İnzibati idarəetmə kafedrası Azərbaycan Respublikasının Dövlət Xidməti və Yerli Özünü İdarəetmə fənnindən test sualları. (500 sual)


“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır?



Yüklə 0,75 Mb.
səhifə6/9
tarix14.02.2018
ölçüsü0,75 Mb.
1   2   3   4   5   6   7   8   9

274.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır?

A) statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;

B) müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi;

C) xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

D) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə ilə istifadə edilməsi.

275.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənaşağıdakılardan hansı korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılmır?

A) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hrəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi.

B) vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanın işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək;

C)qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;

D) normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;
276.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasənaşağıdakılardan hansı korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılmır?

A) vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;

B) dövlət orqanları və ya yerli özünüidarəetmə orqanlarının maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qeuplarının seçki fonduna vermək;

C) qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutlmayan məlumatları və ya sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;

D)qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;

277.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni manelər yaratması nədir?

A)korrupsiyaya şərait yaradan hüquqpozmalar;

B)korrupsiya hüquqpozmaları;

C) inzibati hüquq pozmaları;

D)mülki hüquqpozmalar.

E)mətbuatla bağlı hüquqpozmalar.



278.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyətinin neçə növü müəyyənləşdirilmişdir?

A) 4;


B) 3;

C) 2;


D) 5;

E)7;


279. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verdikdə həmin seçki komissiyası bu barədə materiallar ona daxil olduğu gündən nə qədər müddət ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir?

A) 5 gün;

B) 3 gün;

C) 2 gün;

D) 7 gün.

E) 6 gün


280. Hakimlər “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə hansı orqana məlumat verir?

A) Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına;

B) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə;

C)Azərbaycan Respublikası Ədliyə Nazirliyinə;

D)Azərbaycan Respublikası Prokurorluğuna.

E) Azərbaycan Respublikası Ali məhkəməsinə



281.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozamalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibli yaratmadıqda bu halda aşağıdakılardan hansı tədbir görülür?

A) onlar inzibati qaydada cərimə edilirlər;

B)onlar intizam məsuliyyətinə cəlb edilirlər;

C)onlar mülki qaydada məsuliyyətə cəlb edilirlər;

D)onlar barəsində heç bir tədbir görülmür

E)Əmlakı müsadirə olunmur



282.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyəri kimi nəfinə ödənilir?

A) dövlətin;

B)Respublikanın;

C) vəzifəli şəxsin;

D) Təşkilatın

E)ictimaiyyətin



283.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə hansı qaydada tədbirlər görülə bilər?

A) mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada;

B) cinayət -prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada;

C) inzibati qaydada;

D) mülki qaydada

E)hüquqi qaydada



284. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa nə vaxt qəbul olunub?

A) 13 yanvar 2004-cü il;

B)12 fevral 2002-ci il;

C)26 dekabr 2004-cü il;

D)13 mart 2007-ci il.

E) 12 yanvar 2005-ci il



285.“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa nə vaxtdan qüvvəyə minib?

A) 1 yanvar 2005-ci il;

B) 5 yanvar 2009-cu il;

C) 1 yanvar 2007-ci il;

D) 1 sentyabr 2002-ci il.

E) 1 fevral 2004-cü il



286.Azərbaycan RespublikasınınKonstitusiyasının neçənci maddəsində uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır?

A) 50;


B) 14;

C) 35;


D) 21;

E) 19;


287. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kimlərin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır?

A) hər kəsin;

B) ancaq hüquqi şəxslərin;

C) ancaq fiziki şəxslərin;

D) heç kəsin.

E)fiziki və hüquqi şəxslərin



288.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsi kimlərin mənafelərinin pozulmasına səbəb olmamalıdır?

A) fiziki və hüquqi şəxslərin;

B) ancaq fiziki şəxslərin;

C) ancaq hüquqi şəxslərin;

D) heç kimin.

E)vəzifəli şəxslərin



289. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun hansı münasibətləri tənzimləyir?

A) məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri;

B) informasiyanın formalarının müəyyənləşdirilməsi ilə əlaqədar yaranan münasibətləri;

C) informasiya təhlükəsizliyi ilə əlaqədar yaranan münasibətlər;

D) məlumat mübadiləsi ilə əlaqədar yaranan münasibətləri.

E)informasiya emalı ilə əlaqədar yaranan münasibəytlər



290.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumat münasibətlərinin subyektləri kimlərdir?

A) fiziki və hüquqi şəxslər

B) ancaq hüquqi şəxslər;

C) ancaq vəzifəli şəxslər;

D) ancaq fiziki şəxslər;

E) dövlət qulluqçusu



291.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə edilməsi qaydasına görə məlumat neçə yerə bölünür?

A) 2.


B) 4;

C) 5;


D) 3;

E) 6


292.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməsi barədə müqavilə nəyə uyğun bağlanılır?

A)mülki qanunvericiliyə;

B) inzibati qanunvericiliyə;

C) cinayət qanunvericiliyinə;

D) beynəlxalq qanunvericiliyə.

E)dövlət qanunvericiliyinə;



293.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müqavilənin olmamasına görə məlumatı verməkdən kimlər imtina edə bilməzlər?

A) dövlət hakimiyyəti orqanları, bələdiyyələr;

B) fiziki və hüquqi şəxslər;

C) fiziki şəxslər;

D) hüquqi şəxslər.

E)bələdiyyələr və hüquqi şəxslər



294.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumatın əldə edilməsi haqqında sorğuya baxılması hansı Qanunla tənzimlənir?

A) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

B) “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

C) “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

D) “ Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

E)”İctimaiyyətlə əlaqələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə



295.“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi kimin üzərinə düşür?

A) cavabdehin.

B) üçüncü tərəfin;

C)məhkəmələrin;

D) iddiaçının;

E) heç kimin



296.Məlumat azadlığı haqqında Qanun nə vaxt qəbul edilmişdir?

A) 19 iyun 1998-ci il;

B) 15 sentyabr 2003-cü il;

C) 22 avqust 2001-ci il;

D)23 iyun 2002-ci il.

E) 12 yanvar 2001-ci il



297. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının neçənci maddəsi ilə təmin edilir?

A) 57;


B) 46;

C) 78;


D) 14.

E) 18


298. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ərizə anlayışı hansı bənddə düzgün göstərilmişdir?

A)vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

B) dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət;

C) dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət;

D) dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası xahişi ilə müraciət.

E) vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutmayan müraciət.



299. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə hansı normativ hüquqi akta uyğun baxılır?

A) Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən;

B) “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən;

C) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən;

D) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən.

E) prezidentin fərmanına əsasən



300. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hansı hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslər vətəndaşları dərhal qəbul etməlidirlər?

A) zəruri hallarda;

B) Ombudsmanın göstərişi ilə;

C) vətəndaşların arzusu ilə;

D) hüquq-mühafizə orqanlarının rəyi əsasında.

E) dövlət qulluqçusunun müraciəti əsasında



301. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müraciət nə vaxt baxılmış hesab olunur?

A) müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə.

B) müraciət etmiş şəxsin müraciətinin yazılı cavab verilməsindən;

C) vətəndaşın müraciəti aidiyyəti üzrə müvafiq orqana göndərildikdən;

D) müraciət təşkilatda qeydiyyata alındığı andan;

E) müraciət etmiş şəxsin müraciətinin şifahi cavab verilməsindən



302. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı səhvdir?

A) anonim müraciətlərə baxılması mütləqdir;

B) müraciəti qəbul etməkdən imtina qadağandır;

C) dövlət hakimiyyəti orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır;

D) vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

E) anonim müraciətlərə baxılması mütləq deyil



303. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci hansı müddətdə baxılmalıdır?

A)15 gün müddətində.

B) 20 gün müddətində;

C) 7 gün müddətində;

D) 1 ay müddətində;

E) 1ay 15 gün müddətində



304. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən müraciət üzrə təyin edilən xidməti araşdırma hansı müddətə başa çatdırılmalıdır?

A) 20 gün müddətində;

B) 10 gün müddətində;

C) 30 gün müddətində;

D) 15 gün müddətində;

E) 12 gün müddətində



305. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xidməti araşdırma əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən bu müddət daha neçə gün uzadıla bilər?

A) 10 gün;

B) 20 gün;

C) 30 gün;

D) 15 gün.

E) 12 gün



306. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaş hansı məqsədlə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır?

A)böhtan;

B) ictimai;

C) şəxsi;

D) sorğu.

E) sosioloji



307. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə hansı qaydada baxılır?

A) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq;

B) “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq;

C) Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq;

D) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq.

E) müvafiq qanuna uyğun olaraq



308. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydası hansı qanunla tənzimlənir?

A) müvafiq qanunla;

B) “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə;

C) Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə;

D) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə.

E)Heç biri ilə



309. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası qanuna uyğun olaraq tənzimlənir?

A) müvafiq qanuna;

B) Azərbaycan Respublikasının Seçki Məcəlləsinə;

C) “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa;

D) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə.

E)

310. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı səhvdir?

A)dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borclu deyillər;

B) dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;

C) dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

D) dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.



311. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı doğrudur?

A) vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər;

B) dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılması üçün tədbirlər görməyə borclu deyildir;

C) zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməməlidirlər;

D) vətəndaşlar təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verirlər.

312. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı doğru deyil?

A) dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilməz.

B) dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların müraciətlərini aiddiyyəti üzrə baxılması üçün göndərildikdə və həmin müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar, idarələr, təşkilatlar müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış və Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidir;

C)yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır;

D) dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, bunları beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir;

313. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı doğru deyil?

A) müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu iki ay uzada bilər;

B) öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir;

C) vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi ilə təklifin, ərizənin və şikayətin qeydə alınma nömrəsi və tarixi ona bildirilir. Vətəndaşların müraciətləri ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir;

D) əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır.

314. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı doğrudur?

A)dövlət hakimiyyət orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar.

B) dövlət hakimiyyəti orqanları hesab edilməyən dövlət idarə, müəssisə və təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 30 gün müddətində bu qanunla müəyyən edilmiş ümumi qaydada baxılır;

C) dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət verilə bilər. Bu müddəa şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırır;

D) dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin xüsusiyyətləri nəzərə alınmamaqla, bu qanuna müvafiq olaraq baxılır;

315. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?

A) 10 iyun 1997-ci il;

B) 18 may 2003-cü il;

C) 10 dekabr 2006-cı il;

D) 12 yanvar 2005-ci il.

E) 11 mart 2005-ci il



316. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət hakimiyyəti orqanının rəhbəri edilmiş müraciətdə irəli sürülən məsələnin həlli onun səlahiyyətlərinə aid olmadıqda nə etməlidir?

A) bunları beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir;

B) bunları üç gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir;

C) bunları iki gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir;

D) bunları on gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir;


: user data -> files
files -> Ə.Ə. NƏBİyev, E. N. Dostiyari xurma meyvəSİNDƏn müXTƏLİF ÇEŞİDDƏ Qİda məhsullari istehsali texnologiyasinin təDQİQİ baki “elm” 2010 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti
files -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tarixli saylı əmri ilə dərc olunması üçün qrif verilmişdir
files -> «Mexanika və metallurgiya» kafedrası «ƏMƏk mühafiZƏSİ» fənnindən
files -> Azərbaycan texnologiya universiteti Qİda müHƏNDİSLİYİ VƏ ekspertiza fakultəSİ Qİda müHƏNDİSLİYİ kafedrasi
files -> Azərbaycan Texnologiya Universiteti “Qida və tekistil mühəndisliyi” fakultəsi
files -> TiKİŞ MƏmulatlarinin keyfiYYƏt göSTƏRİCİLƏRİ” FƏnnindən imtahan testləri


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə