər bağladıqda,

investisiya fondunun adını göstərməlidir. Əks təqdirdə, idarəçinin üzərinə

götürdüyü öhdəliklər öz hesabına icra edilməlidir.

24.6. İnvestisiya fondunun aktivlərinin ölkədən kənarda yerləşdirildiyi

hallar istisna olmaqla, investisiya fondunun eyni zamanda yalnız bir idarəçisi ola

bilər. İnvestisiya fondunun aktivləri ölkədən kənarda yerləşdirildikdə, onların idarə

edilməsi yalnız həmin ölkədə müvafiq lisenziyaya və ya icazəyə, habelə bu sahədə

azı 3 il iş təcrübəsinə malik olan xarici idarəçiyə həvalə oluna bilər. Aktivlərin

idarə edilməsi nəzarət orqanının icazəsi alındıqdan sonra xarici idarəçiyə həvalə

oluna bilər.

24.7. Aktivlərin idarə edilməsinin xarici idarəçiyə həvalə edilməsinə

icazənin alınması üçün nəzarət orqanına edilən müraciətdə xarici idarəçinin adı,

yerləşdiyi ünvan və lisenziyasının rekvizitləri göstərilməli, onunla bağlanılması

nəzərdə tutulan müqavilənin layihəsi əlavə edilməlidir. Nəzarət orqanı risklərin

azaldılması və investorların hüquqlarının müdafiəsi baxımından zəruri hesab etdiyi

əlavə məlumatların verilməsini tələb edə bilər. Aktivlərin idarə edilməsi yalnız

qanunvericiliyi aktivlərin idarə edilməsi fəaliyyəti üzərində Azərbaycan

Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha

ciddi nəzarət rejimi tətbiq edən ölkənin ərazisində fəaliyyət göstərən xarici

idarəçiyə həvalə oluna bilər.

24.8. Nəzarət orqanı müraciətə sənədlərin tam təqdim olunduğu tarixdən 30

gün ərzində baxaraq icazənin verilməsinə və ya bundan imtina edilməsinə dair

əsaslandırılmış qərar qəbul edir.

24.9. Aktivlərin idarə edilməsinin xarici idarəçiyə həvalə olunmasını

investorların hüquqlarının müdafiəsi baxımından qeyri-qənaətbəxş hesab etdikdə,

habelə, xarici idarəçi bu Qanunun 24.6-cı və 24.7-ci maddələri ilə

müəyyənləşdirilən tələblərə cavab vermədikdə, nəzarət orqanı icazənin

verilməsindən imtina edir.

24.10. Nəzarət orqanından müvafiq icazə alındıqdan sonra idarəçi 3 gün

ərzində bu barədə məlumatı kütləvi informasiya vasitələrində açıqlamalıdır.

24.11. İnvestisiya fondlarının aktivlərinin idarə edilməsi zamanı idarəçi

aşağıdakılara riayət etməlidir:

24.11.1. qanunvericiliyə, investisiya bəyannaməsinə və ya fondun

qaydalarına zidd olan əqdlər bağlamamalı;

24.11.2. fondun aktivlərini əvəzsiz özgəninkiləşdirməməli;

24.11.3. fondun aktivlərini şəxsi öhdəliklərinin təmin olunması üçün

istifadə etməməli, öz maraqları üçün borc verməməli, girov qoymamalı və ya digər

şəkildə yüklü etməməli;23

24.11.4. özünə məxsus olan aktivləri investisiya fonduna satmamalı və ya

fondun aktivlərinin tərkibinə daxil etməməli;

24.11.5. idarəçiliyində olan fondun aktivlərini almamalı;

24.11.6. fondun aktivlərini öz adına rəsmiləşdirməməli;

24.11.7. fondun aktivlərinin tərkibinə idarəçiliyində olan digər investisiya

fondunun aktivlərini daxil etməməli;

24.11.8. fondun aktivləri hesabına özünün və depozitarın aidiyyəti

şəxslərinin qiymətli kağızlarını və ya əmlakını almamalı və ya fondun aktivlərini

onlara satmamalı;

24.11.9. fondun xalis aktivlərinin dəyəri, habelə payın cari dəyəri ilə

manipulyasiyalara yol verməməlidir.

24.12. İdarəçi idarəçiliyində olan investisiya fondunun paylarını və ya

səhmlərini səhmdar investisya fondunun səhmlərinin ilkin yerləşdirilməsi və ya

paylı investisiya fondunun formalaşdırılması müddətləri istisna olmaqla ala bilər.

İdarəçi idarəçiliyində olan investisiya fondlarının paylarının və ya səhmlərinin

alınması və satılması barədə məlumatı investisiya bəyannaməsində, yaxud paylı

investisiya fondunun idarə edilməsi qaydalarında müəyyən olunmuş qaydada azı

20 gün əvvəl açıqlamalıdır.

Maddə 25. İnvestisiya fondunun depozitarı

25.1. İnvestisiya fondunun səhmlərinin (paylarının) saxlanılması, onlara

hüquqların, yüklülük faktlarının uçotu və təsdiqi, habelə investisiya fondunun

idarəçilikdə olan aktivlərinin, onlara dair sənədlərin saxlanılması və uçotunun

aparılması qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda, depozitar tərəfindən

həyata keçirilir.

25.2. Depozitarın idarəçi və səhmdar investisiya fondu ilə qarşılıqlı

münasibətləri nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktların

tələblərinə uyğun olaraq onlar arasında bağlanılmış müqavilə ilə tənzimlənir.

25.3. Depozitar bu Qanunun 25.1-ci maddəsində göstərilənlərlə yanaşı

investisiya fondunun aktivlərinin idarə edilməsi ilə bağlı pul hesablarının

açılmasını, aparılmasını və pul köçürmələrini həyata keçirir.

25.4. Depozitar depozit sisteminə daxil olan depozitarların uçotunu aparan

və qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan depozitarda (Mərkəzi

Depozitar) müxbir hesabı aça bilər. Mərkəzi Depozitar Azərbaycan

Respublikasının Mərkəzi Bankında müxbir hesabı aça bilər.24

25.5. Depozitar tərəfindən pul hesablarının açılması və aparılması, pul

köçürmələrinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Mərkəzi

Bankı ilə razılaşdırılmaqla nəzarət orqanı tərəfindən müəyyən edilir.

25.6. Depozitar investisiya fondunun aktivlərinin uçotunu özünə məxsus

olan aktivlərindən və müştərilərinin aktivlərindən ayrı aparır.

25.7. İnvestisiya fondunun aktivlərinin ölkədən kənarda yerləşdirildiyi

hallar istisna olmaqla investisiya fondunun eyni zamanda yalnız bir depozitarı ola

bilər. İnvestisiya fondunun aktivləri ölkədən kənarda yerləşdirildikdə, onların

saxlanılması və uçotunun aparılması yalnız həmin ölkədə müvafiq lisenziyaya və

ya icazəyə malik olan xarici depozitara həvalə edilə bilər. Aktivlərin saxlanılması

və uçotunun aparılması nəzarət orqanının icazəsi alındıqdan sonra xarici

depozitara həvalə edilə bilər.

25.8. Aktivlərin saxlanılması və uçotunun aparılmasının xarici depozitara

həvalə olunmasına icazənin alınması məqsədi ilə nəzarət orqanına edilən

müraciətdə xarici depozitarın adı, yerləşdiyi ünvan və lisenziyasının rekvizitləri

göstərilməlidir. Nəzarət orqanı müraciətə 30 gün ərzində baxaraq, icazənin

verilməsinə və ya bundan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edir.

Aktivlərin saxlanması və uçotu yalnız qanunvericiliyi depozitar fəaliyyəti üzərində

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğuna bərabər və ya

ondan daha ciddi nəzarət rejimi müəyyən edən ölkədə fəaliyyət göstərən xarici

depozitara həvalə oluna bilər. Nəzarət orqanından müvafiq icazə alındıqdan sonra

idarəçi 3 gün ərzində bu barədə məlumatı kütləvi informasiya vasitələrində

açıqlamalıdır.

25.9. Aktivlərin saxlanılması və uçotunun aparılmasının xarici depozitara

həvalə olunması investorların hüquqlarının müdafiəsi baxımından qeyriqənaətbəxş hesab edildikdə, habelə, xarici depozitar bu Qanunun 25.7-ci və 25.8-

ci maddələri ilə müəyyən edilən tələblərə cavab vermədikdə, nəzarət orqanı

icazənin verilməsindən imtina edir.

25.10. İnvestisiya fondunun aktivlərinin uçotu və saxlanılması, habelə

həmin aktivlərlə bağlı əməliyyatlar üzrə hesablaşmaların aparılması məqsədi ilə

depozitar investisiya fondu üçün ayrıca hesablar açır və onların idarəçinin

sərəncamında olması barədə qeyd edir.

25.11. Depozitarın vəzifələri aşağıdakılardır:

25.11.1. qanunvericiliklə müəyyən edilmiş qaydada fondun aktivlərinin

uçotunu aparmaq, fonda məxsus pul vəsaitlərini, qiymətli kağızları və əmlak

hüquqlarını təsdiq edən sənədlərin əslini qəbul etmək və saxlamaq;

25.11.2. fondun səhmlərinin və ya paylarının yerləşdirilməsinə (satışına) və

geri satın alınmasına nəzarət etmək;25

25.11.3. fondun aktivləri ilə əqdlərin bağlanılmasına nəzarət etmək, həmin

əqdlər bu Qanunun tələblərinə, investisiya bəyannaməsinə və ya fondun

qaydalarına zidd olduqda, idarəçinin müvafiq tapşırıqlarının icrasından imtina

etmək;

25.11.4. fondun aktivlərinin dəyərinin, hərəkətinin və tərkibinin uçotunu



aparmaq, habelə fondun formalaşdırılması bitdikdən sonra payların dəyərinin

düzgün hesablanmasına nəzarət etmək;

25.11.5. fondun aktivlərinin dəyərinin, hərəkətinin və tərkibinin idarəçi və

ya səhmdar investisiya fondunun icra orqanı ilə üzləşdirilməsini aşağıdakı

müddətlərdə həyata keçirmək:

25.11.5.1. açıq paylı investisiya fondları üzrə – həftədə azı 2 dəfə;

25.11.5.2. səhmdar investisiya fondları, interval və qapalı paylı investisiya

fondları üzrə - ayda azı bir dəfə.

25.11.6. idarəçi və ya səhmdar investisiya fondunun icra orqanı tərəfindən

yol verilmiş pozuntular haqqında onların aşkar edildiyi tarixdən 1 iş günü ərzində

nəzarət orqanına yazılı məlumat vermək.

25.12. İdarəçi və ya səhmdar investisiya fondu ilə depozitar arasında

bağlanmış müqaviləyə xitam verildikdə, tərəflər həmin müqaviləyə xitam

verilməsinin səbəblərini göstərməklə, bu barədə dərhal nəzarət orqanına məlumat

verməlidir.

25.13. İdarəçi və ya səhmdar investisiya fondu ilə depozitar arasında

bağlanılmış müqaviləyə xitam verildikdə, həmin depozitar idarəçinin digər

depozitar ilə müvafiq müqavilə bağlaması barədə məlumatı alanadək fond ilə bağlı

bütün sənədlərin saxlanılmasını və uçotunun aparılmasını, idarəçi və digər

depozitar arasında bağlanılmış müqavilə barədə məlumat aldıqdan sonra isə fond

ilə bağlı bütün sənədlərin yeni depozitara ötürülməsini təmin etməlidir. Bu zaman

göstərilən xidmətlərin haqqı xitam verilən müqavilə ilə müəyyən edilmiş qaydada

ödənilir.

Maddə 26. İnvestisiya fondunun auditi və aktivlərinin

qiymətləndirilməsi

26.1. İnvestisiya fondunun idarəçisi ildə azı bir dəfə kənar auditor

tərəfindən yoxlanılmalıdır. İnvestisiya fondunun auditi, yalnız nəzarət orqanı və

auditor xidmətlərini tənzimləyən aidiyyəti orqan tərəfindən birgə müəyyən edilmiş

tələblərə cavab verən kənar auditorlar tərəfindən aparıla bilər.

26.2. İnvestisiya fondunun yoxlamasını aparan kənar auditor Azərbaycan

Respublikasının qanunvericiliyində nəzərdə tutulan hüquq və vəzifələri yerinə

yetirməklə yanaşı, aşağıdakıları yoxlayır:26

26.2.1. investisiya fondunun aktivləri və onlarla əməliyyatlar üzrə uçotun

aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını;

26.2.2. investisiya fondunun aktivlərinin tərkibini və strukturunu;

26.2.3. investisiya fondunun aktivlərinin dəyərinin, payın cari dəyərinin

qiymətləndirilməsini, habelə payların və səhmlərin yerləşdirilmə və geri satın

alınma qiymətlərinin müəyyən edilməsinin düzgünlüyünü;

26.2.4. investisiya fondunun aktivləri ilə bağlanılmış əqdləri;

26.2.5. idarəçi tərəfindən investisiya fondunun aktivlərinin dəyərinin,

hərəkətinin və tərkibinin, habelə payların cari dəyərinin depozitarla üzləşdirilməsi

qaydasını və nəticələrini;

26.2.6. investisiya fondunun aktivlərinin və onlara hüquqları təsdiq edən

sənədlərin saxlanılması qaydasını;

26.2.7. investisiya fondunun fəaliyyəti ilə bağlı mükafatların, xərclərin və

xidmət haqlarının həcmini və ödənilməsini;

26.2.8. dividentlərin ödənilməsi qaydasını (nəzərdə tutulduqda);

26.2.9. buraxılmış səhmlərin və ya payların sayını.

26.3. Kənar auditor aşkar etdiyi əhəmiyyətli nöqsanlar barədə məlumatı,

həmçinin auditin nəticələri üzrə tövsiyələrinin bir nüsxəsini nəzarət orqanına

təqdim etməlidir.

26.4. Kənar auditor fonda xidmətlərinin göstərilməsini dayandırdığı halda,

nəzarət orqanına bunun səbəbləri barədə məlumat verməlidir.

26.5. İnvestisiya fondunun aktivlərini təşkil edən daşınmaz əmlakın və fond

birjasında kotirovka edilməyən qiymətli kağızların qiymətləndirilməsi müvafiq

normativ hüquqi aktlara uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.

Maddə 27. İnvestisiya fondunun aidiyyəti şəxsi

27.1. Bu Qanunun məqsədləri üçün investisiya fondunun aidiyyəti şəxsləri

aşağıdakılardır:

27.1.1. səhmdar investisiya fondunun müşahidə şurasının və icra

orqanının üzvü;

27.1.2. investisiya fondunun struktur bölməsinin (filial, departament, şöbə

və s.) rəhbəri;

27.1.3. bu Qanunun 27.1.1-ci və 27.1.2-ci maddələrində göstərilən

şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının 27

valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri),

qardaşları və bacıları);

27.1.4. investisiya fondunda 10 faiz və daha çox səhmlərə (paya) birbaşa

və ya dolayı yolla malik olan hər hansı şəxs;

27.1.5. nizamnamə kapitalında ən azı 20 faiz iştirak payı investisiya

fonduna məxsus olan hüquqi şəxs;

27.1.6. idarəçinin idarəçiliyində olan digər fondlar;

27.1.7. bu Qanunun 27.1.4-cü və 27.1.5-ci maddələrində göstərilən

hüquqi şəxslərdə ən azı 20 faiz səhmlərə (paya) malik olan hər hansı şəxs;

27.1.8. bu Qanunun 27.1.4-cü, 27.1.5-ci və 27.1.6-cı maddələrində

göstərilən hüquqi şəxslərin müşahidə şurasının və icra orqanlarının rəhbərləri.

27.2. İnvestisiya fondunun aidiyyəti şəxsləri ilə münasibətlərdə aşağıdakı

tələblərə riayət edilməlidir:

27.2.1. investisiya fondunun aidiyyəti şəxsləri investisiya fondunun

depozitarı ola bilməzlər;

27.2.2. investisiya fondunun aidiyyəti şəxsləri eyni zamanda idarəçinin və ya

depozitarın müşahidə şurasının və ya icra orqanının üzvü ola bilməzlər;

27.2.3. investisiya fondunun aidiyyəti şəxsləri eyni zamanda investisiya

fondunun məsləhətçisi, auditoru, əmlak inzibatçısı və ya idarəçisi ola bilməzlər;

27.2.4. investisiya fondunun bu Qanunun 27.1.1-ci və 27.1.2-ci

maddələrində göstərilən aidiyyəti şəxsləri idarəçinin və ya onun idarəçiliyində olan

digər investisiya fonlarının müşahidə şurasının və ya icra orqanının üzvü ola

bilməzlər;

27.2.5. səhmdar investisiya fondunun buraxdığı səhmlərlə bağlanılan əqdlər

istisna olmaqla, səhmdar investisiya fondu ilə onun aidiyyəti şəxsləri arasında

fondun aktivlərinin dəyərinin 10 faizindən artıq məbləğdə əqdlərin bağlanılmasına

yalnız müşahidə şurasının bütün üzvlərinin razılığı ilə yol verilir;

27.2.6. paylı investisiya fondunun buraxdığı paylarla bağlanılan əqdlər

istisna olmaqla, paylı investisiya fondu ilə onun idarəçisinin aidiyyəti şəxsləri

arasında fondun aktivlərinin dəyərinin 10 faizindən artıq məbləğdə əqdlərin

bağlanılmasına yalnız nəzarət orqanının icazəsi ilə yol verilir. Bu halda idarəçi

əqdin bağlanılmasına razılıq verilməsi üçün onun mühüm şərtləri barədə

məlumatla birlikdə ərizə ilə nəzarət orqanına müraciət edir;28

27.2.7. bu Qanunun 27.2.6-cı maddəsində göstərilən əqdlərin bağlanması

investorların hüquqlarının müdafiəsi baxımından qeyri-qənaətbəxş hesab edildikdə,

qiymətli kağızlar bazarında qiymətlərin kəskin dəyişməsi təhlükəsi yaratdıqda,

habelə investisiya fondunun qaydalarına zidd olduğu müəyyənləşdirildikdə nəzarət

orqanı onun bağlanmasına icazə verilməsindən imtina edir;

27.2.8. nəzarət orqanı əqdin bağlanılmasına icazənin verilməsinə və ya

ondan imtina edilməsinə dair bildirişi idarəçiyə 3 gün ərzində təqdim edir.

V fəsil


Səhmdar investisiya fondunda və idarəçidə mühüm iştirak payının əldə

edilməsi


Maddə 28. Səhmdar investisiya fondunda və idarəçidə mühüm iştirak

payının əldə edilməsi

28.1. Səhmdar investisiya fondunun nizamnamə kapitalında bir şəxsin iştirak

payı 50 faizdən çox ola bilməz.

28.2. İstənilən şəxs səhmdar investisiya fondunun və ya idarəçinin

nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə

kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə

mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20 faizinə, 33 faizinə,

idarəçidə isə həmçinin 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib

çıxaran iştirak payını yalnız nəzarət orqanının razılığı əsasında əldə edə bilər.

28.3. Səhmdar investisiya fondu, onun idarəçisi və depozitarı hər hansı bir

şəxs tərəfindən səhmdar investisiya fondunun nizamnamə kapitalında mühüm

iştirak payının əldə edilməsi haqqında xəbər tutduqda, 1 iş günü ərzində bu barədə

nəzarət orqanına məlumat verməlidir.

28.4. Hər hansı bir şəxs tərəfindən idarəçinin nizamnamə kapitalında

mühüm iştirak payı əldə edildikdə idarəçi və reyestrsaxlayıcısı (olduqda) bu barədə

1 iş günü ərzində nəzarət orqanına məlumat verməlidir.

28.5. Bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulan mühüm iştirak

payının alınması üçün səhmdar investisiya fondu, yaxud idarəçi bu barədə

müraciəti və aşağıdakı sənədləri nəzarət orqanına təqdim etməlidir:

28.5.1. alıcı hüquqi şəxs olduqda:

28.5.1.1. dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis

sənədlərinin notariat qaydasında təsdiq edilmiş surəti, son 3 maliyyə ili üzrə, 3 29

ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə kənar

auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarını və kənar auditorun rəyini

əks etdirən müvafiq sənədlər;

28.5.1.2. nəzərdə tutulan iştirak payının əldə olunması barədə onun

səlahiyyətli idarəetmə orqanının qərarının təsdiq edilmiş surəti;

28.5.1.3. digər hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarına dair

məlumat;


28.5.1.4. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə

təsisçilərin:

28.5.1.4.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında

müvafiq sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

28.5.1.4.2. təsis sənədlərinin notariat qaydasında təsdiq edilmiş surəti;

28.5.1.4.3. son 3 maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət

göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə kənar auditor tərəfindən, müvafiq rəy

əlavə olunmaqla, təsdiq edilmiş maliyyə hesabatlarını;

28.5.1.4.4. fiziki şəxs olan təsisçilərinin şəxsiyyətlərini təsdiq edən

sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumatlar və

sənədlər, imzaları notariat qaydasında təsdiq edilməklə onların vətəndaş

qüsursuzluğuna dair ərizələri, həmin fiziki şəxs əcnəbi olduqda isə yuxarıda

göstərilən sənədlərdən əlavə rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə

təşkilatının müsbət tövsiyəsi;

28.5.1.4.5. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları,

habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər

şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;

28.5.1.5. benefisiarlar haqqında məlumat.

28.5.2. alıcı fiziki şəxs olduqda:

28.5.2.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq

edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər,

həmin şəxs əcnəbi olduqda isə həm də rezidenti olduğu ölkənin azı bir maliyyə

təşkilatının müsbət tövsiyəsi;

28.5.2.2. vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq

edilmiş ərizəsini;

28.5.2.3. həmin şəxsin digər hüquqi şəxslərin kapitalında mühüm iştirak

paylarına dair məlumatı.30

28.6. Nəzarət orqanı bu Qanunun 28.5-ci maddəsində göstərilən müraciətə

30 iş günü ərzində baxır və müraciət edən səhmdar investisiya fonduna və ya

idarəçiyə qəbul etdiyi qərar haqqında əsaslandırılmış bildiriş təqdim edir.

28.7. Bu Qanunun 28.5-ci maddəsində göstərilən sənədlər tam həcmdə

təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış

olduqda, nəzarət orqanı sənədlərin tam həcmdə təqdim edilməsini və ya

dəqiqləşdirilməsini tələb edə bilər.

28.8. Bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş əqdlər nəzarət

orqanının razılığı olmadan bağlandıqda, həmin əqdlər bağlandığı andan etibarsız

hesab edilir.

28.9. Mühüm iştirak payının alınması barədə nəzarət orqanı tərəfindən

verilmiş razılıqda mühüm iştirak payının alınmasının son müddəti göstərilir.

28.10. Nəzarət orqanı mühüm iştirak paylarının sahibləri və mühüm iştirak

payını əldə etmək niyyətində olan şəxslər barəsində digər dövlət orqanlarından

məlumat ala bilər. Dövlət orqanları nəzarət orqanının tələbi əsasında məlumatları

15 iş günü müddətində təqdim etməlidirlər.

VI fəsil


İnvestisiya fondunun aktivlərinin tərkibi və dəyəri

Maddə 29. İnvestisiya fondunun aktivlərinin tərkibi

29.1. İnvestisiya fondunun idarəçilikdə olan aktivləri pul vəsaitlərindən,

qiymətli kağızlardan və daşınmaz əmlakdan ibarət ola bilər. Daşınmaz əmlak

yalnız səhmdar investisiya fondu və qapalı paylı investisiya fondunun aktivlərinin

tərkibinə daxil edilə bilər. İnvestisiya fondunun aktivlərinin tərkibinə və

strukturuna dair tələblər Nəzarət orqanı tərəfindən qəbul olunmuş normativ hüquqi

aktlarla müəyyən edilir.

29.2. İnvestisiya fondunun aktivlərinin tərkibinə aşağıdakıların daxil

edilməsi yolverilməzdir:

29.2.1. idarəçisinin idarəçiliyində olan digər investisiya fondlarının

buraxdığı səhmləri və ya payları;

29.2.2. idarəçisinin və aidiyyəti şəxslərinin buraxdığı qiymətli kağızlar.

31

Maddə 30. İnvestisiya fondunun aktivlərinin dəyərinin hesablanması



30.1. İnvestisiya fondunun aktivlərinin, xalis aktivlərinin, habelə payın cari

dəyərinin və səhmin geri satın alınması qiymətinin hesablanması qaydası bu

Qanunla və nəzarət orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktlarla

müəyyən edilir.

30.2. Səhmdar investisiya fondu və idarəçi maliyyə hesabatlarını Maliyyə

Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib etməlidirlər.


Yüklə 458,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə