İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 458,5 Kb.
səhifə4/6
tarix17.09.2018
ölçüsü458,5 Kb.
#69066
növüQaydalar
1   2   3   4   5   6

Maddə 31. İnvestisiya fondunun fəaliyyəti ilə bağlı mükafatların,

xərclərin və xidmət haqlarının ödənilməsi

31.1. İnvestisiya fondu üzrə idarəçinin mükafat və xərcləri, habelə

depozitar, auditor və qiymətləndiricinin xidmət haqları fondun aktivləri hesabına

ödənilir. Paylı investisiya fondunu təşkil edən əmlak onun fəaliyyətinin təmin

edilməsi ilə bağlı yaranmış borcların ödənilməsinə kifayət etmədiyi halda, həmin

borclar üzrə tələblər idarəçinin əmlakına yönəldilə bilər.

31.2. Paylı investisiya fondunun formalaşdırılması müddəti ərzində

mükafatlar, xərclər və xidmət haqları idarəçinin hesabına ödənilir. Fondun

formalaşdırılması baş tutduqda, ödənilmiş vəsaitlər fondun aktivləri hesabına

idarəçiyə qaytarılır.

31.3. İnvestisiya fondunun fəaliyyəti ilə bağlı mükafatların, xərclərin və

xidmət haqlarının yuxarı həddi və ödənilməsi qaydası nəzarət orqanı tərəfindən

qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən edilir.

31.4. İnvestisiya fondunun emissiya prospekti və ya investisiya

bəyannaməsi ilə nəzərdə tutulmamış mükafatların, xərclərin və xidmət haqların

ödənilməsinə yol verilmir.

VII fəsil

İnvestisiya fondu haqqında məlumatların açıqlanması və investisiya

fondunun reklamı

Maddə 32. İnvestisiya fondu haqqında məlumatın açıqlanması

32.1. Səhmdar investisiya fondu, onun və (və ya) paylı investisiya fondunun

idarəçisi tərəfindən səhmlərin (payların) əldə edilməsi və (və ya) geri satın

alınmasına dair sifarişlərin qəbulu yerlərində investorlara, səhmdarlara və pay

sahiblərinə tanış olmaq üçün aşağıdakılar barədə məlumatlar təqdim edilməlidir:32

32.1.1. səhmdar investisiya fondunun nizamnaməsi, investisiya

bəyannaməsi, emissiya prospekti və paylı investisiya fondunun qaydaları;

32.1.2. investisiya fondunun aktivlərinin tərkibi, strukturu və dəyəri,

investisiya fondunun xalis aktivləri və bu məlumatların müəyyən edildiyi son

tarixə bir payın hesablanmış dəyəri;

32.1.3. səhmdar investisiya fondunun və ya idarəçinin ötən maliyyə ili üzrə

kənar auditor tərəfindən müvafiq rəy əlavə edilməklə təsdiq olunmuş maliyyə

hesabatları;

32.1.4. ötən maliyyə ili üzrə səhmdar investisiya fonduna, idarəçiyə,

depozitara, auditora və qiymətləndiriciyə fondun aktivləri hesabına ödənilməli olan

mükafatların, xərclərin və xidmət haqlarının həcmi;

32.1.5. səhmdar investisiya fonduna, idarəçiyə, depozitara qarşı son bir il

ərzində tətbiq edilmiş sanksiyalar.

Maddə 33. İnvestisiya fondunun reklamı

33.1. İdarəçi və ya səhmdar investisiya fondu səhm və payların reklamı

zamanı qeyri dəqiq, təhrif edilmiş, habelə investisiya bəyannaməsinə zidd olan

məlumatlardan istifadə etməməlidir. İnvestorların qərarlar qəbul etməsi üçün vacib

olan məlumatların, o cümlədən risklər barədə məlumatların gizlədilməsinə yol

verilmir.

33.2. İdarəçi və ya investisiya fondu reklamda risklər haqqında məlumat

verməyə borcludur. Reklam materiallarında aşağıdakılar əks olunmalıdır:

33.2.1. risk haqqında xəbərdarlıq – səhm və payların dəyərinin azalması

ehtimalı;

33.2.2. investisiyaların geri alınmaması ehtimalı;

33.2.3. “Əvvəlki nəticələr və gəlirlilik səviyyəsi gələcəkdə əldə ediləcək

nəticələr və gəlirlilik səviyyəsinə dair heç bir təminat və zəmanət vermir”

xəbərdarlığı.

33.3. Reklam materiallarında aşağıdakılar yol verilməzdir:

33.3.1. investisiya fondunun və idarəçinin investisiya fəaliyyətinin gələcək

gəlirliliyi və səmərələliyi barədə təminatların verilməsi;

33.3.2. idarəçinin investisiya fəaliyyətinin nəticələrinə mühüm təsir edəcək

amillər haqqında yanlış, yaxud təhrif edilmiş məlumatların və hesabatların

verilməsi;33

33.3.3. idarəçinin investisiya fəaliyyətinin nəticələrinin müqayisəsi zamanı

gəlirlilik səviyyəsi və xalis aktivlərinin dəyərinə, habelə investisiya bəyannaməsinə

əsaslanmayan göstəricilərdən istifadə edilməsi;

33.3.4. investisiyaların risksiz olmasına təminatların verilməsi;

33.3.5. investisiya fondunun və idarəçinin idarəetmə orqanlarının üzvlərinin

təcrübəsi və bacarığı barədə həqiqətə uyğun olmayan və ya təsdiq olunmamış

məlumatların verilməsi.

33.4. İdarəçi səhmdar investisiya fondu, yaxud payların və səhmlərin

satışını həyata keçirən peşəkar iştirakçı investorlara risklər haqqında xəbərdarlıq

sənədini təqdim edir və investorlara bu sənədlə tanış olub imzaladıqdan sonra

payların və ya səhmlərin satışını həyata keçirir.

33.5. İdarəçi və ya səhmdar investisiya fondu payların və ya səhmlərin

satışını həyata keçirən zaman, risklər haqqında xəbərdarlıq sənədi investorlar

tərəfindən imzalanmadığı təqdirdə, investorlara vurulan zərərə görə məsuliyyət

daşıyır.

33.6. Risklər haqqında xəbərdarlıq sənədinə dair tələblər nəzarət orqanı

tərəfindən müəyyən edilir.

33.7. İnvestisiya fondu və ya idarəçi, həmçinin onların reklamını həyata

keçirən qurumlar nəzarət orqanının tələblərinə əsasən reklam və satış materiallarını

həmin orqana təqdim etməlidirlər.

33.8. Reklam materialları qanunvericiliyin tələblərinə cavab vermədiyi

təqdirdə, nəzarət orqanı onların yayılmasını qadağan edə və ya aşkar edilmiş

nöqsanlar aradan qaldırılanadək müvəqqəti dayandıra bilər.

VIII fəsil

Səhmdar investisiya fondu və aktivlərin idarə edilməsi üzrə fəaliyyətlərin

lisenziyalaşdırılması

Maddə 34. Lisenziyalaşdırmaya dair ümumi tələblər

34.1. Azərbaycan Respublikası ərazisində səhmdar investisiya fondu və ya

aktivlərin idarə edilməsi fəaliyyətləri ilə yalnız bu Qanuna və digər qanunvericilik

aktlarına uyğun olaraq lisenziyaya malik olan hüquqi şəxslər məşğul ola bilərlər.

34.2. Səhmdar investisiya fondu və aktivlərin idarə edilməsi üzrə

fəaliyyətlərə lisenziyanın verilməsi və ləğv edilməsi bu Qanunla və digər normativ

hüquqi aktlarla müəyyən edilmiş qaydada nəzarət orqanı tərəfindən həyata

keçirilir.34

34.3. Səhmdar investisiya fondu və aktivlərin idarə edilməsi üzrə

fəaliyyətlərə lisenziyalar müddətsiz verilir. Lisenziyadan yalnız onları almış şəxs

tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə ötürülə bilməz. İnvestisiya fondu

və ya aktivlərin idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziyalar nəzarət

orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir.

34.4. Səhmdar investisiya fondu və aktivlərin idarə edilməsi üzrə

fəaliyyətlərə lisenziyaların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş

miqdarda və qaydada dövlət rüsumu ödənilir.

34.5. Səhmdar investisiya fondunun və idarəçinin nizamnamə kapitalının

minimum məbləği nəzarət orqanı tərəfindən müəyyən edilən tələblərə cavab

verməlidir.

34.6. Siyahısı nəzarət orqanı tərəfindən müəyyən edilən offşor zonalarda

qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və

benefisiarları belə zonalarda qeydiyyata alınmış şəxslər səhmdar investisiya

fondunun və idarəçinin təsisçiləri və ya səhmdarları ola bilməzlər.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının

ərazisində qeydiyyatdan keçməmiş, aidiyyəti tənzimləmə və nəzarət orqanları

tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə olunmayan investisiya

fondlarının və ya idarəçilərin fəaliyyətinə yol verilmir.

34.7. İdarəçinin ixtisas şəhadətnaməsinə malik olan əməkdaşlarının sayına

dair tələblər nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 35. Səhmdar investisiya fondlarının və aktivlərin idarə edilməsi

üzrə fəaliyyətlərin lisenziyalaşdırılması

35.1. Səhmdar investisiya fondlarının və aktivlərin idarə edilməsi üzrə

müvafiq növ fəaliyyətlərə lisenziyaların alınması üçün müraciətə nəzarət orqanı

tərəfindən iki mərhələdə baxılır:

35.1.1. təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs

(şəxslər) tərəfindən lisenziyanın alınması üçün ilkin müraciətə baxılması;

35.1.2. səhmdar investisiya fondu və idarəçi hüquqi şəxs kimi dövlət

qeydiyyatına alındıqdan sonra lisenziyanın alınması üçün yekun müraciətə

baxılması.

Maddə 36. Səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi

üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin müraciət zamanı təqdim

edilən sənədlər

36.1. Lisenziya verilməsi üçün ilkin müraciət olunarkən aşağıdakı sənədlər

təqdim edilməlidir:35

36.1.1. səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi üzrə

fəaliyyətlərə lisenziyanın alınması üçün ərizə;

36.1.2. təsis haqqında qərarın və nizamnamənin surəti;

36.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə

təsisçilərin:

36.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında sənədin

notariat qaydasında təsdiq edilmiş surəti;

36.1.3.2. təsis sənədlərinin notariat qaydasında təsdiq edilmiş surəti;

36.1.3.3. son 3 maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə

isə bütün fəaliyyət dövrü üzrə kənar auditor tərəfindən müvafiq rəy əlavə

olunmaqla, təsdiq edilmiş maliyyə hesabatları;

36.1.3.4. nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə idarəetmə

orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;

36.1.3.5. maliyyə xidmətləri ilə bağlı mövcud olan lisenziyaların notariat

qaydasında təsdiq edilmiş surəti;

36.1.3.6. aidiyyəti şəxsləri barədə məlumatlar;

36.1.3.7. qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə

üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğunu təsdiq edən müvafiq

tənzimləyici orqanın arayışı;

36.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti

və iş yeri (olduqda) haqqında məlumatları əks etdirən arayış;

36.1.5. fiziki şəxs olan təsisçi əcnəbi olduqda – bu Qanunun 36.1.4-cü

maddəsində nəzərdə tutulmuş sənədlərdən əlavə, rezidenti olduğu ölkənin azı iki

maliyyə təşkilatının müsbət tövsiyələri;

36.1.6. vəkil edilmiş şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini

təsdiqləyən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş sənəd;

36.1.7. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə

hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin

mühüm iştirak payları haqqında məlumatlar;

36.1.8. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznesplan:

36.1.8.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin

əsaslandırılmış məbləği;36

36.1.8.2. fondun formalaşdırılması mərhələsi üçün nəzərdə tutulmuş maliyyə

vəsaitlərinin məbləği;

36.1.8.3. istifadə ediləcək ofis sahəsi, kompüter və telekommunikasiya

sistemləri, elektron mühasibat və digər kompüter proqramları haqqında məlumat;

36.1.9. səhmdar investisiya fondunun aktivlərinin idarə edilməsini həyata

keçirəcək idarəçi barədə məlumat;

36.1.10. adı və ünvanı göstərilməklə, səhmdar investisiya fondunun

depozitarı haqqında məlumat;

36.1.11. auditi həyata keçirəcək kənar auditor barədə məlumat (adı, müvafiq

lisenziyanı verən orqanın adı, qeydiyyat nömrəsi və verilmə tarixi);

36.1.12. fəaliyyətin həyata keçirilməsi, o cümlədən, aktivlərin idarə edilməsi

üzrə daxili nəzarət mexanizmləri haqqında məlumat;

36.1.13. təsisçilərin, rəhbər vəzifələrə təyin olunması nəzərdə tutulan

şəxslərin siyahısı və onların imzaları notariat qaydasında təsdiq edilməklə,

vətəndaş qüsursuzluğu barədə ərizələri;

36.1.14. rəhbər vəzifələrə təyin olunan şəxslərin təhsili və iş təcrübəsi

barədə müvafiq sənədlər və məlumatlar;

36.1.15. benefisiarları haqqında məlumatlar.

36.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici

ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri qanunvericiliklə

müəyyən edilmiş qaydada təsdiq edilməlidir.

Maddə 37. Səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi

üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün ilkin müraciətə baxılması

37.1. Nəzarət orqanı lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı

sənədlərə təqdim edildiyi tarixdən 60 gün ərzində baxır.

37.2. Nəzarət orqanı baxılmaq üçün təqdim edilmiş sənədlərdə səhvlər və

ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə 15 təqvim günü

müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan

qaldırmağı təklif edir. Bu tələb 10 iş günü ərzində yerinə yetirilməlidir. Tələbin

təqdim edilməsi bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan müddətin axımını

dayandırır. Sənədlərin təqdim edilməsindən sonra 15 gün ərzində nəzarət orqanı

müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul

olunmuş hesab edilir. 37

37.3. Nəzarət orqanı təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması

məqsədi ilə digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları nəzarət

orqanının tələb etdiyi məlumatı 15 gün ərzində verməlidirlər.

37.4. Nəzarət orqanı lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı

hallarda rədd edir:

37.4.1. bu Qanunun 36-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam

həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar

aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 37.2-ci maddəyə uyğun

olaraq tələb olunan qaydada tamamlanmadıqda;

37.4.2. bu Qanunun 34.5-ci və 41.1-41.4-cü maddələrinin tələbləri təmin

olunmadıqda;

37.4.3. biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə

qabiliyyətinin, investisiya fondunun və idarəçinin normal fəaliyyət göstərməsinin

təmin edilməsi, investorların hüquqlarının pozulması təhlükəsi müəyyən

edildikdə.

37.5. Nəzarət orqanı lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının

nəticəsi barədə müraciət edənə bu Qanunun 37.1-ci maddəsində göstərilən

müddətdə yazılı bildiriş göndərir. İlkin müraciət rədd edildikdə, bildirişdə

imtinanın əsasları göstərilməlidir.

37.6. Nəzarət orqanının ilkin müraciətin rədd edilməsi ilə bağlı qərarından

qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə bilər.

37.7. Lisenziya verilməsi üçün ilkin müraciətinə nəzarət orqanı tərəfindən

müsbət cavab verildikdən sonra təsis edilən hüquqi şəxs qanunvericilikdə nəzərdə

tutulmuş qaydada dövlət qeydiyyatına alınır. Nəzarət orqanının lisenziya verilməsi

üçün ilkin müraciətə müsbət cavab verdiyi tarixdən etibarən 90 gün müddətində

lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.

Maddə 38. Səhmdar investisiya fondu və ya aktivlərin idarəedilməsi

üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün yekun müraciət zamanı təqdim

olunan sənədlər

38.1. Səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi üzrə

fəaliyyətlərə lisenziyanın alınması üçün yekun müraciət zamanı nəzarət orqanına

aşağıdakıları təqdim edilir:

38.1.1. adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının

nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan

fəaliyyət növünün adını əks etdirən yekun müraciət;38

38.1.2. dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq

edilmiş surəti;

38.1.3. nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

38.1.4. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişikliklər baş

verərsə bu barədə arayış;

38.1.5. rəhbər vəzifələrə təyin edilən şəxslərin bu Qanunun tələblərinə

uyğunluğunu təsdiq edən məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə

müvafiq sənədlərin surətləri;

38.1.6. aktivlərin idarə edilməsini həyata keçirən əməkdaşların ixtisas

şəhadətnamələri;

38.1.7. fəaliyyət göstərəcəyi ofis sahəsindən istifadə hüququnu təsdiq edən

sənədin surəti;

38.1.8. hüquqi şəxsin təşkilati və idarəetmə strukturu, bölmələri və onların

funksiyaları, tabeliliyi, hesabatların təqdim edilmə qaydaları;

38.1.9. kompüter və telekommunikasiya sistemləri, elektron mühasibat və

digər kompüter proqramları haqqında məlumat;

38.1.10. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

38.2. Səhmdar investisiya fondu fəaliyyətinə lisenziyanın alınması üçün

müraciət edən hüquqi şəxs bu Qanunun 38.1-ci maddəsində nəzərdə tutulmuş

sənədlərlə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:

38.2.1 səhmdar investisiya fondunun aktivlərinin idarə edilməsi barədə

idarəçi ilə bağlanmış müqavilənin surətini;

38.2.2 səhmdar investisiya fondunun investisiya bəyannaməsini.

Maddə 39. Səhmdar investisiya fonduna və ya aktivlərin idarəedilməsi

üzrə fəaliyyətlərə lisenziyaların alınması üçün yekun müraciətə baxılması

39.1. Nəzarət orqanı lisenziyanın alınması üçün təqdim edilmiş sənədlərə

təqdim edildiyi tarixdən 30 gün ərzində baxır.

39.2. Sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki

məlumatlar tam olmadıqda və ya yanlış olduqda nəzarət orqanı sənədlərin tam

həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini tələb edə bilər. Bu tələb 10 iş

günü ərzində yerinə yetirilməlidir. Tələbin təqdim edilməsi bu Qanunun 40.1-ci

maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır.39

39.3. Nəzarət orqanı təqdim olunan sənədlərdəki məlumatların yoxlanılması

məqsədi ilə digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları nəzarət

orqanının tələb etdiyi məlumatı 15 gün müddətində verməlidirlər.

39.4. Nəzarət orqanı lisenziyanın verilməsi və ya lisenziyanın

verilməsindən imtina olunması barədə bu Qanunun 40.1-ci maddəsində göstərilən

müddət ərzində imtinanın əsasları göstərilməklə müraciət edənə yazılı bildiriş

göndərir.

39.5. Nəzarət orqanı lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina

edir:

39.5.1. bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş sənədlər tam



həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar

aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 40.2-ci maddəyə uyğun

olaraq tələb olunan qaydada tamamlanmadıqda;

39.5.2. bu Qanunun 34.4-cü, 34.5-ci və 40.1-40.4-cü maddələrinin

tələblərinə uyğunsuzluqlar aşkar olunduqda;

39.5.3. bu Qanunun 37.4-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər

hansı biri aşkar edildikdə;

39.5.4. dövlət qeydiyyatının təsisçilərdən asılı olmayan səbəblərə görə

yubadılması halları istisna olmaqla, lisenziya verilməsi üçün bu Qanunun

37.7.-ci maddəsində müəyyən edilmiş müddətdə nəzarət orqanına yekun müraciət

etmədikdə.

Maddə 40. Səhmdar investisiya fondunun və idarəçinin mühüm iştirak

payının sahiblərinə və rəhbər vəzifələrini tutan şəxslərə dair tələblər

40.1. Səhmdar investisiya fondunun və idarəçinin mühüm iştirak payının

sahibləri aşağıdakı tələblərə cavab verməlidirlər:

40.1.1. vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir;

40.1.2. qanunvericilikdə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə

üzrə maliyyə sabitliyi normativlərinə uyğun olmalıdır (hüquqi şəxslər üçün).

40.2. Səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının, icra

orqanının və təftiş komissiyasının və ya audit komitəsinin, habelə daxili audit

xidmətinin üzvü aşağıdakı tələblərə cavab verməlidir:

40.2.1. ali təhsili olmalıdır;40

40.2.2. maliyyə vəziyyətinin pisləşməsi üzündən və ya müflis elan

olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi

tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra

orqanının, təftiş komissiyasının və ya daxili audit xidmətinin üzvü olmamalıdır;

40.2.3. tutduğu vəzifədən peşə uyğunsuzluğuna görə azad edilmiş

olmamalıdır;

40.2.4. vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir;

40.2.5. səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının,

icra orqanının üzvü maliyyə xidmətləri sektorunda ən azı 3 il, təftiş komissiyasının

və ya audit komitəsinin üzvü isə audit fəaliyyəti, yaxud əlaqədar sahələrdə azı 4 il

iş təcrübəsinə malik olmalıdır.

40.3. İdarəçinin müşahidə şurasının, icra orqanının və təftiş komissiyasının

və ya daxili audit orqanının üzvü eyni zamanda digər idarəçidə və ya depozitarda

hər hansı vəzifə tuta və ya xidmət göstərə bilməz.

40.4. Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri

nəzarət orqanı tərəfindən müəyyən edilmiş qaydada attestasiyadan keçməlidir.

40.5. Səhmdar investisiya fondu və idarəçi rəhbər vəzifə tutan şəxslərin

tutduğu vəzifələrdən azad edilməsi barədə 3 iş günü ərzində nəzarət orqanına

məlumat verməlidirlər.

40.6. Səhmdar investisiya fondu və idarəçi rəhbər vəzifəsinə nəzərdə tutulan

bütün təyinatlar və dəyişikliklər barəsində nəzarət orqanına yazılı bildiriş

göndərməlidirlər. Bildirişə bu Qanunun 39.1.5-ci maddəsində nəzərdə tutulan

məlumatlar və sənədlər əlavə olunur.

40.7. Nəzarət orqanı səhmdar investisiya fondunda və idarəçidə rəhbər

vəzifəyə təyinatla bağlı müraciətin səhmdar investisiya fondu və ya idarəçi

tərəfindən təqdim edildiyi tarixdən 30 iş günü müddətində bildirişə dair öz

münasibətini bildirməli və attestasiyanın vaxtını təyin etməlidir.

40.8. Səhmdar investisiya fondu və idarəçi rəhbər vəzifələrə yeni təyinatları

yalnız nəzarət orqanınin razılığı əsasında həyata keçirə bilərlər.

Maddə 41. Səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi

fəaliyyətləri üzrə lisenziyaların ləğvi

41.1. Səhmdar investisiya fondu və aktivlərin idarə edilməsi fəaliyyətləri

üzrə lisenziya aşağıdakı əsaslar olduqda nəzarət orqanı tərəfindən ləğv edilə bilər:41

41.1.1 səhmdar investisiya fondunun və ya idarəçinin ali idarəetmə

orqanının qərarı əsasında səhmdar investisiya fondu və ya idarəçi ləğv edildikdə;

41.1.2 səhmdar investisiya fondu və ya idarəçi müflis elan edildikdə;

41.1.3 lisenziya alınarkən təqdim edilmiş sənədlərdə yanlış və ya qeyri

dürüst məlumatlar aşkar olunduqda;

41.1.4 səhmdar investisiya fondu və ya idarəçi lisenziya qüvvəyə mindiyi

tarixdən 12 ay müddətində fəaliyyətə başlamadıqda;

41.1.5 səhmdar investisiya fondu və ya idarəçi tərəfindən mövcud

qanunvericiliyin tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və həmin pozuntuların

aradan qaldırılmasına dair nəzarət orqanının icrası məcburi olan göstərişləri yerinə

yetirilmədikdə;

41.1.6 səhmdar investisiya fondunun və ya idarəçinin xalis aktivlərinin

miqdarı nəzarət orqanı tərəfindən müəyyən edilmiş xalis aktivlərin minimum

miqdarından az olduqda;

41.1.7 səhmdar investisiya fondu və ya idarəçi tərəfindən nəzarət orqanına

qəsdən yanlış və ya qeyri-dürüst hesabat və məlumatlar təqdim edildikdə;

41.1.8 səhmdar investisiya fondu və ya idarəçi lisenziyada nəzərdə

tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

41.1.9 İnvestisiya fondunun və ya idarəçinin yenidən təşkili nəzarət

orqanının razılığı olmadan həyata keçirildikdə;

41.1.10 səhmdar investisiya fondu və ya idarəçi nəzarət orqanı tərəfindən


Yüklə 458,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə