İnzibati hüquq” fənnindən test Bütün testlərdə düzgün cavab a bəndində yazılmışdır



Yüklə 0,66 Mb.
səhifə1/9
tarix31.08.2018
ölçüsü0,66 Mb.
#65535
növüYazı
  1   2   3   4   5   6   7   8   9


İnzibati hüquq” fənnindən test

Bütün testlərdə düzgün cavab a) bəndində yazılmışdır

1. Aşağıdakılardan hansı idarəetmənin ümumi anlayışını daha çox uyğundur?

a) hər hansı obyektlərə və proseslərə məqsədyönlü təsir etməklə onları qabaqcadan düşünülmüş vəziyyətə gətirmək

b) hər hansı obyektlərə və proseslərə məqsədyönlü təsir etməklə onların faydalı xassələrindən yararlanmaq

c) hər hansı obyektlərə və proseslərə məqsədyönlü təsir etməklə onların müəyyən ardıcıllıqla düzülüşünə nail olmaq

d) hər hansı obyektlərə və proseslərə davamlı təsir etməklə onlarıın müəyyən yerdəyişməsinə nail olmaq

e) hər hansı obyektlərə və proseslərə davamlı təsir etməklə onların hərəkətə gəlməsinə nail olmaq



2. Aşağıdakılardan hansı idarəetmənin mərhələsidir?

a) məqsədyönlü təsirin nəticələrinin müəyyən olunması

b) məqsədyönlü idarəetmənin nəticələrinin müəyyən olunması

c) məqsədyönlü idarəetmənin təsirliliyinin müəyyən olunması

d) idarəetmənin məqsədyönlülüyünün müəyyən olunması

e) məqsədyönlü idarəetmənin proqnazlaşdırılması



3. Aşağıdakılardan hansı idarəetmənin mərhələsi deyil?

a) bilavasitə rəhbərliyin həyata keçirilməsi

b) məqsədyönlü təsirin bilavasitə həyata keçirilməsi

c) məqsədin müəyyən olunması

d) məqsədyönlü təsirin üsul və vasitələrinin müəyyən olunması

e) sadalananların hamısı idarəetmənin mərhələləridir



4. Aşağıdakılardan hansı cəmiyyətdəki idarəetməni tam səkildə ifadə edir?

a) sosial idarəetmə

b) dövlət idarəetməsi

c) ictimai idarəetmə

d) elmi idarəetmə

e) özünüidarəetmə



5. Sosial idarəetmənin hansı növləri vardır?

a) dövlət idarəetməsi və özünüidarəetmə

b) dövlət idarəetməsi və ictimai idarəetmə

c) dövlət idarəetməsi və cəmiyyət idarəetməsi

d) mexaniki, texniki və bioloji idarəetmə

e) elmi idarəetmə və kortəbii idarəetmə



6. Dövlət idarəetməsinin məzmununu nə təşkil edir?

a) icraedici və sərəncamverici fəaliyyət

b) qanuna müvafiq olan fəaliyyət

c) normativ nizamlama xarakterli fəaliyyət

d) məcburedici xarakterli fəaliyyət

e) sosial faydalı fəaliyyət



7. Dövlət idarəetməsinin təşkilati prinsiplərinə hansılar aiddir?

a) sahə, ərazi və funksional prinsiplər

b) qanunçuluq və mərkəzləşmə prinsipləri

c) unitarizm və əks-mərkəzləşmə prinsipləri

d) hakimiyyətlərin bölünməsi və idarəetmədə vətəndaşların iştirakı prinsipləri

e) sadalananların dövlət idarəetməsinin təşkilati prinsiplərinə aid deyil



8. İnzibati hüququn predmetinə aid olan ictimai münasibətlər hansı qruplara bölünür?

a) idarəetmə münasibətləri və təminedici münasibətlər

b) idarəetmə münasibətləri və inzibati münasibətlər

c) təşkiledici münasibətlər və təminedici münasibətlər

d) təşkiledici münasibətlər və inzibati münasibətlər

e) təşkiledici münasibətlər, təminedici münasibətlər və inzibati münasibətlər



9. Aşağıdakı ictimai münasibətlərdən hansılar inzibati hüququn predmetinə aiddir?

a) icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

b) qanunvericilik hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

c) məhkəmə hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

d) dövlət hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

e) dövlət orqanlarının təşkili və fəaliyyəti prosesində yaranan ictimai münasibətlər



10. Aşağıdakı ictimai münasibətlərdən hansılar inzibati hüququn predmetinə aid deyil?

a) qanunvericilik hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

b) qanunvericilik hakimiyyətinin fəaliyyətinin təmini prosesində yaranan ictimai münasibətlər

c) məhkəmə hakimiyyətinin fəaliyyətinin təmini prosesində yaranan ictimai münasibətlər

d) icra hakimiyyətinin fəaliyyətinin təmini prosesində yaranan ictimai münasibətlər

e) sadalanan ictimai münasibətlərdən heç biri inzibati hüququn predmetinə aid deyil



11. Aşağıdakı ictimai münasibətlərdən hansılar idarəetmə münasibətləri hesab olunur?

a) öz aralarında tabeçilik münasibətlərində olan müxtəlif təşkilati-hüquqi səviyyəli icra hakimiyyəti orqanları arasında yaranan münasibətlər

b) icra hakimiyyəti orqanlari ilə parlament arasinda yaranan ictimai münasibətlər

c) dövlət hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

d) məhkəmə hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

e) dövlət orqanlarının təşkili və fəaliyyəti prosesində yaranan ictimai münasibətlər



12. İnzibati hüququn predmetinə aid olan təminedici münasibətlər dedikdə, aşağıdakılardan hansılar nəzərdə tutulur?

a) qanunvericilik və məhkəmə hakimiyyətinin fəaliyyətinin təşkili və maddi, texniki, informasiya, hüquqi təmini prosesində yaranan ictimai münasibətlər

b) qanunvericilik və məhkəmə hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər

c) icra hakimiyyətinin təşkili, həyata keçirilməsi və maddi, texniki, informasiya, hüquqi təmini prosesində yaranan ictimai münasibətlər

d) insan hüquqları və əsas azadlıqlarının təmini prosesində yaranan ictimai münasibətlər

e) dövlət hakimiyyətinin təşkili, həyata keçirilməsi və təmini prosesində yaranan ictimai münasibətlər



13. İnzibati hüquq münasibətləri üçün xarakterik olan əlamət hansıdır?

a) tərəflərdən hər hansı birinin iradə ifadəsi əsasında yaranır

b) bərabərhüquqlu tərəflər arasında yaranır

c) tərəflər qarşılıqlı hüquq və vəzifələr daşıyırlar

d) hüquqi faktlar əsasında yaranır

e) hüquq normaları ilə nizamlanır



14. İnzibati hüquq münasibətləri üçün xarakterik olmayan əlamət hansıdır?

a) bərabərhüquqlu tərəflər arasında yaranır

b) icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranır

c) tərəflərdən hər hansı birinin iradə ifadəsi əsasında yaranır

d) bu münasibətlər pozulduqda tərəflər dövlət qarşısında məsuliyyət daşıyır

e) sadalananlarin hamısı inzibati hüquq münasibətləri üçün xarakterikdir



15. Aşağıdakılardan hansı inzibati hüquq münasibətlərinin təsnifatına daha çox uyğundur?

a) şaquli və üfiqi

b) düzünə və yanakı

c) birbaşa və çoxpilləli

d) bilavasitə və vasitəli

e) həqiqi və uydurma



16. Aşağıdakılardan hansı inzibati hüququn mənbəyidir?

a) normativ-hüquqi aktlar

b) inzibati ənənələr

c) sanksiyalaşdırılmış adətlər

d) işgüzar adətlər

e) sadalananlarin hamısı inzibati hüququn mənbəyidir



17. Aşağıdakılardan hansı inzibati hüququn mənbəyi hesab olunmur?

a) məhkəmə təcrübəsi

b) qanun

c) fərman

d) qərar

e) əsasnamə



18. İnzibati təcrübə inzibati hüququn mənbəyi hesab olunurmu?

a) hesab olunmur

b) hesab olunur

c) qanunla birbaşa nəzərdə tutulan hallarda hesab olunur

d) qanunla müəyyən edilən hallar istisna olmaqla, hesab olunmur

e) məhkəmənin mülahizəsindən asılı olaraq, hesab edilə bilər



19. İnzibati hüququn sistemi dedikdə, nə başa düşülür?

a) inzibati hüquq normalarının müəyyən daxili ardıcıllıqla məntiqi düzülüşü

b) inzibati hüquq normalarının sistemləşdirilməsi

c) inzibati hüquq normalarının müxtəlif əlamətlər üzrə qruplaşdırılması

d) inzibati hüquq normalarının məcəllələşdirilməsi

e) inzibati hüquq normalarının konsolidasiyası



20. İnzibati hüququn sistemi hansı hissələrdən ibarətdir?

a) ümumi və xüsusi hissələr

b) maddi və prosessual hissələr

c) əsas və əlavə hissələr

d) formal və məntiqi hissələr

e) inzibati hüququn sistemi hissələrə bölünmür



21. Aşağıdakılardan hansı inzibati hüququn ümumi hissəsinə aiddir?

a) dövlət idarəetməsinin prinsipləri

b) müdafiə sahəsində dövlət idarəetməsi

c) xarici əlaqələr sahəsində dövlət idarəetməsi

d) gömrük xidməti sahəsində dövlət idarəetməsi

e) təhsil sahəsində dövlət idarəetməsi



22. Aşağıdakılardan hansı inzibati hüququn xüsusi hissəsinə aiddir?

a) daxili işlər sahəsində dövlət idarəetməsi

b) icra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusu

c) icra hakimiyyəti orqanlarının təsnifatı

d) icra hakimiyyəti orqanlarının hüquqi aktları

e) icra hakimiyyətinin forma və metodları



23. Fiziki şəxslərin inzibati hüquq qabiliyyəti nə zaman yaranır?

a) anadan olduğu andan

b) qanunla müəyyən edilən hallar istisna olmaqla, anadan olduğu andan

c) bir qayda olaraq, 18 yaşa çatdıqdan sonra

d) bir qayda olaraq, məktəbə getdikdən sonra

e) bir qayda olaraq, orta məktəbi bitirdikdən sonra



24. Fiziki şəxslər adətən neçə yaşdan tam inzibati fəaliyyət qabiliyyətinə malik olurlar?

a) 18 yaşdan

b) 17 yaşdan

c) 16 yaşdan

d) 14 yaşdan

e) 21 yaşdan



25. Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün hansı rejim müəyyən olunmuşdur?

a) milli rejim

b) müqavilə rejimi

c) xüsusi rejim

d) əlverişli rejim

e) məhdudlaşdırıcı rejim



26. İqtisadi, sosial-mədəni və inzibati-siyasi sahələrdə icraedici fəaliyyəti həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılan, dövlətin adından çıxış edən və dövlət hakimiyyət səlahiyyətlərinə malik olan qurumlar hansı kateqoriyaya aiddir?

a) icra hakimiyyəti orqanları

b) icraedici və sərəncamverici orqanlar

c) müstəqil hakimiyyət orqanları

d) mərkəzi hakimiyyət orqanları

e) hökumət orqanları



27. Səlahiyyətlərinin xarakterinə görə icra hakimiyyəti orqanlarının təsnifatı necədir?

a) ümumi, sahəvi və funksional (xüsusi) səlahiyyətli orqanlar

b) ümumi, əsas və əlavə səlahiyyətli orqanlar

c) ümumi, daimi və müvəqqəti səlahiyyətli orqanlar

d) ümumi geniş və məhdud səlahiyyətli orqanlar

e) ümumi, inzibati və yardımçı səlahiyyətli orqanlar



28. Səlahiyyətinə aid olan məsələlərin həlli üsuluna görə icra hakimiyyəti orqanlarının təsnifatı necədir?

a) kollegial və təkbaşına orqanlar

b) mərkəzi və yerli orqanlar

c) ali və yuxarı orqanlar

d) ümumi və xüsusi orqanlar

e) icraedici və hüquqmühafizə orqanları



29. Ümumi səlahiyyətli icra hakimiyyəti orqanları dövlət idarəetməsinin hansı sahələrinə və necə rəhbərlik edirlər?

a) dövlət idarəetməsinin bütün sahələrinə ümumi rəhbərlik edirlər

b) dövlət idarəetməsinin bəzi sahələrinə ümumi rəhbərlik edirlər

c) dövlət idarəetməsinin ayrı-ayrı sahələrinə ümumi rəhbərlik edirlər

d) dövlət idarəetməsinin xüsusi sahələrinə ümumi rəhbərlik edirlər

e) iqtisadi sahələrdə dövlət idarəetməsinə ümumi rəhbərlik edirlər



30. Aşağıdakılardan hansı ümumi səlahiyyətli icra hakimiyyəti orqanıdır?

a) Azərbaycan Respublikasının Nazirlər Kabineti

b) nazirliklər

c) dövlət komitələri

d) komissiyalar

e) xidmətlər



31. Sahəvi səlahiyyətli icra hakimiyyəti orqanları hansı sahələrinə və necə rəhbərlik edirlər?

a) dövlət idarəetməsinin ayrı-ayrı sahələrinə bilavasitə rəhbərlik edirlər

b) dövlət idarəetməsinin bütün sahələrinə bilavasitə rəhbərlik edirlər

c) dövlət idarəetməsinin ayrı-ayrı sahələrinə ümumi rəhbərlik edirlər

d) inzibati-siyasi sahələrdə dövlət idarəetməsinə ümumi rəhbərlik edirlər

e) inzibati-siyasi sahələrdə dövlət idarəetməsinə bilavasitə rəhbərlik edirlər



32. Dövlət idarəetməsinin bütün və ya əksər sahələri üçün ümumi olan bir funksiyanı həyata keçirən icra hakimiyyəti orqanları hansı kateqoriyaya aiddir?

a) funksional (xüsusi) səlahiyyətli icra hakimiyyəti orqanları

b) məhdud səlahiyyətli icra hakimiyyəti orqanları

c) ümumi səlahiyyətli icra hakimiyyəti orqanları

d) sahəvi səlahiyyətli icra hakimiyyəti orqanları

e) müstəqil səlahiyyətli icra hakimiyyəti orqanları



33. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən icra hakimiyyəti kimə mənsubdur?

a) Azərbaycan Respublikasının Prezidentinə

b) Azərbaycan Respublikası Milli Məclisinin sədrinə

c) Azərbaycan Respublikasının Baş nazirinə

d) Azərbaycan Respublikası Hö­ku­mə­tinin başçısına

e) Azərbaycan xalqına



34. İcra səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Prezidenti hansı aktlar qəbul edir?

a) fərman və sərəncam

b) qərar və sərəncam

c) dekret və sərəncam

d) qanun və sərəncam

e) qanun qüvvəli akt və və sərəncam



35. Azərbaycan Respublikası Prezidentinin aktlarında başqa qayda nəzərdə tutulmayıbsa, onların qüvvəyə minməsinin ümumi qaydası necədir?

a) onlar dərc edildiyi gündən qüvvəyə minir

b) onlar dərc edildikdən bir gün sonra qüvvəyə minir

c) onlar dərc edildikdən üç gün sonra qüvvəyə minir

d) onlar dərc edildikdən beş gün sonra qüvvəyə minir

e) onlar imzalandığı andan qüvvəyə minir



36. Konstitusiyaya əsasən Prezident Nazirlər Kabinetini hansı məqsədlə yaradır?

a) icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə

b) bütün səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə

c) iqtisadi və sosial inkişafın təmini məqsədi ilə

d) maliyyə-kredit siyasətinin həyata keçirilməsinin təmini məqsədi ilə

e) dövlət idarəetməsinin təşkili məqsədi ilə



37. Kons­ti­tu­si­ya­da Na­zir­lər Ka­bi­ne­ti­nin sta­tu­su ne­cə mü­əy­yən edi­lir?

a) Pre­zi­den­tin yu­xa­rı ic­ra or­qa­nı

b) Pre­zi­den­tin ya­nın­da mər­kə­zi ic­ra or­qa­nı

c) ali ic­ra və sə­rən­cam or­qa­nı

d) Res­pub­li­ka Hö­ku­mə­ti

e) mərkəzi icra hakimiyyəti orqanı

38. Konstitusiyayada Nazirlər Kabineti tabeçiliyi və cavabdehliyi necə təsbit olunub?

a) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir

b) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Milli Məclisinə tabedir və onun qarşısında cavabdehdir

c) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə tabedir və onların qarşısında cavabdehdir

d) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan xalqına tabedir və onun qarşısında cavabdehdir

e) Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyasına tabedir və onun qarşısında cavabdehdir



39. Aşağıdakı məsələlərdən hansı Na­zir­lər Ka­bi­ne­ti­nin sə­la­hiy­yə­ti­nə aid de­yil?

a) döv­lət iq­ti­sa­di və so­si­al proq­ram­la­rı­nı təs­diq et­mək

b) döv­lət iq­ti­sa­di proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək

c) döv­lət so­si­al tə­mi­nat proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək

d) ma­liy­yə-kre­dit və pul si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək

e) döv­lət büdcəsinin icrasını tə­min et­mək



40. Konstitusiyada Na­zir­lər Ka­bi­ne­ti­nin is­te­fa mə­sə­lə­si ne­cə həll olu­nur?

a) ye­ni se­çil­miş Pre­zi­dent və­zi­fə­si­ni tut­du­ğu və sə­la­hiy­yət­lə­ri­ni ic­ra et­mə­yə baş­la­dı­ğı gün Nazir­lər Kabine­ti ona is­te­fa ve­rir

b) ye­ni se­çil­miş Pre­zi­dent and iç­di­yi an­dan Na­zir­lər Ka­bi­ne­ti is­te­fa­ya get­miş sa­yı­lır

c) Mil­li Məc­lis eti­mad gös­tər­mə­dik­də Na­zir­lər Ka­bi­ne­ti is­te­fa­ya get­miş sa­yı­lır

d) Na­zir­lər Ka­bi­ne­ti Milli Məclis tə­rə­fin­dən is­tə­ni­lən vaxt is­te­fa­ya gön­də­ri­lə bi­lər

e) Na­zir­lər Ka­bi­ne­ti Baş Na­zir tə­rə­fin­dən is­tə­ni­lən vaxt is­te­fa­ya gön­də­ri­lə bi­lər



41. Nazirlər Kabinetinin tərkibinə kimlər daxildir?

a) Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri

b) Azərbaycan Respublikasının Prezidenti, Baş naziri, onun müavinləri, nazirlər

c) Azərbaycan Respublikasının Prezidenti, Baş naziri, onun müavinləri, nazirlər

d) Azərbaycan Respublikasının Prezidenti, Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər

e) Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, başqa mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri



42. Pre­zi­dent han­sı hal­lar­da Baş na­zi­ri Mil­li Məc­li­sin ra­zı­lı­ğı ol­ma­dan tə­yin edə bi­lər?

a) Baş na­zi­rin na­mi­zəd­li­yi təq­dim edil­di­yi gün­dən bir həftə müd­də­tin­də Mil­li Məc­lis müvafiq qərar qə­bul et­mə­dik­də və ya Pre­zi­den­tin təq­dim et­di­yi na­mi­zəd­lə­rin Baş na­zir və­zi­fə­si­nə təyin olun­ma­sı­na üç də­fə ra­zı­lıq ve­ril­mə­dik­də

b) Baş na­zi­rin na­mi­zəd­li­yi təq­dim edil­di­yi gün­dən iki həftə müd­də­tin­də Mil­li Məc­lis müvafiq qə­rar qə­bul et­mə­dik­də və ya Pre­zi­den­tin təq­dim et­di­yi na­mi­zəd­in Baş nazir vəzifə­si­nə təyin olun­ma­sı­na ra­zı­lıq verilmədik­də

c) Pre­zi­den­tin təq­dim et­di­yi na­mi­zəd­lə­rin Baş na­zir və­zi­fə­si­nə təyin olun­ma­sı­na beş dəfə razı­lıq verilmədik­də

d) bütün hallarda Pre­zi­dent Baş na­zi­ri Mil­li Məc­li­sin ra­zı­lı­ğı olmadan tə­yin edə bilər

e) Pre­zi­dent Baş na­zi­ri Mil­li Məc­li­sin ra­zı­lı­ğı ol­ma­dan tə­yin edə bi­lməz



43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını kim müəyyən edir?

a) Prezident

b) Baş nazir

c) Nazirlər Kabineti

d) Milli Məclis

e) Nazirlər Kabinetinin iş qaydası qanunla müəyyən olunur



44. İcra səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı aktlar qəbul edir?

a) qərar və sərəncam

b) fərman və sərəncam

c) dekret və fərman

d) dekret və qərar

e) qərar və əmr



45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onların qüvvəyə minməsinin ümumi qaydası necədir?

a) onlar dərc edildiyi gündən qüvvəyə minir

b) onlar imzalandığı andan qüvvəyə minir

c) onlar qeydə alındğı gündən qüvvəyə minir

d) onlar qeydə alındıqdan üç gün sonra qüvvəyə minir

e) onlar dərc edildikdən beş gün sonra qüvvəyə minir



46. Nazirliklər və Dövlət Komitələri hansı dövlət orqanlarına aiddir?

a) mərkəzi icra hakimiyyəti orqanları

b) yuxarı icra hakimiyyəti orqanları

c) ali icra hakimiyyəti orqanları

d) yerli icra hakimiyyəti orqanları

e) müstəqil icra hakimiyyəti orqanları



47) Nazirliklər və Dövlət Komitələrinin sədrlərini vəzifəyə kim təyin edir?

a) Prezident

b) Prezidentin təqdimatı ilə Milli Məclis

c) Milli Məclisin sədri

d) Nazirlər Kabineti

e) Baş nazir



48. Yerlərdə icra hakimiyyətini hansı orqanlar həyata keçirir ?

a) yerli icra hakimiyyətlərin başçıları

b) bələdiyyələr

c) ağsaqqallar şurası

d) əhalinin yığıncaqları

e) ictimai şuralar



49. Yerli icra hakimiyyəti başçılarını vəzifəyə kim təyin edir?

a) Prezident

b) Prezident Administrasiyasının rəhbəri

c) Prezident Administrasiyasının şöbə müdiri

d) baş nazir

e) Milli Məclisin sədri



50. İcra hakimiyyətinin həyata keçirilməsinin formaları hansı növlərə bölünür?

a) hüquqi və qeyri hüquqi formalar

b) inzibati və iqtisadi formalar

c) abstrakt və real formalar

d) əsas və əlavə formalar

e) məcburi və fakultətiv formalar



51. İcra hakimiyyətinin həyata keçirilməsinin əsas hüquqi formaları hansılardır?

a) hüquqi aktlar və hüquqi əhəmiyyətli hərəkətlər

b) hüquqi aktlar və inzibati təcrübə

c) hüquqi aktlar və məhkəmə aktları

d) hüquqi aktlar, inzibati təcrübə və məhkəmə aktları

e) qərar və sərəncam



52. İcra hakimiyyətinin həyata keçirilməsinin universal metodları hansılardır?

a) inandırma və məcburetmə

b) qadağanetmə və məcburetmə

c) icazəvermə və məcburetmə

d) imperativ və dispozitiv

e) əmr və göstəriş



53. İcra hakimiyyətinin həyata keçirilməsinin metodları hansı növlərə bölünür?

a) inzibati və iqtisadi

b) təşkilati və texniki

c) maddi və mənəvi

d) mülki və hərbi

e) sadalananların hamısı



54. Dövlət idarəetməsində qanunuçuluğun və intizamın təmini vasitələrinin sisteminə hansılar aiddir?

a) nəzarət, icranın yoxlanılması və vətəndaşların müraciətləri

b) nəzarət, həvəsləndirmə və qorxutma

c) nəzarət və təftiş

d) icranın yoxlanılması və təftiş

e) icranın yoxlanılması və stimullaşdırma



55. İdarə nəzarətinin xarakterik xüsusiyyəti hansıdır?

a) tabeçilikdə olan subyektlərin fəaliyyətinin bütün tərəflərinin qanunçuluq və məqsədyönlülük baxımından müşahidə olunması və yoxlanılması

b) tabeçilikdə olmayan subyektlərin fəaliyyətinin bütün tərəflərinin qanunçuluq və məqsədyönlülük baxımından müşahidə olunması və yoxlanılması

c) icra hakimiyyəti orqanlarının qərar və hərəkətlərinin qanunauyğunluğunun məhkəmələr tərəfindən yoxlanması

d) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin prokurorluq tərəfindən yoxlanılması

e) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin Milli Məclis tərəfindən yoxlanması



56. İdarələrarası nəzarətin xarakterik xüsusiyyəti hansıdır?

a) tabeçilikdə olmayan subyektlərin fəaliyyətinin müəyyən bir hissəsinin qanunçuluq baxımından müşahidə olunması və yoxlanılması

b) tabeçilikdə olan subyektlərin fəaliyyətinin müəyyən bir hissəsinin qanunçuluq baxımından müşahidə olunması və yoxlanılması

c) icra hakimiyyəti orqanlarının fəaliyyətinin Prezilent tərəfindən müşahidə olunması və yoxlanılması

d) mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin Nazirlər Kabineti tərəfindən müşahidə olunması və yoxlanılması

e) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin maliyyə fəaliyyətinin müstəqil audit tərəfindən yoxlanması



57. Aşağıdakılardan hansı inzibati nəzarət üçün səciyyəvidir?

a) dövlət idarəetməsinin müxtəlif sahələrində müəyyən olunan ümumməcburi qaydalara bütün subyektlər tərəfindən əməl edilməsinin müşahidə olunması və yoxlanılması

b) icra hakimiyyəti orqanlarının fəaliyyətinin Prezilent tərəfindən müşahidə olunması və yoxlanılması

c) icra hakimiyyəti orqanlarının qərar və hərəkətlərinin qanunauyğunluğunun məhkəmələr tərəfindən yoxlanması

d) icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin prokurorluq tərəfindən yoxlanılması

e) subyektlərin maliyyə fəaliyyətinin müstəqil audit tərəfindən yoxlanması



58. Aşağıdakı rejimlərdən hansı xüsusi inzibati-hüquqi rejimlərə aiddir?

a) fövqəladə vəziyyət rejimi

b) xüsusi vəziyyət rejimi

c) dövlət sərhədd rejimi

d) dövlət sirlərinin mühafizəsi rejimi

e) sadalananların hamısı xüsusi inzibati-hüquqi rejimlərə aiddir



59. Xüsusi inzibati-hüquqi rejimlər üçün xarakterik əlamət hansıdır?

a) insan hüquq və azadlıqlarının inzibati qaydada əlavə məhdudlaşdırılması

b) qanunvericiliklə nəzərdə tutulması

c) inzibati-hüquq normaları ilə nizamlanması

d) daimi xarakter daşıması

e) subyektlərin fəaliyyət qaydasının dəqiq müəyyən olunması



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə